Məhkəmə qərarları › İş №e-2-2(113)-1193/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1193/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1193/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli evakuasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 4200 manat əsas borc, 840 manat cərimə məbləği, əsas borca illik 5 faizlə hesablanmaqla 349,59 manat məbləğində pulun və ödənilmiş 74 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 13 mart 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-1193/2025 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında hissəvi ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 4274 (dörd min iki yüz yetmiş dörd) manat (4200 manat əsas borc və 74 manat məbləğində dövlət rüsumu) təşkil edir. 1.3. Bu Saziş imzalandığı/təsdiq edildiyi təqdirdə iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən imtina edir. 2.1. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir: 2.1.1. 10.04.2025-ci il tarixinədək - 1423 (bir min dörd yüz iyirmi üç) manat; 2.1.2. 10.05.2025-ci il tarixinədək - 1423 (bir min dörd yüz iyirmi üç) manat; 2.1.3. 10.06.2025-ci il tarixinədək - 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat; 2.2. Barışıq Sazişi tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və cavabdeh 2.1-ci bənddəki öhdəliyini icra etdikdən sonra cavabdeh və iddiaçı Barışıq Sazişi əsasında Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.3. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarixə kimi (2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü bəndlərdə göstərilmiş müddətlərdə) tam ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, iddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1-bəndin yarımbəndlərində müəyyən edilmiş tarixlər) növbəti günü gecikdirilmiş borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.4. Hər bir tərəf yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir. 3.1. Bu Sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan,bu Sazişi imzalamışlar. 3.2. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində iddiaçının ödədiyi məhkəmə xərcinin – 74 manat məbləğində dövlət rüsumunun cavabdeh tərəfdən ödənilməsi razılaşdırıldığından həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.1. Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-1193/2025 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında hissəvi ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 4274 (dörd min iki yüz yetmiş dörd) manat (4200 manat əsas borc və 74 manat məbləğində dövlət rüsumu) təşkil edir. 1.3. Bu Saziş imzalandığı/təsdiq edildiyi təqdirdə iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən imtina edir. 2.1. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir: 2.1.1. 10.04.2025-ci il tarixinədək - 1423 (bir min dörd yüz iyirmi üç) manat; 2.1.2. 10.05.2025-ci il tarixinədək - 1423 (bir min dörd yüz iyirmi üç) manat; 2.1.3. 10.06.2025-ci il tarixinədək - 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat; 2.2. Barışıq Sazişi tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və cavabdeh 2.1-ci bənddəki öhdəliyini icra etdikdən sonra cavabdeh və iddiaçı Barışıq Sazişi əsasında Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.3. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarixə kimi (2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü bəndlərdə göstərilmiş müddətlərdə) tam ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, iddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1-bəndin yarımbəndlərində müəyyən edilmiş tarixlər) növbəti günü gecikdirilmiş borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.4. Hər bir tərəf yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir. 3.1. Bu Sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan,bu Sazişi imzalamışlar. 3.2. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar