Məhkəmə qərarları › İş №e-2-2(113)-1198/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1198/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1198/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında” xx xxxx 2018-ci il tarixli 001 saylı müqaviləyə xitam verilməsi, həmin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyəri kimi 3500 manat əsas borc və 2100 manat cərimə borcu olmaqla, ümumilikdə 5600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı “Mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında” xx xxxx 2018-ci il tarixli 001 saylı müqaviləyə xitam verilməsi, həmin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyəri kimi 3500 manat əsas borc və 2100 manat cərimə borcu olmaqla, ümumilikdə 5600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında” xx xxxx 2018-ci il tarixli 001 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə mühasibat uçotunun avtomatlaşdırılması, vergi məsələləri, onun fəaliyyət sahəsi və işi barədə imformasiya və məsləhət xidmətləri göstərməyi öz öhdəsinə götürmüş, cavabdeh isə həmin müqavilənin şərtlərinə görə göstərilən xidmətlərin dəyəri kimi hər ay 1000 manat məbləğində pul vəsaitini iddiaçıya ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən 2018-ci ilin iyul ayından cavabdehə mühasibat uçotu sahəsində xidmət göstərilmiş, bu xidmətin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron Qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaimələri təsdiq edərək, ona göstərilmiş xidmət üçün Qaimədə göstərilən məbləğin ödənilməsini qəbul etmiş, bu məbləğlərə pretenziyasını bildirməmiş, 2018-ci ilin iyul və avqust ayları üçün göstərilmiş xidmətlərin dəyərini ödəmiş, həmin aylardan sonra göstərilmiş xidmətlərin dəyərini isə ödəməmişdir. Cavabdeh müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədiyinə görə iddiaçı 2019-cu ilin fevral ayından öz öhdəliyinin icrasını dayandırmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən xidmət haqqı hər ay 1000 manat nəzərdə tutulsa da, sonradan şifahi razılaşmaya əsasən aylıq xidmət haqqı 500 manata endirilmiş, bu üzdən iddiaçı tərəfindən göstərilmiş xidmətin haqqı kimi sonuncu 3 ayda cavabdehə göndərilmiş elektron qaimədə xidmət haqqı 500 manat göstərilmişdir. Hal-hazıradək, iddiaçı tərəfindən cavabdehə 5500 manat dəyərində xidmət göstərilsə də, cavabdeh tərəfindən həmin məbləğin yalnız 2000 manat hissəsi ödənilmiş qalan məbləğ isə ödənilməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “Mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında” xx xxxx 2018-ci il tarixli 001 saylı müqavilənin 4.2-ci maddəsinə görə tərəflər müqavilənin şərtlərinə əsasən aralarındakı hər cür ödənişlərin vaxtında aparılmamasına görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,15 % həcmində cərimə ödəməyi qəbul etmişlər. Bununla əlaqədar cavabdehə bildiriş göndərilərək iddiaçı ilə cavabdeh arasında bağlanmış “Mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında” xx xxxx 2018-ci il tarixli 001 saylı müqaviləyə əsasən ödənilməmiş 3500 manat məbləğində pul vəsaitinin 3 gün müddətində iddiaçının müqavilədə göstərilən bank hesabına ödənilməsi tələb edilmiş, göstərilən məbləğin qeyd edilən müddətdə ödənilmədiyi təqdirdə cavabdehdən 3500 manat məbləğində əsas borc və 2100 manat məbləğində cərimə borcunun tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh qeyd edilən müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etmiş, müqavilə üzrə ödəməli olduğu məbləği iddiaçıya ödəməmişdir. Cavabdeh müqavilə şərtlərinin yerinə yetirilməyərək, xidmət haqqı vaxtında ödənilmədiyinə görə ödənilməyən əsas məbləğə 2100 manat cərimə hesablanmışdır. Göründüyü kimi tərəflər arasında xidmət göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı üzərinə qarşılıqlı öhdəlik götürmüş, cavabdehin öz öhdəliyinin yerinə yetirməsi iddiaçının müqavilə ilə razılaşdırılmış xidməti göstərməyi ilə şərtləndirilmişdir. Yəni iddiaçı ilkin olaraq müqavilədə nəzərdə tutulan xidməti göstərməyi öhdəsinə götürmüş, cavabdeh isə bu xidmətin müqabilində hər ay 1000 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh öz öhdəliyini pozmuş, 5 ayın xidmət haqqı kimi 3500 manat ödəməli olduğu halda bu məbləği iddiaçıya ödəməmişdir. Beləliklə də iddiaçı ilə cavabdeh arasında bağlanmış “Mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında” xx xxxx 2018-ci il tarixli 001 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən ödənilməyən 3500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli və tərəflər arasında bağlanmış həmin müqaviləyə xitam verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndəməhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Buna görə də məhkəmə işə qiyabi icraat qaydasında baxmağı qərara almışdır. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın və Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 001 saylı “Mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında” müqavilənin surətindən müəyyən olunur ki, iddiaçı cavabdehə mühasibat uçotunun avtomatlaşdırılması, vergi məsələləri, onun fəaliyyət sahəsi və işi barədə imformasiya və məsləhət xidmətləri göstərməyi, cavabdeh isə həmin müqavilənin şərtlərinə görə göstərilən xidmətlərin dəyəri kimi hər ay 1000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxxxx 2018-ci il tarixli EAAM seriyalı 342673 saylı, xx xxxxxx 2018-ci il tarixli EAAO seriyalı 106946 saylı, xx xxxxxx 2018-ci il tarixli EAAO seriyalı 107107 saylı, xx xxxxxx 2018-ci il tarixli EAAO seriyalı 607053 saylı, xx xxxxxx 2019-cu il tarixli EAAQ seriyalı 044629 saylı elektron qaimələrin surətlərindən görünür ki, iddiaçının cavabdehə göstərdiyi xidmətin dəyəri müvafiq olaraq 1000 manat, 1000 manat, 500 manat, 500 manat, 500 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2018-ci il tarixli 001 saylı “Mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə mühasibat uçotunun avtomatlaşdırılması, vergi məsələləri, onun fəaliyyət sahəsi və işi barədə imformasiya və məsləhət xidmətləri göstərməyi, cavabdeh isə həmin müqavilənin şərtlərinə görə göstərilən xidmətlərin dəyəri kimi hər ay 1000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 3500 manat dəyərində xidmət göstərilmiş, lakin cavabdeh tərəfindən xidmətlərin dəyəri ödənilməmişdir. Cavabdehin iddiaçıya olan borcu 3500 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcu iş materialları ilə təsdiq olunduğundan 3500 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər müqavilənin şərtlərinə əsasən aralarındakı hər cür ödənişlərin vaxtında aparılmamasına görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,15 % həcmində cərimə ödəməyi qəbul etmişlər. Buna görə də məhkəmə hesab edir ki, tələb olunan 2100 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 001 saylı “Mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında” müqaviləyə xitam verilsin. xx xxxx 2018-ci il tarixli 001 saylı “Mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında” müqaviləyə əsasən göstərilmiş xidmətin dəyəri kimi 3500 manat əsas borc, 2100 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5630 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar