Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1188/2023 18.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 125616,5 manat əsas məbləğ, 22610,97 manat ƏDV məbləği olmaqla, ümumi 148 227,47 manat məbləğində borcun, 400 manat vəkil xərcləri, 400 manat mediasiya xərcləri olmaqla, 149027,47 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 0011/26012021-KZ nömrəli, xx.xx.2021 tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı, alıcı Cavabdeh QSC-yə sifariş edilmiş malları satmağı, cavabdeh isə təhvil alınmış malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Ərizədə qeyd edilmiş 94 ədəd elektron qaimədən göründüyü kimi 442 451.83 manat əsas, 79 641.36 manat ƏDV məbləği olmaqla, ümumi 522 093,19 AZN (beş yüz iyirmi iki min doxsan üç manat on doqquz qəpik) dəyərində mallar borclu Cavabdeh MMC-yə təhvil verilmişdirlər. Bank və ƏDV hesabı çıxarışlarından göründüyü kimi təhvil verilmiş mallar müqabilində borclu Cavabdeh QSC-nin İddiaçı MMC-yə 316 835,35 manat məbləğində əsas borcuna görə, 57 030,37 manat ƏDV borcuna görə olmaqla ümumiyyətlə 373 865,72 manat ödəniş etmişdir. Yekun etibarilə, 522093,19 manat dəyərində təhvil verilmiş mallara görə, yalnız 373 865,72 manat məbləğində ödənişlər edilmişdir. 148 227,47 manat məbləğində borcun (125 616,5 AZN əsas, 22 610,97 AZN ƏDV) ödənişini isə son ödəniş tarixindən – xx.xx.2022 tarixindən etibarən bir ilə yaxın bir müddətdir ki, əsassız olaraq icra etmirlər. Həmçinin, cavabdeh borcu ödəməkdən imtina edir deyə, məsələnin məhkəmə yolu ilə həll edilməsi üçün 400 manat vəkil xərcləri, 400 manat mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh dəfələrlə borcun ödənilməsi ilə bağlı onlara vədlər vermiş, lakin uzun müddətdir ki, öz öhdəliklərini icra etmir. Müqavilə üzrə mallar cavabdehə təqdim edildikdən sonra ona elektron qaimələr təqdim edilir, həmin qaimələr ürə də cavabdeh tərəfindən ödənişlər edilmiş, lakin öhdəliklər natamam icra edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0011/26012021-KZ nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə qoşmalarda göstərilmiş malları alıcıya satmağa, alıcı isə həmin malları qoşmalarda göstərilən qiymətə satıcıdan satın almağa razılığını bildirir. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri müqaviləyə qoşmalarda müəyyən edilmiş məbləğlərin cəmindən ibarətdir. İddiaçı tərəfindən cavabdehə EBAW 739566 nömrəli xx.xx.2021-ci il tarixli, EBAX 289083 nömrəli xx.xx.2021-ci il tarixli, EBAX 316219 nömrəli xx.xx.2021-ci il tarixli, EBAX 604439 nömrəli xx.xx.2021-ci il tarixli, EBAX 656411 nömrəli xx.xx.2021-ci il tarixli, EBAX 724522 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 301156 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 338953 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 508079 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 594342 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 724070 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 823283 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 910349 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 969378 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 242360 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 298436 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 382485 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 471876 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 537113 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 600537 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 758385 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 767792 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 853383 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 858173 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 927197 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 938015 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 058505 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 156329 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 317479 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 398837 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 511000 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 551673 nömrəli xx.xx.2021-ci il tarilxi, EBBA 544292 nömrəli 21.04.201-ci il tarixli, EBBA 613721 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 614042 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 778947 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 679463 nöməli xx.xx.2021-ci il tarixli, EBBA 999264 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 045281 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 142165 nömrəli 03.05.201-ci il tarixli, EBBB 142334 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 205607 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 277909 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 394268 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 475907 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 686524 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 774118 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 995432 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 995583 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 044850 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 050788 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 152603 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 152783 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 226798 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 226163 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 331891 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 672625 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 800878 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 912615 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 024500 nömrəli xx.xx.2201-ci il tarixli, EBBD 177973 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 178073 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 599407 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 599747 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 600146 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 734451 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 799455 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 588037 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 190913 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 387927 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 544702 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 663205 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 772445 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 910105 nömrəli xx.xx.2021-ci il tarixli, EBBG 036474 nömrəli xx.xx.2021-ci il tarixli, EBBG 577456 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 679113 nömrəli xx.xx.2021-ci il tarixli, EBBG 834699 nömrəli xx.xx.20210-ci il tarixli, EBBG 834892 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 443365 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 443401 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 501380 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 715390 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 805250 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 876081 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 876523 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 968275 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 370389 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 365793 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 698122 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 545054 nömrəli xx.xx.2021-ci il tarixli, EBBR 771386 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 771770 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 204920 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək elektron qaimə çıxarışından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 442451,83 manat məbləğində mal (79641,36 manat ƏDV olmaqla) təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya 373865,72 manat pul ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0011/26012021-KZ nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 125616,5 manat əsas məbləğ, 22610,97 manat ƏDV məbləği olmaqla, ümumilikdə 148227,47 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 148227,47 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia ərizəsində 400 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli 015XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 22 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 400 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ƏDV daxil 148227,47 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 400 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/11-00095 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 148227,47 (bir yüz qırx səkkiz min iki yüz iyirmi yeddi manat qırx yeddi qəpik) manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manat, ümumilikdə 148627,47 (bir yüz qırx səkkiz min altı yüz iyirmi yeddi manat qırx yeddi qəpik) və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1188/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1188/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver