Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1209/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 17/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 1880.99 manat borc məbləğinin, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %–i həcmində cərimə kimi 500 manat vəsaitin və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2410.99 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 17/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi Cavabdehxxxx“Euro Style MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı öz üzərinə, sifariş əsasında sifarişçinin avtonəqliyyatına servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür. Sifarişçi isə görülmüş işi qəbul edir və hazırki müqaviləni şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən sifarişçi ödənişləri icraçının təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən sifarişçi göstərilən xidmətlərə görə ödənişi icraçı tərəfindən hesab-faktura təqdim edildikdən 10 gündən gec olmayaraq aparmalıdır. İddiaçıya məxsus ** AB *** dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2016-cı il tarixində göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 2236.10 manat təşkil etmiş, həmin məbləğdən cəmi 355.11 manat ödəniş edilmiş, qalıq məbləğ “xxxx” MMC tərəfindən hal-hazıradək ödənilməmiş, nəticədə iddiaçıya ümumilikdə 1880.99 manat borcu qalmış və cavabdehə həmin borcla bağlı hesab-faktura və e-qaimə göndərilməsinə baxmayaraq, borclu olduğu məbləği halhazıradək ödəməkdən yayınmışdır. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2020-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə AR qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən hal hazıradək heç bir ödəniş olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - “İcraçı” qismində İddiaçı MMC ilə “sifarişçi” qismində “xxxx” MMC arasında bağlanmış avtonəqliyyat vasitələrinə texniki xidmətə dair 17/C nömrəli xx xxxxx 2016-cı il tarixli müqaviləyə əsasən icraçı öz üzərinə sifariş əsasında sifarişçinin avtonəqliyyatına servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürür, sifarişçi isə görülmüş işi qəbul edir və hazırki müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi icraçının təqdim etdiyi hesab-fakturalar əsasında həyata keçirir. 4.2 Sifarişçi göstərilən xidmətlərə görə ödənişi icraçı tərəfindən hesab-faktura təqdim edildikdən 10 günündən gec olmayaraq aparılmalıdır. 4.3. Hazırki müqavilə üzrə ödəniş icraçının hesablaşma hesabına köçürmə yolu ilə yerinə yetirilir. 5.4. sifarişçi təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2 maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0.5 %-i həcmində cərimə ödəyir. - İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə təqdim edilmiş 0358 nömrəli xx.xx.2016-cı il tarixli hesab fakturadan görünür ki, MMC tərəfindən görülmüş işlərin dəyəri – servis işi 430 manat, ehtiyyat hissələri və materiallar 1465 manat olmaqla, cəmi 341.10 manat ƏDV daxil 2236.12 maat təşkil etmişdir. - İddiaçı MMC tərəfimdən xx xxxxx 2016-cı ildə tərtib edilmiş təmir kartından görünür ki, “xxxx” MMC-yə məxsus VW/vaqon 7 yerli marka ** AB *** dövlət nömrə nişanlı avtomobilin təmiri ilə bağlı görülümüş işlərin dəyəri 430 manat, işlədilmiş ehtiyyat hissələri və materialların dəyəri isə 1465 manat təşkil etmişdir. - AAÇ/2 seriyalı 452643 nömrəli xx.xx.2016-cı il tarixli qaimə fakturadan məlum olur ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ƏDV 263.70 manat olmaqla 1728.70 manat dəyərində ehtiyyat hissələri və materiallar təhvil verilmişdir və qaimə-faktura hər iki hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. - HK seriyalı 819812 nömrəli xx.xx.2016-cı il tarixli elektron vergi hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə göstərilmiş xidmətlərin dəyəri 2236.10 manat təşkil etmişdir. - xx.xx.2016-cı il tarixli ƏDV ödənişinə dair hesabdan görünür ki, HK819812 saylı xx.xx.2016 il tarixli VHF-a əsasən xx.xx.2016 tarixində“xxxx” MMC (VÖEN **********) tərəfindən 54 manat məbləğində ƏDV ödəniş aparılmışdır. - “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-yə pretenziya qaydasında məktub ünvanlanaraq 1880.99 manat məbləğində pulun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilədən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya müqavilədən və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli. 17/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh “xxxx” MMC-yə məxsus **- AB-*** dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtonəqliyyat vasitəsinə iddiaçı tərəfindən göstərilmiş texniki xidmətlərin dəyəri ƏDV daxil 2236.10 manat təşkil etmiş, cavabdeh həmin borcdan yalnız 355.11 manat məbləğində ödəniş etmiş və 1880.99 manat məbləğində borc isə ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən təsdiq edilmiş 452643 nömrəli xx.xx.2016-cı il tarixli qaiməfaktura, faktura üzrə 54 manat ƏDV ödənilməsi, eyni zamanda xx.xx.2016-cı il tarixli sifarişçinin nümayəndəsinin imzası ilə təsdiq edilmiş təmir kartı iddiaçı tərəfindən texniki xidmət göstərilməsi faktını təsdiqləyir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən göstərilmiş texniki xidmətlərə görə 1880.99 manat tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı iddia tələbində cavabdeh tərəfindən ödənişin gecikdirdiyi hər günə görə sifariş məbləğinin 0,5%-ni təşkil edən 500 manat məbləğində pulun ödənilməsini tələb edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 17/C saylı müqavilənin 5.4cü maddəsinə əsasən sifarişçi təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borcun 1880.99 manat təşkil etməsini, borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 50 (əlli) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 17/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdeh “xxxx” MMC-dən 1880.99 manat əsas borc, 50 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1960.99 (min doqquz yüz altmış manat doxsan doqquz qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1209/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1209/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver