Məhkəmə qərarları › İş №e-2-2(113)-1149/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1149/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1149/2022 07.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Anar Əlvan oğluna qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2018-ci il tarixli 733-GL/18 nömrəli müqavilə üzrə 2964 manat gecikdirilmiş əsas borc və 850,67 manat cərimə borcunun, 11 noyabr 2016-cı il tarixli 2362-GL/16 nömrəli müqavilə üzrə 3336 manat gecikdirilmiş əsas borc və 957,43 manat cərimə borcunun, 27 sentyabr 2018-ci il tarixli 1496-L/18 nömrəli və 23 oktyabr 2018-ci il tarixli 1652-L/18 nömrəli müqavilələr üzrə 6513 manat gecikdirilmiş əsas borc və 1068,82 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğinin, hüquqi yardımla bağlı ödənilmiş 350 manat məbləğinin, ümumilikdə 16439,92 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2018-ci il tarixli 733-GL/18 nömrəli, 11 noyabr 2016-cı il tarixli 2362-GL/16 nömrəli, 27 sentyabr 2018-ci il tarixli 1496-L/18 nömrəli və 23 oktyabr 2018-ci il tarixli 1652-L/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 01 sentyabr 2021-ci il tarixə 18 sentyabr 2018-ci il tarixli 733-GL/18 nömrəli müqavilə üzrə 2964 manat gecikdirilmiş əsas borc və 850,67 manat cərimə borcu, 11 noyabr 2016-cı il tarixli 2362-GL/16 nömrəli müqavilə üzrə 3336 manat gecikdirilmiş əsas borc və 957,43 manat cərimə borcu, 27 sentyabr 2018-ci il tarixli 1496-L/18 nömrəli və 23 oktyabr 2018-ci il tarixli 1652-L/18 nömrəli müqavilələr üzrə 6513 manat gecikdirilmiş əsas borc və 1068,82 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Sonradan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 18 sentyabr 2018-ci il tarixli 733-GL/18 nömrəli müqavilə üzrə 2964 manat gecikdirilmiş əsas borc və 850,67 manat cərimə borcunun, 11 noyabr 2016-cı il tarixli 2362-GL/16 nömrəli müqavilə üzrə 3336 manat gecikdirilmiş əsas borc və 957,43 manat cərimə borcunun, 27 sentyabr 2018-ci il tarixli 1496-L/18 nömrəli müqavilə üzrə 1556 manat gecikdirilmiş əsas borc və 221,84 manat cərimə borcunun və 23 oktyabr 2018-ci il tarixli 1652-L/18 nömrəli müqavilələr üzrə 4957 manat gecikdirilmiş əsas borc və 846,98 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğinin, hüquqi yardımla bağlı ödənilmiş 350 manat məbləğinin, ümumilikdə 16439,92 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək izahatında göstərdi ki, mübahisə predmeti olan müqavilələr üzrə əsas borclar ödənilsə də, hesablanmış cərimələr ödənilməmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, pandemiya səbəbindən lizinq müqaviləsi üzrə ödənişlərdə gecikmələrə yol verilmişdir və buna görə də ona cərimə borcunun hesablanması ilə razı deyildir. İş materiallarında olan: - 18 sentyabr 2018-ci il tarixli 733-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 23455 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh verilməsi nəzərdə tutulmuşdur. - 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh gecikdirilmiş borc qismində 2964 manat və 850,67 manat cərimə borcunun olması qeyd olunmuşdur. - 11 noyabr 2016-cı il tarixli 2362-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 22610 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh verilməsi nəzərdə tutulmuşdur. - 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh gecikdirilmiş borc qismində 3336 manat və 957,43 manat cərimə borcunun olması qeyd olunmuşdur. - 27 sentyabr 2018-ci il tarixli 1496-L/18 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 9000 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh verilməsi nəzərdə tutulmuşdur. - 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh gecikdirilmiş borc qismində 1556 manat və 221,84 manat cərimə borcunun olması qeyd olunmuşdur. - 23 oktyabr 2018-ci il tarixli 1652-L/18 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 76150 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh verilməsi nəzərdə tutulmuşdur. - 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh gecikdirilmiş borc qismində 4957 manat və 846,98 manat cərimə borcunun olması qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X2 Group” MMC-yə ünvanlanmış 06 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən əsas borc üzrə ödənişlər tam məbləğdə həyata keçirilmişdir. - 21 dekabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri üzrə əsas borcu tam ödəmiş olsa da vaxtında ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 2964 manat, 3336 manat, 1556 manat və 4957 manat məbləğində əsas borca tənasübsüz hesablanmış müvafiq olaraq 850,67 manat, 957,43 manat, 221,84 manat və 846,98 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 850,67 manat, 957,43 manat, 221,84 manat və 846,98 manat məbləğində dəbbə pulunun məbləği azaldılmaqla müvafiq olaraq 100 manat, 150 manat, 50 manat və 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 və 122.2-ci maddələrinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia verildikdən sonra əsas borc cavabdeh tərəfindən könüllü ödənildiyinə görə ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 168 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Anar Əlvan oğluna qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 18 sentyabr 2018-ci il tarixli, 733-GL/18 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 100 manat, 11 noyabr 2016-cı il tarixli, 2362-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 150 manat, 27 sentyabr 2018-ci il tarixli, 1496-L/18 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 50 manat, 23 oktyabr 2018-ci il tarixli, 1652-L/18 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 100 manat, ümumilikdə 400 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 168 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar