Məhkəmə qərarları › İş №e-2-2(113)-1182/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1182/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1182/2020 26.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “xxxx”in nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı “xxxx” cavabdeh “X1 Limided” Şirkətinin Azərbaycandakı Filialına qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsinə dair işə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialıdan xx xxx 2019-cu il tarixli PO000002497 saylı Spesifikasiya üzrə 12765 avro əsas borc və 1276,50 avro cərimə məbləği, cəmi - 14041,50 avro məbləğin, o cümlədən, 1000 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, «xxxx» Şirkətiilə cavabdeh « X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında malların alqı-satqısına dair xx xxxxx 2014-cü il tarixində AOC/SUP/27/14 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı «xxxx» Şirkəti satıcı, cavabdeh «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə alıcı qismində çıxış etmişdir. Müqaviləyə əsasənTəchizatçı müvafiq spesifikasiyalar aəsasən malları təchiz etməyi Alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda mübahisə predmetini xx xxx 2019-cu il tarixli PO000002497 saylı Spesifikasiya üzrə Alıcı tərəfindən ödənilməmiş əsas borc məbləğləri və həmin məbləğin gecikməcərimə məbləğinin ödənməsi təşkil edir. xx xxx 2019-cu il tarixli PO000002497 saylı Spesifikasiya ilə bağlı; Tərəflər arasında imzalanmış xx xxx 2019-cu il tarixli PO000002497 saylı Spesifikasiya əsasən Alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50%-i əvvəlcədən Alıcı tərəfindən xx xxx 2019-cu il tarixli PO000002497 saylı Spesifikasiya imzalandıqdan sonra, ödəniş üçün hesabın təqdim edildiyi gündən 10 (on) bank günü ərzində, malların dəyərinin qalan 50%-i isə Təchizatçı malların göndərilməyə hazır olması haqqında bildirişaldığı gündən etibarən 10 (on) bank günü ərzində həyata keçirməlidir. Müqavilə tərəfi olaraq Satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesab-faktura ilə birlikdə Alıcıya 2019-cu ilin 17 iyul tarixində təqdim etmişdir. Buna baxmayaraq Alıcı tərəfindən qeyd edilən Spesifikasiya üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Qeyd edilən spesifikasiya üzrə ümumi məbləğin 50%-i hələ də ödənilməyib. Tərəflər arasında olan müqavilənin 7.2.-ci maddəsinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş Alıcı tərəfindən vaxtında ödənilmədikdə, Təchizatçı, Alıcıya hr gecikmə günü üçün ödəninlməmiş məbləğin 0,1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin, bu məbləğ ödənilməmiş məbləğin 10%-dən çox olmamalıdır”. xx xxx 2019cu il tarixli PO000002497 saylı Spesifikasiya üzrəəsas borc məbləği 12765 AVRO-dur. Cərimə məbləğinin cəmi isə 1276,50 AVRO edir. (12 765x10%=1 276.50) Cəmi məbləğ: 14041,50 AVRO (12 765+1 276.50). Beləliklə, qeyd edildiyi kimi Satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tamşəkildə və qüsursuz olmaqla (keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq olmadan ) Alıcıyat əhvil vermişdir, lakin, Alıcı tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla belə, Satıcı tərəfindən xx xxxxxx 2020ci il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilmişdir. Lakin, hələ də cavabdeh qurum hərəkətsizlik nümayiş etdirdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 05/022020 nömrəli etibarnamə qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada tərtib edildiyinə görə iddia ərizəsini imzalayan Vəkil onu imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılmalıdır. 457-ci maddəsinə əsasən, Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər isə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı “xxxx” cavabdeh X1 Limided” Şirkətinin Azərbaycandakı Filialına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar