Məhkəmə qərarları › İş №e-2-2(113)-117/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-117/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-117/2020 21.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X3 (MMC) Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17156 manat məbləğində pul vəsaitinin “xxxxxxxxxxxxxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxx 2018-ci il tarixdə, saat 12:20 radələrində “xxxxxxxxxxxxxxx" MMC-yə məxsus "MAN TGX18440” markalı, ** JF *** dövlət qeydiyyatlı nişanlı yük avtomobili və “Koegel” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edən sürücü X7, yəni, “xxxxxxxxxxxxxxx” MMC-nin sürücüsü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərinə əməl etməyərək Lökbatan - Xocasən yolunun 7 ci kilometrliyində ötmə əməliyyatının həyata keçirmək məqsədi ilə qoşa xətti kəsib 3 metr məsafəyə sol doğru çıxaraq əks istiqamətdə hərəkət edən İddiaçı MMC-yə məxsus “CHANGAN” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili AC 676392 seriyalı qeydiyyat şəhadətnaməsi ilə idarə edən mərhum X6 ilə toqquşaraq həmin avtomobili yararsız vəziyyətə salmışdır. Vurulmuş zərərin məbləği 17156 manat təşkil edir. Zərərin əvəzinin ödənilməsi üçün cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmadığına görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək izahatında göstərdi ki, X7 “xxxxxxxxxxxxxxx” MMC-nin işçisi hesab olunduğundan qanunvericiliyə əsasən zərərin əvəzi “xxxxxxxxxxxxxxx” MMC tərəfindən ödənilməlidir. Cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “xxxxxxxxxxxxxxx" MMC-nin direktoru X8 ilə X7 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə və xx xxxxx 2018-ci il tarixli yol qaiməsinə əsasən "MAN TGX18440” markalı, ** JF *** dövlət qeydiyyatlı nişanlı yük avtomobili qoşqusu ilə birlikdə etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ üzrə sonuncu tərəfindən idarə olunmuş, onun sərəncamında və faktiki sahibliyində olmuşdur. Müqavilədə təhlükəsizlik qaydalarına riayət etmək, müqavilə üzrə müəyyən edilmiş işlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasına görə baş verə bilən bədbəxt hadisələrə görə məsuliyyəti A.M.Hüseynov öz üzərinə götürmüşdür. Zərərin vurulması məhz A.M.Hüseynovun təqsiri üzündən baş verdiyinə və müqaviləyə əsasən məsuliyyət sonuncunun üzərində olduğuna görə iddia “xxxxxxxxxxxxxxx" MMC-yə qarşı deyil, həmin şəxsə qarşı qaldırılmalıdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(002)- 196/2019 №-li hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; - İddiaçı MMC Servis mərkəzi tərəfindən tərtib olunmuş xx xxxxx 2018-ci il tarixli aktın surətindən görünür ki, “CHANGAN” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 17156 manat təşkil edir; - xx xxxxxx 2017-ci il tarixli, 14 №-li müqavilənin surətindən görünür ki, X7 “xxxxxxxxxxxxxxx" MMC-yə məxsus texniki standartlara cavab verən nəqliyyat vasitəsində sürücülük xidmətlərini (xidmətlər, işlər) yerinə yetirməyi, ona həvalə edilmiş yükü təyinat məntəqəsinə çatdırmağı və sifarişçi tərəfindən müəyyən edilən yükalana təhşil verməyi, sonuncu isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxx 2018-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxx" MMC-yə məxsus "MAN TGX18440” markalı, ** JF *** dövlət qeydiyyatlı nişanlı yük avtomobili və “Koegel” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun xx xxxxx 2018-ci il tarixdən xx xxx 2018-ci il tarixədək X7 tərəfindən idarə olunmasına “xxxxxxxxxxxxxxx" MMC tərəfindən icazə verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. X5 “xxxxxxxxxxxxxxx" MMC-yə məxsus "MAN TGX18440” markalı, ** JF *** dövlət qeydiyyatlı nişanlı yük avtomobili və “Koegel” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edərkən yol – nəqliyyat hadisəsi törətməsi, həmin hadisə nəticəsində İddiaçı MMC-yə zərər vurulması işin faktiki halları ilə təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı isə ondan ibarətdir ki, vurumuş zərərə görə məsuliyyət xx xxxxxx 2017-ci il tarixli, 14 №-li müqavilənin şərtlərinə əsasən “xxxxxxxxxxxxxxx" MMC-nin deyil, X5 üzərinə düşür və cavabdehliyi də o, daşımalıdır. Cavabdeh etirazının faktiki əsası kimi həmin müqavilənin 2.2.2 və 2.2.11-ci bəndlərinə istina etmiş və zərərin məbləğini mübahisələndirməmişdir. Sifarişçi “xxxxxxxxxxxxxxx" MMC ilə icraçı X7 arasında bağlanmış xx xxxxxx 2017ci il tarixli, 14 №-li müqavilənin “İcraçının hüquq və öhdəlikləri” adlanan hissəsinin 2.2.2 və 2.2.11-ci bəndlərində aşağıdakılar qeyd olunmuşdur: 2.2.2. Təhlükəsizlik qaydalarına riayət etmək. Bu müqavilə üzrə müəyyən edilmiş işlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasına görə baş verə bilən bədbəxt hadisələrə görə məsuliyyət icraçının üzərinə düşür. 2.2.11. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan təhlükəsizlik qaydalarına əməl etməli, nəqliyyat vasitəsini idarə edərkən tələb olunan bütün sənədlərin icraçının üzərində olmasına, həmçinin icraçının Yol Hərəkəti haqqında qanuna uyğun yol hərəkəti qaydalarına riayət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1 və 1099.2-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. - 1108.1-1108.3-cü maddələrinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İşin halları ilə təsdiq olunur ki, "MAN TGX18440” markalı, ** JF *** dövlət qeydiyyatlı nişanlı yük avtomobili və “Koegel” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı yarımqoşqu “xxxxxxxxxxxxxxx" MMC-yə məxsusdur və X7 mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs kimi “xxxxxxxxxxxxxxx" MMC-yə aid işlərin icrası ilə məşğul olduğu zaman hadisə baş vermişdir. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən A.M.Hüseynov hüquqi şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərmişdir. “xxxxxxxxxxxxxxx" MMC etirazının əsası kimi A.M.Hüseynovla bağladığı müqavilədə təhlükəsizlik qaydalarının pozulmasına görə baş verə bilən bədbəxt hadisələrə görə məsuliyyətin icraçının üzərinə düşməsi barədə bəndə əsaslanır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsində qeyd olunmuşdur ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsində qeyd olunur ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Buna görə də məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxx" MMC ilə A.M.Hüseynov arasında bağlanmış müqavilədə təhlükəsizlik qaydalarının pozulmasına görə baş verə bilən bədbəxt hadisələrə görə məsuliyyətin icraçının üzərinə düşməsi barədə bəndin nəzərdə tutulması cavabdehi iddiaçıya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyindən azad olunması üçün əsas deyildir və iddia təmin olunmalıdır. İddianın təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 17156 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı X4 ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı X4 ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar