Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1194/2020 26.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “İddiaçı”in nümayəndəsi, Vəkil və cavabdeh Kayman Adalarının “X2” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “İddiaçı” cavabdeh Kayman Adalarının “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsinə dair işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İddiaçı” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kayman Adalarının «X2» Şirkətinin Azərbaycan Respublikasındakı Filialından xx xxxxxx 2019-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə 5197,96 ABŞ dolları həcmində əsas borc və 259,89 ABŞ dolları həcmində cərimə məbləği, cəmi 5457,85 ABŞ dolları məbləği, xx xxxxxxx 2019-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə 5127,67 əsas borc məbləği və 256,38 ABŞ dolları həcmində cərimə məbləği olmaqla cəmi 5384,12 ABŞ dolları məbləğin, beləliklə, hər iki spesifikasiya üzrə yekun məbləği təşkil edən 10841,97 ABŞ dolları məbləğin, o cümlədən, 1000 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «İddiaçı» Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, «İddiaçı» Şirkətiilə cavabdeh “X2” Şirkətinin arasında malların alqı satqısına dair xx xxx 2014-cü il tarixində KAOC.SUP/065/14 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı «İddiaçı» Şirkəti satıcı, cavabdeh “xxxx” Şirkəti isə alıcı qismində çıxış etmişdir. Müqaviləyə əsasən Təchizatçı müvafiq spesifikasiyalara əsasən malları təchiz etməyi, Alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda mübahisə predmetini xx xxxxxx 2019-cu il tarixli PO ********* saylı və xx xxxxxxx 2019-cu il tarixli PO ********* saylı Spesifikasiyalar üzrə Alıcı tərəfindən ödənilməmiş əsas borc məbləğləri və həmin məbləğlərin gecikmə cərimələrinin məbləğlərinin ödənməsi təşkil edir. xx xxxxxx 2019-cu il tarixli PO000005152 saylı Spesifikasiya ilə bağlı; Tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli PO ********* saylı Spesifikasiyaya əsasən Alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50%-i əvvəlcədən Alıcı tərəfindən Spesifikasiya PO ********* imzalandıqdan sonra əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 (on) bank günü ərzində, malların dəyərinin qalan 50%-i isə, Təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən 10 (on) bank günü ərzində həyata keçirilməli idi. Müqavilə tərəfi olaraq Satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesabfaktura ilə birlikdə Alıcıya xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Buna baxmayaraq Alıcı tərəfindən Müqavilə və Spesifikasiya PO ********* üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Qeyd edilən spesifikasiya üzrə ümumi məbləğin 100%-i hələ də ödənilməyib. Tərəflər arasında olan müqavilənin 7.2.-ci maddəsinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş Alıcı tərəfindən vaxtında ödənilmədikdə, Təchizatçı, Alıcıya hər gecikmə günü üçün ödəninlməmiş məbləğin 0,1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin, bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox olmamalıdır”. PO ********* saylı Spesifikasiyanın əsas borc məbləği 5197,96 ABŞ dollarıdır. 5197,96x5%=259,89 ABŞ dolları. Beləliklə, cərimə məbləği cəmi 259,89 ABŞ dollarıdır. Cəmi məbləğ: 5457,85ABŞ dolları (5 197.96+259.89). xx xxxxxxx 2019-cu il tarixli PO000005229 saylı Spesifikasiya ilə bağlı; Tərəflər arasında imzalanmış PO ********* saylı, xx.xx.2019-cu il tarixli Spesifikasiya üzrə Alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50%-i əvvəlcədən Alıcı tərəfindən Spesifikasiya PO ********* imzalandıqdan sonra əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 (on) bank günü ərzində, malların dəyərinin qalan 50%-i isə, Təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən 10 (on) bank günü ərzində həyata keçirilməli idi. Müqavilə tərəfi olaraq Satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesab-faktura ilə birlikdə Alıcıya xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Buna baxmayaraq Alıcı tərəfindən Müqavilə və Spesifikasiya PO ********* üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Qeyd edilən spesifikasiya üzrə ümumi məbləğin 100%-i hələ də ödənilməyib. Tərəflər arasında olan müqavilənin 7.2.-ci maddəsinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş Alıcı tərəfindən vaxtında ödənilmədikdə, Təchizatçı, Alıcıya hər gecikmə günü üçün ödəninlməmiş məbləğin 0,1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin, bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox olmamalıdır”. PO ********* saylı Spesifikasiyanın əsas borc məbləği 5127,67 ABŞ dollarıdır. 5127,67x5%=256,38 ABŞ dolları. Beləliklə, cərimə məbləği cəmi 256,38 ABŞ dollarıdır. Cəmi məbləğ: 5384,12ABŞ dollarıdır (5 127.67+256.38). Beləliklə, qeyd edildiyi kimi Satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla (keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq olmadan ) Alıcıya təhvil vermişdir, lakin, Alıcı tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Alıcı tərəfin isə öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında yaranmış borc məbləği 5384,12+5457,85 cəmini təşkil etməklə yekunda 10841,97 ABŞ dolları məbləği yaratmışdır. Bununla belə, Satıcı tərəfindən xx xxxxxx 2020-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilmişdir. Lakin, hələ də cavabdeh qurum hərəkətsizlik nümayiş etdirdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Kayman Adalarının “X2” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə şifahi vəsatət ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı “İddiaçı” xarici hüquqi şəxs (X1) olduğuna görə hüquqlarının müdafiə olunması və təmsilçilik üçün nümayəndəyə vermiş olduğu etibarnamə ərəb və ya ingilis dilində tərtib edilməli, daha sonra isə azərbaycan dilinə tərcümə edilməklə konsul orqanları tərəfindən qanuniləşdirildikdən (appostile) sonra məhkəmə təqdim edilməli idi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 05/022020 nömrəli etibarnamə isə azərbaycan dilində tərtib edilməklə qanuniləşdirilmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı”in nümayəndəsi, Vəkil əsassız olan vəsatətin rədd olunmasını xahiş etmişdir. Tərəfləri dinlədikdən və iş materiallarını araşdırdıqdan sonra məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 05/022020 nömrəli etibarnamə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və həmin etibarnaməyə əsasən iddia ərizəsini imzalamaq səlahiyyət verilmiş Vəkil iddia ərizəsini onu imzalamaq hüququ olmadan imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılmalıdır. 457-ci maddəsinə əsasən, Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər isə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı “İddiaçı” cavabdeh Kayman Adalarının “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1194/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1194/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver