Məhkəmə qərarları › İş №e-2-2(113)-120/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-120/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-120/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Zamanova Könül Dağlar qızının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (“xxxx” MMC) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“xxxx” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 120.001.70 manat əsas borc, 12.000 manat cərimə borcu olmaqla, cəmi 132.001,70 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər ərizə ilə məhkəməyə müraciət edərək, aralarında razılaşdırılmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və hər iki tərəfin təsdiqlədiyi xx.xx.2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı "İddiaçı" MMC iddia tələbindəki 12000 (on iki min) manat məbləğində cərimənin 6000 (altı min) manat hissəsini cavabdeh “xxxx” MMC-nin xeyrinə güzəştə gedir.

2. İddiaçı "İddiaçı" MMC razılaşır və cavabdeh “xxxx” MMC öhdəsinə götürür ki, 120001.70 (bir yüz iyirmi min bir manat, yetmiş qəpik) manat əsas borc, 6000 (altı min) manat məbləğində cərimə borcu olmaqla, cəmi 126001,70 manat borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğini müvafiq ayın 15-nədək aşağıda göstərilmiş qaydada və məbləğdə İddiaçıya ödəyəcək:

Aylar üzrə Ödəniləcək borc məbləğləri xx xxxxxxxx 2020-ci il 21000 (iyirmi bir min) manat 15 oktyabr 2020-ci il 21000 (iyirmi bir min) manat 15 noyabr 2020-ci il 21000 (iyirmi bir min) manat 15 dekabr 2020-ci il 21000 (iyirmi bir min) manat 15 yanvar 2021-ci il 21000 (iyirmi bir min) manat 15 fevral 2021-ci il 21031,7 (iyirmi bir min otuz bir manat yetmiş qəpik) manat

3. İddiaçı cavabdehin ona ödəməli olduğu məbləğin 120001.70 (bir yüz iyirmi min bir manat, yetmiş qəpik) manat əsas borc, 6000 (altı min) manat məbləğində cərimə borcu olmaqla, cəmi 126 001,70 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat olmasını təsdiq edir.

4. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 2-ci bəndində göstərildiyi kimi, hər ayın 15-nədək həyata keçirilməməsini Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsi və borcu tam şəkildə tələb etməsi üçün əsasdır.

5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

6. Tərəflər təsdiq edirlər ki, bu Saziş iddiaçının və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.

7. X2 imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.

8. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir.

9. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikincisi isə cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsi təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı 120.001.70 manat əsas borc, 12.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 132.001,70 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. İddiaçı "İddiaçı" MMC iddia tələbindəki 12 000 (on iki min) manat məbləğində cərimənin 6000 (altı min) manat hissəsini cavabdeh “xxxx” MMC-nin xeyrinə güzəştə gedir.

2. İddiaçı "İddiaçı" MMC razılaşır və Cavabdeh “xxxx” MMC öhdəsinə götürür ki, 120001.70 (bir yüz iyirmi min bir manat, yetmiş qəpik) manat əsas borc, 6000 (altı min) manat məbləğində cərimə borcu olmaqla, cəmi 126001,70 (bir yüz iki min bir manat yetmiş qəpik) manat borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğini müvafiq ayın 15-nədək aşağıda göstərilmiş qaydada və məbləğdə iddiaçıya ödəyəcək:

Aylar üzrə Ödəniləcək borc məbləğləri xx xxxxxxxx 2020-ci il 21000 (iyirmi bir min) manat 15 oktyabr 2020-ci il 21000 (iyirmi bir min) manat 15 noyabr 2020-ci il 21000 (iyirmi bir min) manat 15 dekabr 2020-ci il 21000 (iyirmi bir min) manat 15 yanvar 2021-ci il 21000 (iyirmi bir min) manat 15 fevral 2021-ci il 21031,7 (iyirmi bir min otuz bir manat yetmiş qəpik) manat

3. İddiaçı Cavabdehin ona ödəməli olduğu məbləğin 120001.70 (bir yüz iyirmi min bir manat yetmiş qəpik) manat əsas borc, 6000 (altı min) manat məbləğində cərimə borcu olmaqla, cəmi 126001,70 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat olmasını təsdiq edir.

4. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 2-ci bəndində göstərildiyi kimi, hər ayın 15-nədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsi və borcu tam şəkildə tələb etməsi üçün əsasdır.

5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

6. Tərəflər təsdiq edirlər ki, bu Saziş iddiaçının və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.

7. X2 imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.

8. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir.

9. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikincisi isə cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar