Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1175/2024 19.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 6171,40 manat əsas borc, 1236 manat cərimə borcu, 200 AZN ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli № 24.07.23/26 saylı alqı-satqı Müqaviləsi bağlanılmışdır. Eyni zamanda cavabdehlə xx.xx.2023-cü il tarixli X1 və xx.xx.2023 tarixli Təhvil-təslim Aktı imzalanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı (İddiaçı MMC) tərəfindən dəyəri 450 manat olan 18 ədəd və dəyəri 14 manat olan 45 ədəd Polad lövhə Alıcının ("xxxx" MMC-ə) mülkiyyətinə verilmişdir, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən cavabdeh"xxxx" MMC-nə təhvil-təslim Aktı əsasında ƏDV daxil ümumilikdə 10301,40 manat məbləğində polad lövhə təhvil verilmişdir. cavabdeh borc məbləğindən 6171,40 manat məbləği əsas borcdan ödəməmişdir. “Alqı-satqı” Müqaviləsinin 4.5-ci bəndinə görə Alıcı vaxtında ödəmədikdə hər gecikdirilən gün üçün 0.1(sıfır tam,onda bir)% miqdarında dəbbə pulu ödənilməlidir. Cərimə məbləği 1236 manat təşkil edir (10301 manatın 0.1 faizi 10.3 manat təşkiledir. 120 gün gecikmə üzrə 1236 manat cərimə yaranır) Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil izahatında cavabdeh tərəfindən 6171,40 manat məbləğində əsas borcun ödənildiyini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 24.07.23/26 nömrəli satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin tələbinə görə satıcı müqaviləyə əlavədə göstərilən malları alıcıya verməyi, alıcı isə həmin məhsulları qəbul etməyi və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqaviləsinin 4.5-ci bəndinə görə alıcı vaxtında ödəmədikdə hər gecikdirilən gün üçün 0,1 % miqdarında dəbbə pulu ödənilməlidir. 26 iyul 2023-cü il taixli hazır məhsulun təhvil-təslim aktından görünür ki, iddiaçı cavabdehə 10301,40 manat məbləğində polad lövhə təhvil vermişdir. xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01556 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 24.07.23/26 nömrəli alqısatqı müqaviləsi bağlanmış, "xxxx" MMC tərəfindən ƏDV daxil ümumilikdə 10301,40 manat məbləğində polad lövhə təhvil verilmiş, Cavabdeh MMC həmin borcun bir hissəsini iddiaçı məhkəməyə müraciət etməmişdən öncə ödəmiş, 6171,40 manat məbləğində olan borcu isə işə məhkəmədə baxılan dövrdə ödəmişdir. Məhkəmə tələbin cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, Cavabdeh MMC 6171,40 manat məbləğində olan borcu işə məhkəmədə baxılan dövrdə ödədiyindən, həmçinin tənasübsüz sürətdə yüksək hesablanmış cərimə azaldılaraq 100 manat məbləğində müəyyən edilməli, həmçinin 200 manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 100 manat cərimə və 200 manat mediyasiya xərci, ümumilikdə 300 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia əsas borc tələbi hissəsində isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 100 manat cərimə borcu və 200 manat mediyasiya xərci, ümumilikdə 300 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia əsas borc tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1175/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1175/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver