Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1195/2022 08.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğvi, lizinq obyekti olan avadanlıqların saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 05 sentyabr 2019-cu il tarixli KTA-KTT-19/0084 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən 1115,05 manat gecikdirilmiş əsas borc, 16,52 manat GPS xərci, 71,38 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla, ümumillikdə 1202,95 manat (min iki yüz iki manat doxsan beş qəpik) və 40 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli KTA-KTT- 19/0084 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə xitam verilməsi və lizinq predmetini təşkil edən 1 ədəd “Dongfeng 244” markalı mini traktorun, 1 ədəd “Rotovator L7SS” markalı solisin və 1 ədəd “Solis Mini MB Plough Furrow” markalı kotanın saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı"xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 05 sentyabr 2019-cu il tarixli KTA-KTT-19/0084 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən mini traktor, kotan, solis rotovator cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar 14 oktyabr 2019-cu il tarixli Lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 16250 manat təşkil etmişdir. Həmin məbləğin 5305,36 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 3250 manat məbləğində ilkin ödəniş və 400,50 manat müqavilənin rəsmiləşdirmə komissiyası cəmiyyətə ödənilmişdir. Eyni zamanda, Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə 28.01.2022-ci il tarixə cavabdehin 1115,05 manat gecikdirilmiş əsas borcu, 16,52 manat GPS xərci yaranmışdır. Qeyd olunan müqavilənin 4.2-ci bəndinə görə Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin 28.01.2022-ci il tarixinə 71,38 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə 10.01.2022-ci il tarixli, PLX-22/0003 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa qeyd edilir ki, 16.11.2021-ci il tarixdə, saat 17:30-a təyin edilmiş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 40 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən 28.02.2022-ci il tarixə qədər 1115,05 manat gecikdirilmiş əsas borcu, 16,52 manat GPS xərci, 71,38 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, həmin ödənişləri icra etməkdən yayınır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” Cavabdeh arasında 05.09.2019-cu il tarixli, KTA-KTT-19/0084 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalasını/aqreqatını/qoşqusunu (bundan sonra Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. - Müqaviləyə edilən 2 nömrəli Əlavədə qeyd olunmuşdur ki, lizinq obyektlərinin: 1 ədəd “Dongfeng 244” markalı mini traktorun, 1 ədəd “Rotovator L7SS” markalı solisin və 1 ədəd “Solis Mini MB Plough Furrow” markalı kotanın dəqiq təsviri göstərilmişdir. - Müqaviləyə edilən 2 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən cavabdeh 30.09.2019-cu il tarixdə 178,12 manat, sonrakı aylarda isə (31.08.2022-ci ilədək) hər ay 213,74 manat, sonuncu ödəniş isə 05.09.2022-ci il tarixdə 35,62 manat məbləğində ödənişlər etməliydi. - Müqaviləyə edilən 3 nömrəli Əlavədən müəyyən edilir ki. 2019-cu ilin sentyabr ayından 2022-ci ilin avqust ayına qədər hər ay 8,26 manat olmaqla, ümumilikdə 297,36 manat məbləğində GPS.AZ xidmət haqqı olaraq ödənilməlidir. - 14.10.2019-cu il tarixli, KTA-KTT-19/0084-T-91 nömrəli Lizinq obyektinin təhviltəslim aktında qeyd olunmuşdur ki, 05.09.2019-cu il tarixli KTA-KTT-19/0084 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən 1 ədəd “Dongfeng 244” markalı mini traktor, 1 ədəd “Rotovator L7SS” markalı solis və 1 ədəd “Solis Mini MB Plough Furrow” markalı kotan lizinq alan – Cavabdeh təhvil verildi. Aktın sonunda lizinq alan – Cavabdeh texnikanı işə saldığını, heç bir texniki nasazlıq, xarici görünüşündə batıq, əzik rənginin solmasını aşkar etmədiyini öz imzası ilə təsdiq etmişdir. - 28.01.2022-ci il tarixli, PLM-22/0026/2 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC qarşısında 05.09.2019-cu il tarixli KTA-KTT-19/0084 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən 28.01.2022-ci il tarixə qədər 1115,05 manat gecikdirilmiş əsas borc, 16,52 manat GPS xərci, 71,38 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumillikdə 1202,95 (min iki yüz iki manat doxsan beş qəpik) manat öhdəliyi vardır. - İddiaçı ASC 10.01.2022-ci il tarixli, PLX-22/0003 nömrəli pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edərək, 1115,05 manat gecikdirilmiş əsas borc, 16,52 manat GPS xərci, 71,38 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumillikdə 1202,95 (min iki yüz iki manat doxsan beş qəpik) manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı müqavilənin ləğvi, lizinq obyekti olan avadanlıqların saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” Cavabdeh arasında 05.09.2019-cu il tarixli KTA-KTT-19/0084 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinin: 1.4 və 1.5-ci bəndlərinə əsasən lizinq obyektinin qiyməti 16250 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 5305,36 manat müəyyən edilmişdir. 2.2, 2.3, 2.3.1, 2.3.2, 2.3.3, 2.4, 2.5, 2.5.1, 2.5.2, 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən Lizinq ödənişlərinin ümumi məbləği 11803,17 manat (Avans məbləği 3250 manat, Lizinq obyektinin qalıq dəyəri 7694,64 manat, Lizinq verənin mükafat məbləği 858,53 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği 1107,18 manat, sığorta haqqı (illik) 446,88 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası 400,50 manat, Lizinq obyektinin qeydiyyat xərcləri 71 manat, GPS xərcləri 188,80 manat) müəyyən edilmişdir. 8.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və Lizinq müqaviləsinin 1.1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini liziııq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 15.1-ci bəndinə əsasən Lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə Lizinq alan lizinq müqaviləsi və Lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə Lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. 20.1-ci bəndinə əsasən Lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda Lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 20.1.1-ci bəndə əsasən Lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyil; 20.1.2ci bəndə əsasən Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilir; 20.1.3-cü bəndə əsasən Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirib; 20.1.7-ci bəndə əsasən Lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində Lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıbsa. 20.3-cü bəndinə əsasən Lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər Lizinq verənə təhvil verilməyibsə, Lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onarın təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin ilkin dəyərinin 0,5%-i məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 1115,05 manat (min yüz on beş manat beş qəpik) əsas borc, 16,52 manat (on altı manat əlli iki qəpik) GPS xərci, 71,38 manat (yetmiş bir manat otuz səkkiz qəpik) cərimə borcu, 40 (qırx) manat mediasiya xərci olmaqla, ümumillikdə 1242,95 manat (min iki yüz qırx iki manat doxsan beş qəpik) məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, KTA-KTT-19/0084 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsinə xitam verilməli və Lizinq predmetini təşkil edən 1 ədəd “Dongfeng 244” markalı mini traktor, 1 ədəd “Rotovator L7SS” markalı solis və 1 ədəd “Solis Mini MB Plough Furrow” markalı kotan saz və işlək vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1115,05 manat (min yüz on beş manat beş qəpik) əsas borc, 16,52 manat (on altı manat əlli iki qəpik) GPS xərci, 71,38 manat (yetmiş bir manat otuz səkkiz qəpik) cərimə borcu, 40 (qırx) manat mediasiya xərci olmaqla, ümumillikdə 1242,95 manat (min iki yüz qırx iki manat doxsan beş qəpik) məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, KTA-KTT-19/0084 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsinə xitam verilsin. Lizinq predmetini təşkil edən 1 ədəd “Dongfeng 244” markalı mini traktor, 1 ədəd “Rotovator L7SS” markalı solis və 1 ədəd “Solis Mini MB Plough Furrow” markalı kotan saz və işlək vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1195/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1195/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver