Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1141/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Birgə Müəssisəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 yanvar 2024-cü il tarixli, C 660 nömrəli alqı-satqısı müqaviləsi üzrə 1.715 manat məbləğində əsas borc, 171 manat məbləğində dəbbə pulu, hüquqi yardımla bağlı ödənilən 320 manat məbləğində pul, 50 manat məbləğində dövlət rüsumu ümumilikdə 2.256 manat məbləğində pulun İL Məhdud Məsuliyyətli Cəmiyyətidən tutularaq Dinçer və X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 07 yanvar tarixli e-2-2(113)-1141/2025 saylı qətnaməsi ilə İddia qismən təmin edilərək, xx.xx.2024-cü il tarixli C660 saylı alqısatqı müqaviləsinə əsasən əsas borc üzrə 1.715 (bir min yeddi yüz on beş) manat, cərimə borcu üzrə 85 (səksən beş) manat olmaqla, cəmi 1.800 (bir min səkkiz yüz) manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 38 (otuz səkkiz) manat məbləğində pulun Cavabdehndən tutularaq "xxxx" Birgə Müəssisəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir .
3. Qətnamənin nəticə hissəsində hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil xərci göstərilmədiyindən məhkəmə tərəfindən iş üzrə əlavə qətnamənin çıxarılması məsələsinin müzakirə edilməsini zəruri hesab edilmiş və göstərilən məsələ ilə bağlı məhkəmə iclası təyin edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
5. İşə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Mülki Prosessual Məcəllənin: 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2-ci maddəsinə əsasən Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə qəbul edilməlidir.
9. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 07 yanvar tarixli e-2-2(113)- 1141/2025 saylı qətnaməsinin sübutların tədqiqi hissəsində məhkəmə vəkil xərci ilə bağlı mövqeyini bildirmiş, qətnamənin 25-ci bəndində hesab etmişdir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalı, Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 320 manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Birgə Müəssisəsinə ödənilməlidir.
VI. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 229, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Birgə Müəssisəsinə ödənilsin. Əlavə qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov