Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1197/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 olmaqla) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 34347,70 (otuz dörd min üç yüz qırx yeddi manat yetmiş qəpik) manat borc, 1454,80 manat (bir min dörd yüzəlli dörd səksən qəpik) məbləğində dəbbə pulu, 8178,24 manat (səkkiz min yüz yetmiş səkkiz manat iyirmi dörd qəpik) əldən çıxmış fayda, 1600 (bir min altı yüz) manat vəkil qonorarı xərci, 227 (iki yüziyirmi yeddi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 45807,74 manat (qırx beş min səkkiz yüz yeddi manat yetmiş dörd qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 37RTL-0121ERC nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, daha sonra 37RTL- 0121ERC nömrəli xx.xx.2022-ci il tarixli məhsul/xidmət satışına dair müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən alıcı (Cavabdeh) müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında satıcının (İddiaçı MMC) təqdim etdiyi məhsul/xidməti almağı, müqavilənin 4.2-ci (4.7) bəndinə əsasən alıcı (Cavabdeh) müqavilənin sifarişlərində başqa hal müəyyən edilməyibsə və ya tərəflərin razılaşması əsasında ödənişi 10% avans şəklində satıcının hesab faktura təqdim etdiyi təqvim günündən 10 (on) təqvim günü ərzində ödəməyi öz öhdələrinə götürmüşlər. Müqavilə qüvvəyə mindikdən sonra tərəflər öz öhdəliklərini yerinə yetirməyə başlamışlar və İddiaçı MMC tərəfindən Cavabdeh 2023-2024-cü illər ərzində ümumilikdə 68628,29 (altmış səkkiz min iki yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində mal satmış və satılmış malların ödənişləri göstərilən e-qaimələr göndərmişdir. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 697442 nömrəli elektron qaimə üzrə 2663,90 manat, xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 697435 nömrəli elektron qaimə üzrə 3972,86 manat, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 982266 nömrəli elektron qaimə üzrə 5407,18 manat, xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 693454 nömrəli elektron qaimə üzrə 3889,89 manat, xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 693458 nömrəli elektron qaimə üzrə 2236,97 manat, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 721029 nömrəli elektron qaimə üzrə 2000,05 manat, xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 373006 nömrəli elektron qaimə üzrə 4332,45 manat, xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 958109 nömrəli elektron qaimə üzrə 16645,36 manat, xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 117667 nömrəli elektron qaimə üzrə 6624,07 manat, xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 643850 nömrəli elektron qaimə üzrə 5088,93 manat, xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 189421 nömrəli elektron qaimə üzrə 6062,62 manat, xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 266796 nömrəli elektron qaimə üzrə 2738,00 manat, xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 521394 nömrəli elektron qaimə üzrə 6010,99 manat, xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11159787 nömrəli elektron qaimə üzrə 655,08 manat, xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 12028649 nömrəli elektron qaimə üzrə 299,94 manat olmaqla, ümumilikdə 68628,29 manat dəyərində qaimə göndərilmişdir. Cavabdeh öz borcundan müəyyən ödənişlər etsə də, onun İddiaçı MMC-yə 36347,7 manat (otuz altı min üç yüz qırx yeddi manat yetmiş qəpik) məbləğində borcu qalmışdır və borca dair tərəflər xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı imzalamışlar. Satılmış malların ödənişinin edilməsi üçün dəfələrlə cavabdehə edilmiş şifahi müraciətlər nəticəsiz qalmışdır. Bu səbəbdən İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş və 36347,7 manat (otuz altı min üç yüz qırx yeddi manat yetmiş qəpik) məbləğində borcun 3 (üç) iş günü ərzində tam şəkildə ödənilməsi tələb olunmuşdur. Pretenziya məktubu Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində qəbzə imza etməklə qəbul edilmişdir. Pretenziya, Cavabdeh əlavə olaraq xx.xx.2024-cü il tarixli, P7193/2024 saylı məktubla elektron məhkəmə portalı (e-mehkeme) vasitəsilə və xx.xx.2024-cü il tarixli, **********727834 saylı məktubla İnternet Vergi İdarəsi (e-taxes) vastiəsilə elektron qaydada göndərilmişdir. Pretenziyaları aldıqdan sonra Cavabdeh xx.xx.2024-cü il tarixində cəmi 2000 (iki min) manat ödəniş etmişdir. Hazırda Cavabdeh İddiaçı MMC-yə 34347,70 (otuz dörd min üç yüz qırx yeddi manat yetmiş qəpik) manat borcu qalmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin sifarişlərində başqa hal müəyyən edilməyibsə və ya tərəflərin razılaşması əsasında ödənişin 10% avans şəklində satıcının hesab faktura təqdim etdiyi təqvim günündən 10 (on) təqvim günü ərzində ödənilməlidir. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı məhsul/xidmət üzrə ödənişi müqavilənin 4.2-ci maddəsində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, satıcının hər gecikən gün üzrə ödənməyən məbləğə görə alıcıya həmin məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. Müqavilənin 13.2-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (https://www.cbar.az) olan məlumata əsasən ölkədə bank uçot dərəcəsi aşağıdakı kimi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək – 7,75%, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək – 7,5%, xx.xx.2024-cü il tarixindən isə – 7,25%. Hesab edilir ki, Cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı MMC-yə zərər vurmuş və aşağıdakı məbləğdə borcu yaranmışdır: əsas borc 34347,70 manat (otuz dörd min üç yüz qırx yeddi manat yetmiş qəpik), müqavilənin 4.4-cü bəndinə əsasən qarşılıqlı üzləşmə aktının tarixindən bu günə kimi (30 gün) ödənilməyən məbləğin (36347,70 manat) 0,1% məbləğində dəbbə pulu 1454,80 manat (36,37 manat x 40 gün), ölkə üzrə rəsmi bank uçot dərəcəsinə görə xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinədək 2816,95 manat (7.75%), xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 2726,08 manat (7.5%), xx.xx.2024-cü il tarixindən isə 2635,08 manat (7,25%), ümumilikdə 8178,24 manat (səkkiz min yüz yetmiş səkkiz manat iyirmi dörd qəpik) əldən çıxmış faydanın məbləği. Bundan başqa, Cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı MMC məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü ilə müqavilə bağlamış və Vəkil Bürosuna 1600 (bir min altı yüz) manat məbləğində vəkil qonorarı ödəmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 157.5, 442.1, 449-cu maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək, bildirdi ki, may ayına qədər təhvil-təslim sənədləri olubdur. Borcun hansı qaimələr üzrə olması iddiaçı tərəfindən tam dəqiq müəyyən olunmayıb. Cavabdehdə hazırda təxminən 11000 manat dəyərində mallar qalıbdır. Həmin malların qaytarılması iddiaçıya təklif olunmuşdur. iddianı qəbul etmir və rədd olunması barədə qətnamə çıxarılması xahiş olunur.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasında iştirak edərək, qeyd etdi ki, yazışmalar aparılan nömrə onundur və hazırda da həmin mağazada işləyir. Aktın şəkli onun tərəfindən göndərilmiş, şəkildəki aktın kim tərəfindən imzalandığını isə bilməmişdir. Aktları Cavabdeh imzalayırdı və şəkillər göndərilirdi. Sənədləşmə olanda Cavabdeh məlumat verilirdi. Elə hallar olub ki, akta şəxsən imza atmışdır. Əsas işi oyuncaqlar, onların sayları, kodlarını yoxlamaqdır. Malları o, qəbul etmişdir. Elə hallar olub ki, oyuncaqlar verilib, lakin təhvil-təslim aktları imzalanmayıb. Aprel ayında mal verilən zaman ona görə sənədləşmə olmadı ki, dedilər sonra gəlib sənədləri verəcəklər. Sənədlər Əfqan bəy tərəfindən təqdim edilmiş və onun tərəfindən imzalanmışdır. Həmin vaxt ona deyilməmişdir ki, Murad bəyə sənədlər imzalatdırılmalıdır, ona görə də sənədləri özü imzalanmış və bu haqda Murad bəyə məlumat verməmişdir. Sənədi imzalayanda “Cavabdeh” yazısını görməmişdir. Təxmini avqust-sentyabr aylarında axırıncı dəfə mallar verilmişdir. Təxminən 200 manat dəyərində mal qəbul etmişdir. Həmin vaxt aktlar tərtib olunmamışdır. Nə qədər mal qaldığını, satılan, lakin pulu ödənilməyən nə qədər malın qaldığını bilmir. Qaytarılma ilə bağlı mail vasitəsilə sənəd göndərmişdir. İddiaçı şirkətlə birinci dəfə idi ki, qaytarılma olurdu. Əvvəllər də olmuşdu, lakin yerində bildirilmişdi. Avqust-sentyabr aylarında iddiaçı tərəf özü malları gətirmişdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2021ci il tarixli, 37RTL-0121ERC nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilə ilə müəyyən edilmiş məhsulları (bundan sonra "Mal") satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavəyə uyğun olaraq xarici valyutada müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən alıcının malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən satılan mala görə ödənişin şərtləri alıcı tərəfindən verilən hər bir sifariş üzrə ayrı-ayrılıqda, hər dəfə müqaviləyə edilən əlavə ilə müəyyən olunur. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi nağd qaydada və ya bank vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
9. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 37RTL-0121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilənin 1.1-ci bəndinə əsasən alıcı bu müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında satıcının təqdim etdiyi məhsul/xidməti alır. Müqavilə alıcı və satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqları və yazışmaları əvəz edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə alqı-satqını satıcıya öncədən yazılı sifarişlər (bundan sonra "Sifarişlər") təqdim etməklə həyata keçirməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən məhsul/xidmətin üzrə qiymət və müvafiq ödəniş şərtləri, sifarişlərə (qiymətlərin razilaşdirilmasi protokolu və ya kommersiya təklifi) uyğun olaraq hər bir sifarişdə ayrı-ayrılıqda və xarici valyutatda müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən satıcı tərəfindən alıcıya hesabfaktira və e-qaime manatla (e-qaimenin alıcıya təqdim edildiyi tarixə xarici valyutanın manata olan rəsmi məzənnəsinə uyğun olaraq) təqdim edilir. 4.3-cü bəndinə əsasən müqaviləyə əsasən məhsul/xidmətin dəyərinin ödənilməsi bank vasitəsi ilə köçürmə yolu ilə və Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. Bu müqavilənin sifarişlərində başqa hal müəyyən edilməyibsə və ya tərəflərin razılaşması əsasında ödənişi 100% avans şəklində satıcının hesab faktura təqdim etdiyi təqvim günündən 10 (on) təqvim günü ərzində ödənilməlidir. Ödənişlər bu müqavilədə müəyyən edilən satıcının bank hesablarına edilməlidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən alıcı məhsul/xidmət üzrə ödənişi bu müqavilənin 4.2-ci maddəsində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, satıcının hər gecikən gün üzrə ödənməyən məbləğə görə alıcıya həmin məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin imzaladığı tarixdə qüvvəyə minir və müqavilədə göstərildiyi kimi vaxtından əvvəl ləğv edilmədiyi təqdirdə, növbəti il üçün avtomatik uzadılmaqla bir (1) il ərzində qüvvədədir. Müqavilənin yenilənmə sayı məhdud deyil. Həmin müqavilənin 13.2-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı tərəfindən məhkəməyə 2023-2024-cü illər ərzində cavabdehə göndərilmiş elektron qaimələr təqdim olunmuşdur.
11. Məhkəməyə qarşılıqlı üzləşmə aktları adlı sənədlər təqdim olunmuşdur ki, həmin aktların bəziləri hər iki tərəfdən təsdiq olunsa da (mübahisəyə aidiyyatı olmayanları), bəziləri iddiaçı tərəfindən təsdiq olunmuş, cavabdeh tərəfdən isə cavabdehin işçisi olan, hazırkı üçüncü şəxs tərəfindən imzalanmış, sonuncu aktdakı imzanı cavabdeh mübahisələndirmiş, iddiaçı isə onun aktı imzalamadığını qəbul etmiş, lakin həmin aktın imzalanaraq məhz cavabdeh tərəfindən votçap üzərindən onlara göndərildiyini bildirmişdir. Mübahisə üzrə təqdim edilən, mübahisələndirilən üzləşmə aktları özlüyündə ayrıca olaraq mötəbər sübut qismində qəbul olunmur. Belə ki, həmin aktlar cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməmişdir.
12. Məhkəməyə 2023-cü ilə aid malların təhvil-təslim aktları təqdim edilmişdir və həmin aktlardan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən cavabdehə aktlarda adıçəkilən mallar təhvil verilmişdir.
13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 000İPX12432706B9 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2022-ci il tarixli, 37RTL0121ERC nömrəli müqavilə üzrə borcun ödənilməsi qeyd edilmişdir.
14. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda deyilir ki, müqavilə qüvvəyə mindikdən sonra, İddiaçı MMC öz öhdəliklərini yerinə yetirməyə başlamış və sizə mal satmışdır. Satılan mallara görə sizə elektron qaimələr göndərilsə də, siz müqavilə üzrə öz öhdəliklərinizi pozaraq elektron qaimələr üzrə malların dəyərinin bir qismini İddiaçı MMC-yə ödəməmişsiniz. Hazırda sizin İddiaçı MMC-yə 36347,7 (otuz altı min üç yüz qırx yeddi manat yetmiş qəpik) manat məbləğində borcunuz yaranmışdır. Müqavilə üzrə yaranmış 36347,7 manat əsas borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqaviləyə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Tərəflər arasında müqavilələrin bağlanması, malların müəyyən qisminin cavabdehə təhvil verilməsi, iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərilməsi və müəyyən ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddia tələbini qəbul etməyərək, təhvil aldıqları malların bir qisminin ödənişinin edildiyini, təxminən 11000 manat dəyərində malı isə yararsız olduğundan geri qaytarmaq istədiklərini və bununla əlaqədar iddiaçıya məlumat verildiyini bildirmişdir.
18. İddia tələbinin bir hissəsini cavabdehdən 34347,70 manat qalıq borcun tutulması təşkil edir.
19. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh 34347,70 manat (otuz dörd min üç yüz qırx yeddi manat yetmiş qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, müəyyən olunduğu kimi, iddiaçı tərəfindən Cavabdeh 2023-2024-cü illər ərzində ümumilikdə 68628,29 manat məbləğində (iddia ərizəsində göstərilən elektron qaimələr üzrə ümumilikdə olan məbəğ) mal satılmış və cavabdehə təhvil verilmiş mallarla bağlı elektron qaimələr göndərilmiş, qaimələr cavabdeh tərəfindən qəbul olunmuş, qaimələrlə bağlı iddiaçıya hər hansı etiraz bildirilməmişdir.
20. Bundan əlavə İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək, 36347,7 manat borcun ödənilməsi tələb olunmuşdur. Pretenziya məktubunun tarixindən 4 gün sonra, yəni xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən həmin məbləğdən 2000 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 000İPX12432706B9 nömrəli ödəniş tapşırığının təyinatı və əsası kimi xx.xx.2022-ci il tarixli, 37RTL0121ERC nömrəli müqavilə üzrə borcun ödənilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən pretenziya məktubuna etirazın edilməməsi və müqavilə qeyd edilməklə ödənişin edilməsi borcun mövcudluğunun cavabdeh tərəfindən təsdiq edildiyini sübut edir.
21. Əlavə olaraq cavabdeh qeyd etmişdir ki, təhvil verilən malların bir hissəsi yararsız olduğundan qaytarılması tələb edilmişdir və həmin malların ümumi dəyəri təxminən 11000 manat təşkil edir. Lakin cavabdeh tərəfindən malların yararsız olması, həmin malların qaytarılmasının iddiaçıdan tələb edildiyi və qaytarılması istənilən malların dəyərinin dəqiq olaraq nə qədər təşkil etdiyini təsdiq edən sübutlar da iş materiallarına əlavə edilməmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin işçisi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında axırıncı dəfə malların onlara 2024-cü ilin avqust-sentyabr aylarında təhvil verildiyini, lakin həmin vaxt aktların tərtib olunmadığını bildirmişdir.
23. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, dəyərinin ödənilməsi istənilən mallar alıcıya təhvil verilmişdir və iddiaçı verilmiş əşyanın ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Cavabdeh tərəfindən ondan tutulması tələb edilən məbləğdən ödənişlərin edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
24. İddia tələbinin digər hissəsini Cavabdeh 1454,80 manat cərimə borcunun tutulması təşkil edir.
25. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
26. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində tam təmin edilməli və Cavabdeh 1454,80 manat (min dörd yüz əlli dörd manat səksən qəpik) dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
27. İddia tələbinin digər hissəsini Cavabdeh 8178,24 manat əldən çıxmış fayda məbləğinin iddiaçının xeyrinə tutulması təşkil edir.
28. İddia tələbinin qeyd edilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Həmin nəticəyə gələrkən nəzərə alınır ki, cavabdehin pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
29. Eləcə də, iddiaçı 1600 manat vəkil qonorarı xərcinin, 227 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
30. Məhkəmə hesab edir ki, hüquqi yardım xərci ağlabatan məbləğdə müəyyən edilməli, cavabdehdən 700 (yeddi yüz) manat hüquqi yardım xərci və iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 181 manat (yüz səksən bir) dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 34347,70 manat (otuz dörd min üç yüz qırx yeddi manat yetmiş qəpik) əsas borc, 1454,80 manat (min dörd yüz əlli dörd manat səksən qəpik) dəbbə pulu, 700 (yeddi yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 181 manat (yüz səksən bir) olmaqla, ümumilikdə 36683,50 manat (otuz altı min altı yüz səksən üç manat əlli qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova