Məhkəmə qərarları › İş №e-2-2(113)-1139/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1139/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1139/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinə qarşı pul dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən idiaçının xeyrinə cəmi 644.792,99 (altı yüz qırx dörd min yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıxxxx“Cavabdeh Şirkətinin” AR-dakı fialialı arasında 19.06.2017-ci il tarixli 20171906/ATL/003 saylı və 06.02.2019-cu il tarixli 20190206/ATL/006 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Bundan sonra müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən mallar satış məqsədi ilə cavabdehə elektron vergi hesab faktura əsasında təhvil verilmişdir. Cavabdehin iddiaçıya 19.06.2017-ci il tarixli 20171906/ATL/003 saylı müqavilə üzrə 620,665.47 (altıyüz iyirmi min altıyüz altmış bes manat qırx yeddi qəpik) AZN və 06.02.2019-cu il tarixli 20190206/ATL/006 saylı müqavilə üzrə isə 24,127.52 (iyimi dörd min yüz iyirmi yeddi manat əlli iki qəpik) AZN borcu yaranmışdır. Həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış “01.04.2019-30.06.2020” tarixləri aralıqlarında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı”na əsasən, cavabdehin iddiaçıya 30.06.2020-ci il tarixinə 644.792,99 AZN borcu vardır. 19.06.2017-ci il tarixli 20171906/ATL/003 saylı müqavilənin 4.1-ci maddəsində qeyd olunmuşdur ki, müqavilə üzrə ödəniləcək cəmi məbləğin 100%- i müqavilə və onun Əlavələri imzalandıqdan sonra 15 gün ərzində“satıcı”nın hesabına ödənilməlidir. 06.02.2019-cu il tarixli 20190206/ATL/006 saylı müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və onun Əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Lakin cavabdehə hər iki müqavilə üzrə ümumilikdə olan 644.792,99 (altı yüz qırx dörd min yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) AZN borcun ödənilməsiilə bağlı iddiaçı tərəfindən dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin əsl cavabdehlə əvəz edilməsini Cavabdeh Şirkətindən 644.792,99 (altı yüz qırx dörd min yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi hər hansı bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçıxxxxalıcı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında imzalanmış 06.02.2019-cu il tarixli 20190206/ATL/006 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilə alıcı və satıcı arasında bağlanmışdır. Bununla alıcı qeyd edilən şərtlərə uyğun olaraq malları almağa, satıcı isə həmin malları satmağa razılıq vermişdir. -Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən,əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun Əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. -Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən,bu müqavilənin 3.1. maddəsində nəzərdə tutulmuş müddət ərzində “Satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. -Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən,bu müqavilənin 3.2,-ci maddəsində qeyd olunandan əlavə, “Alıcı” tərəfindən hər-hansı başqa ödənişin gecikdirilməsi halında, gecikdirilmiş hər gün üçün “Satıcı” tərəfindən ona ödəniləcək məbləğinin 0,5% miqdarında cərimə tətbiq ediləcəkdir. -Həmin müqavilənin 10-cu maddəsinə əsasən, müqavilə 3 il müddətinə, 06.02.2022ci il tarixinə qədər bağlanmışdır. Həmin müddətin bitməsinə 1 (bir) ay qalmış tərəflərdən biri rəsmi qaydada müqaviləyə xitam vermək istəyini bildirməzsə, müqavilə avtomatik olaraq növbəti 1 (bir) il müddətinə, eyni şərtlərlə uzadılmış hesab ediləcəkdir. -Satıcı İddiaçıxxxxalıcı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına arasında imzalanmış 19.06.2017-ci il tarixli 20171906/ATL/003 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilə alıcı və satıcı arasında bağlanmışdır. Bununla alıcı qeyd edilən şərtlərə uyğun olaraq malları almağa, satıcı isə həmin malları satmağa razılıq vermişdir. -Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən, əgər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş rəsmi məzənnəyə əsasən Azərbaycan manatının dəyəri ABŞ dolları və ya Avroya nisbətdə 5 %-dən çox azalmışsa və ya artmışsa “Satıcı" tərəfindən təqdim olunmuş qiymətlər təktərəfli olaraq dəyişdirilə bilər. Bu zaman Alıcı yeni qiymətlərlə razılaşacağını və qəbul edəcəyini öhdəsinə götürür. -Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə üzrə ödəniləcək cəmi məbləğin 100%-i müqavilə və/və ya onun Əlavələri imzalandıqdan sonra 15 gün ərzində “Satıcı”nın hesabına ödənilməlidir. -Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, bu müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “Satıcı”’ya ödənişin gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “Alıcı" “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,01%-i miqdarında cərimə ödəməlidir. -Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən, Müqavilə və onun Əlavələri hər iki Tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı və möhürləndiyi andan qüvvəyə minir və 19.06.2018-ci il tarixinə qədər qüvvədədir. -Üzləşmə aktına əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC-yə 30.06.2020-ci il tarixinə 644.792,99 AZN borcu vardır. -İddiaçı MMC tərəfindən 15 dekabr 2020-ci il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına pretenziya qaydasında məktub ünvanlanaraq 19.06.2017-ci il tarixli 20171906/ATL/003 saylı və 06.02.2019-cu il tarixli 20190206/ATL/006 saylı alqı-satqı müqavilələri üzrə ümumilikdə 644,792.99 AZN məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Şirkətindən 644.792,99 (altı yüz qırx dörd min yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Şirkətindən 644.792,99 (altı yüz qırx dörd min yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar