Məhkəmə qərarları › İş №e-2-2(113)-1185/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1185/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1185/2023 24.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 noyabr 2021-ci il tarixli MAS-4578 saylı "xxxx" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 aprel 2022-ci il tarixə 624,49 manat gecikdirilmiş əsas, 88,60 manat gecikdirilmiş mükafat, 300,95 manat dəbbə pulu, 1275,60 manat dəymiş zərər, ümumilikdə 2289,64 manat borc və mediasiya xidməti üçün ödənilmiş 70 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli MAS-4578 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180154 ban nömrəli, qara rəngli avtomobil 7610 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17% hesablanmaqla 20 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 439,62 manat, ümumilikdə isə 8792 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 8792 manatın 7610 manatı əsas məbləğ təşkil edir. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 aprel 2022-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti Dövlət rüsumunun ödənilməsi haqqında məlumat duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1275,60 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 23 aprel 2022-ci il tarixdə 410 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 03 noyabr 2021-ci il tarixli MAS-4578 saylı "xxxx" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 aprel 2022-ci il tarixə 624,49 manat gecikdirilmiş əsas, 88,60 manat gecikdirilmiş mükafat, 300,95 manat dəbbə pulu, ümumilikdə 1014,04 manat gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında avtomobilə dəymiş zərərin və borcun çox hesablandığına görə iddianın rədd olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin elektron sisteminə ərizə yükləyərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli MAS-4578 saylı "xxxx" müqaviləsindən görünür ki, müqavilə lizinq verən Azərmaş MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmışdır. Müqavilənin 1ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfdən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən bu lizinq müqaviləsinin əsas məbləğini 7610 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 20 ay müddətində illik 17% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri iş gününə təsadüf etdikdə ödəniş qeyri iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizin qödənişlərinin gecikdirilməsi hesab olunur. Müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. xx.xx.2021-ci il tarixli MAS-4578 saylı "xxxx" müqaviləsinə 1 saylı əlavədən görünür ki, lizinq müqaviləsinə əsasən əldə olunan əmlak “Khazar Peugeot” minik markalı, NVAAD1HFEKH180154 ban nömrəli, qara rəngli avtomobilin dəyəri 7610 manat müəyyən edilir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC “Khazar Peugeot” markalı 99PB875 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. xx.xx.2021-ci il tarixli “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlindən (Əlavə №3) görünür ki, Cavabdeh illik 17% hesablanmaqla 20 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 439,62 manat, ümumilikdə isə 8792 manat məbləğində pulu (7610 manat əsas məbləğ, 1182 manat mükafat məbləğ) İddiaçı MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Azərmaş MMC-yə məxsus olan Peugeot markalı 99PB875 dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcu lizinq alan tərəfindən ödənilə bilinmədiyi üçün təhvil alınmışdır. Motorun zapçastları ustada qalmış, motor yoxdur, ustada yığılır. Qabaq kapot əzik, qabaq sağ krılo əzik, arxa-qabaq buferlər sınıqdır. Arxa sol krılo şpakilovkalıdır. Arxa stoplar sınıqdır. Tex pasport yoxdur. Zapas təkər danqırat var. Açar və nömrələr bizdədir. xx.xx.2023-cü il tarixli 229 nömrəli arayışdan görünür ki, borclu Cavabdeh 03 noyabr 2021-ci il tarixli MAS-4578 saylı daxili lizinq müqaviləsi üzrə 20 aprel 2022-ci il tarixə gecikdirilmiş əsas borc 624,49 manat, mükafat borcu 88,60 manat, cərimə 300,95 manat, cəmi 1014,04 manat təşkil edir. xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Khazar Peugeot” markalı 99PB875 dövlət nömrə nişanlı avtomobilə 1275,60 manat məbləğində təmir və dəyişdirilmə işləri aparılmalıdır. xx.xx.2023-cü il tarixli 9/6188 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materialında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Khazar Peugeot” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1274 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 534 manat, təmir-bərpa işlərinin qiyməti 740 manat təşkil edir. xx.xx.2022-ci il tarixli MŞB/2-01827 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 70 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2023-cü il tarixli 9/6188 nömrəli ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, tədqiqatın dəyəri 50 manatdır. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci və 747.1-ci maddələrinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi tərəflər arasında avtomobilin lizinqə verilməsi barədə daxili lizinq müqaviləsi bağlanmış, 2020-ci il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh istifadəsində verilmiş, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinq obyektinə görə ödənişləri vaxtında etmədiyinə görə müqavilə üzrə borcu yaranmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 624,49 manat əsas borc, 88,60 manat gecikdirilmiş mükafat, 70 manat məbləğində mediasiya xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab ki, iddiaçı avtomobilə dəymiş zərərə görə 1275,60 manat məbləğində vəsait tələb etsə də, ekspert rəyinə əsasən həmin zərər 1274 manat məbləğində müəyyən edildiyindən, tələb də həmin həcmdə də təmin edilməlidir. İddiaçının 300,95 manat dəbbə pulu tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 36,91 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 noyabr 2021-ci il tarixli MAS-4578 saylı "xxxx" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 aprel 2022-ci il tarixə 624,49 manat gecikdirilmiş əsas, 88,60 manat gecikdirilmiş mükafat, 36,91 manat dəbbə pulu, ümumilikdə 750 manat borc, 1274 manat dəymiş zərər və mediasiya xidməti üçün ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 noyabr 2021-ci il tarixli MAS-4578 saylı "xxxx" müqaviləsinə əsasən 20 aprel 2022-ci il tarixə 624,49 manat gecikdirilmiş əsas, 88,60 manat gecikdirilmiş mükafat, 36,91 manat dəbbə pulu, ümumilikdə 750 manat borc, 1274 manat dəymiş zərər və mediasiya xidməti üçün ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ekspertiza xərci olan 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar