Məhkəmə qərarları › İş №e-2-2(113)-1162/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1162/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1162/2021 13.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri X1 və Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada xx xxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və xx xxxxxxxx 2019-cu il tarixli zəmanət məktubuna əsasən 35592 manat borcun, 1929 manat cərimənin, 2847 manat faiz borcunun, ümumilikdə 40368 manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçın hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 arasında xx xxxxx 2019 – cu il tarixdə çınqıl daş materiallarının alqı-satqısına dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq satıcı İddiaçı MMC Cavabdeh2 MMC-yə 35592 manat dəyərində sement daş çınqıl materialları vermişdir. İddiaçı tərəfindən xx xxxxx 2019-cu il tarixli 05/19 №-li alqı –satqı müqaviləsindən irəli gələn öhdəliklər tamamilə yerinə yetirilmişdir. Lakin həmin müqavilənin 5.2-ci bəndinə uyğun olaraq Cavabdeh2 MMC müqavilə ilə nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə Cavabdeh2 MMC-nin direktoru X4 və onun ortağı fiziki şəxs Cavabdeh1 şifahi və yazılı formada müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh2 MMC müqavilə öhdəliyinin verdikləri zəmanət məktubu ilə 2019-cu ilin may, iyun və iyul ayları ərzində 2966 ton çınqıl satışından 35592 manat borcun ödəyəciyini bildirir və ortağı Cavabdeh1 isə “xxxx” MMC-nin həmin müddət ərzində ödənilməsinə zamin durur. Cavabdehlər yenə müqavilədən və xx xxxxxxxx 2019-cu il tarixdə verdikləri zəmanət və zaminlik ödhəliklərini yerinə yetirməkdən yayınırlar. xx xxx 2020-ci il tarixdə zamin Cavabdeh1, xx xxx 2020-ci il tarixdə isə Cavabdeh2 MMC-nin direktoru X4 tərəflərindən 2019-cu ilin may-iyun aylarında verilmiş 2966 ton çınqıl görə 35592 manatın ödənilməsi barədə pretenziya məktubu göndərilmişdir. Lakin xəbərdarlıq məktubunda verilmiş müddət ərzində yenə müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 və Vəkil iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiklərini bildirdilər və təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, alqı – satqı müqaviləsinin bağlanmasında o, vasitəçi olmuşdur. Buna görə də xx xxxxx 2019 – cu il tarixli müqavilə üzrə onun üzərinə hər hansı bir öhdəlik qoyulma bilməz. Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli 05/19 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə əlavədə qeyd edilən tikintidə istifadə olunan sement M500 və çınqıl daşı materiallarını satmağı, cavabdeh isə həmin malı qəbul və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli 01/19 saylı qaimə-fakturaya əsasən 35592 manat dəyərində mal Cavabdeh2 MMC-yə təhvil verilmişdir. - xx.xx.2019-cu il tarixli EAAW seriyalı, 937976 saylı elektron qaiməyə əsasən 96797,76 manat dəyərində mal Cavabdeh2 MMC-yə verilmişdir. - xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh2 MMC İddiaçı MMC ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli 05.19 nömrəli müqaviləyə əsasən nisyə şəkildə verilmiş 2966 ton hər tonu 12 manatdan verilmiş çınqılın maya dəyəri 35592 manat borcu 2 ay ərzində xx.xx.2019-cu ilə qədər ödəməyə tam zəmanət vermişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən tarixindən sonra 10 gün ərzində satıcıya ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Cavabdeh2 MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli məktubda sonuncu nisyə şəkildə verilmiş 2966 ton hər tonu 12 manatdan verilmiş çınqılın maya dəyəri 35592 manat borcunun olmasını etiraf etmiş və 2 ay ərzində - xx.xx.2019-cu ilə qədər ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında da təhvil verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia 35592 manat borcun İddiaçı MMC-dən tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 35592 manat əsas borca 1929 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 1929 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa məhkəmə digər Cavabdeh1 münasibətdə hesab edir ki, iddia təmin edilə bilməz. İddianın bu hissəsinin faktiki əsası olaraq xx.xx.2019-cu il tarixli məktubunda İddiaçı MMC-nin icraçı direktoru Cavabdeh1 iddia edilən məktuba istinad edilmişdir. Həmin məktubda borcun iki ay müddətinə qaytarılmasına zəmanət verilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il tarixi qərarında qeyd olunmuşdur ki, qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. ... zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə) və əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstrəilən normalarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmadığından iddia sonuncuya aid hissədə rədd edilməlidir. Tələbin digər hissəsini təşkil edən 2847 manat faiz borcu ilə bağlı məhkəmə hesab edir ki, tələb bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “... ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.” Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddianın tələbi kimi qoyulmuş 2847 manat faiz borcunu hansı əsaslarla hesablanmasını təsdiq edən sübut məhkəməyə təqdim olunmadığına görə iddia tələbi həmin hissədə də rədd olunmalıdır. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 35592 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 36092 manat məbləğində pul vəsaiti Cavabdeh2ndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat məbləğində pul vəsaiti Cavabdeh2ndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya Holsimyəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar