Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1176/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi,, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə iqtisadi mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6882 manat əsas borcun, 1445,22 manat cərimə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxx 2019-cu il tarixdə məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq “xxxx” MMC istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri Cavabdeh satmışdır. Cavabdeh həmin malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini “xxxx” MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir. “xxxx” MMC Cavabdeh xx.xx.2019-cu il tarixli HBN/1 seriyalı 8442 nömrəli və xx.xx.2019-cu il tarixli HBN/1 seriyalı 80252 nömrəli malların təhvil-qəbulu aktı üzrə 6882 manat dəyərində müxtəlif növ sərinləşdirici spirtsiz içkiləri nisyə qaydada satmış, onların dəyərinin ödənilməsi üçün son ödəmə tarixi HBN/1 seriyalı 8442 nömrəli akt üzrə xx.xx.2019-cu il HBN/1 seriyalı 80252 nömrəli akt üzrə isə xx.xx.2019-cu il müəyyən edilmişdir. Lakin müəyyən edilən son ödəmə tarixinədək satılmış malların dəyəri tam ödənilməmiş və nəticədə Cavabdeh “xxxx” MMC-nə 6882 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materaillarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli məhsulların alqısatqı müqaviləsindən görünür ki, satıcı “xxxx” MMC özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri Cavabdeh satmağı, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC-nin və Cavabdeh nümayəndələri tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli HBN/1 seriyalı 8442 nömrəli, xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı 80252 nömrəli malların təhvil-qəbul aktından görünür ki, hər iki akt üzrə ümumilikdə 9997,75 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumilikdə 9997,75 manat dəyərində məhsul verilmişdir. Qeyd olunan məhsullarının dəyərinin cəmi 3115,75 manat hissəsi cavabdeh tərəfindən ödənildiyindən həmin tarixə cavabdehin 6882 manat borcu qaldığı qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasındakı müqaviləyə əsasən iddiaçı müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri satmağı, cavabdeh isə həmin malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən razılaşma üzrə müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkilər cavabdehə təqdim edilsə də, məhsulun haqqı ödənilmədiyindən sonuncunun 6882 manat əsas borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bundan əlavə məhkəmə qeyd edir ki, bank iddia tələbində cavabdehdən 1445,22 manat məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, müqavilə üzrə ödənilməli olan əsas borcun məbləğini nəzərə alaraq, cərimə məbləğinin azaldılaraq 144 manat məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasındakı müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri cavabdehə təhvil verdiyindən, cavabdeh razılaşma üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində tam yerinə yetirmədiyindən cavabdeh tərəfindən iddiaçıya 6882 manat əsas, 144 manat cərimə borcu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh oğluna aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Qət edi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6882 (altı min səkkiz yüz səksən iki) manat əsas borc, 144 (yüz qırx dörd) manat dəbbə pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1176/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1176/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver