Məhkəmə qərarları › İş №e-2-2(113)-118/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-118/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-118/2023 18.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv olunması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daxili lizinq müqavilələri, müqavilənin ləğvi, avans ödənişi, lizinq ödənişləri, zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv olunması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış MAS-4015, MAS-4202, MAS- 4201, MAS-3910, MAS-3909, MAS-3908, MAS-3907 və MAS-3906 saylı daxili lizinq müqavilələrinin ləğv edilməsi, MAS-4015 saylı daxili lizinq müqaviləsi üzrə 31 yanvar 2022-ci il tarixə 165,05 manat gecikdirilmiş əsas, 207,37 manat gecikdirilmiş mükafat, 264,86 manat manat dəbbə pulu, 940 manat dəymiş zərər, MAS-4202 saylı daxili lizinq müqaviləsi üzrə 10 dekabr 2021-ci il tarixə 279,85 manat gecikdirilmiş əsas, 498,11 manat gecikdirilmiş mükafat, 282,34 manat dəbbə pulu, 7449 manat dəymiş zərər, MAS- 4201 saylı daxili lizinq müqaviləsi üzrə 17 dekabr 2021-ci il tarixə 436,75 manat gecikdirilmiş əsas, 730,82 manat gecikdirilmiş mükafat, 339,16 manat dəbbə pulu, 260 manat dəymiş zərər, MAS-3910 saylı daxili lizinq müqaviləsi üzrə 17 fevral 2022-ci il tarixə 504,71 manat gecikdirilmiş əsas, 614,52 manat gecikdirilmiş mükafat, 356,96 manat dəbbə pulu, 68,50 manat dəymiş zərər, MAS-3909 saylı daxili lizinq müqaviləsi üzrə 04 fevral 2022-ci il tarixə 168,22 manat gecikdirilmiş əsas, 204,25 manat gecikdirilmiş mükafat, 262,62 manat dəbbə pulu, 1245 manat dəymiş zərər, MAS-3908 saylı daxili lizinq müqaviləsi üzrə 28 yanvar 2022-ci il tarixə 168,22 manat gecikdirilmiş əsas, 204,1 manat gecikdirilmiş mükafat, 259,59 manat dəbbə pulu, 3723 manat dəymiş zərər, MAS-3907 saylı daxili lizinq müqaviləsi üzrə 13 yanvar 2022-ci il tarixə 333,27 manat gecikdirilmiş əsas, 412,59 manat gecikdirilmiş mükafat, 268,86 manat dəbbə pulu, 810,5 manat dəymiş zərər, MAS-3906 saylı daxili lizinq müqaviləsi üzrə 28 yanvar 2022-ci il tarixə 333,27 manat gecikdirilmiş əsas, 412,78 manat gecikdirilmiş mükafat, 283,85 manat dəbbə pulu, 2244,9 manat dəymiş zərər olmaqla, ümumilikdə, 24733,02 manat məbləğində pulun və mediasiya prosesi üçün ödənilmiş 200 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli MAS-4015 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu cavabdehin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş adıçəkilən avtomobil 31 yanvar 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 940 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 13 dekabr 2021-ci il tarixdə 380 manat məbləğində olmuşdur. 2.2. iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 avqust 2021-ci il tarixli MAS- 4202 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 14950 manat məbləğinə cavabdehin mülkiyyətinə alınmış və iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 10 dekabr 2021-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 7449 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 13 sentyabr 2021-ci il tarixdə 390 manat məbləğində olmuşdur. 2.3. iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 avqust 2021-ci il tarixli MAS- 4201 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 14950 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 17 dekabr 2021-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 260 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 13 sentyabr 2021-ci il tarixdə 390 manat məbləğində olmuşdur. 2.4. iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli MAS-3910 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 17 fevral 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 68,5 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 18 noyabr 2021-ci il tarixdə 378 manat məbləğində olmuşdur. 2.5. iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli MAS-3909 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 04 fevral 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1245 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 13 dekabr 2021-ci il tarixdə 865 manat məbləğində olmuşdur. 2.6. iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli MAS-3908 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 28 yanvar 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3723 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 13 dekabr 2021-ci il tarixdə 375 manat məbləğində olmuşdur. 2.7. iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli MAS-3907 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 13 yanvar 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 810,50 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 18 noyabr 2021-ci il tarixdə 378 manat məbləğində olmuşdur. 2.8. iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli MAS-3906 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və caavbdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 28 yanvar 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2244,9 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 18 noyabr 2021-ci il tarixdə 4 manat məbləğində olmuşdur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 747, 748-1, 748.7-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında ümumilikdə 8 lizinq müqaviləsi bağlanmış, cavabdehin istifadəsinə 8 lizinq obyekti verilmişdir. Cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, ona görə də avtomobillər geri qaytarılmışdır. Belə ki, lizinq ödənişləri vaxtında ödənilməmiş, avtomobillər lizinq verənin razılığı olmadan başqa şəxslərin istifadəsinə verilmiş, həmçinin avtomobillərə ziyan dəymişdir. Avtomobilləri müxtəlif yerlərdən tapıb götürmüşlər. Bəzi avtomobilləri isə polisin duracağından götürmüşlər ki, təqdim olunan aktlarla da təsdiq olunur. Avtomobillər geri qaytarıldığı tarixdə müəyyən olunmuşdur ki, avtomobillərə zərər dəymişdir. Daha sonra cavabdeh dəfələrlə dəvət olunmuş, razılaşma ilə bağlı təkliflər irəli sürülmüş, lakin razılıq əldə edilməmişdir.

5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, avtomobillər cavabdeh tərəfindən yox, hər ay üçün lizinq ödənişi ediləndə bir ay müddətinə iddiaçı tərəfindən verilən etibarnamə əsasında üçüncü şəxslər tərəfindən idarə olunmuşdur. Hər etibarnamənin verilməsi üçün 100 manat ödəniş edilirdi. İddiaçı müxtəlif vaxtlarda etibarnamələr versə də, sonradan müəyyən olunmuşdur ki, avtomobillər etibarnamə olmadan başqa şəxslərin istifadəsinə verilmişdir. Avtomobillərə dəyən ziyan isə adi köhnəlmə ilə bağlı deyildir. Bundan başqa, avtomobillərin təhvili vaxtı ilə qüsur aktlarının arasında təqribən ay yarım vaxt olmasının səbəbi həm iddiaçının servis mərkəzində təmirə ehtiyac olan çoxlu sayda avtomobilin olması, həm də cavabdehin bu müddət ərzində iddiaçı ilə danışıqlar aparması olmuşdur.

6. Məhkəmənin sığorta ilə bağlı suallarına cavab olaraq bildirildi ki, avtomobillər üçün mülki məsuliyyətin icbari sığortası aparılsa da, kasko sığorta aparılmayıb. Kasko sığortası lizinq alan, yəni cavabdeh tərəfindən həyata keçirilə bilərdi. Bunda başqa, tərəflər arasındakı müqavilələrə əsasən, avtomobil zədələndikdə zədənin avtomobilin dəyərinin 70%-indən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan servis mərkəzində bərpa edilir. Lakin müqavilənin həmin bəndində nəzərdə tutulub ki, avtomobil müddəti keçmiş etibarnamə ilə idarə edildikdə, lizinq ödənişlərində gecikmə olduqda və s. kimi hallarda həmin bənd tətbiq edilmir, hazırkı halda da lizinq obyektini lizinq alan öz vəsaiti hesabına bərpa etməlidir.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdeh qeyd etdi ki, ödənişlərdə gecikmələr olduğunu, avtomobillərə ziyan dəydiyini qəbul edir. Avtomobilləri ayrı-ayrı şəxslərin istifadəsinə vermiş, həmin şəxslər idarə etmişlər. İddiaçı ilə bağlanmış hər bir daxili lizinq müqaviləsi üzrə 3100 manat avans ödənişi etmişdir, lakin iddia tələbi irəli sürülərkən bu hal nəzərə alınmamışdır. Ödənilən məbləğlər iddiaçının tələbini tam qarşılayır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, avtomobili kasko sığorta etdirməmişdir. Müqaviləyə əsasən lizinq verən avtomobilə ziyan dəydikdə təmir etdirmək öhdəliyini öz üzərinə götürmüşdür, lakin hazırda həmin məbləği ondan tələb edirlər.

8. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq sonuncu baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqavilələri üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 01 iyul 2021-ci il tarixli MAS-4015 saylı, 16 avqust 2021-ci il tarixli MAS-4202, MAS-4201 saylı, 10 iyun 2021-ci il tarixli MAS-3910, MAS-3909, MAS-3908, MAS-3907, MAS-3906 saylı daxili lizinq müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı cavabdeh tərəfindən seçilmiş və sifariş edilən müqavilələrin 1 saylı əlavəsində göstərilən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı müxtəlif nəqliyyat vasitələrinin muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, cavabdeh isə müqavilələrlə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd edilən 01 iyul 2021-ci il tarixli və 10 iyun 2021-ci il tarixli müqavilələrin əsas məbləğini 14750 manat, 16 avqust 2021-ci il tarixli müqavilələrin isə əsas məbləğini 14950 manat təşkil etməklə cavabdeh hər bir müqavilə üzrə onun imzalandığı gün 3100 manat lizinq ödənişini ödəməyi, ödənilmiş 3100 manat çıxıldıqdan sonra 01 iyul 2021-ci il tarixli və 10 iyun 2021ci il tarixli müqavilələrə əsasən yerdə qalan məbləğə 48 ay müddətinə illik 23 % həcmində mükafat, 16 avqust 2021-ci il tarixli müqavilələrə əsasən yerdə qalan məbləğə 48 ay müddətinə illik 24,5 % həcmində mükafat məbləği ödəməyi öhdəsinə götürmüşdür.

12. Tərəflər MAS-4015, MAS-4202, MAS-4201, MAS-3910, MAS-3909, MAS-3908, MAS-3907, MAS-3906 saylı daxili lizinq müqavilələri ilə (3 və 4-cü bəndlər) razılaşdırmışlar ki, iddiaçı (lizinq verən) hər hansı bir vaxt lizinq obyektini və ondan istifadə şərtlərini yoxlamaq və həmçinin bu məqsədlə cavabdehin ərazisinə, bina və tikililərinə maneəsiz daxil olmaq və baxış keçirmək, cavabdeh tərəfindən lizinq obyektinin təmir işlərinin və ya texniki baxışın həyata keçirilmədiyi halda, keçirilməsini tələb etmək kimi hüquqlara, alqı-satqı müqaviləsinə əsasən, lizinq obyektinin qiymətini satıcıya ödəmək kimi vəzifələrə, cavabdeh (lizinq alan) isə lizinq müqaviləsi ilə nəzərdə tutulan şərtlərə riayət edərək, lizinq obyektindən sahiblik və istifadə etmək, lizinq müqaviləsi üzrə hüquq və vəzifələri üçüncü şəxslərə vermək, iddiaçının əvvəlcədən yazılı razılığı əsasında lizinq obyektini sublizinqə və kirayəyə vermək, lizinq obyektini əvəzsiz istifadəyə vermək kimi hüquqlara, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək, lizinq obyektini öz vəsaiti hesabına lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortalamaq kimi vəzifələrə malikdir.

13. Həmçinin tərəflər öhdəliklərin icra olunmaması barədə (müqavilələrin 7.2-ci bəndi və müqavilələrə 3 saylı əlavələrlə) razılaşmışdırlar ki, gecikdirilən lizinq ödənişi məbləğinə (ödənilməyən məbləğə) gündəlik 0,3 % dəbbə pulu hesablanır və cavabdeh tərəfindən iddiaçıya ödənilir.

14. Elektron iş materiallarına əlavə edilmiş sənədlər əsasında müəyyən olunur ki:

15. MAS-4015 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 31 yanvar 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 31 yanvar 2022-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 165,05 manat əsas borc, 207,37 manat mükafat borcu, 264,86 manat cərimə olmaqla ümumilikdə 637,28 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 940 manat təşkil edir.

16. MAS-4202 saylı daxili lizinq müqaviləsi üzrə “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 11 dekabr 2021-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 10 dekabr 2021-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 279,85 manat əsas borc, 498,11 manat mükafat borcu, 282,34 manat cərimə olmaqla ümumilikdə 1060,3 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 7449 manat təşkil edir.

17. MAS-4201 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 17 dekabr 2021-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 17 dekabr 2021-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 436,75 manat əsas borc, 730,82 manat mükafat borcu, 339,16 manat cərimə olmaqla ümumilikdə 1506,73 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 260 manat təşkil edir.

18. MAS-3910 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 17 fevral 2022-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 17 fevral 2022-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 504,71 manat əsas borc, 614,52 manat mükafat borcu, 356,96 manat cərimə olmaqla ümumilikdə 1476,19 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 68 manat təşkil edir.

19. MAS-3909 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 04 fevral 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 04 fevral 2022ci il tarixə cavabdehin iddiaçıya olan borcu 168,22 manat əsas borc, 204,25 manat mükafat borcu, 262,62 manat cərimə olmaqla ümumilikdə 635,09 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 1245 manat təşkil edir.

20. MAS-3908 saylı daxili lizinq müqaviləsi üzrə “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 29 yanvar 2022-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 28 yanvar 2022-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 168,22 manat əsas borc, 204,10 manat mükafat borcu, 259,59 manat cərimə olmaqla ümumilikdə 631,91 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 3723 manat təşkil edir.

21. MAS-3907 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş, 13 yanvar 2022-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 13 yanvar 2022-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 333,27 manat əsas borc, 412,59 manat mükafat borcu, 268,86 manat cərimə olmaqla ümumilikdə 1014,72 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 810 manat təşkil edir.

22. MAS-3906 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş, 29 yanvar 2022-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 28 yanvar 2022-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 333,27 manat əsas borc, 412,78 manat mükafat borcu, 283,85 manat cərimə olmaqla ümumilikdə 1029,9 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 2245 manat təşkil edir.

23. İddiaçı adıçəkilən 8 daxili lizinq müqaviləsi üzrə əsas borc, mükafat, dəbbə pulu və dəymiş zərər olmaqla, ümumilikdə, 24733,02 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir.

24. Cavabdeh iddia tələbinə etiraz edərək avtomobillərin alınması ilə bağlı etdiyi avans ödənişlərinin nəzərə alınmasını xahiş edir. Həmçinin iddiaçının avtomobilləri təmir etdirmək öhdəliyini icra etmədiyini bildirir.

25. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır.

26. Məhkəmə ilk növbədə avtomobillərə dəymiş zərərin iddiaçı tərəfindən aradan qaldırılmalı olması ilə bağlı cavabdehin etirazına münasibətdə aşağıdakıları qeyd edir.

27. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

28. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq obyekti lizinq alanın – cavabdehin faktiki sahibliyində olarkən risklərin bölüşdürülməsi qaydaları nəzərdə tutulmuş, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyekti ilə bağlı əksər risklərin məsuliyyətinin lizinq obyektinə faktiki sahiblik edənin üzərində olduğu göstərilmişdir. Eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.1-ci bəndində də oxşar tənzimləmə həyata keçirilmişdir. Lizinq obyektinə dəymiş zərər üzrə məsuliyyət lizinq obyekti təhvil verildiyi andan lizinq alana keçdiyi halda, hazırkı iş üzrə lizinq alan avtomobilə dəymiş zərəri aradan qaldırmamışdır.

29. Tərəflər adıçəkilən müqavilələrdə risklər və sığorta barəsində (5-ci və 6-cı bəndlər) razılığa gəlmişlər ki, cavabdeh tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, daxili lizinq müqaviləsi imzalandıqdan sonra bir il ərzində lizinq obyekti olan avtomobil zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70 %-indən çox olması istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilməklə iddiaçı tərəfindən öz vəsaiti hesabına iddiaçının partnyoru olan servis mərkəzində bərpa edilir, lakin lizinq obyektinin müddəti keçmiş etibarnamə ilə idarə edilməsi, lizinq obyektinin heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilməsi, lizinq alan tərəfindən avtomobilin bərpa edilməsi üçün ödənilməli olan 800 manat yol-nəqliyyat hadisəsindəən sonra 1 ay ərzində ödənilməzsə, lizinq ödənişlərində gecikmənin olması və s. kimi hallar istisna edilir. Cavabdeh lizinq obyektini öz vəsaiti hesabına daxili lizinq müqaviləsi imzalandıqdan bir il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən daxili lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalamalıdır.

30. Məhkəmə qeyd edir ki, tərəflər müqavilədə ziyan məbləğini bölüşdürərkən 800 manat hissəsini lizinq alanın öhdəsinə qoymuş, həmin hissənin lizinq alan tərəfindən lizinq verənə ödənilməsi şərti ilə lizinq verənin dəymiş ziyanı aradan qaldırmasını şərtləşdirmişlər. Lakin cavabdeh qeyd olunan məbləği iddiaçıya ödəməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, tərəflər qeyd olunan bəndin qüvvəsini itirən və ziyanı tam olaraq lizinq alanın öhdəsinə qoyan istisna hallar müəyyən etmişlər ki, həmin müqavilənin 5.3-cü bəndinin a, c, ç, e yarımbəndlərində nəzərdə tutulan hallar hazırkı işdə mövcuddur. Belə olan halda, cavabdehin müqavilənin 5.3-cü bəndinə istinad etməsi ilə bağlı mövqeyi əsassız, iddiaçının lizinq obyektinə dəymiş zərəri cavabdehdən tələb etməsi isə əsaslıdır.

31. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.2-ci maddəsinə əsasən, lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.

32. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

33. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

34. Eləcə də Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

35. İş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, 10 iyun 2021, 01 iyul 2021 və 16 avqust 2021-ci il tarixlərdə MAS-4015, MAS-4202, MAS-4201, MAS-3910, MAS-3909, MAS-3908, MAS-3907, MAS-3906 saylı daxili lizinq müqavilələrinin obyekti olan avtomobillərin alqı-satqısına dair satıcı "xxxx" MMC ilə alıcı İddiaçı MMC arasında müqavilə bağlanmış, avtomobilin lizinqə verilməsi məqsədilə əldə edildiyi qeyd olunmuşdur.

36. İddia ərizəsinə əlavə olunan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən lizinq obyektləri olan 8 avtomobilə görə ayrı-ayrılıqda 3100 manat avans ödənişi edilmişdir.

37. Cavabdeh hər bir lizinq obyekti üzrə 3100 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Məhkəmə avans ödənişlərinin nəzərə alınmalı olması ilə bağlı cavabdehin mövqeyini əsaslı sayır. Belə ki, Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. Lakin qeyd edilən daxili lizinq müqavilələrində lizinq obyektinə görə avans ödənişinin təyinatı, müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir.

38. Lakin lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin və dəymiş zərərin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki, onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir.

39. Bu baxımdan, həmçinin mülki mühakimə icraatının dispozitivlik və çəkişmə prinsiplərini, iddia tələbindən, bir qayda olaraq, kənara çıxılmasının qeyri-mümkün olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, lizinq obyekti olan nəqliyyat vasitələrinin iddiaçıya geri qaytarıldığı nəzərə alındığında avans məbləği hər bir müqavilə üzrə zərər də daxil olmaqla ümumi borcdan çıxılmalıdır.

40. Cavabdehin avans məbləğlərinin ümumi həcminin iddiaçının tələbini qarşılamağa kifayət etməsi ilə bağlı mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iddiada 8 lizinq müqaviləsi üzrə olan tələblər birləşdirilsə də, hər bir tələbin faktiki əsası fərqlidir. Belə ki, müqavilələr eyni tərəflər arasında bağlanmış olsa da, hər bir müqavilə müstəqil tənzimləmə predmetini ehtiva etməklə ayrıca öhdəlik yaradır. Cavabdehin bir müqavilə üzrə ödədiyi avans məbləğinin digər müqavilə üzrə nəzərə alınması, tələb əsaslı olarsa qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə mümkündür ki, bunun da həyata keçirilməsi qaydası mülki qanunvericilikdə nəzərdə tutulmuşdur. Cavabdeh belə bir iddia tələbi irəli sürmədiyindən və məhkəmənin iddia tələbindən, bir qayda olaraq, kənara çıxmasının qeyri-mümkün olduğu nəzərə alındıqda belə bir əvəzləşdirmənin aparılması yolverilməzdir.

41. Belə olan halda, məhkəmə hesab edir ki, MAS-4015 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1577,28 manat, MAS-4201 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1766,73 manat, MAS-3910 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1544,69 manat, MAS-3909 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1880,09 manat, MAS-3907 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1825,22 manat borc həmin müqavilələr üzrə ayrıayrılıqda ödənilmiş 3100 manatla tam əhatə olunduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz.

42. Digər tərəfdən, MAS-3906 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 3274,8 manat, MAS-3908 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 4354,91 manat və MAS- 4202 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 8509,30 manat borcdan avans ödənişi ilə əhatə olunmayan müvafiq olaraq 174,8 manat, 1254,91 manat və 5409,30 manat məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

b) Lizinq müqavilələrinin ləğvi tələbi ilə bağlı

43. İddiaçı həmçinin MAS-4015, MAS-4202, MAS-4201, MAS-3910, MAS-3909, MAS-3908, MAS-3907 və MAS-3906 saylı daxili lizinq müqavilələrinin ləğv edilməsini tələb edir.

44. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

45. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

46. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə (748-1.12.1); lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə (748-1.12.2); lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə (748-1.12.3); lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə (748-1.12.4).

47. Tərəflər arasında bağlanmış daxili lizinq müqavilələrinin 9-cu bəndləri ilə də müqavilənin lizinq verənin təşəbbüsü ilə ləğv edilməsinin müqavilə rejimi müəyyənləşdirilmişdir. Belə ki, lizinq verən lizinq alanı 15 gün əvvəlcədən xəbərdar etməklə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda müqaviləyə birtərəfli qaydada xitam verə bilər: lizinq alan lizinq obyektindən müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə və həmçinin lizinq alanın sürücülük hüququndan məhrum edildikdə, lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq alan lizinq verənin yazılı icazəsi olmadan lizinq obyektini sublizinqə və ya kirayəyə verdikdə, lizinq alan lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə və s. Müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə, lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə ger qaytarılır.

48. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada ləğv edilməsi, bir qayda olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar baş verir. İradə müxtəlif formalarda - hər hansı daşıyıcıya yazılı və digər formada əks etdirilməklə, hərəkət və rəftarla və s. ifadə oluna bilər. Hazırkı halda da iddiaçı MAS-4015 saylı müqavilə üzrə lizinq obyektini 31 yanvar 2022-ci il tarixdə, MAS-4202 saylı müqavilə üzrə lizinq obyektini 11 dekabr 2021-ci il, MAS-4201 saylı müqavilə üzrə lizinq obyektini 17 dekabr 2021-ci il tarixdə, MAS-3910 saylı müqavilə üzrə lizinq obyektini 17 fevral 2022-ci il tarixdə, MAS-3909 saylı müqavilə üzrə lizinq obyektini 04 fevral 2022-ci il tarixdə, MAS-3908 saylı müqavilə üzrə lizinq obyektini 29 yanvar 2022-ci il tarixdə, MAS-3907 saylı müqavilə üzrə lizinq obyektini 13 yanvar 2022-ci il tarixdə, MAS-3906 saylı müqavilə üzrə lizinq obyektini 29 yanvar 2022-ci il tarixdə geri almaqla iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilələr müvafiq olaraq birtərəfli qaydada ləğv edilmişdir.

49. Belə olan halda, adıçəkilən daxili lizinq müqavilələri məhkəmədən kənar qaydada artıq ləğv edildiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

c) Məhkəmə xərcləri ilə bağlı

50. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun cavabdehdən tutulmasını xahiş edir.

51. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-3633 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödənmişdir.

52. İş materiallarında olan ekspert xərclərinə dair bildirişdən görünür ki, ekspert tərəfindən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

54. Həmin Məcəllənin 115.0, 115.0.1 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

55. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

56. Göründüyü kimi, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

57. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

58. Tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində yarandığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış MAS-3906 saylı xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 174 (yüz yetmiş dörd) manat 80 (səksən) qəpik, MAS-3908 saylı xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 1254 (min iki yüz əlli dörd) manat 91 (doxsan bir) qəpik, MAS-4202 saylı xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 5409 (beş min dörd yüz doqquz) manat 30 (otuz) qəpik olmaqla ümumilikdə 6839 (altı min səkkiz yüz otuz doqquz) manat 01 (bir) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar