Məhkəmə qərarları › İş №e-2-2(113)-1181/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1181/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1181/2022 27.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13675,39 manat məbləğində əsas borc, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1367,53 manat pul və ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ********** nömrəli VÖEN təqdim etməklə dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC ilə "X3 A" MMC arasında 01 noyabr 2016-cı il tarixli, 01 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcının bu müqavilənin 1 saylı Əlavəsində göstərilən malları alıcıya satması, alıcının isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləği ödəməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 5-ci bəndinə görə alıcı bu müqaviləyə uyğun müddətdə və qaydada ödənişi həyata keçirməlidir. Həmin müqavilənin 6-cı bəndinə görə alıcı malları qaimə ilə təhvil verildiyi gündən 30 bank günü ərzində malın dəyərini ödəyir. Həmin müqavilənin 9-cu bəndinə görə müqavilə müddətsiz bağlanmışdır. Lakin bir ay qabaqcadan qarşılıqlı rəsmi məlumatla pozulana qədər, həmçininn bu müqavilə üzrə bütün öhdəliklərin tam və müvafiq qaydada icrasına qədər qüvvədədir. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh hazırkı müqavilə üzrə yalnız 23340,29 manat məbləğində ödəniş etmiş, qalıq 13675,39 manat məbləğində pulu halhazıradək ödəməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdə 1458,29 manat; xx.xx.2017-ci il tarixdə 3000 manat; xx.xx.2017-ci il tarixdə 4000 manat; xx.xx.2017-ci il tarixdə 3000 manat; 07.04.201-ci il tarixdə 3000 manat; xx.xx.2017-ci il tarixdə 2000 manat; xx.xx.2017ci il tarixdə 1500 manat; xx.xx.2017-ci il tarixdə 1000 manat; xx.xx.2017-ci il tarixdə 1000 manat; xx.xx.2018-ci il tarixdə 2000 manat və xx.xx.2019-cu il tarixdə 1382 manat olmaqla, cavabdeh tərəfindən cəmisi 23340,29 manat ödəniş olunmuşdur. Cavabdeh bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. AR MM-nin 445.7-ci maddəsini rəhbər tutaraq hesab edirlər ki, 13675,39 manat üçün illik 5 %, yəni 1367,53 manat (13675,39 x 5 % x 3 il) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh MMC müqavilə üzrə yalnız 23340,29 manat məbləğində ödəniş etmiş, qalıq məbləği 13675,39 manat məbləğində pulu hal-hazıradək ödəməmişdir. Cavabdeh bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. İddia ərizəsi ilə əlaqədar məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı “Dostluq Trading" MMC ilə Cavabdeh MMC arasında 01 noyabr 2016-cı il tarixli 01 saylı müqavilə bağlanmışdır. Müqavilənin 3-cü bəndində malın qəbulu qaydası qeyd edilmişdir. Həmin bəndə əsasən tərəflər arasında malın kəmiyyətcə qəbuluna dair Təhvil-təslim aktı və ya X2 imzalanmalıdır. İddiaçı tərəfindən isə məhkəməyə qaimələrdə əks olunmuş malların Cavabdeh MMC-yə verilməsini, onların təhvil-təslimini təsdiqləyən, malların anbardan çıxmasını təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Vahid məhkəmə təcrübəsində formalaşmışdır ki, borcun təsdiqi qismində tək elektron qaimənin təqdim edilməsi həmin borcun mövcud olması üçün kifayət deyildir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabehin nümayəndəsi həmçinin iddiaçıya 34000 manatdan artıq məbləğin ödənildiyini bildirərək, iddiaçıya borcunun olmadığını bildirdi. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi isə hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitmədiyindən, eləcə də cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edildiyindən, cavabdehin məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin əsassız olduğunu bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 01 noyabr 2016-cı il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcının bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən malları alıcıya satması, alıcının isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləği ödəməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair Təhvil-Qəbul aktının və ya X1 imzalanmasından sonra həyata keçirilir. Həmin müqavilənin 2-ci bəndinə əsasən malın miqdarı, çeşidi, vahidin qiyməti və spesifikasiyası bu müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən satıcı Bakı şəhərində alıcının müəyyənləşdirdiyi yerdə malı təhvil verməli və tərəflər arasında malın kəmiyyətcə qəbuluna dair tərəflər arasında Təhvil-Qəbul aktı və ya X2 imzalanmalıdır. Malın kəmiyyətcə qəbulu onun keyfiyyətcə qəbulu demək deyildir. Malın keyfiyyətcə qəbulu onun quraşdırılmasından və/ və ya istehlakı və istifadəsindən sonra həyata keçirilir və tərəflər arasında Təhvil-Qəbul aktı və ya X2 imzalanır. Malın həm kəmiyyətcə, həm də keyfiyyətcə qəbulu zamanı 1 saylı əlavədə göstərilmiş malın miqdarına, spesifikasiyasına və keyfiyyətinə dair kənarlaşma halları və ya digər çatışmazlıqlar aşkar edilərsə, tərəflər Qüsur aktı tərtib edir və qüsur aktında aşkar edilmiş çatızmazlıqlar və onların satıcı tərəfindən aradan qaldırılması müddəti göstərilir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 31 yanvar 2017-ci il tarixli, 236724 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 432,95 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 31 yanvar 2017-ci il tarixli, 236725 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 3913,35 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 31 yanvar 2017-ci il tarixli, 236726 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 765,14 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 31 yanvar 2017-ci il tarixli, 236727 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 693,15 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 03 fevral 2017-ci il tarixli, 313969 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 2043,87 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 03 fevral 2017-ci il tarixli, 313970 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 2470,14 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 03 fevral 2017-ci il tarixli, 313971 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 1455,85 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 03 fevral 2017-ci il tarixli, 313972 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 813 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 28 fevral 2017-ci il tarixli, 313996 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 1455,85 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 28 fevral 2017-ci il tarixli, 313997 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 4038,84 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 28 fevral 2017-ci il tarixli, 313998 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 2985,35 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 28 fevral 2017-ci il tarixli, 313999 nömrəli Qaimə-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 140,97 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 13 mart 2017-ci il tarixli, 372220 nömrəli sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə ödəməli olduğu məbləğ ümumilikdə 134,50 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 14 mart 2017-ci il tarixli, 372221 nömrəli sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə ödəməli olduğu məbləğ ümumilikdə 334,7 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 14 mart 2017-ci il tarixli, 372222 nömrəli sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə ödəməli olduğu məbləğ ümumilikdə 1628,01 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 14 mart 2017-ci il tarixli, 372223 nömrəli sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə ödəməli olduğu məbləğ ümumilikdə 1405,23 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 17 mart 2017-ci il tarixli, 372224 nömrəli sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə ödəməli olduğu məbləğ ümumilikdə 191,22 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 31 mart 2017-ci il tarixli, 372225 nömrəli sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə ödəməli olduğu məbləğ ümumilikdə 1204,10 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 31 mart 2017-ci il tarixli, 372226 nömrəli sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə ödəməli olduğu məbləğ ümumilikdə 1182,56 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 31 mart 2017-ci il tarixli, 372227 nömrəli sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə ödəməli olduğu məbləğ ümumilikdə 192,28 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, HN seriyalı, 718309 nömrəli elektron vergi hesabfakturasından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6272,67 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595214 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 307,37 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, ******* nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 320,60 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595304 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1249,40 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595347 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1013,10 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595387 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 178,50 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595424 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1014,42 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595453 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1758,15 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595466 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 96,70 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595471 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 74,50 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595476 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1174,12 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595486 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 625,75 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595519 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 466,80 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595556 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 923,87 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 595604 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 795,65 manat təşkil edir. - "xxxx" QSC tərəfindən tərtib edilmiş hesabdan çıxarışlardan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2019-cu il tarixdə 1382 manat, xx.xx.2018-ci il tarixdə 2000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1500 manat, xx.xx.2017-ci il tarixdə 2000 manat, xx.xx.2017-ci il tarixdə 3000 manat, xx.xx.2017-ci il tarixdə 3000 manat, xx.xx.2017-ci il tarixdə 4000 manat, xx.xx.2017-ci il tarixdə 3000 manat və xx.xx.2017-ci il tarixdə 1458,29 manat olmaqla, ümumilikdə 23340,29 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 13675,39 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 10975,13 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin qənaətə gələrkən məhkəmə əvvəla nəzərə alır ki, cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında 34315,42 manat məbləğində dövriyyənin olduğunu və borcun tam olaraq ödənildiyini bildirmişdir. İddiaçı tərəf həmin rəqəmin 37015,68 manat olduğunu bildirərək, həmin məbləğdən 23340,29 manat məbləğində ödəniş edildiyi, qalıq məbləğin 13675,39 manat təşkil etdiyini bildirmiş, bununla bağlı məhkəməyə elektron qaimələr, qaimə-fakturalar, elektron vergi hesab-faktura və s. təqdim etmişdir. Həmin sənədlərin bəziləri iddiaçı tərəfindən birtərəfli qaydada imzalanmışdır. Dövriyyənin tam olaraq 37015,68 manat təşkil etməsi ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutların təqdim olunmamasını, cavabdehin nümayəndəsinin 34315,42 manat məbləğində dövriyyənin olduğunu bildirməsini, lakin həmin məbləğin tam olaraq ödənilməsi barədə sübut təqdim etməməsini, eyni zamanda 23340,29 manat məbləğində ödənişin edildiyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Cavabdehndən 10975,13 manat (34315,42-23340,29=10975,13) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 1367,53 manat məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh icranı gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və gecikdirilmiş vaxt nəzərə alınaraq, həmin hissədə iddia təmin olunmalı və cavabdehdən 1367,53 manat (min üç yüz altmış yeddi manat əlli üç qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya görə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: 1) müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; 2) borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: 1) borcun qismən ödənilməsi; 2) əsas borc üzrə faizin köçürülməsi; 3) kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; 4) öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında müqavilə 01 noyabr 2016-cı il tarixdə bağlansa da, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 1382 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən AR Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan göründüyü kimi, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Bunlardan biri kimi borcun qismən ödənilməsi təşkil edir. Cavabdeh tərəfindən isə qeyd edildiyi kimi, xx.xx.2019-cu il tarixdə iddiaçının hesabına ödənişin edilməsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 10975,13 manat (on min doqquz yüz yetmiş beş manat on üç qəpik) məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1367,53 manat (min üç yüz altmış yeddi manat əlli üç qəpik) və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 12542,66 manat (on iki min beş yüz qırx iki manat altmış altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar