Məhkəmə qərarları › İş №e-2-2(113)-1148/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1148/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1148/2020 02.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər “xxxxx” MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X6rşı protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər “xxxxx” MMC-yə və Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-273/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar “xxxxx” MMC tərəfindən tərtib edilmiş № 31/02 saylı, xx.xx.2010-cu il tarixli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 saylı fərdi yaşayış evinə dair İddiaçı Cəlilabad rayon filialının adına verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilərək əvvəlki qeydin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC Cəlilabad rayon filialı X1 borcun girov qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi tələbinə dair mülki işlə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə X2 İddiaçı ASC Cəlilabad rayon filialına olan 9500 manat məbləğində kredit borcunun həmin kreditin təminatı olan ipoteka qoyulmuşu ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməklə icra edilməsi, dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun İddiaçı ASC Cəlilabad rayon filialına verilməsi qət edilmişdir. Sonradan İddiaçı ASC Cəlilabad rayon şöbəsinin X3 və qeyrilərinə qarşı həyətdən, evdən çıxarılma və pasport qeydiyyatından çıxarılmaları barədə iddia tələbi üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə X4 və ailə üzvləri ünvan 1 saylı həyətdən və evdən çıxarılmaları və pasport qeydiyyatdan çıxarılmaları qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Biləsuvar rayon Məhkəmə İcraçıları Qrupuna göndərilmişdir. X3 məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin satışının təşkil edilməsi üçün hərrac mərkəzinə məktub ünvanlanmışdır. Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlər tərəflərə göndərilmiş, hərrac təşkil edilmiş və hərracın nəticəsi olaraq ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin Cəlilabad rayon filialına satılmışdır. Qeyd edilən əmlak İddiaçı ASC-nin Cəlilabad rayon filialının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməklə xx.xx.2010-cu il tarixli MA ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Hesab edir ki, icra vərəqəsinin icrası ilə əlaqədar keçirilmiş hərrac qanun tələblərinə zidd olaraq keçirildiyindən etibarsız hesab edilməlidir. Belə ki, Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən X3 məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin satışı üçün açıq hərracın keçirilməsi barədə bildirişlər İddiaçı ASC-yə göndərilmişdir. Daha sonra Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən xx.xx.2010-cu il tarixli 01/806 saylı məktubla İddiaçı ASC-yə müraciət edilərəkipoteka predmeti olan ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evini 30 təqvim günü ərzində əldə etmək təklif edilmişdir.İddiaçı ASC tərəfindən ipoteka predmetinin əldə edilməsinə razılıq verilməsinə dair Hərrac Mərkəzi “xxxxx” MMC-yə heç bir məktub ünvanlanmamışdır. Göründüyü kimi, hərrac mərkəzi tərəfindən təklif İddiaçı ASC-nin Cəlilabad rayon filialına deyil, İddiaçı ASC-yə ünvanlanmışdır. İddiaçı ASC-nin Cəlilabad rayon filialı X3 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar hərrac təşkilatçısı “xxxxx” MMC tərəfindən tərtib edilmiş hərracın yekunlarına dair №70/02 saylı xx.xx.2010-cu il tarixli protokolu imza etmək səlahiyyəti olmamışdır. Belə ki, filial hüquqi şəxs olmadığına görə, yalnız əsasnamə əsasında fəaliyyət göstərdiyinə görə hərracda alıcı qismində iştirak edə bilməz, hərrac protokolunun imzalanması İddiaçı ASC tərəfindən həyata keçirilməmişdir. Hərrac protokolunun imzalanması və çıxarışın alınması ilə bağlı filiala hər hansı bir səlahiyyət verilməmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-273 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası olaraq icra məmurlarının sifarişi əsasında borclu X2 mülkiyyətində olan ünvan 1 saylı 3 otaqlı fərdi yaşayış evinin satılması məqsədilə keçirilmiş hərrac və təkrar baş tutmamış, buna görə AR Xammal və X11 Mərkəzi “xxxxx” MMC tərəfindən “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə ipoteka saxlayan İddiaçı ASC-yə təklif edilmişdir. Bundan sonra hərracın yekunları barədə xx.xx.2010-cu il tarixli 31/02 saylı protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak İddiaçı ASC-nin Cəlilabad rayon filialına satılmışdır. Həmin protokol və müqavilə əsasında AR İMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MA N0108658 saylı çıxarışa əsasən həmin əmlak İddiaçı ASC-nin Cəlilabad rayon filialınin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda İddiaçı ASC bankın mübahisəli ipoteka predmetinin alınmasına razılıq vermədiyini, hərrac protokolunun bank tərəfindən imzalanmadığını, bank tərəfindən hərrac protokolun imzalanması və çıxarışın alınması ilə bağlı filiala hər hansı səlahiyyət verilmədiyini, filial hüquqi şəxs olmadığından hərracda alıcı qismində iştirak etmək hüququnun olmadığını əsas göstərərək hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 416-ci maddəsi təşkil edir. Həmin maddəyə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə əvvəla qeyd edir ki, İddiaçı ASC iddia ərizəsində mübahisəli hərracın keçirilməsi zamanı qanunla müəyyən edilmiş hansı qaydaların pozulduğunu dəqiqləşdirməmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar isə hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi üçün əsas vermir. Bununla yanaşı işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı ASC hazırkı iddianı hərracın yekunları barədə xx.xx.2010-cu il tarixli mübahisəli protokolun və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin imzalanmasından 10 ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır. Mülki Məcəllənin 415.5-ci maddəsinə görə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddənin məzmunundan göründüyü kimi hərracın nəticələri üzrə yekun protokol hüquqi mahiyyətinə görə alıcı, satıcı (sifarişçi) və hərrac təşkilatçısı üçün mülki hüquq və öhdəliklər yaradan əqddir. Belə olan halda əqdin etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllənin 354-ci maddəsində müəyyən edilmiş müddətlər hərracın nəticələri haqqında protokola münasibətdə də tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi qanunverici əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Beləliklə, məhkəmə İddiaçı ASC-nin mübahisəli hərracın yekunlarına dair protokolun imzalandığı və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlandığı vaxtdan protokolun etibarsız hesab edilməsinə dair əsas kimi istinad etdiyi halları bilməli olduğu halda hazırkı iddianı 10 ilə yaxın müddət keçdikdən sonra qaldırdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxılmaqla, yəni iddiaçı əqdi mübahisələndirmək hüququnu itirdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər “xxxxx” MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X6rşı protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, iddia verilərkən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər “xxxxx” MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X6rşı protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar