Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1158/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 590 846,72 manat, şirkətə vurulmuş mənəvi ziyana 1.000.000 manat və ödənilmiş 1.685 manat dövlət rüsumunun, göstərilən malların satışından əldə edilməli olan 179.672 manat məbləğində qazancın, o cümlədən, ödənilməli olan cərimə məbləği 18.460 manat olmaqla, cəmi 1.790.663,72 manat pul vəsaitinin Cavabdeh QSCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə xx.xx.2023-cü il tarixində malların alqı-satqı müqaviləsi və xx.xx.2024-cü il tarixində Əlavə 2 bağlanmışdır. Əlavə 2 üzrə sifariş edilən mallar avqust ayından tam təhvil verilməsinə baxmayaraq (mallar təqdim edilərkən hər biri üzrə rəsmi qaydada təhvil təslim aktı hazırlanaraq cavabdehin əməkdaşı tərəfindən də qəbul edilməsinə dair imzalanmışdır) ödəniş yerinə yetirilməmişdir. Hazırda, xx.xx.2023-cü il tarixində malların alqı-satqı müqaviləsinə dair Əlavə 2 üzrə təhvil verilən mallara görə ümumilikdə ödənilməyən 590 846,72 manat məbləğində borc öhdəliyi mövcuddur. Əlavə 2-də razılaşdırılan şərtə əsasən, ödəniş bank hesabına köçürmə qaydasında 30% avans olmaqla, mallar təhvil verildikdən sonra 15 bank günü ərzində olmalı idi. Belə ki, mallar təhvil verilsə də, sonradan cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi bildirilmiş və müqaviləyə xitam verilsə belə, xitam verildiyi ana qədər yerinə yetirilmiş öhdəliyin ödənilməsindən imtina edilmişdir. Müqaviləyə xitam verildikdən sonra qarşılıqlı üzləşdirmə aktı imzalanmış, cavabdehin öz işçiləri tərəfindən borc təsdiqlənərək imzalanmış, möhürlənmişdir. Sistem üzərindən göndərilən bütün elektron qaimələr cavabdehin rəsmi şəkildə özü tərəfindən təsdiqlənmişdir. Bu formada təsdiq edilməsinə baxmayaraq cavabdeh sonradan ödəniş edilməsindən boyun qaçırmışdır. Bununla yanaşı, müqavilə xitam olunmaqla qalan malların alınmasından imtina edilərək artıq istehsalçıya sifariş edilən malların da götürülməməsinə səbəb olmuşdur. Cavabdeh, onunla arasında olan müqavilə üzrə istehsalçıya sifariş edilən malları, müqaviləni xitam edərək istehsalçıdan birbaşa satın almışdır. Cavabdehin etdiyi hərəkətin qarşılığı olaraq bizim malları götürməyəcəyimizə dair istehsalçı şirkətdə əsaslı şübhələr yaranmışdır, bu da öz növbəsində işgüzar etibarımızı zədələmişdir. Ödənişin edilməməsi səbəbindən istehsalçıya olan ödəniş də gecikməkdədir, buna görə də istehsalçı şirkət ilə arasında olan uzunmüddətli əməkdaşlıq da zərər görmüşdür. Bu zərər də öz növbəsində, şirkətə ciddi mənəvi ziyan vurulmasına səbəb olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "Buta Supply” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd etmiş olduğu hüquqi mövqe ondan ibarətdir ki, “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında xx.xx.2023-cü il tarixli malların alqı-satqı müqaviləsi bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı malları satıcıdan bu müqavilənin şərtlərinə uyğun olaraq sifariş edir, satıcı malları bu müqavilənin şərtlərinə uyğun olaraq təhvil verir, alıcı malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyəcəkdir.
10. Müqavilənin 6.4-cü bəndinə əsasən satıcı qiymətə dair aşağıdakı sənədləri təqdim etməyənədək alıcının ödəniş öhdəliyi olmayacaqdır: - Müqavilədə göstərilən qaydada hər tərəfin imzaladığı və təsdiq etdiyi təhvil-təslim aktı, - Elektron qaimə.
11. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Müqaviləyə xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavə və xx.xx.2024-cü il tarixli 2 nömrəli Əlavə ilə tərəflər arasında malın adı, qiyməti, miqdarı razılaşdırılmışdır.
13. xx.xx.2024-cü il tarixli 2 nömrəli Əlavəyə əsasən ödəniş bank hesabına köçürmə qaydasında, müqavilə məbləğinin 30%-i avans olaraq, qalıq məbləğ mallar tam təhvil verildikdən sonra satıcının təqdim etdiyi ödəniş sənədlərinə (təhvil-təslim aktı, elektron qaimə və ehtiyac olduqda digər sənədlərə) əsasən 15 bank günü ərzində olacaqdır.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin adından çıxış etmək üçün etibarnamə təqdim etmiş Nümayəndə3, əsas iş yerinin Cavabdeh QSC olması barədə əmək müqavilə bildirişindən çıxarışı təqdim etmək təklif edilmiş, o bildirişi elektron sistemə yükləyəcəni bildirsə də, bunu etməmişdir. Məhkəmə tərəfindən isə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə, Nümayəndə3 əmək məlumatlarına baxış keçirilmiş və onun iş yerinin Cavabdeh QSC olmadığı və başqa 2 hüquqi şəxs olduğu görünmüşdür.
16. Nümayəndə3 Cavabdeh QSC-nin mülki prossesual qanunvericiliyin tələbi baxımından Cavabdeh QSC-nin nümayəndəsi olmaq imkanı olmadığından, Məhkəmə onun vermiş olduğu izahatlara sübut kimi istinad etmir.
17. İddiaçı tərəf qeyd edilmiş elektron qaimələrdə göstərilmiş mallardan ümumi dəyəri 573.201,89 manat olan hissəsinin geri qaytarıldığını, 1.323.132,36 manatın ödənildiyini, 590.846,74 manat borcun qaldığını bildirir.
18. Cavabdeh tərəf iddiaya etiraz edərək, məhkəməyə təqdim edilən üzləşmə aktının əslinin olmadığı, elektron qaimələrin cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiq edildiyini, iddiaçı tərəfindən malların vaxtında verilmədiyini bildirərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı tarixlərdə ümumi dəyəri 2.487.180,99 manat olan elektron qaimələr göndərilimşdir.
20. Məhkəmə qeyd edir ki, işin mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya 1.323.132,36 manat məbləğində pul ödənilmişdir.
21. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə mailto:a.asad@universalaz.comElektron ünvan 1 elektron poçt ünvanından mailto:bahruz.ahmedov@butasupply.azElektron ünvan 2 elektron poçta göndərilmiş məktubdan görünür ki, cavabdeh tərəf xx.xx.2023-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixində qüvvədən düşdüyünü, lakin bu tarixdən sonra da bu müqavilə üzrə müəyyən hissə məhsul təhvil verildyini, İddiaçı MMC ilə Cavabdeh QSC arasındakı müqavilə üzrə xx.xx.2024 tarixinə 1.612.201,59 manat dəyərində məhsul verildiyini, 1.120.000 manat isə avans ödənişinin olduğunu, verilmiş məhsulların qəbul edildiyini, 492.201.59 manatlıq borcun dərhal ödəniləcəyini bildirmişdir.
22. Məhkəmə iclasında mailto:a.asad@universal-az.comElektron ünvan 1 ünvanının kimə aid olması soruşulmuş, cavabdeh tərəf də, X1 Cavabdeh QSC-də satış müdiri vəzifəsində işlədiyini, ancaq belə bir məktubu vermək səlahiyyətinin olmadığını bildirmişdir.
23. İş materiallarına əlavə edilmiş X1 iş yerindən arayışdan görünür ki, o Cavabdeh QSC-də korporativ satış mütəxəssisi vəzifəsində çalışır.
24. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr bağlı hər hansı bir etirazın verilməməsi və cavabdeh tərəfin ona göndərilmiş elektron qaimələr əsasında ödəniş etməsi və xx.xx.2023-cü il tarixli müqavilənin 6.4-cü bəndində və xx.xx.2024-cü il tarixli 2 saylı Əlavədə malların təhvilinin elektron qaimə ilə rəsmiləşdirilməsi nəzərə alındığında, Məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqı münasibətləri üzrə malların təhvil verilməsi və verilmiş mallara görə pulun ödənilməsi məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
26. Ona görə də, Məhkəmə hesab edir ki, qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.
27. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həm elektron məhkəmə informasiya sisteminə yükləmiş olduğu etirazda, həm vəsatətdə, həmçinin də Məhkəmə iclasında malların verilmədiyini yox, sadəcə olaraq gec verildiyini bildirmişdir.
28. Bütün qeyd olunan halları nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır, elektron qaimələrdə qeyd edilmiş dəyəri 590.846,72 manat olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
29. Ona görə də, Məhkəmə hesab edir ki, 590.846,72 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Məhkəmə iddianın 18.460 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
31. Yuxarıda qeyd edilmiş normanın (462.1) məzmunundan göründüyü kimi dəbbə pulu ya qanundan irəli gəlməli, ya da müqavilə nəzərdə tutulmuş olduğu halda tələb edilə bilər. Hazırkı halda isə, nə alqı-satqı müqaviləsində alıcının malın dəyərini ödəməməsi ilə bağlı gecikdirilmiş gün üçün cərimənin hesablanması ilə bağlı norma, nə də müqavilədə bu barədə hər hansı bir bənd yoxdur.
32. Ona görə də, iddia cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.
33. Məhkəmə iddianın 179.672 manat məbləğində pulun tələb edilməsi ilə bağlı bildirir ki, İddiaçı tərəf qeyd edilən pulu Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək tələb edir.
34. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
36. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
37. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin qeyd edilmiş puldan faydalanması halını sübut edə bilməmişdir.
38. Ona görə də, qeyd edilən hissədə də iddia təmin edilə bilməz.
39. Məhkəmə, həmçinin hesab edir ki, iddia mənəvi ziyanın əvəzi olaraq 1.000.000 manat məbləğində pulun tələb edilməsi hissəsində də təmin edilməməlidir.
40. Belə ki, mənəvi ziyan məhz fiziki şəxsə xas olan bir haldır, hüquqi şəxsin mənəvi zərər görə bilməsi halı mümkün deyildir.
41. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 880,85 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
43. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 590.846 (beş yüz doxsan min səkkiz yüz qırx altı) manat 72 (yetmiş iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 880 (səkkiz yüz səksən) manat 85 (səksən beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov