Məhkəmə qərarları › İş №e-2-2(113)-1146/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1146/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1146/2021 22.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehin nümayəndəsi Cavabdeh MMC-yə qarşı «müqavilə öhdəliklərinin icra edilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra olunmamış müqavilənin 19530 (on doqquz min beş yüz otuz) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflərin razılığa gəldiyini bildirərək, barışıq sazişini məhkəməyə təqdim edir. Qeyd olunan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: - İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh aralarındakı Korporativ səyahət və kompleks turizm xidmətləri göstərilməsinə dair 001 №-li, xx xxx 2014-cü il tarixli müqaviləyə əsasən 19530 (on doqquzmin beş yüz otuz) manat əsas borc, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; -Tərəflər xx.xx.2021-ci il tarixdə iddia tələbindəki əsas borcun dəqiləşdirilməsini aparmış və Müqavilə üzrə əsas borcun 19472.87 (on doqquz min dörd yüz yetmiş iki manat səksən yeddi qəpik) manat olduğunu razılaşdırmışlar; -Cavabdeh tərəfindən Müqavilə üzrə razılaşdırılmış borc məbləğdən 5000 (beş min) manat xx xxxx 2021-ci ildə artıq İddiacının hesabına ödənilmişdir, qalan hissə isə bu Sazişlə müəyyən edilən qaydada ödəniləcəkdir; -İddiaçı bu Sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün çəkilən 300 AZN (üç yüz), xərcdən və dövlət rüsumuna görə ödənilən 31 (otuz bir) manat məbləğdən könüllü imtina edəcək, Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən mülki mübahisəni barışıq razılaşması ilə yekunlaşdırmağa qərar verdilər.

1. X3 Vəzifələri 1.1. Cavabdeh hazırkı tarixə əsas borc məbləğini, yəni 14472.87 AZN-i (on dörd min dörd yüz yetmiş iki manat səksən yeddi qəpik) iki dəfəyə bölməklə xx xxxx 2021-ci il tarixinədək aşağıdakı qaydada ödəməyi öz üzərinə götürür:

- 5000 AZN (beş min) 2021-ci ilin aprel ayının 30-dək; - 9472.87 AZN (doqquz min dörd yüz yetmiş iki manat səksən yeddi qəpik ) 2021-ci ilin may ayının 31-dək. 1.2. İddiaçı bu Sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün çəkdiyi 300 AZN (üç yüz), xərcdən və dövlət rüsumuna görə ödədiyi 31 AZN (otuz bir) məbləğdən könüllü imtina edir. 1.3. Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən, yəni xx xxx 2021-ci il tarixinədək müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının əsas borc məbləğləri üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. 2.Digər Müddəalar 2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4. Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: -İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh aralarındakı Korporativ səyahət və kompleks turizm xidmətləri göstərilməsinə dair 001 №-li, xx xxx 2014-cü il tarixli müqaviləyə əsasən 19530 (on doqquzmin beş yüz otuz) manat əsas borc, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; -Tərəflər xx.xx.2021-ci il tarixdə iddia tələbindəki əsas borcun dəqiləşdirilməsini aparmış və Müqavilə üzrə əsas borcun 19472.87 (on doqquz min dörd yüz yetmiş iki manat səksən yeddi qəpik) manat olduğunu razılaşdırmışlar; -Cavabdeh tərəfindən Müqavilə üzrə razılaşdırılmış borc məbləğdən 5000 (beş min) manat xx xxxx 2021-ci ildə artıq İddiacının hesabına ödənilmişdir, qalan hissə isə bu Sazişlə müəyyən edilən qaydada ödəniləcəkdir; -İddiaçı bu Sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün çəkilən 300 AZN (üç yüz), xərcdən və dövlət rüsumuna görə ödənilən 31 (otuz bir) manat məbləğdən könüllü imtina edəcək, Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən mülki mübahisəni barışıq razılaşması ilə yekunlaşdırmağa qərar verdilər.

1. X3 Vəzifələri 1.1. Cavabdeh hazırkı tarixə əsas borc məbləğini, yəni 14472.87 AZN-i (on dörd min dörd yüz yetmiş iki manat səksən yeddi qəpik) iki dəfəyə bölməklə xx xxxx 2021-ci il tarixinədək aşağıdakı qaydada ödəməyi öz üzərinə götürür: - 5000 AZN (beş min) 2021-ci ilin aprel ayının 30-dək; - 9472.87 AZN (doqquz min dörd yüz yetmiş iki manat səksən yeddi qəpik ) 2021-ci ilin may ayının 31-dək. 1.2. İddiaçı bu Sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün çəkdiyi 300 AZN (üç yüz), xərcdən və dövlət rüsumuna görə ödədiyi 31 AZN (otuz bir) məbləğdən könüllü imtina edir. 1.3. Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən, yəni xx xxx 2021-ci il tarixinədək müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının əsas borc məbləğləri üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. 2.Digər Müddəalar 2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4. Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar