Məhkəmə qərarları › İş №e-2-2(113)-1154/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1154/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1154/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasın Müdafiə Naziyinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsivə vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasın Müdafiə Nazirliyinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı “Azərbaycan Respublikasın Müdafiə Nazirliyinin (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 65 621,22 manat cərimə məbləğinin tutulması və qeyd olunan pul vəsaitinin cəmiyyət tərəfindən Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müxtəlif ölçülü avtoşinlər və ehtiyat hissələrinin satın alınmasına dair 1 871 900 (bir milyon səkkiz yüz yetmiş bir min doqquz yüz) manat dəyərində xx.xx.2023-cü il tarixli 29 nömrəli, avtomobil ehtiyat hissələrinin satın alınmasına dair 841 570 (səkkiz yüz qırx bir min beş yüz yetmiş) manat dəyərində xx.xx.2023-cü il tarixli 30 nömrəli və akkumulyator batareyalarının satına alınmasına dair 135 778 (bir yüz otuz beş min yeddi yüz yetmiş səkkiz) manat dəyərində xx.xx.2023-cü il tarixli 44 nömrəli müqavilə bağlanmışdır. Məlumat üçün bildirilir ki, xx.xx.2023-cü il tarixli 29 nömrəli müqavilənin icra müddəti xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli 30 nömrəli müqavilənin icra müddəti xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixli 44 nömrəli müqavilənin icra müddəti isə xx.xx.2023-cü il tarixədək olmuşdur. "xxxx" MMC-inin müraciəti əsasında xx.xx.2023cü il tarixli 29 nömrəli müqavilənin icra müddəti xx.xx.2023-cü il tarixli 45 nömrəli razılaşma ilə xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli 87 nömrəli razılaşma ilə xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixli 98 nömrəli razılaşma ilə xx.xx.2024-cü il tarixədək uzadılsa da, müqavilənin 1 085 360,0 manat hissəsi, xx.xx.2023-cü il tarixli 30 nömrəli müqavilənin icra müddəti xx.xx.2023-cü il tarixli 98 razılaşma ilə xx.xx.2024-cü il tarixədək uzadılsa da, müqavilənin 173 303,0 manat hissəsi və xx.xx.2023-cü il tarixli 44 nömrəli müqavilənin icra müddəti xx.xx.2023-cü il tarixli 98 nömrəli razılaşma ilə xx.xx.2024-cü il tarixədək uzadılsa da, müqavilənin 83 948,40 manat hissəsi icra edilməmişdir. Bundan başqa "xxxx" MMC xx.xx.2023-cü il tarixli 29 nömrəli vəxx.xx.2023-cü il tarixli 30 nömrəli müqavilələrin şərtlərinə görə həmin müqavilələr bağlandıqdan sonra 15 bank günü müddətində 5 faizli bank təminatı təqdim etməli idi, lakin təqdim etməmişdir. Bu səbəbdən də müəssisəyə xx.xx.2023-cü il tarixli 10/785 nömrəli, xx.xx.2023-cü il tarixli 10/1120 nömrəli və xx.xx.2023-cü il tarixli 21/1845 nömrəli məktublarla (surətləri əlavə olunur) müraciət olunaraq 5 faizli bank təminatını təqdim etməsi, müqavilələrin qalan hissəsini icra etməsi və icra etməyəcəyi təqdirdə cərimə olunacağı barədə məlumat verilməsinə baxmayaraq həmin məktublarda qeyd olunanlar icra edilməmişdir. Bütün bunlar nəzərə alınaraq müqavilələrin 17.3-cü və 22.2-ci bəndlərinə əsasən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi tərəfindən müqavilələrin icra olunmamış hissəsindən tamamilə imtina edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023- cü il tarixli 29 nömrəli müqavilə üzrə 1 085 360,0 manat məbləğində təhvil verilməyən malların 5 faizi həcmində, 54 268,0 (əlli dörd min iki yüz altmış səkkiz) manat məbləğində cərimə olunması ilə bağlı xx.xx.2024-cü il tarixli 3-25-21/2- 366/2024 nömrəli məktubla (surəti əlavə olunur), xx.xx.2023-cü il tarixli 30 nömrəli müqavilə üzrə 173 303,0 manat məbləğində təhvil verilməyən malların 5 faizi həcmində, 8665,15 (səkkiz min altı yüz altmış beş, 15) manat məbləğində cərimə olunması ilə bağlı xx.xx.2024-cü il tarixli 3-25-21/2-367/2024 nömrəli məktubla (surəti əlavə olunur) və xx.xx.2023-cü il tarixli 44 nömrəli müqavilə üzrə 83 948,40 manat məbləğində təhvil verilməyən malların 5 faizi həcmində, 4197,42 (dörd min bir yüz doxsan yeddi, 42) manat məbləğində cərimə olunması ilə bağlı xx.xx.2024-cü il tarixli 3-25-21/2- 368/2024 nömrəli məktubla (surəti əlavə olunur) məlumat verilmiş, lakin müəssisə tərəfindən sözügedən məktublar icra edilməyərək qeyd olunan cərimə məbləğləri Müdafiə Nazirliyinin hesablaşma hesabına ödənilməmişdir, müəssisə tərəfindən yalnız xx.xx.2023-cü il tarixli 29 nömrəli müqavilə üzrə 22 750 manat (qalıq məbləğ 1 062 610 manat) məbləğində və xx.xx.2023-cü il tarixli 30 nömrəli müqavilə üzrə 7417 manat (qalıq məbləğ 165 866 manat) məbləğində mal təhvil verilmişdir. Bundan başqa sözügedən cərimə ilə bağlıxx.xx.2024-cü il tarixdə 3-25-16/2- 1944/2024 nömrəli pretenziya məktubu, xx.xx.2024-cü il tarixdə 3-25-16/2-2399/24 nömrəli məktubla isə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri "xxxx" MMC-yə göndərilmişdir (surətləri əlavə olunur). Lakin bütün bunlara baxmayaraq "xxxx" MMC tərəfindən cərimə ödənilməmiş, bununla bağlı onlar tərəfindən ümumiyyətlə heç bir təşəbbüs göstərilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən “İcraçı” müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid olan məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. “İcraçı”nın bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən idda ərizəsiə veriləndən sonra 5000 manat ödəniş olduğu üçün iddia tələbinin həcmi azaldılmışdır.

4. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, cavabdehin ödəniş qabiliyyətinin olmaması səbəbindən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (“sifarişçi”) ilə "xxxx" MMC (“icraçı”) arasında 20 aprel 2023-cü il tarixli satınalma müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, “Sifarişçi” aşağıdakı cədvəldə göstərilən malların satın alınması üçün “İcraçı”nın 135 778,00 (bir yüz otuz beş min yeddi yüz yetmiş səkkiz) manat məbləğində tender təklifini qəbul etmişdir - 2.2-ci bəndinə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan malların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar verilmiş təkliflərə, müvafiq standartlara və xüsusiyyətlərin tələblərinə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir. - 2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 5.1-ci bəndinə əsasən İcraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, malları Sifarişçinin müəyyənləşdirdiyi ünvanlara müqavilənin 2.1 bəndində olan cədvəlin 1-ci, 2-ci, 3-cü və 4-cü sətirlərində göstərilən əmlaklar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə, müqavilənin 2.1 bəndində olan cədvəlin 5-ci sətirində göstərilən əmlaklar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verməlidir. - 11.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. - 17.1-ci bəndinə əsasən İcraçı bu müqavilədə nəzərdə tutulmuş malların göndərilməsini müqavilənin qüvvədə olduğu son günədək başa çatdırmalıdır. - 17.2-ci bəndinə əsasən icraçı qarşılıqlı razılığı əsasında müəyyən edilmiş müddətdə tədarük etməli olduğu malların miqdarı dəyərində məsuliyyət daşayır və Sifarişçiyə gecikdirilmənin əsası olmadan, vaxtında göndərilməmiş mallar üzrə 0,1 faizi həcmində lakin müqavilə üzrə göndərilən malların 5 faizi dəyərindən çox olmayan məbləğdə cərimə ödəməlidir. - 17.3-cü bəndinə əsasən İcraçı bu müqavilədə göstərilən hər hansı bir malı göndərməkdən yazılı surətdə imtina edərsə və ya hər-hansı səbəbdən malı vaxtında verməzsə Sifarişçi müqavilədən tamamilə imtina edərək onun vaxtından əvvəl pozulmasını tələb edə bilər. Bu halda İcraçı vermədiyi malın 5 faizi məbləğində cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (“sifarişçi”) ilə "xxxx" MMC (“icraçı”) arasında 07 mart 2023-cü il tarixli satınalma müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, “Sifarişçi” aşağıdakı cədvəldə göstərilən malların satın alınması üçün “İcraçı”nın 1 871 900,00 (bir milyon səkkiz yüz yetmiş bir min doqquz yüz) manat məbləğində tender təklifini qəbul etmişdir. - 2.2-ci bəndinə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan malların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar verilmiş təkliflərə, müvafiq standartlara və xüsusiyyətlərin tələblərinə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir. - 2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 5.1-ci bəndinə əsasən İcraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, malları Sifarişçinin müəyyənləşdirdiyi ünvanlara müqavilənin 2.1 bəndində olan cədvəlin 1-ci, 2-ci, 3-cü və 4-cü sətirlərində göstərilən əmlaklar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə, müqavilənin 2.1 bəndində olan cədvəlin 5-ci sətirində göstərilən əmlaklar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verməlidir. - 11.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. - 17.1-ci bəndinə əsasən İcraçı bu müqavilədə nəzərdə tutulmuş malların göndərilməsini müqavilənin qüvvədə olduğu son günədək başa çatdırmalıdır. - 17.2-ci bəndinə əsasən icraçı qarşılıqlı razılığı əsasında müəyyən edilmiş müddətdə tədarük etməli olduğu malların miqdarı dəyərində məsuliyyət daşayır və Sifarişçiyə gecikdirilmənin əsası olmadan, vaxtında göndərilməmiş mallar üzrə 0,1 faizi həcmində lakin müqavilə üzrə göndərilən malların 5 faizi dəyərindən çox olmayan məbləğdə cərimə ödəməlidir. - 17.3-cü bəndinə əsasən İcraçı bu müqavilədə göstərilən hər hansı bir malı göndərməkdən yazılı surətdə imtina edərsə və ya hər-hansı səbəbdən malı vaxtında verməzsə Sifarişçi müqavilədən tamamilə imtina edərək onun vaxtından əvvəl pozulmasını tələb edə bilər. Bu halda İcraçı vermədiyi malın 5 faizi məbləğində cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (“sifarişçi”) ilə "xxxx" MMC (“icraçı”) arasında 07 mart 2023-cü il tarixli satınalma müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, “Sifarişçi” aşağıdakı cədvəldə göstərilən malların satın alınması üçün “İcraçı”nın 841 570,00 (səkkiz yüz qırx bir min beş yüz yetmiş) manat məbləğində tender təklifini qəbul etmişdir. - 2.2-ci bəndinə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan malların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar verilmiş təkliflərə, müvafiq standartlara və xüsusiyyətlərin tələblərinə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir. - 2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 5.1-ci bəndinə əsasən İcraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, malları Sifarişçinin müəyyənləşdirdiyi ünvanlara müqavilənin 2.1 bəndində olan cədvəlin 1-ci, 2-ci, 3-cü və 4-cü sətirlərində göstərilən əmlaklar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə, müqavilənin 2.1 bəndində olan cədvəlin 5-ci sətirində göstərilən əmlaklar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verməlidir. - 11.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. - 17.1-ci bəndinə əsasən İcraçı bu müqavilədə nəzərdə tutulmuş malların göndərilməsini müqavilənin qüvvədə olduğu son günədək başa çatdırmalıdır. - 17.2-ci bəndinə əsasən icraçı qarşılıqlı razılığı əsasında müəyyən edilmiş müddətdə tədarük etməli olduğu malların miqdarı dəyərində məsuliyyət daşayır və Sifarişçiyə gecikdirilmənin əsası olmadan, vaxtında göndərilməmiş mallar üzrə 0,1 faizi həcmində lakin müqavilə üzrə göndərilən malların 5 faizi dəyərindən çox olmayan məbləğdə cərimə ödəməlidir. - 17.3-cü bəndinə əsasən İcraçı bu müqavilədə göstərilən hər hansı bir malı göndərməkdən yazılı surətdə imtina edərsə və ya hər-hansı səbəbdən malı vaxtında verməzsə Sifarişçi müqavilədən tamamilə imtina edərək onun vaxtından əvvəl pozulmasını tələb edə bilər. Bu halda İcraçı vermədiyi malın 5 faizi məbləğində cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (“sifarişçi”) ilə "xxxx" MMC (“icraçı”) arasında 20 aprel 2023-cü il tarixli satınalma müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, “Sifarişçi” aşağıdakı cədvəldə göstərilən malların satın alınması üçün “İcraçı”nın ******* manat məbləğində tender təklifini qəbul etmişdir - 2.2-ci bəndinə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan malların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar verilmiş təkliflərə, müvafiq standartlara və xüsusiyyətlərin tələblərinə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir. - 2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 5.1-ci bəndinə əsasən İcraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, malları Sifarişçinin müəyyənləşdirdiyi ünvanlara müqavilənin 2.1 bəndində olan cədvəlin 1-ci, 2-ci, 3-cü və 4-cü sətirlərində göstərilən əmlaklar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə, müqavilənin 2.1 bəndində olan cədvəlin 5-ci sətirində göstərilən əmlaklar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verməlidir. - 11.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. - 17.1-ci bəndinə əsasən İcraçı bu müqavilədə nəzərdə tutulmuş malların göndərilməsini müqavilənin qüvvədə olduğu son günədək başa çatdırmalıdır. - 17.2-ci bəndinə əsasən icraçı qarşılıqlı razılığı əsasında müəyyən edilmiş müddətdə tədarük etməli olduğu malların miqdarı dəyərində məsuliyyət daşayır və Sifarişçiyə gecikdirilmənin əsası olmadan, vaxtında göndərilməmiş mallar üzrə 0,1 faizi həcmində lakin müqavilə üzrə göndərilən malların 5 faizi dəyərindən çox olmayan məbləğdə cərimə ödəməlidir. - 17.3-cü bəndinə əsasən İcraçı bu müqavilədə göstərilən hər hansı bir malı göndərməkdən yazılı surətdə imtina edərsə və ya hər-hansı səbəbdən malı vaxtında verməzsə Sifarişçi müqavilədən tamamilə imtina edərək onun vaxtından əvvəl pozulmasını tələb edə bilər. Bu halda İcraçı vermədiyi malın 5 faizi məbləğində cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

V. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, 1 871 900 (bir milyon səkkiz yüz yetmiş bir min doqquz yüz) manat dəyərində xx.xx.2023-cü il tarixli 29 nömrəli, avtomobil ehtiyat hissələrinin satın alınmasına dair 841 570 (səkkiz yüz qırx bir min beş yüz yetmiş) manat dəyərində xx.xx.2023-cü il tarixli 30 nömrəli və akkumulyator batareyalarının satına alınmasına dair 135 778 (bir yüz otuz beş min yeddi yüz yetmiş səkkiz) manat dəyərində xx.xx.2023-cü il tarixli 44 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli 29 nömrəli müqavilənin icra müddəti xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli 30 nömrəli müqavilənin icra müddəti xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixli 44 nömrəli müqavilənin icra müddəti isə xx.xx.2023-cü il tarixədək olmuşdur.Daha sonra "xxxx" MMC-inin müraciəti əsasında xx.xx.2023-cü il tarixli 29 nömrəli müqavilənin icra müddəti xx.xx.2023-cü il tarixli 45 nömrəli razılaşma ilə xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli 87 nömrəli razılaşma ilə xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixli 98 nömrəli razılaşma ilə xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Belə ki,cavabdeh iddiaçıya malları vaxtında təhvil verməyərək sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

17. Göründüyü kimi CavabdehMMC satınalma müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təsdiq edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

18. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 39500 manat məbləğində müəyyən edilməlidir.

19. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 208.5 manat təşkil edir.

20. Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 208.5 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 39500 (otuz doqquz min beş yüz) manat borc iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xeyrinə ödənilsin. 208 (iki yüz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar