Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1161/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 94169.24 manat əsas borcun, Konstitusiya məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən əldən çıxmış fayda olaraq borcun əsas borc mənbləğinin 5 faizi olan 4708 manatın, 5000 manat əldən çıxmış faydanın, 400 manat mediasiya və 500 manat vəkilə ödənilmiş haqqın ümumilikdə 104777.24 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sement zavodları ilə bağlanmış müqaviləsinə əsasən aldığı sementləri cavabdehlə arasında bağlanmış alqı satqı müqaviləsinə əsasən müxtəlif vaxtlarda cavabdehə sement məhsulları satmışdır. Cavabdehin iddiaçıya 94169.24 manat borcu qalmışdır. Həmin müqavilə 31 dekabr 2022ci il tarixdək qüvvədə olsada cavabdeh ötən bir il ərzidədə borcunu mənə qaytarmamaqla mənə ziayanlıq vurmuşdur. Beləki, həmin pulmənə qaytarmamaqla həmin pulu dövriyyədə istifadə edilə bilməməyi ilə bağlı iddiaçıya ziyan dəymişdir. Hazırki iddia ilə bağlı qarşı tərəfə 29 noyabr 2023-cü il tarixdə məhkəmədən öncə işin həllinə nail olmaq üçün pretenziya məktubu və mediasiya prosesində iştirak etmək üçün təklif göndərilmişdir. Həmin məktub və təklif eyni zamanda cavabdehə məxsus vergi kabinetlərinə də elektron qaydada göndərilmişdir. Cavabdeh tərəf göndərilmiş həmin müraciətlərlə bağlı heç bir müsbət addım atmadıqlarından 11 dekabr 2023-cü il tarixdə Mediasiya Şurasına müvafiq mediatorun təyin edilməsi ilə bağlı müraciət ünvanlanmışdır. Həmin müraciətə əsasən mediasiya sessiasiyası keçirilmiş, biz həmin sessiyada iştirak etsəkdə qarşı tərəfin heç biri iştirak etməmişdir. Bundan sonra müvafiq mediatır özünün 27 dekabr 2023-cü il tarixdə ilkin mediasiya prosesində iştirak edilməmə barədə arayış təqdim etmiş və həmin arayış iş matarillarına əlavə edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, cavabdehin sifarişi əsasında mallar iddiaçının göstərişi əsasında "xxxx" ASC tərəfindən cavabdehin ünvanına (İmişli rayonu) çatdırılmış, bu barədə müvafiq aktlar imzalanmış, təhvil verilmiş malların dəyərinin bir qismi ödənilmiş, qalıq borc ödənilməmişdir. Mallar cavabdehə təhvil verildikdən sonra ona elektron qaimələr təqdim edilmiş, cavabdeh ödənişləri elektron qaimələr üzrə etmişdir. Hazırkı günə qədər tələb edilən borcla bağlı təqdim etdikləri qaimələrə etiraz verilməmişdir. Məhkəməyə təqdim edilmiş rəyə etirazları yoxdur. Cavabdehin etirazı ilə bağlı bildirdi ki, onlar malları cavabdehə təqdim etmiş, dəyərini də ondan tələb edirlər. Cavabdeh öz işçisinin cavabdehə zərər vurması ilə bağlı hüquq mühafizə orqanına müraciət etmiş, bununla bağlı iddiaçının nümayəndəsi də izahat vermiş, aralarında alqı-satqı müqaviləsinin olmasını, malların cavabdehə satılmasını təsdiq etmişdir. Cavabdehin öz işçisi olan münasibətlərinin iddiaçıya aidiyyatı yoxdur.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə cavabdehə təhvil verilmiş malların dəyəri ödənilmişdir. Hazırda tələb edilən mallar cavabdehin mülkiyyətinə daxil olmadığı üçün dəyəri onlardan tələb edilə bilməz. Belə ki, göstərilən malları cavabdehin əvvəllər işçisi olmuş Mayıl Hacıyev adlı şəxs cavabdehin nümayəndəsi kimi özünü təqdim edərək sifariş edərək qəbul etmiş (iddiaçı bu barədə məlumatlı olmamışdır), malları dəyərindən aşağı qiymətə üçüncü şəxslərə satmış, bununla da onlara deyil, iddiaçıya ziyan vurmuşdur. İddiaçı həmin malların dəyərini onlardan deyil, Mayıl Hacıyevdən tələb etməlidir. Cavabdehin elektron qaimələrə etiraz etməməsinin səbəbi faktiki fəaliyyət göstərməməsidir. Əlavə olaraq bildirdi ki, mallar müqavilə müddəti ərzində daim eyni ünvana çatdırılmışdır. Müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı iddiaçıya təklif göndərilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" (Azərbaycan) ASC-nin istehsalı olan sementi (Optimal, Special, Sprint, Unikal və İnşaatçı) alıcıya satmağı və alıcının pərakəndə satış məntəqələrinə çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür.
7. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı çatdırmalı olan məhsulun miqdarını gündəlik planlaşdırılmasına, həmçinin məhsulun satıcının pərakəndə satış məntəqələrinə daşınmasına görə məsuliyyət daşıyır.
8. Müqavilənin 2.1-ci bəndində məhsullar üçün qiymətlər müəyyən edilmişdir.
9. Müqavilənin 2.5-ci bəndinə əsasən alıcının satıcıya qalıq borcu ən gec 20 dekabr 2022-ci il tarixdə ödənilməlidir.
10. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin müddəti xx.xx.2022-ci ilədəkdir.
11. İddiaçı tərəfindən cavabdehə EBCB 611663 nömrəli xx.xx.2022-ci il tarixli 4080,06 manat məbləğində, EBCB 544033 nömrəli xx.xx.2022-ci il tarixli 3808,06 manat məbləğində, EBCC 891968 nömrəli xx.xx.2022-ci il tarixli 4352,07 manat məbləğində, EBCC 891832 nömrəli xx.xx.2022-ci il tarixli 4607,93 manat məbləğində, EBCC 891692 nömrəli xx.xx.2022-ci il tarixli 5040,17 manat məbləğində,EBCC 568449 nömrəli xx.xx.2022-ci il tarixli 4240,07 manat məbləğində, EBCC 567495 nömrəli xx.xx.2022-ci il tarixli 4352,07 manat məbləğində, EBCB 611666 nömrəli xx.xx.2022-ci il tarixli 3808,06 manat məbləğində, EBCB 611671 nömrəli xx.xx.2022-ci il tarixli 4607,93 manat məbləğində, EBCC 566794 nömrəli xx.xx.2022-ci il tarixli 4287,87 manat məbləğində, EBCC 566311 nömrəli xx.xx.2022-ci il tarixli 4352,07 manat məbləğində, EBCB 611668 nömrəli xx.xx.2022-ci il tarixli 3808,06 manat, EBBR 043782 nömrəli xx.xx.2022-ci il tarixli 5328,01 manat məbləğində, EBBQ 134782 nömrəli xx.xx.2022-ci il tarixli 5040,17 manat məbləğində, EBBQ 134304 nömrəli xx.xx.2022-ci il tarixli 4607,89 manat məbləğində, EBBO 746162 nömrəli xx.xx.2022-ci il tarixli 4607,89 manat məbləğində, EBCB 292591 nömrəli xx.xx.2022-ci il tarixli 4607,93 manat, EBBT 294333 nömrəli xx.xx.2022-ci il tarixli 5040,17 manat, EBCB 292054 nömrəli xx.xx.2022-ci il tarixli 4607,93 manat məbləğində, EBBT 065762 nömrəli xx.xx.2022-ci il tarixli 5040,17 manat məbləğində, EBCB 291454 nömrəli xx.xx.2022-ci il tarixli 4607,93 manat məbləğində, EBBS 364907 nömrəli xx.xx.2022-ci il tarixli 5040,17 manat məbləğində, EBBS 812971 nömrəli xx.xx.2022-ci il tarixli 5040,17 manat məbləğində, EBBS 812410 nömrəli xx.xx.2022-ci il tarixli 4607,89 manat məbləğində, EBBS 259013 nömrəli xx.xx.2022-ci il tarixli 5328,01 manat məbləğində, EBBL 000052 nömrəli xx.xx.2021-ci il tarixli 5040,17 manat məbləğində, EBBO 257875 nömrəli xx.xx.2021-ci il tarixli 5040,17 manat məbləğində, EBBO 209833 nömrəli xx.xx.2021-ci il tarixli 4607,89 manat məbləğində, EBBL 000379 nömrəli xx.xx.2021-ci il tarixli 4320,05 manat məbləğində, EBBO 471650 nömrəli xx.xx.2022-ci il tarixli 5328,01 manat məbləğində, EBBQ 635118 nömrəli xx.xx.2022-ci il tarixli 5328,01 manat məbləğində, EBBQ 809347 nömrəli xx.xx.2022-ci il tarixli 5328,01 manat, EBBQ 635322 nömrəli xx.xx.2022-ci il tarixli 4607,89 manat məbləğində, EBBQ 635560 nömrəli xx.xx.2022-ci il tarixli 4607,89 manat, EBBR 043906 nömrəli xx.xx.2022-ci il tarixli 5328,01 manat məbləğində, EBBR 109256 nömrəli xx.xx.2022-ci il tarixli 5040,17 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 07/22 saylı müqavilə və EBBQ 134304 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 3904,99 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 07/22 saylı müqaviləyə EBBQ xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 3904,99 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 07/22 saylı müqaviləyə EBCB 292591 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 3905,02 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 07/22 saylı müqaviləyə və EBBQ 134304 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 3904,99 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 07/22 saylı müqavilə və EBBQ 635322 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 3904,99 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 07/22 saylı müqaviləyə və EBCB 292591 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 3905,02 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 07/22 saylı müqaviləyə və EBBT 294333 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 4271,33 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 07/22 saylı müqaviləyə və EBBS 812971 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 2035,34 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə EBBT xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 4271,33 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə EBBS 812971 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 2035,99 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən EBBS 812410 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 3904,99 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə EBCB 292054 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 3905,02 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə EBCB 291454 nömrəli xx.xx.2022-ci il tarixli 3905,02 manat məbləğində, EBBT 065762 nömrəli xx.xx.2022-ci il tarixli 5040,17 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBT 065762 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 4271,33 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə EBBS 812971 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 2035,99 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə EBBS 812410 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 3904,99 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə EBBS 364907 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 4271,33 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə EBBS 259013 nömrəli xx.xx.2022-ci il tarixli 4515,26 manat məbləğində, xx.xx.2021-ci il tarixli OD2 nömrəli ödəniş tapşırığı ilə 1677,97 manat məbləğində, xx.xx.2021-ci il tarixli AZ0010089 nömrəli ödəniş tapşırığı ilə 4237,29 manat məbləğində, xx.xx.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığı ilə 1677,97 manat məbləğində, xx.xx.2021-ci il tarixli AZ0010096 nömrəli ödəniş tapşırığı ilə 4271,33 manat məbləğində, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 812,71 manat, EBBP 726104 nömrəli xx.xx.2022-ci il tarixli 5040,17 manat məbləğində, EBBO 472119 nömrəli xx.xx.2022-ci il tarixli 5040,17 manat məbləğində, EBBP 727658 nömrəli xx.xx.2022-ci il tarixli 4464,14 manat məbləğində ödəniş edilmişdir.
13. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 20240415-01 nömrəli maliyyə arayışından görünür ki, EBCB 291454 nömrəli, EBCB 292054 nömrəli, EBCB 292591 nömrəli, EBBS 258904 nömrəli, EBBR 727960 nömrəli, EBBS 364907 nömrəli, EBBS 258605 nömrəli, EBBS 812410 nömrəli, EBBT 294333 nömrəli, EBBT 065762 nömrəli, EBBS 259013 nömrəli, EBBR 608925 nömrəli, EBBR 609035 nömrəli, EBBS 812971 nömrəli, EBBQ 635642 nömrəli, EBBQ 134782 nömrəli, EBBR 043676 nömrəli, EBBR 109256 nömrəli, EBBQ 635322 nömrəli, EBBR 043782 nömrəli, EBBR 043906 nömrəli, EBBP 727435 nömrəli, EBBQ 635560 nömrəli, EBBQ 809347 nömrəli, EBBQ 134304 nömrəli, EBBQ 635118 nömrəli, EBBQ 635322 nömrəli, EBBP 727658 nömrəli, EBBO 472119 nömrəli, EBBO 746162 nömrəli, EBBP 726104 nömrəli, EBBO 471650 nömrəli qaimələr təsdiqlənmiş və ödənişi olmuşdur. EBCC 891692 nömrəli, EBCC 891968 nömrəli, EBCC 891832 nömrəli, EBCC 568449 nömrəli, EBCC 567495 nömrəli, EBCC 56679 nömrəli, EBCC 566311 nömrəli, EBCB 611671 nömrəli, EBCB 611668 nömrəli, EBCB 611666 nömrəli, EBCB 611663 nömrəli, EBCB 544033 nömrəli qaimələr sistem tərəfindən təsdiqlənmiş və həmin mallar onlar tərəfindən qəbul olunmamışdır. Bu səbəbdən heç bir ödəniş olmamışdır.
14. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə arayışın verildiyi tarixə cavabdehin iddiaçıya 94169,31 manat qalıq borcu mövcuddur.
15. "xxxx" Azərbaycan ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı MMC-nin tapşırığı ilə tərəflərindən Cavabdeh MMC-yə mallar çatdırılmışdır. Həmin malların çatdırılmasına dair yük nəliyyat qaimələri vardır. Həmin qaimələrə əsasən cavabdehə 951 ədəd taxta altlıq verilmiş, 643 ədəd geri qaytarılmış, qaytarılmayan taxta altlıqların sayı 308 ədəd təşkil edir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4568 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarına və təqdim olunmuş sənədlərə (elektron qaimələr, bank çıxarışı) əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş elektron qaimələr üzrə borcun məbləği 45135,98 (ƏDV-siz) manat müəyyən olunur. Tədqiqatla həmin borc məbləğinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına görə hesablanmış (illik 5%) faiz borcunun məbləği isə 3922,70 manat müəyyən olunur. Təqdim edilmiş iş materiallarında İddiaçı MMC ilə "xxxx" (Azərbaycan) ASC arasında tərtib edilmiş yuk nəqliyyat qaimələri (cild 1, iş vərəqə 69-104; cild 2, iş vərəqə 29-35 və s) üzrə isə alıcıya təhvil verilmiş malların İddiaçı MMC ilə cavabdeh "NTC Company” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 2ci maddəsində qeyd edilmiş qiymətlərlə ƏDV-siz ümumi dəyərinin (qiyməti) 221452,29 manat məbləğində, ƏDV-nin 39861,41 manat olması müəyyən edilir. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan sənədlərdən (hesabdan çıxarış və s.) göründüyü kimi, alınmış mallar üzrə 170472,17 manat məbləğində (144437,31 manat məbləğində əsas borc üzrə, 26034,86 manat məbləğində ƏDV üzrə) ödəniş aparılmışdır. Göstərilənlər nəzərə alındıqda Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan ümumi borcu 90841,53 manat (221452,29+39861,41-144437,41+26034,86) təşkil edir.
17. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin qanuni təmsilçisinin ərizəsi əsasında 79.089,35 manat dəyərində sement məhsulu ələ keçirməkdə şübhəli bilinən X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
18. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkəməyə daxil olmuş vəsatət və təqdimata əsasən X6 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə özünü ”FS Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsinə Cavabdeh nümayəndəsi kimi təqdim etməklə İddiaçındən sifariş edəcəyi sement məhsullarını Cavabdeh İmişli rayon layihəsinə çatdıracağı adı ilə 2021-ci ilin sonlarından 2022-ci ilin ortalarınadək olan dövr ərzində hissə-hissə olmaqla İddiaçı "xxxx" şirkəti vasitəsi ilə İmişli rayonuna 79.089,35 manat dəyərində sement məhsulu göndərməsinə nail olmuş və həmin sement məhsullarını İmişli rayonunda qəbul edərək rayon sakinləri X5 və X2 dəyərindən aşağı sataraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 79.089,35 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə də X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. 07 avqust 2024-cü il tarixdə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş və həmin tarixdə də sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmənin adışəkilən qərarı əsasında onun barəsində 03 ay 23 gün müddətinə, yəni 30 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir.
19. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
20. Belə ki, iddia ərizəsi 3 hisssədən ibarətdir: 1. 94169,24 manat əsas borcun tutulması; 2. əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 4708 manat vəsaitin tutulması; 3. 5000 manat əldən çıxmış faydanın ödənilməsi.
21. Məhkəmə iddia ərizəsini birinci hissədə qismən əsaslı hesab edir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehə ümumilikdə 261313,70 manat məbləğində (ƏDV daxil olmaqla) mal (sement məhsulları) təhvil verilmiş, həmin məhsulların dəyərinin bir qismi (144437,31 manat əsas borc, 26034,86 manat ƏDV) ödənilmiş, qalıq borc olan 90841,53 manat ödənilməmişdir.
23. Materiallarda olan təhvil aktlarından görünür ki, göstərilən mallar (sement məhsulları) iddiaçı tərəfindən "xxxx" Azərbaycan ASC-dən alınmış, iddiaçının göstərişi ilə alınmış mallar cavabdehin ünvanına - bütün aktlar üzrə İmişli rayonuna (2021-2022-ci illər ərzində) çatdırılmışdır. Göstərilən halı məhkəmənin rəsmi sorğusuna cavab olaraq "xxxx" Azərbaycan ASC də təsdiq etmişdir.
24. Cavabdehin ünvanına çatdırılmış mallar üzrə iddiaçı tərəfindən ona elektron qaimələr təqdim edilmiş, qaimələr üzrə 144437,31 manat əsas borc, 26034,86 manat ƏDV ödənilmişdir.
25. Cavabdeh iddiaya etiraz edərək onun ünvanına çatdırılmış malların cavabdehin nümayəndəsi kimi özünü təqdim etmiş, əvvəllər onların işçisi olmuş Mayıl Hacıyev tərəfindən mənimsənildiyini, həmin malları sonuncunun qəbul edərək onları müxtəlif şəxslərə dəyərindən aşağı qiymətə satdığını bildirmiş, həmin malların onların mülkiyyətinə daxil olmadığı üçün dəyərinin onlardan tələb edilməsinin yolverilməz olduğunu bildirir.
26. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir.
27. Belə ki, iddiaçı həmin malları tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə (artıq dəyəri ödənilmiş əvvəlki partiya mallar kimi) cavabdehin ünvanına təhvil vermiş, cavabdehin ünvanına çatdırılmış malların sonradan cavabdehin işçisi olmuş Mayıl Hacıyev adlı şəxs tərəfindən digər şəxslərə satmaqla cavabdehə zərər vurmasından məlumatsız olmuşdur.
28. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının göstərilən haldan məlumatlı olmaqla malları Mayıl Hacıyev adlı şəxsə təhvil verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
29. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında iddiaçının göstərilən haldan məlumatı olmadığını təsdiq etmişdir.
30. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, M.Hacıyev adlı şəxs barəsində cinayət işi məhz cavabdehin müraciəti əsasında başlanmışdır.
31. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi elektron qaimələrə etiraz verilməmiş, xx.xx.2022-ci il tarixədək qüvvəsi olan müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı təklif göndərilməmişdir.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış qalıq borcu cavabdehdən tələb etməkdə haqlıdır.
33. İddia ərizəsində qalıq borcun məbləği 94169,24 manat göstərilsə də, məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq borc ekspert rəyinə uyğun müəyyən edilməlidir.
34. Məhkəmə iddia tələbini ikinci hissədə də qismən əsaslı hesab edir.
35. Belə ki, iddiaçı müqavilə üzrə borcun ödənilməsinin gecikdirildiyini, borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 4708 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini irəli sürmüşdür.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
37. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
38. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
39. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
40. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
41. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
42. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
44. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
45. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
46. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
47. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi əsaslıdır.
48. Bununla yanaşı, iddiaçı borcun məbləğinin 4708 manat olmasını iddia etsə də, ekspert rəyindən görünür ki, tədqiqatla həmin borc məbləğinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına görə hesablanmış (illik 5%) faiz borcunun məbləği 3922,70 manat müəyyən olunmuşdur.
49. Məhkəmə bu hissədə də hesab edir ki, cavabdehdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməlidir.
50. Məhkəmə iddia ərizəsini üçüncü, 5000 manat əldən çıxmış faydanın tələb edilməsi hissəsində isə əsassız hesab edir.
51. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
52. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
53. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
54. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
55. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
56. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
57. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
58. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
59. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
60. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
61. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
62. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
63. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
65. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
66. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
67. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
68. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 90841,53 manat əsas borc, 3922,70 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
69. İddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehə aid edilməlidir.
70. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 500 manat hüquqi yardım üçün vəkilə xidmət haqqı köçürülmüşdür.
71. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
72. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
73. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.
74. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
75. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 90841,53 manat əsas borc, 3922,70 manat faiz borcu, 400 manat mediasiya xərci, 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 95664,23 (doxsan beş min altı yüz altmış dörd manat iyirmi üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı yaranmış 50 (əlli) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova