Məhkəmə qərarları › İş №e-2-2(113)-114/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-114/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-114/2020 20.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə və cavabdeh X3 nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X3 İddiaçı MMC-yə malların dəyərinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 1283,58 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 4738,22 manat, xx.xx.2018ci il tarixli müqavilə üzrə yaranmış 3607,67 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 3536,20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 3484,35 manat məbləğində borcun, cəmi 16650,02 manat məbləğində dəbbə pulunun, xx.xx.2019-cu il tarixli müqavilə üzrə malların dəyərinin ödənilməməsinə görə yaranmış 32068,62 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 1957,43 manat pulun, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 1000 manat məbləğind pulun, iddia təmin edildiyi təqdirdə hüquqi xidmətə görə ödəniləcək 1000 manat məbləğində pulun, 31 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh X5 ilə aralarında alqı-satqı müqaviləsi mövcud olmuş və tərəflər arasında həmin alqı-satqı münasibətlərinə dair 72190,51 manat məbləğində xx.xx.2018-ci il tarixli, 36237,33 Avro məbləğində xx.xx.2019-cu il tarixli, 36971,76 Avro məbləğində xx.xx.2018-ci il tarixli, 94764,38 manat məbləğində xx.xx.2018-ci il tarixli, 35722,85 Avro məbləğində xx.xx.2019-cu il tarixli müqavilələr imzalanmışdır. Cavabdeh X5 tərəfindən öhdəliklər qismən icra edilmişdir. Belə ki, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019 tarixli müqavilələrin tələbləri pozulmuş, malların dəyəri vaxtında ödənilməmiş, xeyli müddət keçdikdən sonra ödənilmişdir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə malalrın dəyərindən 33176,80 manat məbləğində borc və 5971,82 manat məbləğində ƏDV ödənilməmişdir. Cavabdehin öhdəliklərini yerinə yetirməməsi onun fəaliyyətində çətinliklər yaranmasına səbəb olmuş, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi ilə müraciət olunsa da, müraciəti cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, Vəkil izahat verərək iddianı qəbul etmədiyini və tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə məhkəmə iclaslarında iştirak etmiş cavabdeh X5 məhkəməyə verdiyi izahatında iddiaçıya 32000 manat məbləğində borcun olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, 51 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC, ümumi dəyəri 94764,38 manat təşkil edən avadanlıqları X1 və müqavilənin yekun dəyərinin 30%dən az olmamaqla bir hissəsinin müqavilə imzalandıqdan sonra 3 gün ərzində, qalan hissəsinin mallar təhvil verildikdən 30 gün ərzində ödəniləcəyi razılaşdırılmışdır. xx.xx.2018-ci il tarixli, 111 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC, ümumi dəyəri 36971,76 Avro təşkil edən avadanlıqları X1 və müqavilə imzalandıqdan sonra müqavilənin yekun dəyərinin 30%-nin avans şəklində, qalan hissəsinin isə mallar təhvil verildikdən sonra 30 gün ərzində hissə-hissə ödəniləcəyi razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli, 204 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC, ümumi dəyəri 36237,33 Avro təşkil edən avadanlıqları X1 və müqavilə imzalandıqdan sonra müqavilənin yekun dəyərinin 30%-nin avans şəklində, qalan hissəsinin isə mallar təhvil verildikdən sonra 30 gün ərzində hissə-hissə ödəniləcəyi razılaşdırılmışdır. xx.xx.2018-ci il tarixli, 1 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC, ümumi dəyəri 72190,51 manat təşkil edən avadanlıqları X1 və müqavilənin yekun dəyərinin 70%-dən az olmamaqla bir hissəsi müqavilə imzalandıqdan sonra 3 gün ərzində, qalan hissəsinin mallar təhvil verildikdən 30 gün ərzində ödəniləcəyi razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli, 212 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC, ümumi dəyəri 35722,85 Avro təşkil edən avadanlıqları X1 və müqavilə imzalandıqdan sonra müqavilənin yekun dəyərinin 30%-nin avans şəklində, qalan hissəsinin isə mallar təhvil verildikdən sonra 30 gün ərzində hissə-hissə ödəniləcəyi razılaşdırılmışdır. İddiaçı MMC tərəfindən verilən qaimə və ödənişlər üzrə maliyyə hesabatından görünür ki, qeyd olunan müqavilələr üzrə X4 ümumilikdə 16650,02 manat məbləğində dəbbə pulu hesablanmışdır. Hüquqi xidmətlərin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə “xxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən, sonuncunun göstərdiyi xidmətlərin müqabilində İddiaçı MMC, birinci instansiya məhkəməsində 1000 manat, apellyasiya instansiyası məhkəməsində 600 manat, Azərbaycan Respublikası Ali Məhkəməsində 300 manat olmaqla xidmət haqqını işin nəticəsindən asılı olmayaraq köçürmə yolu ilə “xxxxxxxxxxxxxxxxx” MMC-nin bank hesabına keçirir. “xxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli hesabdan çıxarışdan göründüyü kimi, İddiaçı MMC tərəfindən “xxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına 1000 manat vəsait köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 462.1 maddələri). Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh X5 arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək əsas borc olan 32068,62 manat məbləğində pul ödənilməmişdir. Bununla yanaşı iddiaçı tərəfindən hər bir müqavilə üzrə cəmi 16650,02 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq hər bir müqavilə (cəmi 5) üzrə dəbbə pulu 20 manat olmaqla, ümumilikdə dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Yuxarıdakı normaya əsasən, məhkəmə, öhdəliyin gecikdirilməsinə görə tələb olunan məbləğlə bağlı qeyd edir ki, iddiaçı, 32068,62 manat məbləğində əsas borcun gecikdirilməsinə görə bir il üçün 1957,43 manat məbləğində pul tələb etsə də, məhkəmə hesab edir ki, əsas borcun 5%-i, 1603,43 manat olduğundan iddia həmin hissədə qismən təmin edilərək 1603,43 manat həçmində müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100.000 manat, məbləğində pul tələb etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə, iş materiallarına əlavə edilmiş “hüquq xidmətlərinin göstərilməsi haqqında” müqaviləni və ödəniş qəbzi nəzərdən keçirərək hesab edir ki, hüquqi xidmətlərə görə ödənilmiş 1000 manat məbləğində pul tələbi hissəsində tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia təmin edildiyi təqdirdə hüquqi xidmətə görə ödəniləcək 1000 manat məbləğində pul tələbi hissəsində iddia rədd edilməlidir. Belə ki, gələcəkdə baş vermə ehtimalı olan hər hansı hallarla bağlı tələblər məhkəmə tərəfindən təmin edilə bilməz. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 32068,62 manat məbləğində əsas borc, malların dəyərinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat dəbbə pulu olmaqla ümumilikdə 100 manat məbləğində dəbbə pulu, həmçinin xx.xx.2019-cu il tarixli müqavilə üzrə malların dəyərinin ödənilməməsinə görə yaranmış 1603,43 manat, hüquqi xidmətə görə ödənilmiş 1000 manat, cəmi 34772,05 manat məbləğində pul cavabdeh X2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin vəsaitdən 1 manat bank xərci olsa da, iddiaçı isə həmin məbləği dövlət rüsumu kimi tələb etdiyinə görə iddia tələbi həmin hissədə rədd edilməlidir. 152322,07 manat (100%) məbləğində olan iddia tələbinin yalnız 34772,05 manatın (22,82%) təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 6,84 manat (22,82%) məbləğində pul cavabdeh X2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Malların dəyərinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat dəbbə pulu cəmi 100 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 32068,62 manat məbləğində əsas borc və onun qaytarılmaması nəticəsində yaranmış 1603,43 manat (əldən çıxmış fayda), hüquqi xidmətə görə ödənilmiş 1000 manat, dövlət rüsumu kimi ödənilmiş 6,84 manat cəmi 34778,89 manat məbləğində pul cavabdeh X2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İşgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100000 manat, iddia təmin edildiyi təqdirdə hüquqi xidmətə görə ödəniləcək 1000 manat və 1 manat bank xərci tələbi hissəsində iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar