Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1150/2025 20.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı PHŞ-nın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı PHŞ-nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi,pul) X45 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İlkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X20, İlkin iddia üzrə cavabdehin və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı PHŞ-nın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı PHŞ-nə qarşı “pul” tələbinə dair dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti: a) İlkin iddia tələbi və onun dəlilləri:
1. İddiaçı PHŞ (bundan sonra – iddiaçı) cavabdeh İddiaçı PHŞ-nın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə şərtlərinə uyğun olmayan qüsurlu malların əvəz edilməsinin mümkün olmadığını və tərəflər arasında 2018-ci ildən bu günədək davam edən münasibətləri nəzərə alaraq, Müqavilə şərtlərinə uyğun olmayan malların verilməsi nəticəsində İddiaçıya vurulmuş zərərin əvəzi olaraq ümumi 190,000.00 (bir yüz doxsan min) manat məbləğində pul vəsaitinin Cavabdehdən İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (“İddiaçı”)ilə Cavabdeh MMC (“Cavabdeh”) arasında 2018-ci ildən davam edən işgüzar münasibətləri nəzərə alaraq, 14 dekabr 2022-ci il tarixli, M108/2022 nömrəli və 29 may 2024-cü il tarixli, M-022/2024 nömrəli malların satınalınması üzrə müqavilələr imzalanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh malları təqdim etməli, İddiaçı isə malların dəyərini ödəməli idi. Hər iki müqavilənin tərkib hissəsi olan əlavələrə əsasən “Mallara dair tələblər” müəyyən etmişdir və müqavilənin müddəalarına əsasən müqavilə üzrə göndərilmiş mallar “Mallara dair tələblər” bölməsində qeyd olunan tələblərə uyğun olmalıdır. Həmin müqavilələrin tələblərinə əsasən Cavabdeh tərəfindən hazırlanan 6 (altı) adda olan sənəd, yəni gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrində (işçi diplomlarında), gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrinin təsdiqnamələrində, sıravi heyət üzvlərinin ixtisas şəhadətnamələrində, gəmi heyət üzvləri üçün hazırlıq kursları (içliklə) sertifikatlarında, gəmi heyət üzvləri üçün digər dövlətlər tərəfindən verilən şəhadətnamələrin və sertifikatların tanınması haqqında təsdiqnamələrində və dənizçinin qeyd kitabçalarında “xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska ilə gizli yazılar” çap olunmalı idi. Qeyd olunan mallar Cavabdeh tərəfindən İddiaçıya təhvil verildikdən sonra, İddiaçı tərəfindən həmin mallara xüsusi cihaz vasitəsilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sənədlərdə ultrabənövşəyi boya ilə gizli yazılar çap olunmamış və təhvil verilmiş mallar müqavilə şərtlərinə uyğun hazırlanmamışdır. Buna baxmayaraq təhvil verilmiş mallara dair Cavabdeh tərəfindən hazırlanan təhvil-təslim aktları və elektron-qaimələrdə guya bu malların müqavilə şərtlərinə uyğun formada hazırlandığı və təhvil verildiyi qeyd edilmişdir. Bu məsələ ilə bağlı İddiaçının əməkdaşları Cavabdehin nümayəndələrinə dəfələrlə şifahi məlumat verməsinə baxmayaraq, müqavilə şərtlərinə uyğun olmayan qüsurlu malların Cavabdeh tərəfindən dəyişdirilməsinin mümkün olmadığı bildirilərək, xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi boya ilə gizli yazıların çap olunmama səbəbinə aydınlıq gətirilməmiş və dəyən ziyanın ödənilməsindən imtina edilmişdir. Bundan əlavə, müqavilə üzrə öhdəliyinə əməl etməyən Cavabdeh tərəfindən vergilər daxil olmaqla, 66,691.59 manat pulun ödənilməsi tələbi ilə bağlı İddiaçıya məktublar yazılmışdır. Müqavilələrə əsasən, İddiaçı sınaqdan və (və ya) yoxlamadan keçməyən və ya müqavilə razılaşmasının Mallara dair tələblər bölməsində müəyyən olunan tələblərə uyğun gəlməyən hər hansı maldan və ya onun hər hansı bir hissəsindən imtina edə bilər. Həmçinin, Cavabdeh İddiaçıdan əlavə heç bir ödəniş tələb etmədən qüsurlu malları və ya onların hissələrini operativ şəkildə təmir etməli və ya dəyişdirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “Məcəllə”) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Müqavilənin müddəalarına əsasən müqavilə üzrə Cavabdeh öhdəlikləri yerinə yetirə bilmədiyi halda İddiaçıya dəyən ziyanı ödəməlidir.
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, “Dövlət Dəniz və Agentliyi” Publik hüquqi şəxsi bizə qarşı 190.000 manat ziyan tələbinə dair iddia qaldıraraq tələbini onunla əsaslandırmışdır İd, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (“İddiaçı ”)ilə Cavabdeh MMC (“Cavabdeh”) arasında 2018-ci ildən davam edən işgüzar münasibətləri nəzərə alaraq, 14 dekabr 2022-ci il tarixli. M-108/2022 nömrəli və 29 may 2024-cü il tarixli, M- 022/2024 nömrəli mallann satınalınması üzrə müqavilələr imzalanmışdır.Həmin müqavilələrə əsasən Cavabdeh malları təqdim etməli, İddiaçı isə mallann dəyərini ödəməli idi.Hər iki müqavilənin tərkib hissəsi olan əlavələrə əsasən “Mallara dair tələblər” müəyyən etmişdir və müqavilənin müddəalanna əsasən müqavilə üzrə göndərilmiş mallar “Mallara dair tələblər” bölməsində qeyd olunan tələblərə uyğun olmalıdır.Həmin müqavilələrin tələblərinə əsasən Cavabdeh tərəfindən hazırlanan 6 (altı) adda olan sənəd, yəni gəmi komandir heyət üzvlərinin ixtisasşəhadətnamələrində (işçi diplomlarında), gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrinin təsdiqnamələrində,sıravi heyət üzvlərinin ixtisas şəhadətnamələrində, gəmi heyət üzvləri üçün hazırlıq kursları (içliklə) sertifikatlarında, gəmi heyət üzvləri üçün digər dövlətlər tərəfindən verilən şəhadətnamələrin və sertifikatların tanınması haqqında təsdiqnamələrində və dənizçinin qeyd kitabçalarında “xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska ilə gizli yazılar"’ çap olunmalı idi.Qeyd olunan mallar Cavabdeh tərəfindən İddiaçıya təhvil verildikdən sonra, İddiaçı tərəfindən həmin mallara xüsusi cihaz vasitəsilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sənədlərdə ultrabənövşəyi boya ilə gizli yazılar çap olunmamış və təhvil verilmiş mallar müqavilə şərtlərinə uyğun hazırlanmamışdır.Buna baxmayaraq təhvil verilmiş mallara dair Cavabdeh tərəfindən hazırlanan təhvil-təslim aktları və elektron-qaimələrdə guya bu malların müqavilə şərtlərinə uyğun formada hazırlandığı və təhvil verildiyi qeyd edilmişdir. Bu məsələ ilə bağlı İddiaçının əməkdaşları Cavabdehin nümayəndələrinə dəfələrlə şifahi məlumat verməsinə baxmayaraq, müqavilə şərtlərinə uyğun olmayan qüsurlu malların Cavabdeh tərəfindən dəyişdirilməsinin mümkün olmadığı bildirilərək, xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi boya ilə gizli yazıların çap olunmama səbəbinə aydınlıq gətirilməmiş və dəyən ziyanın ödənilməsindən imtina edilmişdir. Bundan əlavə, müqavilə üzrə öhdəliyinə əməl etməyən Cavabdeh tərəfindən vergilər daxil olmaqla, 66,691.59 manat pulunödənilməsi tələbi ilə bağlı İddiaçıya məktublar yazılmışdır.Müqavilələrə əsasən, İddiaçı sınaqdan və (və ya) yoxlamadan keçməyən və ya müqavilə razılaşmasının Mallara dair tələblər bölməsində müəyyən olunan tələblərə uyğun gəlməyən hər hansı maldan və ya onun hər hansı bir hissəsindən imtina edə bilər. Həmçinin,Cavabdeh İddiaçıdan əlavə heç bir ödəniş tələb etmədən qüsurlu malları və ya onların hissələrini operativ şəkildə təmir etməli və ya dəyişdirməlidir.İş materiallarından, tərəflər arasındakı yazışmalardan və yaranmış işgüzar münasibətlərdən göründüyü kimi agentliyinin sifarişinin təqqdim olunmaası spesifik bir yanaşma tələb etdiyinə görə tək tək hazırlanan gəmi komandir heyəti üzvləri və sıravi heyət üzvlərinə işçi diplomları,təsdiqnamələr,Gəmi heyəti üzvləri üçün hazırlıq kursları sertifikatları,Dənizçinin qeyd kitabçası,onların verilməsi və dəyişdirilməsi üçün istifadə olunan ərizə və ərizə-anket blanklan,A4 zərflər və vizitkartların təqdim olunması barədə Agentlikdə dənizçilərin həmin adları sadalanan diplomların və digər sənədlərin təhvil alınması barədə qeydiyyat kitablarında imzalayaraq Dövlət rüsüumu alıb təhvil almaları barədə qeydiyyatlar aparıldığım nəzərə alaraq,hər birinə ayn ayrılıqda elelktron qaimə göndərmək mümkünn olmadığına görə müəyəyn bir akt olduqdan sonra ümumiləşdirilmiş elelktron qaimə “RumpeP’MMC tərəfindən Agentliyə təqdim edilmişdir.Yəni təqdim edilmiş elelktron qaimə və təhvil təslim aktlarında göstərilmiş sənədlər sifarişçi tərəfindən daxili qeydiyyat kitabçalarına və tərtib olunmuş qaimələrə əsasən artıq qəbul edilməklə isitifadə olunmuş sənədlərə dair yekun sənəd kimi təqdim olunur.Hansı ki həmin təhviltəslim formal tərtib olunmuş sənəd olmaqla artəq təhvil verilmiş və istifadə olunmuş sifariş sənədlərinin yekun olaraq bir daha təsdiqini göstərir,Agentlik tərəfindən verilmiş pretenziyada və iddia ərizəsində də iddiaçı malların təhvil verilməsini etiraf etməklə,təhvil verilmiş malların müqavilə şərtlərinə uyğun olmamasına əsaslanmışdır.Lakin standarlara uyğun olmayan malların geri qaytarılması,standarta uyğun yenidən hazırlanmasını tələb etməsinə dair hər hansı bir sübuta istinad etməmişdir.Əgər sifariş verilmiş mal qüsurlu hazırlanmışdısa nə üçün həmin mal geri qaytarılmamış və qüsurların aradan qaldınlması tələb olunmamışdır.
5. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə verərək Dövlət Dəniz və Liman Agentliyinin cavabdeh Rumpel MMC-yə qarşı iddia tələbinin əsassız olmaqla yanaşı həmçinin iddia müddətinin də ötdüyü üçün iddia müddəti tətbiq olunmaqla iddia tələbi rədd edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandərəlmışdır ki,2018-2024-cü illərdə ziyan vurulmasına istinad edən iddiaçı aralarında bağlanılmış podrat müqaviləsinin şərtlərinə və Mülki Məcəllənin 776-cı maddəsinə əsasən iddia müddətinin 1 il olmasını da nəzərə almamış,ehtimal olunan ziyan tələbinə dair iddia müddətini də ötürmüşdür.
b) Qarşılıqlı iddia tələbi və onun dəlilləri:
7. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı PHŞ-nə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı PHŞ-dən 66691 manat borcun,hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat,300 manat ödənilmiş dövət rüsumunun,cəmi 67291 manat pulun tutularaq Cavabdeh MMC-y ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Dəniz və Agentliyi" Publik hüquqi şəxsi bizə qarşı 190.000 manat ziyan tələbinə dair iddia qaldıraraq tələbini onunla əsaslandırmışdır ki. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi ("İddiaçı lilə "Rıımpel” MMC ("Cavabdeh”) arasında 2018-ci ildən davam edən işgüzar münasibətləri nəzərə alaraq. N dekabr 2022-ci il tarixli. M-108/2022 nömrəli və 29 may 2024-cü i/ tarixli. M-022/2024 nömrəli malların satınalınması üzrə m üqavil,ələr imzalan m işdir.Həmin müqavilələrə əsasən Cavabdeh malları təqdim etməli, İddiaçı isə malların dəyərini ödəməli idi.Hər iki müqavilənin tərkib hissəsi alan əlavələrə əsasən "Mallara dair tələblər" müəyyən etmişdir və müqavilənin müddəalarına əsasən müqavilə üzrə göndərilmiş mallar Mallara dair tələblər bölməsində qeyd olıınan tələblərə uyğun olmalıdır.Həmin müqavilələrin tələblərinə əsasən Cavabdeh tərəfindən hazırlanan 6 (altı) adda olan sənəd, yəni gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrində (işçi diplomlarında). gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrinin təsdıqnamə/ərində.sıravi heyət üzvlərinin ixtisas şəhadətnamələrində, gəmi heyət üzvləri üçün hazırlıq kursları (iç/ik/ə) sertifikatlarında, gəmi heyət üzvləri üçün digər dövlətlər tərəfindən verilən şəhadətnamələrin və sertifikatların tanınması haqqında təsdiqnamələrində və dənizçinin qeyd kitabçalarında ‘xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska itə gizli yazılar” çap olunmalı idi.Qeyd olunan mallar Cavabdeh tərəfindən İddiaçıya təhvil verildikdən sonra, İddiaçı tərəfindən həmin mallara xüsusi cihaz vasitəsilə baxış keçirilmiş və müəyyən edilmişdir ki. sənədlərdə ultrabənövşəyi boya ilə gizli yazılar çap olunmamış və təhvil verilmiş mallar müqavilə şərtlərinə uyğun hazırlanmamışdır.Buna baxmay’araq təhvil verilmiş mallara dair Cavabdeh tərəfindən hazırlanan təhvil- təslim aktları və elektron-qaimələrdə guya bu malların müqavilə şərtlərinə uyğun formada hazırlandığı və təhvil verildiyi qeyd edilmişdir.Bu məsələ ilə bağlı İddiaçının əməkdaşları Cavabdehin nümayəndələrinə dəfələrlə şifahi məlumat verməsinə baxmayaraq, müqavilə şərtlərinə uyğun olmayan qüsurlu malların Cavabdeh tərəfindən dəyişdirilməsinin mümkün olmadığı bildirilərək. xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi boya ilə gizli yazıların çap olunmama səbəbinə aydınlıq gətirilməmiş və dəyən ziyanın ödənilməsindən imtina edilmişdir. Bundan əlavə, müqavilə üzrə öhdəliyinə əməl etməyən Cavabdeh tərəfindən vergilər daxil olmaqla. 66,691.59 manat pulunödənilməsi tələbi ilə bağlı İddiaçıya məktublar yazılmışdır.Müqavilələrə əsasən, İddiaçı sınaqdan və (və ya) yoxlamadan keçməyən və ya müqavilə razılaşmasının Mallara dair tələblər bölməsində müəyyən olunan tələblərə uyğun gəlməyən hər hansı maldan və ya onun hər hansı bir hissəsindən imtina edə bilər. Həmçinin, Cavabdeh İddiaçıdan əlavə heç bir ödəniş tələb etmədən qüsurlu malları və ya onların hissələrini operativ şəkildə təmir etməli və ya dəyişdirməlidir. İş materiallarından,tərəflər arasındakı yazışmalardan və yaranmış işgüzar münasibətlərdən göründüyü kimi agentliyinin sifarişinin təqdim olunması spesifik bir yanaşma tələb etdiyinə görə tək-tək hazırlanan gəmi komandir heyəti üzvləri və sıravi heyət üzvlərinə işçi diplomları, təsdiqnamələr. (ıəmi heyəti (l/vləri üçün hn/ırlıc| kursları sertifikatları. Dənizçinin qeyd kitabçası, onların verilməsi və dəyişdirilməsi üçün istifadə olunan əri/ə və ərizə-anket blanklan. A4 zərli ər və vizitknrtların təqdim olımmn.sı barədə Agentlikdə dənizçilərin həmin adlan sadalanan diplomların və digər sənədlərin təhvil alınması barədə qeydiyyat kitablarında imzalavnraq Dövlət rüMluımı alıb təhvil almaları barədə qeydiyyatlar aparıldığını nəzərə alaraq, hər birinə ayrı-ayrılıqda elektron qaimə göndərmək mümkün olmadığına görə. a\ ərzində təhvil verilmiş xidmətlər üzrə ümumiləşdirilmiş elektron qaimə "Rumper'MMC tərəfindən Agentliyə təqdim edilmişdir. Yəni, təqdim edilmiş elektron qaimə və təhvil-təslim aktlarında göstərilmiş sənədlər sifarişçi tərəfindən daxili qeydiyyat kitabçalarına və tərtib olunmuş qaimələrə əsasən artıq qəbul edilməklə isitifadə olunmuş sənədlərə dair yekun sənəd kimi təqdim olunur. Hansı kİ, həmin təhvil-təslim formal tərtib olunmuş sənəd olmaqla əv vəlcədən təhvil verilmiş və istifadə olunmuş sifariş sənədlərinin yekun olaraq bir daha təsdiqini göstərir.Agentlik tərəfindən verilmiş pretenziyada və iddia ərizəsində də iddiaçı malların təhvil v erilməsini etiraf etməklə, təhvil verilmiş malların müqavilə şərtlərinə uyğun olmamasına əsaslanmışdır. Lakin qarşılıqlı iddia üzrə Cavabdeh, guya, standarlara uyğun olmayan hesab etdiyi malların geri qaytarılması, “standarta uyğun” yenidən hazırlanmasını tələb etməsinə dair hər hansı bir sübuta istinad etməmişdir. Bu baxımdan nəzərə alınmalıdır ki. əgər sifariş verilmiş mal qüsurlu hazırlanmış olsaydı, cavabdeh həmin malı qəbul etmədən, hətta, qəbul etmişdirsə belə. Müqavilədə nəzərdə tutulmuş müddət ərzində geri qaytararaq İddia etdiyi "qüsurların' aradan qaldırılmasını tələb edə bilərdi. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən belə bir hərəkət edilməmişdir.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Dövlət Dəniz və X34 Hüquqi Şəxsindən 71408 manat borcun, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat, 300 manat ödənilmiş dövlət rüsümunun, cəmi 72.008 (yetmiş iki min səkkiz) manat pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
10. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mallar müqavilə şərtlərinə uyğun gəlmir. Bu səbəbdən ziyan tələb olunur. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf təhvil-təslim aktını təqdim edə bilməmiş və malların təhvilinə dair hər hansı sübutun mövcudluğunu təsdiqləyə bilməmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qarşılıqlı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, müəyyən edilmişdir ki, malların təhvili zamanı qüsurlu mallarla bağlı məlumat verilməsi üçün müəyyən müddət nəzərdə tutulmuşdur. Mallar qəbul edilmiş, istifadə olunmuş və bir neçə il sonra tələb irəli sürülmüşdür. Bu kontekstdə sual yaranır: mallar hazırda haradadır. Müqavilədə nəzərdə tutulmuşdur ki, 15 günlük müddət ərzində məlumat verilmədikdə, mallar təhvili alınmış hesab olunur. Lakin ilkin iddia üzrə iddiaçı tərəf xəbərdarlıqla bağlı heç bir sübut təqdim etməmişdir. Qiymətin müəyyən edilməsi məsələsi də problemli olaraq qalır, xüsusilə ziyan məbləği ilə bağlı hissə qeyrimüəyyəndir. Müqavilə alğı-satqı müqaviləsi kimi qeyd edilmiş olsa da, onun şərtlərindən aydın olur ki, müqavilə podrat müqaviləsi xarakteri daşıyır. Podrat müqaviləsi üzrə iddia müddəti ötürülmüşdür. Qarşılıqlı iddia tam təmin edilməlidir, çünki təhvili təsdiq edən akt yalnız formal sənədləşməni təsdiq edir. Təkrarən qaimənin təsdiqi üçün göndərilməsinə baxmayaraq, təhvil –təslim aktının mövcud olmaması səbəbindən təsdiqləmə həyata keçirilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
14. İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi ilə Cavabdeh MMC arasında 29 may 2024-cü il tarixli M-022/2024 saylı malların satınalınması üzrə müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Mallar üzrə satınalma müqaviləsi (bundan sonra - müqavilə) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 38.15-ci maddəsinə uyğun olaraq Satmaları təşkilatlar tərəfindən malların və əlaqədar xidmətlərin (tətbiq olunduğu halda) Qanunla müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına satın alınmasının təmin edilməsi üçün tərtib olunur. - 1.2.2-ci bəndinə əsasən təyinat məntəqəsi Bakı şəhəri,Səbail rayonu,Xanlar küçəsi 2B - 1.2.6-cı bəndinə əsasən satınalan təşkilatın adı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi. - 13.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Müqavilənin xüsusi şərtlərinin 11-ci hissəsi ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə, Təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) iş günündən gec olmayaraq aparılır. - 23.2-ci bəndinə əsasən gecikdirilmiş ödənişə görə cərimənin gündəlik faizi 0.1%. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
15. İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi ilə Cavabdeh MMC arasında 29 may 2024-cü il tarixli M-022/2024 saylı malların satınalınması üzrə müqaviləyə 02 saylı Əlavədə malların adı,ətraflı təsviri,ölçü vahidi,sayı və məbləği müəyyən olunmuşdur.
16. İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi ilə Cavabdeh MMC arasında 14 dekabr 2022-ci il tarixli M-108/2022 saylı malların satınalınması üzrə müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, Sifarişçi mətbəə məhsullarının satınalınması üzrə icraçının 119998.92 manat məbləğində təklifini qəbul etmişdir. - 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan mətbəə məhsullarının təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilədə göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. - 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. - 13.2-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə İcraçıya ödənilir. Müqavilənin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sifarişçi ilə İcraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
17. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi ilə Cavabdeh arasında bağlanmış M-108/2022 nömrəli xx.xx.2022-ci il tarixli “Malların (işlər və xidmətlər) satın alınması üzrə müqavilə”nin 01 saylı Əlavə olan Xüsusi Şərtləri imzalanmışdır.
18. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi və Cavabdeh arasında bağlanmış M-108/2022 nömrəli xx.xx.2022-ci il tarixli Müqavilə əsasında alınacaq malların (işlər və xidmətlərin) miqdarı və qiymət cədvəli olan 02 saylı Əlavə imzalanmışdır.
19. İddiaçıPHŞ tərəfindən tərtib edilən xx.xx.2024cü,xx.xx.2024,xx.xx.2024,xx.xx.2024,xx.xx.2024,xx.xx.2024,xx.xx.2024, xx.xx.2024,xx.xx.2024,xx.xx.2024,xx.xx.2024,xx.xx.2024-cü il tarixli aktlara əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İddiaçın əməkdaşları Gəmi heyəti departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Səid Orucov, Satınalma və təchizat departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Elçin Ərbəşiyev, Mətbəə şöbəsinin aparıcı mütəxəssisi Məmmədov Abdulla, bu aktı ondan ötrü tərtib edirik ki, həqiqətən 14 dekabr 2022ci il tarixli M-108/2022 nömrəli və 29 may 2024-cü il tarixli M-022/2024 nömrəli malların satınalınması üzrə müqavilələri üzrə Cavabdeh tərəfindən hazırlanaraq təhvil verilmiş hazırlanan 6 (altı) adda olan sənəd, yəni “gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrində (işçi diplomlarında)”, “gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrinin təsdiqnamələrində”, “sıravi heyət üzvlərinin ixtisas şəhadətnamələrində”, “gəmi heyət üzvləri üçün hazırlıq kursları (içliklə) sertifikatlarında”, “gəmi heyət üzvləri üçün digər dövlətlər tərəfindən verilən şəhadətnamələrin və sertifikatların tanınması haqqında təsdiqnamələrində” və “dənizçinin qeyd kitabçalarında” “xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska ilə gizli yazılar”ın (arial 16 ölçüsü ilə yazılmalı söz: İddiaçı) çap olunmasının ultrabənövşəyi işıq saçan “Vito” adda olan “VT 2001” markalı cihaz vasitəsi ilə yoxlanmasını təşkil etmək məqsədi ilə seçmə metodu əsasında Cavabdeh MMC tərəfindən 2022-2024-ci illər ərzində hazırlanmış sözügedən sənədlər həmin tarixlərdə Agentliyin inzibati binasında yoxlanmış və ultrabənövşəyi kraska ilə gizli yazıların olmadığı müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2025-ci il tarixli 3-16-16/2-5/700/2025 saylı ekspert rəyinə əsasən X7 adına Sİ-3650-23, SJ-1443-23,SO-5363-23,SH-3051-23,YS-0015-23,SW-0508-23,SL-4136- 23,SZ-0621-23,DL-0954-23,DO-0820-23,SN-1705-23,SR-0201-23 nömrəli sertifikatlarında,DQ-0620-23 nömrəli sertfikatının təsdiqnaməsində,X8 adına YS-0014- 23,SH-2891-23,Sİ-3424-23,DL-0879-23, SW-0470-23,SZ-0591-23,SJ-1370-23,SL- 3968-23,SO-5172-23,SN-1609-23,SR-01858-23,DQ-0569-23 nömrəli sertifikatlarında,DO 0569-23,001287/23 nömrəli serifikatlarının təsdiqnamələrində X4 adına DL-0900-23, SJ-1389-23, SG-0401-23, XS0630-23, SL-4017-23, SW-0473-23, SO-5211-23, SZ-059-23, SN-1655-23, SQ-0458-23, DQ-0593-23, 001316/23 nömrəli sertifikatlarında, DQ-0593-23, 001316/23 nömrəli sertifikatlarının təsdiqlənmələrində, X26 adına SW-0531-23, SV-0392-23, SP-380-23, DL-980-23, SZ-0655-23, XS-0692- 23, SN-1778-23 nömrəli sertifikatlarda, X21 adına SH-3244-23, SL-4353-23, SO-5648- 23, SP-3921-23, DL-0998-23, XS-0705-23, SJ-1503-23, SN-1804-23 nömrəli sertifikatlarda, X11 adına DM-0294-23, DL-1002-23, SB-0374-23, AS-0154-23, SX- 0088-23, ST-015-23 nömrəli sertifikatlarda, X12 adına SN- 1886-23,SH-3526-23,SP- 4142-23,SO-5974-23, SJ-1006-23,SL-4661-23 nömrəli sertifikatlarda, X22 adına SZ- 0598-23, Sİ-3543-23, SR-0194-23, DQ-0594-23 nömrəli sertifikatlarda, DQ-0594-23 nömrəli sertifikatın təsdiqnaməsində, X16 adına SN-174-23, Sİ-1881-22, SO-3575-22, SL-2219-22, SP-2356-22, SJ-1442-23, SW-0507-23, DL-0953-23, SZ-0620-23, SR- 0200-23, DQ-0618-23 nömrəli sertifikatlarda, DQ-0618-23 nömrəli sertifikatın təsdiqnaməsində, X23 adına SG-0436-23, SJ-1502-23, SV-0403-23 nömrəli sertifikatlarda, X2 adına SG-046-23, XS-0654-23, DQ-0619-23 nömrəli sertifikatlarda, DQ-618-23 nömrəli sertifikatın təsdiqnaməsində, X27 adına XS-0626-23,001244/23 nömrəli sertifikatlarda, 001244/23 nömrəli sertifikatın təsdiqnaməsində, X9 adına DQ- 0586-23 nömrəli sertifikat və həmin sertifikatın təsdiqnaməsində, X10 adına SN-1690- 23, SW-0494-23, SZ-0611- 23, SV-0361-23, SJ-1425-23, SP-3640-23, SO-5314-23, SL-4062-23, SG-0409-23 nömrəli sertifikatlarda, X3 adına DQ-0585-23 nömrəli sertifikat və həmin sertifikatın təsdiqnaməsində, X17 adına SE-0138-23, DM- 0293-23, SF-0062-23, SN-1807-23 nömrəli sertifikatlarda, X13 adına SO-5366-23, Sİ-3651-23 nömrəli sertifikatlarda, X5 adına SL-4139-23, SJ-1445-23, DL-0957-23, SH-3052-23, SP-3701-23, SO-5367-23, XS-0657-23, ER-0338-23, SN-1708-23 nömrəli sertifikatlar, X1 adına SN-1683-23, SR-0196-23, DQ-0601-23, SH-2994-23, Sİ-3594-23, SO-5286- 23, XS-0640-23, SZ-060623, SJ-1419-23, SL-4056-23, SW-0489-23, DL-0921-23 nömrəli sertifikatlarda, DQ-0601-23 nömrəli sertifikatın təsdiqnaməsində, X18 adına SN-1682-23, SR-0195-23, SZ-0605-23, Sİ-3593-23, SO-5285-23, SL-4055-23, DL- 0920-23, SW-0488-23, SH-2993-23, SJ-1418-23, XS-0639-23, DQ-0600-23 nömrəli sertifikatlarda, DQ-0600-23 nömrəli sertifikatın təsdiqnaməsində, X14 adına SN-1679- 23, SG-0405-23, DL-0904-23, SP-3634-23, SW-0477-23, SV-0355-23, SJ- 14110-23, XS-0634-23, SO-5282-23, SL-4037-23, SM-0482-23, SQ-0460-23, DQ-0597-23, 001377/23 nömrəli sertifikatlarda, DQ-0597-23, 001377/23 nömrəli sertifikatların təsdiqnamələrində, X19 adına SL-4038-23, SJ-1411 -23, XS- 0635-23, SV-0356-23, SP-3635-23, SG-0406-23, DL-0905-23, SW-0478-23, SO-5283-23, SZ- 0603-23, SN- 1680-23, SM-0483-23, SQ-0461-23, DQ-0598-23, 001378/23 nömrəli sertifikatlarda, DQ-0598-23, 001378/23 nömrəli sertifikatların təsdiqnaməsində, X24 adına SO-5661- 23, SJ-1505-23, Sİ-3868-23, SL-4355-23, SZ-0667-23, DL- 1001-23, SW-0552-23, XS-0706-23, SH-3256-23, SN-1806-23, SR-0216-23, 001399/23, DQ- 0652-23 nömrəli sertifikatlarda, 001399/23, DQ-0652-23 nömrəli sertifikatların təsdiqnamələrində, X30 adma XSSQ-0451-23, SN-1633-23, XS-23, SH-2892-23, DL0898-23, SW-0471-23, SL-3974-23, Sİ-3442-23,SO 5178-23,SZ 0604-23,DL-0906- 23,XS-0636-23,SL-4039-23,SO-5284-23,DP-3636-23, SW-0479-23,SJ-1412-23,SV- 0358-23,SG-0407-23,SM-0484-23,SQ-0462-23,SN-1681-23,001279/23,DQ-0599-23 nömrəli sertifikatlarda,001279/23, DQ-0599-23 nömrəli sertifikatların təsdiqnamələrdə, X15 adına SO-5280-23, SP3633-23, SL-4035-23, SZ-0600-23, SW-0475-23, SV- 0353-23, SG-0404-23, SJ-1408-23, DL-0902-23, SM-0481-23. SN-1677-23,DQ-0596- 23 nömrəli sertifikatlarda, DQ-0596-23 nömrəli sertifikat təsdiqnaməsində ultrabənövşəyi işıqda görünən yazılar və təsvirlər müəyyən edilməmişdir. Ekpsertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir. V. Tətbiq edilən hüquq:
21. AR Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. -753.3-ci maddəsinə görə əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. -756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. - 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. -759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. -763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. -764.1-ci maddəsinə görə əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. - 766-cı maddəsinə görə sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 773.1-ci maddəyə əsasən Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.
22. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
24. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X31rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
a)İlkin iddia tələbi və onun dəlillərinə dair məhkəmənin mövqeyi:
25. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməlidir.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçıPHŞ ilə Cavabdeh MMC arasında 14 dekabr 2022-ci il tarixli, M108/2022 nömrəli və 29 may 2024-cü il tarixli, M-022/2024 nömrəli malların satınalınması üzrə müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 14 dekabr 2022-ci il tarixli müqavilə üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən təhvi verilən malların dəyəri ödənilsə də, cavabdeh tərəfindən təhvil verilən məhsullarda müqavilənin şərtlərinə uyğun olaraq ultrabənpvşəyi şüalar mövcud olmamışdır.Belə ki, qqeyd edilən hal işin mübahisəzi halıdır, tərəflər məhkəmə iclasında həmin müqavilə üzrə malların təhvil verilməsini və ödənişin olunmasını və məhsullarda ultrabənövşəyi şüaların olmamasını mübahisələndirmir.Həmçinin məhkəmə qeyd edir ki, təyin edilmiş ekspertiza rəyi ilə ultrabənövşəyi şüaların olmaması təsdiqini tapmışdır. Tərəflər arasında işin mübahisəli halı iddiaçı müqavilə üzrə cavabdehin müqaviləyə uyğun mal vermədiyi üçün iddiaçı dəymiş, müqaviləyə uyğun dəyərin azaldılaraq qalan məbləğin ona ödənilməsini tələb edir, cavabdeh isə qüsurlu amla dair iddia müddətinin keçməsi əsası ilə iddianən rədd edilməsini xahiş edir.
27. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MMC tərəfindən İddiaçıPHŞ-nə 14 dekabr 2022-ci il tarixli, M108/2022 nömrəli müqavilədə nəzərdə tutulan mallar verilmiş və iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan ödəniş edilmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən hal cavabdeh tərəfindən təhvil verilən malların qüsurlu olması,yəni cavabdeh tərəfindən hazırlanan 6 (altı) adda olan sənəd, yəni gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrində (işçi diplomlarında), gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrinin təsdiqnamələrində, sıravi heyət üzvlərinin ixtisas şəhadətnamələrində, gəmi heyət üzvləri üçün hazırlıq kursları (içliklə) sertifikatlarında, gəmi heyət üzvləri üçün digər dövlətlər tərəfindən verilən şəhadətnamələrin və sertifikatların tanınması haqqında təsdiqnamələrində və dənizçinin qeyd kitabçalarında “xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska ilə gizli yazılar” çap olunmaması və bunun nəticəsində onun 190000 manat məbləğində ziyan çəkməsindən ibarətdir.
28. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin tələbi isə ondan ibarətdir ki, təqdim edilmiş elektron qaimə və təhvil-təslim aktlarında göstərilmiş sənədlər sifarişçi tərəfindən daxili qeydiyyat kitabçalarına və tərtib olunmuş qaimələrə əsasən artıq qəbul edilməklə isitifadə olunduğuna görə müqavilə üzrə ödənilməmiş 71408 manat borcunun olmasıdır.
29. Məhkəmə ilkin iddia və qarşılıqlı iddia tələblərinin hüquqi qiymət verilməsi üçün eyni mübahisəli halların araşdırılmalı olduğunu nəzərə alaraq ilkin və qarşılıqlı iddia tələblərə paralel şəkildə qiymət verilməsini mümkün sayır.
30. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı “X57 Agentliyi” PHŞ ilə Cavabdeh MMC arasında 14 dekabr 2022-ci il tarixli, M108/2022 nömrəli və 29 may 2024-cü il tarixli, M-022/2024 nömrəli malların satınalınması üzrə müqavilələr alğı-satqı müqavilələri kimi göstərilsə də,işin faktiki hallarından da görünür ki tərəflər arasında yaranmış münasibətlər podrat münasibətlərindənn irəli gələn öhdəlik hüquq münasibətləridir.
31. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Qanun da bunu tələb edir ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə alsın (§ 49-50).
33. İşin hallarından görünür ki, müqavilənin predmeti İddiaçı PHŞ-nin işçiləri barəsində fərdi qaydada hazırlanan mətbəə məhsularıdır (vəsiqə,sertifikat və s.).
34. MM-nin 752-ci maddəsinə əsasən əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
35. Belə ki, qanunvericinin əvəz edilən əşyalarla bağlı verdiyi hüquqi qiymətə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hazırlanan əşyalar əvəz edilən əşya kateqoyasına aid olmadığına görə bura alğı-satqı münasibətlərindən söhbət gedə bilməz.
36. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (§ 23-24).
37. Bununla belə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal- cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya müqavilə şərtlərinə əməl olunması baxımından qüsurlu mal verib verməməsi iş üzrə sübutetmənin predmeti olmuşdur.
38. Hazırda ilkin İddiaçı PHŞ Cavabdeh MMC tərəfindən təqdim olunan vəsiqələrdə xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska ilə gizli yazıların çap olunub-olunmaması mübahisə predmeti olduğuna görə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2025-ci il tarixli 3-16-16/2- 5/700/2025 saylı ekspert rəyinə əsasən X7 adına Sİ-3650-23, SJ-1443-23,SO-5363- 23,SH-3051-23,YS-0015-23,SW-0508-23,SL-4136-23,SZ-0621-23,DL-0954-23,DO- 0820-23,SN-1705-23,SR-0201-23 nömrəli sertifikatlarında,DQ-0620-23 nömrəli sertfikatının təsdiqnaməsində,X8 adına YS-0014-23,SH-2891-23,Sİ-3424-23,DL-0879- 23, SW-0470-23,SZ-0591-23,SJ-1370-23,SL-3968-23,SO-5172-23,SN-1609-23,SR- 01858-23,DQ-0569-23 nömrəli sertifikatlarında,DO 0569-23,001287/23 nömrəli serifikatlarının təsdiqnamələrində X4 adına DL-0900-23, SJ-1389-23, SG-0401-23, XS0630-23, SL-4017-23, SW-0473-23, SO-5211-23, SZ-059-23, SN-1655-23, SQ- 0458-23, DQ-0593-23, 001316/23 nömrəli sertifikatlarında, DQ-0593-23, 001316/23 nömrəli sertifikatlarının təsdiqlənmələrində, X26 adına SW-0531-23, SV-0392-23, SP- 380-23, DL-980-23, SZ-0655-23, XS-0692-23, SN-1778-23 nömrəli sertifikatlarda, X21 adına SH-3244-23, SL-4353-23, SO-5648-23, SP-3921-23, DL-0998-23, XS-0705-23, SJ-1503-23, SN-1804-23 nömrəli sertifikatlarda, X11 adına DM-0294-23, DL-1002-23, SB-0374-23, AS-0154-23, SX-0088-23, ST-015-23 nömrəli sertifikatlarda, X12 adına SN- 1886-23,SH-3526-23,SP-4142-23,SO-5974-23, SJ-1006-23,SL-4661-23 nömrəli sertifikatlarda, X22 adına SZ-0598-23, Sİ-3543-23, SR-0194-23, DQ-0594-23 nömrəli sertifikatlarda, DQ-0594-23 nömrəli sertifikatın təsdiqnaməsində, X16 adına SN-174- 23, Sİ-1881-22, SO-3575-22, SL-2219-22, SP-2356-22, SJ-1442-23, SW-0507-23, DL-0953-23, SZ-0620-23, SR-0200-23, DQ-0618-23 nömrəli sertifikatlarda, DQ-0618- 23 nömrəli sertifikatın təsdiqnaməsində, X23 adına SG-0436-23, SJ-1502-23, SV- 0403-23 nömrəli sertifikatlarda, X2 adına SG-046-23, XS-0654-23, DQ-0619-23 nömrəli sertifikatlarda, DQ-618-23 nömrəli sertifikatın təsdiqnaməsində, X27 adına XS- 0626-23,001244/23 nömrəli sertifikatlarda, 001244/23 nömrəli sertifikatın təsdiqnaməsində, X9 adına DQ-0586-23 nömrəli sertifikat və həmin sertifikatın təsdiqnaməsində, X10 adına SN-1690-23, SW-0494-23, SZ-0611- 23, SV-0361-23, SJ-1425-23, SP-3640-23, SO-5314-23, SL-4062-23, SG-0409-23 nömrəli sertifikatlarda, X3 adına DQ-0585-23 nömrəli sertifikat və həmin sertifikatın təsdiqnaməsində, X17 adına SE-0138-23, DM- 0293-23, SF-0062-23, SN-1807-23 nömrəli sertifikatlarda, X13 adına SO-5366-23, Sİ-3651-23 nömrəli sertifikatlarda, X5 adına SL-4139-23, SJ-1445-23, DL-0957-23, SH-3052-23, SP-3701-23, SO-5367-23, XS-0657-23, ER-0338-23, SN-1708-23 nömrəli sertifikatlar, X1 adına SN-1683-23, SR-0196-23, DQ-0601-23, SH-2994-23, Sİ-3594-23, SO-5286-23, XS-0640-23, SZ- 060623, SJ-1419-23, SL-4056-23, SW-0489-23, DL-0921-23 nömrəli sertifikatlarda, DQ-0601-23 nömrəli sertifikatın təsdiqnaməsində, X18 adına SN-1682-23, SR-0195- 23, SZ-0605-23, Sİ-3593-23, SO-5285-23, SL-4055-23, DL-0920-23, SW-0488-23, SH-2993-23, SJ-1418-23, XS-0639-23, DQ-0600-23 nömrəli sertifikatlarda, DQ-0600- 23 nömrəli sertifikatın təsdiqnaməsində, X14 adına SN-1679-23, SG-0405-23, DL- 0904-23, SP-3634-23, SW-0477-23, SV-0355-23, SJ- 14110-23, XS-0634-23, SO- 5282-23, SL-4037-23, SM-0482-23, SQ-0460-23, DQ-0597-23, 001377/23 nömrəli sertifikatlarda, DQ-0597-23, 001377/23 nömrəli sertifikatların təsdiqnamələrində, X19 adına SL-4038-23, SJ-1411 -23, XS- 0635-23, SV-0356-23, SP-3635-23, SG-0406-23, DL-0905-23, SW-0478-23, SO-5283-23, SZ- 0603-23, SN-1680-23, SM-0483-23, SQ- 0461-23, DQ-0598-23, 001378/23 nömrəli sertifikatlarda, DQ-0598-23, 001378/23 nömrəli sertifikatların təsdiqnaməsində, X24 adına SO-5661-23, SJ-1505-23, Sİ-3868- 23, SL-4355-23, SZ-0667-23, DL- 1001-23, SW-0552-23, XS-0706-23, SH-3256-23, SN-1806-23, SR-0216-23, 001399/23, DQ- 0652-23 nömrəli sertifikatlarda, 001399/23, DQ-0652-23 nömrəli sertifikatların təsdiqnamələrində, X30 adma XSSQ-0451-23, SN-1633-23, XS-23, SH-2892-23, DL0898-23, SW-0471-23, SL- 3974-23, Sİ-3442-23,SO 5178-23,SZ 0604-23,DL-0906-23,XS-0636-23,SL-4039- 23,SO-5284-23,DP-3636-23, SW-0479-23,SJ-1412-23,SV-0358-23,SG-0407-23,SM- 0484-23,SQ-0462-23,SN-1681-23,001279/23,DQ-0599-23 nömrəli sertifikatlarda,001279/23, DQ-0599-23 nömrəli sertifikatların təsdiqnamələrdə, X15 adına SO-5280-23, SP3633-23, SL-4035-23, SZ-0600-23, SW-0475-23, SV-0353-23, SG-0404-23, SJ-1408-23, DL-0902-23, SM-0481-23. SN-1677-23, DQ-0596-23 nömrəli sertifikatlarda, DQ-0596-23 nömrəli sertifikat təsdiqnaməsində ultrabənövşəi işıqda görünən yazılar və təsvirlər müəyyən edilməmişdir.
39. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda əsas borca dair hissədə məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
40. Belə ki, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.
41. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.
42. Qüsur aşkar edildiyi təqdirdə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edib-etmədiyinə, yaxud bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçibkeçmədiyinə mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir.
43. İşin hallarından görünür ki,Cavabdeh MMC tərəfindən İddiaçı PHŞ-ə adıçəkilən vəsiqələr hissə-hissə təhvil verilmiş və sonuncu dəfə cavabdeh tərəfindən mallar 2024-cü ilin noyabr ayında təhvil verildiyinə və hazırki iş üzrə iddia xx.xx.2024-cü il tarixində qaldırıldığına görə iddiaçı “Dövlət Dəniz və İiman Agentliyi” PHŞ 14 dekabr 2022-ci il tarixli, M108/2022 nömrəli müqavilə üzrə təhvil verilən mallara dair iddia müddətini ötürsə də, 29 may 2024-cü il tarixli, M-022/2024 nömrəli malların satınalınması üzrə müqavilə üzrə təhvil verilən mallara dair iddia müddətini ötürməmişdir.
44. Hazırda iddiaçı “Dövlət Dəniz və İiman Agentliyi” PHŞ cavabdeh tərəfindən ona qüsurlu malların təhvil verilməsinə görə 190 000 manat məbləğində dəymiş ziyanın ödənilməsini tələb edir.
45. llkin iddianın müqavilə üzrə işlərin qüsurlu verilməsi ilə bağlı dəymiş zərərə görə 190000 manat pulun tutulması tələbinə gəldikdə qeyd edilməlidir ki, həmin hissədə ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 21.1, 443.1 və 763.1 ci maddələri təşkil edir.
46. Maddi zərərin əvəzi olaraq 190 000 manat pulun tutulmasını Cavabdeh tərəfindən hazırlanan 6 (altı) adda olan sənəd, yəni gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrində (işçi diplomlarında), gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrinin təsdiqnamələrində, sıravi heyət üzvlərinin ixtisas şəhadətnamələrində, gəmi heyət üzvləri üçün hazırlıq kursları (içliklə) sertifikatlarında, gəmi heyət üzvləri üçün digər dövlətlər tərəfindən verilən şəhadətnamələrin və sertifikatların tanınması haqqında təsdiqnamələrində və dənizçinin qeyd kitabçalarında “xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska ilə gizli yazılar” çap olunması və bu səbəbdən təhvil verilən malların real bazar dəyərinin ödənilmiş məbləğdən kifayət qədər az olması ilə əsaslandırmışdır.
47. Məhkəmə qeyd edir ki, müqavilə üzrə öhdəliklərinin pozuntusundan irəli gələn maddi zərərin ödənilməsi tələbinə dair işlərə baxılarkən məhkəmə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin pozuntusuna yol verilməsini (hazırkı halda icraçı tərəfindən müqavilə şərtlərinə uyğun gəlməyən vəsiqələrin verilməsi), həmin pozuntu ilə dəymiş zərər arasında səbəbli əlaqənin mövcud olmasını, eləcə də zərərin dəyməsi faktını və məbləğini müəyyən etməlidir.
48. Maddi zərər tələbinə dair iddianın 190 000 manat məbləğində pul tutulması hissəsinə gəldikdə qeyd edilməlidir ki, hazırkı halda icraçı tərəfindən müqavilə şərtlərinə uyğun gəlməyən yəni ultrabənövşəyi işıqda görünən yazılar və təsvirlər müəyyən olunmaması öz təsdiqini tapsa da, Mülki Məcəllənin 763.1-ci maddəsinin tələblərinə əsasən sifarişçi)iddiaçı) cavabdehdən əlavə icra tələb etməsi və ya xərc çəkməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən dəymiş zərərin m\bləğində dair heç bir sübut məhkəməyə təqdim edilməmşdir.
49. Bundan əlavə məhkəmə qeyd edir ki iddiaçı işləin qüsurlu icra olunmasına istinad etsə də, sözügedən tələbə Mülki Məcəllənin 763- 766-cı maddələrin tələbləri tətbiq edilməklə münasibət bildirilməlidir. Sözügedən normaların məzmunundan da göründüyü kimi qanunverici görülmüş işlərdə qüsur aşkar edildikdə sifarişçi tərəfindən həmin qüsurların icrası barədə əlavə müddət verilməli olmasını və yalnız həmin müddət ərzində qüsurlar aradan qaldırılmadıqda sifarişçinin qüsuru özü aradan qaldırmaqla xərclərin ödənilməsini podratçıdan tələb etmək və ya muzdu azaltmaq hüququna malik olmasını müəyyən etmişdir. Lakin qeyd edilən hərəkətlərin iddiaçı tərəfindən edilməsi iş materialları ilə təsdiqi tapmamışdır.
50. Odur ki,ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı PHŞ-nın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddia rədd edilməlidir.
51. b)Qarşılıqlı iddia tələbi və və onun dəlillərinə dair məhkəmənin mövqeyi:
52. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı PHŞ-nə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı PHŞ-dən 66691 manat borcun,hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat,300 manat ödənilmiş dövət rüsumunun,cəmi 71408 manat pulun tutularaq Cavabdeh MMC-y ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
53. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qeyd etmişdir ki, tələb etdikləri 71408 manat məbləğində pul vəsaiti İddiaçıPHŞ ilə Cavabdeh MMC arasında 29 may 2024-cü il tarixli, M-022/2024 nömrəli malların satınalınması üzrə müqavilədən irəli gələn ödənilməmiş borc məbləğidir.
54. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hallardan görünür ki, icraçı Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri qüsurlu icra edərək,tələb olunan vəsiqələri ultra bənövşəyi yazılar və təsvirlər çap etmədən təqdim etmiş və bu səbəbdən sifarişçi malları təhvil almayaraq, təhvil təslim aktlarını imzalamayaraq, malları təhvil almamış, və podratçı tərəfindən qüsurlar raradan qaldırıımamışdır. MMnin Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh İddiaçı PHŞ haqlı olaraq müqavilən icrasından imtina etmiş və malları təhvil almamışdır.
55. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə üzrə iddiaçı Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı PHŞ-nə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir.
56. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 300 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
57. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi İddiaçı PHŞ-dən, 50 manat hissəsi isə Cavabdeh MMCdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı PHŞ-nın Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddia tələbi rədd edilsin. Cavabdeh MMC-nin cavabdeh İddiaçı PHŞ-nə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi İddiaçı PHŞ-dən, 50 manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova