Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1186/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi İddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-dən dəymiş ziyan qismində 17871.7 ABŞ dolları, ödənilmiş dövlət rüsumu 182 manat pulun tutularaq İddiaçı QSC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (bundan sonra: İddiaçı) ilə Cavabdeh (bundan sonra: Cavabdeh) arasında xx.xx.2022 tarixli, № 04102022 saylı Müqavilə (bundan sonra: Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, Alıcı tərəflər arasında razılaşdırılmış ofis ləvazimatı mallarınıalaraq müvafiq ödənişləri yerinə yetirməlidir. İddiaçı tərəfindən müvafiq ödənişlər edilmiş, lakin cavabdeh tərəfindən müvafiq keyfiyyətdə olmayan, istifadəyə yararsız mallar – post-terminallar üçün qəbzlər – təqdim edilmişdir. Bununla əlaqədar cavabdehə müraciət olunduqda, məhsulların bir hissəsində olan keyfiyyətsizlik problemi qəbuledilmiş, məhsulların geri qaytarılması tələbi təsdiq edilmişdir. Lakin geri qaytarılma ilə əlaqədar xərclərin (gömrük rüsumları, nəqliyyat məsrəfləri) qarşılanmasından imtina olunmuşdur. Belə ki, göndərilən 4544 hissə malın 2990 ədədində keyfiyyətsizlik aşkar edilmiş, ümumiyyətlə istifadəyə yararlı olmamışlar. Bundan əlavədə iddiaçı tərəfindən ümumilikdə 19250 dollar məbləğində cavabdehə ödəniş edilmiş, lakin 17949,4 dollar dəyərində mal cavabdeh tərəfindən göndərilmişdir. Müqavilənin 5.4-cü maddəsinə əsasən, Əgər göndərilən mallarda zədə aşkar olunarsa, mal dəyişdirilməli yaxud Satıcı malın dəyərini geri qaytarmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki kommersiya işi aidiyyət qaydalarını pozmaqla icraata götürülmüşdür. Belə ki, tərəflər rasında imzalanmış müqavilənin 8.2-ci maddəsinə əsasən bütün mübahisəli məsələlər baxılması üçün Türkiyyə/İstanbul arbitrajına verilir, bu ölkənin qanunlarına uyğun həmçinin bu arbitraj orqanlarında istehsal işləri qaydalarına uyğun həll edilir, hansı ki, hər iki tərəf üçün məcburi və son sayılır. Hesab edir ki, müqavilədə icra yeri Türkiyyə/İstanbul Arbitraj Məhkəməsi göstərildiyindən hazırki mübahisə Türkiyyə/İstanbul Arbitraj Məhkəməsində baxılmalıdır. Müqavilə üzrə razılaşdırılmış şərtlərdən irəli gələrək gələcəkdə qüvvəyə minəcək məhkəmə qərarının vaxtında və düzgün icra olunmasınn qeyri-mümkünlüyü məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edir. Qeyd edilənlərə əsasən İddiaçı QSC-nin Cavabdehyə qarşı “borc” tələbinə dair iddia ərizəsinin AR MPM-nin 36.11-ci maddəsinə əsasən kommersiya işinə xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən verilən vəsatətin əsassız olduğu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iddaçının nümayəndəsinin izahatını dinləyib, cavabdeh tərəfin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olduğu üçün iddia ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04102022 saylı Müqavilənin 8.1-ci maddəsinə əsasən Tərəflər bu müqavilədən doğa biləcək mübahisəli məsələləri dostluq və anlayışla həll edəcəklər. 8.2. maddəsinə əsasən Əgər razılıq əldə oluna bilinməsə, bütün mübahisəli məsələlər baxılmaq üçün (ümumi məhkəmədə baxılmaq istisna olmaqla) Türkiyə/İstanbul arbitrajınaa verilir, bu ölkənin qanunlarına uyğun həmçinin bu arbitraj orqanlarında istehsal işləri qaydalarına uyğun həll edilir, hansı ki, hər iki tərəf üçün məsburi və son sayılır. 8.3. maddəsinə əsasən Bu müqaviləyə görə hər iki tərəf arbitrajın hər hansı qərarın özündə göstərilən müddətdə yerinə yetirməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflərin müqavilədə mübahisənin həlli üçün arbitraj şərtini müəyyən etdikləri halda, məhkəmələrin səlahiyyətli olubolmamasına gəldikdə, qeyd edilməlidir ki, MPM-in 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-də və digər normativ hüquqi aktlarda əksər hallarda “arbitraj” sözü “münsiflər məhkəməsi” söz birləşməsi ilə eyni mənada istifadə edilmiş, həmçinin, qanunvericilik münsif sözünün anlayışını müəyyən etməmişdir. Arbitraj sözünün anlayışı isə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Qanunda qeyd edilir ki, arbitraj – daimi arbitraj idarəsi tərəfindən keçirilib keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj deməkdir. Bununla yanaşı, bir sıra ikitərəfli beynəlxalq sazişlərdə də “arbitraj” və “münsif” sözləri sinonim kimi istifadə edilmişdir. Qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər. Məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi etiraz ərizəsinə münasibətdə bildirir ki, hazırki iddia ərizənə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün icraata xitam verilməsi, gələcəkdə tərəflərin mübahisənin arbitraj şərtinə uyğun olaraq həlli qaydasına nail olunmadığı halda, iddiaçının yerli məhkəməyə müraciət hüququndan məhrum edəcəkdir. Bu səbəbdən MPM-nin 261.0.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsi icraata xitam verilə bilməz. Azərbaycan Respublikası MPM-nin: - 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləyə əsasən mübahisələrin həlli qaydasına arbitraj şərti müəyyən edildiyi üçün və iş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə dair yazılı etiraz verdiyi üçün hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdeh “Umur Basım Sanayi ve Ticaret” A.Ş.-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1186/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1186/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver