Məhkəmə qərarları › İş №e-2-2(113)-1151/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1151/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1151/2021 09.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə qalıq 3533,05 (üç min beş yüz otuz üç manat beş qəpik) manat əsas borc, 10000 (on min) manat əldən çıxmış fayda və 300 manat hüquqi yardım üçün ödənilmiş pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fiziki şəxs “VÖEN **********” X5 ilə Cavabdeh MMC arasında xx xxxxxx 2017-ci il tarixli müqavilə imzalamışdır. Müqaviləyə əsasən alıcı satıcının satdığı tikinti məhsullarını qəbul edir və müqaviləyə edilmiş “qiymətlərin razılaşdırılması protokolu”na uyğun olaraq ödəyir. Müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdə bitib. Lakin cavabdeh öhdəliyini tam icra etməyib bu səbəbdən iddiaçının pul vəsaiti durğun olaraq qalıb. Bu müddətdə cavabdeh həmin pulu dövriyəyə qatmaqla əlavə qazanc əldə edə bilərdi. xx xxxx 2018-ci il tarixli, 20 saylı Qiymətlərin razılaşdırma Protokoluna uyğun olaraq x xxxx 1912 (bir min doqquz yüz on iki) manat dəyərində mal təhvil -təslim aktına əsasən Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən qəbul edilmiş və ödənişin edilməsi üçün EAAJ seriyalı, 769075 saylı elektron qaimə göndərilmişdir. Daha sonra xx xxxx 2018-ci il tarixli, 23 saylı Qiymətlərin razılaşdırılma Protokoluna uyğun olaraq xx xxxx 2899 (iki min səkkiz yüz doxsan doqqz) manat dəyərində mal təhvil təslim aktına əsasən “xxxx”xxxx” MMCnin nümayəndəsi tərəfindən qəbul edilmiş və ödənişin edilməsi üçün EAAK seriyalı, 288001 saylı elektron qaimə göndərilmişdir. Daha sonra xx xxxx 2018-ci il tarixli, 32 saylı Qiymətlərin razılaşdırma Protokoluna uğun olaraq 20 adda, 2684,35 (iki min altı yüz səksən dörd manat, otuz beş qəpik) manat dəyərində mal təhvil təslim aktina əsasən “xxxx”xxxx” MMC-nin nümayəndəsi tərəfindən qəbul edilmiş və ödənişin edilməsi üçün EAAK seriyalı, 744997 saylı elektron qaimə göndərilmişdir. Daha sonra xx xxxxxxxx 2018-ci il tarixli, 42 saylı Qiymətlərin razılaşdırma Protokoluna uğun olaraq 14 adda, 1396 ( bir min üç yüz doxsan altı) manat dəyərində mal təhvil təslim aktina əsasən “xxxx”xxxx” MMC-nin nümayəndəsi tərəfindən qəbul edilmiş və ödənişin edilməsi üçün EAAL seriyalı, 978931 saylı elektron qaimə göndərilmişdir. Daha sonra xx xxxxxxxx 2018-ci il tarixli, 47 saylı Qiymətlərin razılaşdırma Protokoluna uğun olaraq 3 adda, 141,70 ( yüz qırx bir manat, yetmiş qəpik) manat dəyərində mal təhvil təslim aktina əsasən “xxxx”xxxx” MMC-nin nümayəndəsi tərəfindən qəbul edilmiş və ödənişin edilməsi üçün EAAM seriyalı, 379943 saylı elektron qaimə göndərilmişdir. Lakin, Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi vaxtında və lazimi qaydada yerinə yetirməmişdir. Yalnız xx.xx.2019-cu il tarixli Xəbərdarlıq məktubundan sonra borc məbləğdən yalnız 4000 (dörd min) manat və xx xxxxxxx 2020-ci il tarixli pretenziya məktubundan sonra 1500 (bir min beş yüz) manat ödənilmiş və bu günə 3533 manat 05 qəpik (üç min beş yüz otuz üç manat, beş qəpik) borc qalmışdır. Borcun ödənilməsi barədə Cavabdeh MMC-yə dəfələrlə şifahi və yazılı qaydada xahiş edilsə də öhdəlik yerinə yetirilmir və borc qalıq qalmaqda davam edir. Və iddiaçı X4 məxsus pul dövriyyədən kənarda qaldığı üçün ona və onun ticarətinə maddi ziyan dəyir. Beləliklə yuxarıda sadalanan malların ümumi dəyəri 9033,05 (doqquz min otuz üç manat, beş qəpik ) manat təşkiledir. Lakin bu günə qədər olan borcdan yalnız 5500 (beş min beş yüz) manat məbləğində borc Cavabdeh MMC tərəfindən ödənilmiş, lakin 3533,05 (üç min beş yüz otuz üç manat, beş qəpik) manat məbləğində qalıq borc qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, alıcı satıcının satdığı tikinti məhsullarını qəbul edir və müqaviləyə edilmiş “qiymətlərin razılaşdırılması protokolu” na uyğun olaraq ödəyir. -Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin dəyəri 80.000 (səksən min) manatdır. -Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən malın çatdırılma müddəti müqavilə bağlandıqdan sonra 5 təqvim günü təşkil edir. -Həmin Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilənin etibarlılıq müddəti xx.xx.2018-ci ilədəkdir. -xx xxxx 2018-ci il tarixli, 20 saylı qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq x xxxx 1912 (bir min doqquz yüz on iki) manat dəyərində mal eyni tarixli təhvil-təslim aktına əsasən “Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən qəbul edilmiş və ödənişin edilməsi üçün EAAJ seriyalı, 769075 saylı elektron qaimə göndərilmişdir. Protokol tərəflərin nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxx 2018-ci il tarixli, 23 saylı qiymətlərin razılaşdırılma protokoluna uyğun olaraq xx xxxx 2899 (iki min səkkiz yüz doxsan doqqz) manat dəyərində mal eyni tarixli təhvil təslim aktına əsasən “xxxx”xxxx MMCnin nümayəndəsi tərəfindən təhvil alınmış və ödənişin edilməsi üçün EAAK seriyalı, 288001 saylı elektron qaimə göndərilmişdir. Protokol tərəflərin nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxx 2018-ci il tarixli, 32 saylı qiymətlərin razılaşdırma protokoluna uğun olaraq 20 adda, 2684,35 (iki min altı yüz səksən dörd manat, otuz beş qəpik) manat dəyərində mal eyni tarixli təhvil təslim aktina əsasən “xxxx”xxxx MMC-nin nümayəndəsi tərəfindən təhvil alınmış və ödənişin edilməsi üçün EAAK seriyalı, 744997 saylı elektron qaimə göndərilmişdir. Protokol tərəflərin nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxxxxxx 2018-ci il tarixli, 42 saylı qiymətlərin razılaşdırma protokoluna uğun olaraq 14 adda, 1396 ( bir min üç yüz doxsan altı) manat dəyərində mal eyni tarixli təhvil təslim aktina əsasən “xxxx”xxxx MMC-nin nümayəndəsi tərəfindən təhvil alınmış və ödənişin edilməsi üçün EAAL seriyalı, 978931 saylı elektron qaimə göndərilmişdir. Protokol tərəflərin nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxxxxxx 2018-ci il tarixli, 47 saylı qiymətlərin razılaşdırma protokoluna uğun olaraq 3 adda, 141,70 ( yüz qırx bir manat, yetmiş qəpik) manat dəyərində mal eyni tarixli təhvil təslim aktina əsasən “xxxx”xxxx MMC-nin nümayəndəsi tərəfindən təhvil alınmış və ödənişin edilməsi üçün EAAM seriyalı, 379943 saylı elektron qaimə göndərilmişdir. Protokol tərəflərin nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 3533,05 manat borc məbləğinin 3 gün muddətində könüllü olaraq ödəməsini təklif etmişdir. Əks təqdirdə tərəflər arasında bağlanmış müqaviləyə eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq ödənilməyən məbləğin, dəymiş zərərin məhkəmə yolu ilə tələb ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən alıcı satıcının satdığı tikinti məhsullarını qəbul edir və müqaviləyə edilmiş “qiymətlərin razılaşdırılması protokolu” na uyğun olaraq ödəyir. İddiaçı tərəfindən cavabdehə müxtəlif növ mallar göndərilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin iddiaçıya hazırki vaxta olan əsas borcu ümumilikdə 3533,05 (üç min beş yüz otuz üç manat beş qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş malların dəyərini hazırkı vaxta qalan 3533,05 (üç min beş yüz otuz üç manat beş qəpik) manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borc üzrə 3533,05 (üç min beş yüz otuz üç manat beş qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində, həmçinin 10000 (on min) manat əldən çıxmış fayda və 300 manat hüquqi yardım üçün ödənilmiş pul məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması nəticəsində iddiaçı tərəfindən məhz 10000 manat əldən çıxmış fayda ilə bağlı sübut təqdim edilməmişdir. Məhkəmə idddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, cavabdehin 3533,05 manat vəsaiti ödəməməsi , saxlaması nəticəsində gəlir əldə edə bilməməsini nəzərə alıb hesab edir ki, cavabdehdən əldən çıxmış fayda olaraq 353 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, 472 saylı müqavilə üzrə 22 saylı vəkil bürosunun hesabına 300 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən - məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107); - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.0.6); - məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1); Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli, hüquqi xidmət üçün ödənilmiş pulun əvəzi olaraq cavabdehdən 300 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan, cavabdehdən tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqısatqı müqaviləsi üzrə qalıq 3533,05 (üç min beş yüz otuz üç manat beş qəpik) manat əsas borc , əldən çıxmış fayda olaraq 353 manat , hüquqi yardıma görə ödənilmiş 300 manat tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi hissəsində təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx”xxxx” MMC-dən tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqısatqı müqaviləsi üzrə qalıq 3533,05 (üç min beş yüz otuz üç manat beş qəpik) manat əsas borc, əldən çıxmış fayda olaraq 353 manat , hüquqi yardıma görə ödənilmiş 300 manat X1 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar