Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1140/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X2 qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07/20 nömrəli xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında yaranmış 2203,04 manat məbləğində əsas borcun və 60 manat ilkin mediasiya haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan Biləsuvar rayonu, İsmətli kəndidir. Məhkəmə həmçinin iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsini əlavə edilmiş sənədlərdə hazırki iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh ilə iddiaçı arasında mübahisə ilə bağlı sənədlər deyil, X1 adlı şəxslə bağlı olan sənədlər sistemə əlavə edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizə geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, hazırki ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1140/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1140/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver