Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1204/2024 13.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbi barədə kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cu il tarixli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X2 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan Süd sağım avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılsın və 19013.33 manat əsas borcun və cərimə borcun 6588.43 manat cərimə borcunun, 210 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq,İddiaçı ASC-yə ödənilməsi barəd qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəliklərin verilməsi haqqında müqavilə əsasən ödəniş tapşığına uyğun 36 (otuz altı) ay müddətinə ödəmə şərti ilə 28560.00 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 70720.00 manat təşkil etmişdir. Həmin məbləğin 25840.00 hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 16320 ilkin ödəniş və 285.60 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Eyni zamanda, Cavabdehmüqavilənin şərtini pozaraq ödəməli olduğu Lizinq ödənişlərinə dair öhdəliyi vaxtında lazimi qaydada icra etməmişdir. Nəticədə, xx.xx.2023-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 19013.33 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 6588.43 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. xx.xx.2023-ci tarixə təyin olunmuş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Beləliklə, Cavabdeh iddiaçı Global Lizinq ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2023-ci il tarixə qədər 19013.33 manat gecikdirilmiş əsas borcu, 6588.43 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransada da cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2023-cü il tarixə cavabdeh 3200 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun olaraq izahat verərək, iddia tələbinin təmin edilməsini, lizinq predmetinin daşınması üçün əlaə xərclərin olacağını nəzərə alaraq cərimənin azaldılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi/vəkili Vəkil iddia tələbini qismən, əsas məbləği qəbul etdiyini bildirərək, cərimə məbləğinin azaldılmasını xahiş etmiş, qalan hissədə tərəflərin öz aralarında razılığa gələcəklərini bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2020-ci il tarixli GL 351 saylı Lizinq müqaviləsi, həmin müqaviləyə xx.xx.2020ci il tarixli 1 saylı Əlavə və 3 saylı Əlavə təhvil-təslim protokolundan görünür ki, lizinq verən "xxxx" ASC lizinq alan "xxxx" MMC sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı – ******* seriya nömrəli Süd sağım avadanlığı (keçi) lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə vermişdir. xx.xx.2020-ci il tarixli GL 351 saylı Lizinq müqaviləsinə 1 saylı Əlavənin D bəndindən görünür ki, kredit məbləği 28560 manat təşkil edir. İlkin ödənişin məbləği 16320 manat təşkil edir. Müştəri kredit məbləğinin 1 faiz hissəsini 258,60 manat komissiya olaraq "xxxx" ASC-yə ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinq müddəti təhvil-təslim tarixindən başlayaraq bitmə tarixində sona çatmaqla 36 ay təşkil edir. Müqavilənin 4.9-cu bəndindən görünür ki, Lizinq alan Ödəniş Cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla) lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq Ödənişinin 0.1%-nə (sıfır tam onda bir faiz) bərabər həcmdə dəbbə pulu ödəməlidir. Tərəflər arasnda bağlanmış müqavilənin 19.2-ci bəndinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq Obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin, o cümlədən heç bir məhdudiyyət qoyulmadan həmin tarixədək ödənilməli olanl lizinq ödənişlərini, dəbbə pulu və lizinq verənin faktiki olaraq çəkdiyi bütün xərclər lizinq verənə tam şəkildə ödənilməsini və ya lizinq verənin müstəsna mülahizəsi və seçimi əsasında lizinq obyektinin aşağıdakı pul məbləğlərinin tam şəkildə və birdəfəlik ödənişlə lizinq verənə ödənilməsi şərtilə lizinq alan tərəfindən alınmasını tələb edə bilər. İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh arasında imzalanmış 03 noyabr 2021-ci il tarixli “Öhdəliklərin verilməsi haqqında müqavilə”dən görünür ki, müqavilədəki bütün “Tərəflərin” yazılı razılığına əsasən İddiaçı QSC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GL351 nömrəli lizinq müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz öhdəliklərini Cavabdeh verir, Cavabdeh isə həmin lizinq müqaviləsi üzrə “Borclunun” bütün öhdəliklərini tam həcmdə qəbul edir və “Kreditor” qarşısında lizinq müqaviləsi üzrə həmin öhdəlikləri tam həcmdə icra edir. Müqavilənin 1.3cü bəndinə əsasən, “Borclu” tərəfindən “Üçüncü şəxsə” verilən öhdəliklər xx.xx.2020-ci il tarixli, GL351 nömrəli İddiaçı QSC və Azərbaycan Respublikasının hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir və 03 noyabr 2021-ci tarixinə olan vəziyyət cəmi 28 560 manat təşkil edir. Lizinq obyekti üç tərəfli Akt əsasında “Üçüncü şəxsə" təhvil verilir və eyni qaydada “Üçüncü şəxs" tərəfindən qəbul edilir. Bu müqaviləyə əsasən Azərbaycan Respublikasının hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti lizinq obyektinə aid olan bütün sənədlərin əslini, o cümlədən lizinq predmetini bütün ləvazimat və sənədləri ilə birlikdə “Üçüncü şəxsə” verməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən, kredit müqavilə üzrə ödəniş günü qeyri-iş günü olduqda növbəti iş günü ödənilə bilər. Ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,1% cərimə hesablanaraq tutulacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında lizinq müqaviləsi imzalanmış, müqavilədə lizin mükafatının məbləği və dəbbə pulu haqqında razılaşma göstərilmişdir. İddiaçı müqavilə üzrə lizinq predmeti olan ******* seriya nömrəli Süd sağım avadanlığı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmişdir. İşdən də göründüyü kimi iddiaçı tərəf xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunu qarşı tərəfə elektron formada çatdırmış və öhdəliklərin icra edilmədiyi təqdirdə tərəfindən cavabdehə qarşı qanunvericiliyə uyğun olaraq lizing müqaviləsinə xitam verilməsi, pul tələbi, lizing obyektinin mülkiyyətçiyə saz və işlək vəziyyətdə geri qaytarılması barədə iddia qaldırılacağını bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış Öhdəliklərin verilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilə xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir. Qeyd olunanlardan da aydın olur ki, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi üçün qanunvericiliyin və müqavilənin şərtlərinə riayət edilməklə ləğv edilmişdir. Bundan başqa məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməyərək ödənişi ardıcıl olaraq 2 dəfədən artıq ödəməməsi iş materialları və cavabdehin nümayəndəsinin qismən etirafı ilə öz təsdiqini tapdığından, iddiaçı lizinq predmetinin qaytarılması və əsas borcun ödənilməsi iddiasını irəli sürməkdə haqlı olmuşdur. Buna görə də lizinq predmeti olan Süd sağım avadanlığı (keçi) saz və işlək vəziyyətdə iddiaçıya qaytarılmalı, 19013 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı cavabdehdən 6588,43 manat cərimənin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 1000 manat müəyyən olunmalıdır. Qeyd edilənlərdən əlavə məhkəmə, cavabdehin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsini nəzərə alaraq hesab edir ki, ödənilmiş 210 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilsin. Lizinq predmeti olan Süd sağım avadanlığı (keçi) saz və işlək vəziyyətdə İddiaçı ASC-yə geri qaytarılsın. Cavabdeh 19013 (on doqquz min on üç) manat 33 (otuz üç) qəpik əsas borc, 1000 ( bir min) manat cərimə borcu və 210 (iki yüz on) manat mediasiya xərcinin əvəzi tutularaq iddaiçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1204/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1204/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver