Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1212/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı “pul”, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyininə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X9 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı “pul”, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyininə qarşı “pul”, tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti: a)İddia tələbi və iddia tələbinin dəlilləri
1. İddiaçı “X5 Company Limited” AR Nümayəndiliyi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən avans olaraq ödənilmiş 121.550 (bir yüz iyirmi bir min beş yüz əlli) AZN və həmin məbləğə münasibətdə hesablanmış olmaqla 15.193 (on beş min yüz doxsan üç) AZN məbləğində cərimənin, ümumilikdə, 136.693,75 AZN (yüz otuz altı min altı yüz doxsan üç manat yetmiş beş qəpik) pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 426.74 AZN (dörd yüz iyirmi altı manat yetmiş dörd qəpik) pulun Cavabdeh MMC-dən İddiaçı “X5 Company Limited” Şirkətinin Azərbaycan RespublikasındaNümayəndəliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5 Company Limited” şirkətinin Azərbaycan Respublikasınsda Nümayəndəliyi (bundan sonra “İddiaçı”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında 01 iyun 2022-ci il tarixli, BEOCL/2022/011 №-li Alqısatqı Müqaviləsi (“Müqavilə”) bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə əsasən, Satıcı (Cavabdeh) Müqavilənin ayrılmaz hissəsini təşkil edən Bölmə 2-də nəzərdə tutulan Malları (“Mallar”) tədarük etmək, Alıcı (İddiaçı) isə ümumi şərtlər və bu Müqaviləyə əlavə edilən və imzalanan 02 mart 2022-ci il tarixli Alış Sifarişinin şərtləri əsasında həmin Malları qəbuledib onların razılaşdırılmış dəyərini Satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilə üzrə qiymət Müqavilənin 2.1-cimaddəsinə əsasən 143.000 (yüz qırx üç min) ABŞ dollarımüəyyən edilmişdir. 02 mart 2022-ci il tarixli, PO-22- 000167 nömrəli Alış Sifarişinin şərtlərinə əsasən həmin məbləğin 50% avans şəklində ödənilməsi nəzərdə tutulmuşdur. Malların çatdırılması üçün müddət isə 80-90 gün olaraq müəyyən edilmişdir. Nəticədə, İddiaçı tərəfindən 24 iyun 2022-ci il tarixində 121 550 (yüz iyirmi bir min beş yüz əlli) manat məbləğində pul Cavabdehin bank hesabına köçürülmüşdür. İddiaçının Müqavilə və Alış Sifarişinin şərtlərinə tam şəkildə riayət etməsinə baxmayaraq, Cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Müqavilənin şərtlərinə əsasən təhvil verilməli olan Mallar qüsurlu olduğuna və həmin qüsurlar Cavabdeh tərəfindən aradan qaldırılmadığına görə, onlar bugünədək İddiaçıya təqdim edilməmişdir. Bu hallar keçirilmiş görüşlər və sınaqlar nəticəsində qarşılıqlı surətdə təsdiq edilmiş (o cümlədən Cavabdehin podratçısı“AzELMAŞ” tərəfindən) aktlar, ptotokollar, həmçinin elektron yazışmalarda öztəsdiqini tapır. Belə ki, İddiaçı və Cavabdeh arasında 17 may 2023-cü il tarixində imzalanmış protokola əsasən, Alış Sifarişiəsasında hazırlanmaqda olan Mallara baxış keçirilmiş və mühərrik, su radiatorunun yeni olmadığı və kardan val birləşmələrin düz ox boyu tarazlanmadığı aşkar edilmiş və təchizatçı şirkətin rəhbərliyinə irad olaraq bildirilmişdir. Həmçinin 03 noyabr 2023-cü il tarixli protokola əsasən, qeyd edilən Mallara baxış keçirilmiş və sınaq edilmişdir. Sınaq nəticəsində vurucu nasosun kardanının nasosa birləşən hissəsində və orta plunjerində yağ, klapanlarında su sızması, yağlama sistemində ventillərin olmaması aşkar edilmişdir. İşçi heyət üçün texniki su çəninin önündə dayanma meydançasının olmaması irad olaraq bildirilmişdir. Mühərrikin dövrlər sayının normadan çox olması və nasosda təzyiq yaratma zamanı“P=25 atm” -də mühərrikin sönməsi müşahidə edilmişdir. Qeyd edilmiş nöqsanların aradan qaldırılmasından sonra birgə təkrar sınaq edilməsi qərara alınmışdır. Qarşılıqlı surətdə təsdiqlənmiş 30 dekabr 2023-cü il tarixli protokola görə, Mallara yenidən baxış keçirilmiş və sınaq edilmişdir. Sınaq nəticəsində mühərrik işə salınan zaman yağ təzyiqinin, ilkin olaraq, “P=4 atm” olması, 13 dəqiqə işlədikdən sonra “P=3 atm” -ə enməsi və mühərrikin dövrlər sayının normadan çox olması, eyni zamanda su radiatorunda qaynatma müşahidə edilmişdir. Vurucu nasosun “P=100 atm” –də plunjerlərinin kipgəclərində sızmalar aşkar edilmişdir. Qeyd edilmiş nöqsanların aradan qaldırılmasından sonra birgə təkrar sınaq edilməsi qərara alınmışdır. Bütün bunların nəticəsində, İddiaçının əməliyyatlarında ciddi problemlər yaranmış və yubanmalar baş vermişdir. Əlavə olaraq, İddiaçı və Cavabdeh arasında aparılmış elektron yazışmalar da sınaq proseslərində İddiaçının avadanlıqla bağlı bildirdiyi iradlara Cavabdeh tərəfindən vaxtında reaksiya verilməməsini, avadanlığın təhvil verilməsinin müxtəlif bəhanələrlə yubadılması və, ümumiyyətlə, həyata keçirilməməsini təsdiq edir. İddiaçı və Cavabdeh arasında bağlanmış Müqavilənin 3.1cimaddəsinə əsasən, Satıcı təchiz olunan X1 müəyyən edilən standart və tələblərə və tətbiq edilə bilən qanunvericiliyə (belə qanunvericilik Malların mənşə ölkəsinin qanunvericiliyi və Azərbaycan Respublikasının qanunvericiliyidir) uyğun olması barədə Alıcıya zəmanət verir və bununla əlaqədar müvafiq keyfiyyət sertifikatları və tələb olunan digər sənədləri, Alıcı tərəfindən başqa şəkildə tələb edilməyibsə, Mallar təchiz ediləndə təqdim etməlidir. 3.2-ci maddəyə əsasən, SatıcıAlıcıya zəmanət verir ki, Mallar qənaətbəxş keyfiyyətə malik olacaq və Satıcının həyata keçirdiyi məqsədə uyuğun gələcək, bütün həbs və girovlardan və dizayn materialında və istehsal keyfiyyətində qüsurlardan azad olmalıdır və Malın istehsalçısı tərəfindən müəyyən edilən zəmanət müddəti və ya Alıcı tərəfindən Malın nəzərdə tutulan məqsəd üçün istifadəsinin başlanmasından etibarən 12 ay ərzində (“Zəmanət müddəti”), hansı daha uzundursa, həmin müddətdə, bütün tələb və normativlərə cavab verməlidir. Zəmanət müddətiərzində Satıcı Mallarada və ya xidmətlərdə olan bütün çatışmazlıqları və qüsurları təmir edir (aradan qaldırır). Əgər təmir mümkün deyilsə, Satıcı dərhal qüsurlu Malı yenisi il əvəzləyir. Alıcının spesifikasiyaları və ya zəmanətlərindən fərqlənən Mal və ya xidmətlərdən imtina ediləcək və Satıcının onları gecikmədən dəyişdirməsi və ya çıxarması üçün saxlanılacaq və ya Satıcının öz risk və ya xərci hesabına geri qaytarılacaq. X2 tələblərinə cavab verməsini təmin etmək məqsədilə tələb olunan bütün sınaqlar və yoxlamalar Satıcı tərəfindən aparılacaq və Alıcı xərcləri öz üzərinə götürməsi barədə xüsusi yazılı razılıq vermədikdə, Satıcının öz hesabına olacaqdır. Həmin Müqavilənin 3.3-cü maddəsinə əsasən, Satıcızəmanət verir ki, o, bu Müqavilə əsasında Malların satılması üçün bütün dövlət icazələrini, lisenziya və təsdiqlərialmışdır və təsdiq edir ki, o Alıcını bu Müqaviləni bağlamağa sövq etmək məqsədilə zəmanət vermişdir. 3.4-cü maddəyə əsasən, hər hansı bir digər hüquqmüdafiə vasitəsinə xələl gətirmədən, əgər X6 uyğun təchiz edilməzsə, Alıcı əlavə olaraq Satıcıdan yuxarıda müəyyən olunan müddət ərzində Malların təmirini və ya yeni Malların təchizini və ödənilmiş qiymətin hər hansı bir hissəsinin qaytarılmasını tələb etmək hüququna malikdir. 3.5-cimaddəyə görə, bu Müqavilə əsasında verilən bütün zəmanətlər Malların tədarükü və ya göndərilməsindən və ya xidmətərin göstərilməsindən sonra da qüvvədədir və sözügedən Malların təhvilalınması və belə Mallar üçün ödənişin edilməsisəbəbindən bu zəmanətlərdən imtina edilmiş hesab edilməyəcəkdir. 3.6-cımaddəyə görə, Satıcı Malların aydın və satış məqsədlərinə uyğun mülkiyyət hüququnun olması barədə zəmanət verir. Satıcının zəmanətləri (və hər hansı əlavə imtiyazlı zəmanətləri, xidmət strategiyaları və ya oxşar öhdəliklər) Alıcının müştəriləri və ya Alıcının Malları təşkil edən aktiv və ya vasitələrinin istifadəçiləri, həmçinin Alıcı tərəfindən icra edilə biləndir. Müqavilənin 4.1-cimaddəsinə əsasən, Mallarda hər hansı bir qüsurun aşkar edildiyi və ya təchiz olunan Malların bu Müqavilədə müəyyən edilən şərtlərə və/və ya spesifikasiyalara və/və ya miqdara və/və ya keyfiyyətə uyğun gəlmədiyi təqdirdə, Satıcı Alıcıdan müvafiq reklamasiya aktını aldıqdan sonra 2 (iki) təqvim günündən gec olmayan müddət ərzində və ya Tərəflər arasında vicdanla razılaşdırıla bilən başqa bir müddətdə belə qüsurlu Malları əvəzləmək və Malların çatışmayan hissələrini çatdırmaq barədə məsuliyyət daşıyır. Alıcı Malları təftiş etmək üçün ağlabatan imkana malik olmayanadək və ya sonradan ağlabatan müddət ərzində Mallarda gizli qüsurun aşkara çıxdığı halda, bu cür Malı qəbuletmiş hesab edilməyəcəkdir. 4.2-ci maddəyə əsasən, bu Müqavilə ilə nəzərdə tutulmuş Mallar Alıcıya gec çatdırıldıqda, Alıcı 1 (bir) həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş Malların ümumi dəyərinin 0,1%-i həcmində, lakin gecikdirilmiş Malların ümumi dəyərinin 10%-dən artıq olmamaq şərtilə cərimə ödənilməsini Satıcıdan tələb edə bilər. Belə tələb olduqda, Satıcı həmin məbləği Alıcıdan müvafiq iddia və/və ya hesab-fakturanın alınmasından sonra 5 gün müddətində ödəməlidir. Bu cərimələr Alıcının öz mülahizəsinə əsasən Alıcı tərəfindən Satıcıya ödəniləcək Malların dəyərindən də tutula bilər. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən, Malın çatdırılması müddəti Müqavilənin əhəmiyyətli müddəalarındandır. Satıcı hazırkı Müqavilənin şərtlərinə əsasən hər hansı Malı vaxtında çatdırmadığı və ya Mallarda aşkar edilmiş hər hansı qüsurların Müqavilədə nəzərdə tutulan müddətlərdə aradan qaldırılmadığı təqdirdə, Alıcı belə təchiz olunmamış/qüsurlu Malları hər hansı üçüncü tərəflərdən satın almaq və Satıcıdan bu cür satınalma ilə əlaqədar bütün zərərləri/xərcləri ödəməsini tələb etmək hüququna malikdir. b)Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri
3. 25.12.2024-cü il tarixdə cavabdeh “Cavabdeh MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin “İntegrated Drilling Services" MMC-nə qarşı “ödənilmiş 121550 manat məbləğin geri qaytarılması və 15193 manat cərimənin Ödənilməsi barədə” ilk iddia tələbinin təmin edilməməsi, “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən "xxxx" MMC-nə 121.550 (yüz iyirmi bir min beş yüz əlli) manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin MR-TD-021221-047 saylı xx.xx.2022ci il tarixli alış sifarişinə və tərəflər arasında bağlanmış BEOCL2022/011 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 dəst stasionar rama üzərində olan vurucu nasosu üçün 50% avans məbləği, yəni 121.550,00 AZN İddiaçı tərəfindən qarşılıqlı iddiaçının bank hesabına daxil olmuşdur. Sifarişin icrası üçün qaışılıqlı iddiaçı tərəfindən X10 Firması ilə müqavilə bağlanılmışdır. Azelmaş ETF, Azinmaş TASC-nin törəmə müəssisəsi olaraq 1993-cü ildə yaranmış, yüksək peşəkar, təcrübəli, elmi dərəcələrə malik mütəxəssisləri və neft avadanlıqlarının istehsalını həyata keçirən dəzgahlara malik müəssisədir. Uzun illər boyu Azərbaycan neft sənayesində istehsal olunan bütün avadanlıqlar AZİNMAŞ TASC-də (institut) hazırlanmış eskiz və layihələrə əsasən aparılmışdır. Sifarişə əsasən hazırlanacaq 2 dəst vurucu nasos kompleksinin texniki müzakirələrin aparılması məqsədi ilə bir neçə dəfə texniki nümayəndələrin görüşləri keçirilmişdir, eskiz-layihə təsdiqlənmişdir. Komplekləşdirmə zamanı istifadə olunacaq mühərrik, sürətlər qutusu, nasos və sair texniki suallar dəfələrlə müzakirə olunmuşdur. Bu sifarişə əsasən 2 dəst stasionar rama üzərində olan vurucu nasosunun hazırlanması üçün, xx.xx.2022-ci tarixində ümumi dəyəri 204.000,00 AZN olan 2 ədəd Caterpillar dizel mühərriki, 2 ədəd Allison mühərriki, həmçinin xx.xx.2023cü il larixində dəyəri 23.839,14 AZN (19,960,80 AZN + gömrük xərcləri 3.878.34 AZN) olan 2 ədəd SİN32 nasosu idxal olunmuşdur. 2023-cü ilin mart ayından avadanlığın komplekləşdirilməsi başlanılmışdır İstehsalın gedişatı zamanı, müxtəlif vaxtlarda qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri istehsal prosesi ilə yaxından tanış olmuşdur. Üzrlü səbəblərdən istehsal prosesi planlaşdırılan zamandan gec tamamlanmışdır. Gecikmələrə səbəb, sifarişin icrası müddətində BEOC lərəfindən daha vacib sifarişlər (barabanların təmiri, baraban dəstinin istehsalı) yerləşdirilmişdir və icra olunmuşdur. Avadanlıqlar Ləhril verilmiş, salıədə quraşdınimiş, sınaq işləri aparılmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin ərazisində yerləşən daha əvvəl təhvil verilmiş qaldırıcı qurğu dəstlərinə texniki xidmətlər, sazlama işləri aparılmışdır. Zavodun ərazisi .Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansında olduğundan, ərazidə böyük miqyaslı yenidənqurma işləri aparılmışdır. Belə ki, emalatxanalar, dəzgahlar başqa yerə köçürülmüşdür ki, köç zamanı böyük vaxt itkisi baş vermişdir. İstehsalçı müəssisənin mütəxəssisləri işğaldan azad edilmiş ərazilərdə dövlət sifarişi əsasında aparılan layihələrin həyaıa keçirilməsinə cəlb olunmuşdur. Bütün bu fasilələrə baxmayaraq, 1 dəst vurucu nasos qurğusunun istehsalı xx.xx.2023-cü il tarixində bitmişdir. Digər nasos qurğusu da 60% komplektləşdiriİmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələrinin iştirakı ilə ilkin sınaqlar aparılmışdır. Bəzi bərkitmə, sazlama işlərinə ehtiyac olduğu aşkar olmuşdur. Həmçinin qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri avadanlıqla bağlı yeni təkliflər və tələblər irəli sürmüşlər. Qüsurlar Cavabdeh MMC tərəfindən aradan qaldırlmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin mütəxəssislərinin verdiyi təkliflərin, tələblərin həyata keçirilməsi üçün əlavə məsrəflər və vaxt sərf olunmasına baxmayaraq, bütün bu təkliflər, tələblər yerinə yetirilmişdir. Növbəti dəfə xx.xx.2023-cü il larixində. xx.xx.2023-cü il larixində, 03.11,2023-cü il tarixində sınaqlar aparılmışdır. Vurğulamaq zəruridir ki, hər dəfə baxış keçirərkən konragentin yeni mütəxəssisi iştirak etdiyindən, fərqli fikir, tələb və təkliflər irəli sürülmüşdür. Mütəxəssislərin irad bildirdiyi qüsurlar aradan qaldırılmış, verdiyi bütün təkliflər, tələblər yerinə yetirilmişdir. Avadanlıq tam hazır olduqdan sonra qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələrinin iştirakı ilə növbəli dəfə xx.xx.2023-cü il tarixində avadanlıq yenidən sınaq olunmuşdur. 40 dəqiqə yüksək təzyiq altında sınaq işləri aparılmışdır. Sınaq zamanı mümkün xırda qüsurların olması (salniklər, termoslar) aşkarlanmışdır ki, bu qüsurlar qısa müddətdə aradan qaldırılmışdır və xx.xx.2024-cü il larixində mütəxəssislər avadanlığa baxış üçün dəvət olunmuşlar. Lakin qarşılıqlı iddia üzrə cavabdehln mütəxəssislər tərəfindən yeni tələblər (mühərrikin sökülərək visual və funksional inspeksiyası icraçının nümayəndələrinin iştirakı ilə həyata keçirilməlidir) irəli sürülmüşdür. Mühərrik dəvət olunmuş təcrübəli mütəxəssis tərəfindən visual və funksional inspeksiya olunmuşdur, müsbət rəy və təminat alınmışdır. Dəfələrlə sınaq olunmuş, tam işlək vəziyyətdə olan mühərrikin sökülərək sınaq olunması əlavə vaxt və böyük maliyyə məsrəfi olduğu üçün, buna ehtiyac olunmadığı bildirilmişdir. Lakin Sifarişçi sonuncu əsassız tələbi həyata keçirmədiyimizi əsas gətirərək, nasos dəstinin alınmasından xx.xx.2024-cii il tarixində imtina etmişdir. Qeyd etmək zərundir ki, islehsal prosesində qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələrinin irəli sürdüyü tələblər, tərəflər arasında müqavilə bağlanılarkən, icraçının öhdəliyi kimi təsbir edilməmişdir. Sifarişçinin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində ikinci dəst nasos qurğusunun alınmasından imtina edilmişdir (sifarişdə olan 2-ci dəst nasos qurğusunun istehsalına tələbimizi saxlayırıq). Hazırda qarşılıqlı iddia üzrə iddiaçının emalatxanasında, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun, xüsusi parametrlərə,tlələblərə (vuruculuq qabiliyyəti, ölçüləri və s.) əsasən istehsal olunmuş, sifarişçinin nümayəndələrinin iştirakı ilə dəfələrlə sınaq olunmuş, ümumi dəyəri 243.100,00 manat təşkil edən 2 dəst tam vurucu nasos dəsti mövcuddur. Nasos dəstlərinin hazırlanması üçün tələb olunan komplektləşdirici hissələrin alınması üçün qarşılıqlı iddiaçı bankdan kredit gotürmüş, Azelmaş ETF-nin mütəxəssisləri uzun müddət bu avadanlıqların yığılmasına cəlb olunmuş, bu səbəbdən bütün bu işlərin görülməsi üçün qarşılıqlı iddiçının Azelmaş ETF-yə 83.000 AZN kreditor borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "X5 Company Limted” Şirkətinin Azərbaycan Respublikasinda Nümayəndəliyinə pretenziya göndərərək, 121.550,00 AZN borcun ödənilməsini tələb elmiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh borcu ödəməkdən imtina etmişdir. Hesab edirik ki, müqavilə üzrə qarşılıqlı iddiaçıya ödənilməli olan 121.550,00 manat vəsait də qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək,ilkin iddia tələbinin təmin olunmasına dair, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı “X5 Company Limited” AR Nümayəndiliyi (“alıcı”) ilə Cavabdeh MMC(“satıcı”) arasında imzalanmış 01 iyun 2022-ci il tarixli, BEOCL/2022/011 nömrəli nömrəli alqısatqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən, Satıcı (Cavabdeh) Müqavilənin ayrılmaz hissəsini təşkil edən Bölmə 2-də nəzərdə tutulan malları (“Mallar”) tədarük etmək, Alıcı (İddiaçı) isə ümumi şərtlər və bu Müqaviləyə əlavə edilən və imzalanan 02 mart 2022-ci il tarixli Alış Sifarişinin şərtləri əsasında həmin malları qəbul edib, onların razılaşdırılmış dəyərini Satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. 2.1-ci bəndinə əsasən, 143.000 (yüz qırx üç min) ABŞ dolları müəyyən edilmişdir. 02 mart 2022-ci il tarixli, PO-22-000167 nömrəli Alış Sifarişinin şərtlərinə əsasən, həmin məbləğin 50%-nin avans şəklində ödənilməsi nəzərdə tutulmuşdur. Malların çatdırılması üçün müddət isə 80-90 gün olaraq müəyyən edilmişdir. 2.4-cü bəndinə əsasən, Alış Sifarişində başqa cür nəzərdə tutulmamışsa, ödəniş malların hazırkı Müqavilə şərtləri əsasında çatdırılmasından və müvafiq çatdırılma sənədi olan Qaimə-Fakturanın imzalanmasından sonra həyata keçirilməlidir. Mallar sifarişdə göstərilən tarixdə və ya həmin müddət ərzində çatdırılmalı və ya yerinə yetirilməlidir. Alıcı bu Müqavilə üzrə edilməli olan hər hansı bir ödənişi, Müqavilənin ayrılmaz hissəsi sayılan Alış Sifarişində nəzərdə tutulmuş ödəniş şərtinə əsasən, Satıcının bank hesabına ödəməlidir. 3.1-ci bəndinə əsasən, Satıcı təchiz olunan X1 müəyyən edilən standart və tələblərə, eləcə də tətbiq edilə bilən qanunvericiliyə (bu qanunvericilik malların mənşə ölkəsinin qanunvericiliyini və Azərbaycan Respublikasının qanunvericiliyini əhatə edir) uyğun olmasına dair Alıcıya zəmanət verir. Bu baxımdan, Satıcı müvafiq keyfiyyət sertifikatlarını və tələb olunan digər sənədləri, əgər Alıcı tərəfindən başqa cür tələb edilməmişsə, malların təhvil verilməsi zamanı təqdim etməlidir. 3.2-ci bəndinə əsasən, Satıcı Alıcıya aşağıdakı zəmanətləri verir: (a) Mallar qənaətbəxş keyfiyyətə malik olacaq və Satıcının həyata keçirdiyi məqsədə uyğun gələcək; (b) Mallar bütün həbs və girovlardan, eləcə də dizayn, material və istehsal keyfiyyəti baxımından qüsurlardan azad olacaq; (c) Mallar istehsalçı tərəfindən müəyyən edilən zəmanət müddəti ərzində və ya Alıcının Mallardan nəzərdə tutulan məqsədlə istifadə etməyə başladığı tarixdən etibarən 12 ay müddətində (hansı daha uzundursa – “Zəmanət müddəti”) bütün texniki və normativ tələblərə cavab verməlidir. Zəmanət müddəti ərzində Satıcı mallarda və ya göstərilən xidmətlərdə yaranan bütün çatışmazlıqları və qüsurları öz hesabına aradan qaldıracaq və ya təmir edəcəkdir. Əgər təmir mümkün deyilsə, Satıcı qüsurlu malı dərhal yenisi ilə əvəzləməlidir. Alıcının spesifikasiyalarına və ya zəmanətlərə uyğun gəlməyən mallar və ya xidmətlər qəbul edilməyəcək və Satıcının hesabına ya dəyişdirilməli, ya da geri qaytarılmalıdır. Bu halda, mallar Satıcının risk və xərci hesabına geri qaytarılır və ya çıxarılır. X2 tələblərinə cavab verməsini təmin etmək məqsədilə tələb olunan bütün sınaqlar və yoxlamalar Satıcı tərəfindən həyata keçiriləcəkdir. Əgər Alıcı bu sınaqları və yoxlamaları öz üzərinə götürmək barədə yazılı razılıq verməyibsə, bütün müvafiq xərclər Satıcının hesabına olacaqdır. 3.3-cü bəndinə əsasən, Satıcı zəmanət verir ki, bu Müqavilə əsasında malların satılması üçün zəruri olan bütün dövlət icazələrini, lisenziyaları və təsdiqləri almışdır. Eyni zamanda təsdiq edir ki, bu zəmanəti Alıcını Müqaviləni bağlamağa sövq etmək məqsədilə vermişdir. 3.4-cü bəndinə əsasən, Hər hansı digər hüquqi müdafiə vasitələrinə xələl gətirmədən, əgər X6 uyğun şəkildə təchiz edilməzsə, Alıcı yuxarıda göstərilən zəmanət müddəti ərzində əlavə olaraq malların təmirini, yeni mallarla əvəz edilməsini və ya ödənilmiş məbləğin tam və ya qismən qaytarılmasını Satıcıdan tələb etmək hüququna malikdir. 3.5-ci bəndinə əsasən, Bu Müqavilə əsasında verilmiş bütün zəmanətlər malların təhvil verilməsi və ya xidmətlərin göstərilməsindən sonra da qüvvədə qalır və malların təhvil alınması və ödənişin edilməsi bu zəmanətlərdən imtina edilməsi kimi qəbul edilmir. 3.6-cı bəndinə əsasən, Satıcı malların aydın və satış məqsədinə uyğun mülkiyyət hüququna sahib olduğunu zəmanət verir. Satıcının verdiyi zəmanətlər (eləcə də əlavə imtiyazlı zəmanətlər, xidmət strategiyaları və oxşar öhdəliklər) həm Alıcının müştərilərinə, həm də Alıcının malları təşkil edən aktivlərindən və ya vasitələrindən istifadə edən digər şəxslərə münasibətdə tətbiq edilə və icra oluna bilər. 4.1-ci bəndinə əsasən, Mallarda hər hansı bir qüsur aşkar edildiyi və ya təchiz edilmiş malların bu Müqavilədə müəyyən edilən şərtlərə, spesifikasiyalara, miqdar və ya keyfiyyət tələblərinə uyğun gəlmədiyi təqdirdə, Satıcı Alıcıdan müvafiq reklamasiya aktını aldıqdan sonra iki (2) təqvim günü ərzində və ya Tərəflər arasında vicdanla razılaşdırılacaq digər bir müddət ərzində belə qüsurlu malları yeniləri ilə əvəz etməli və malların çatışmayan hissələrini tam şəkildə çatdırmalıdır. Satıcı, qüsurlu malların Alıcıya çatdırılması ilə əlaqədar Alıcıya dəymiş hər hansı maddi və qeyri-maddi zərər və itkilərə görə məsuliyyət daşıyır. Alıcı, Alış Sifarişinin şərtlərinə cavab verməyən təchiz olunmuş mallardan imtina etmək hüququna malikdir. Əgər Alıcı malları təftiş etmək üçün ağlabatan imkana malik olmayıbsa və ya sonradan ağlabatan müddət ərzində mallarda gizli qüsurlar aşkar edilərsə, bu cür mallar qəbul edilmiş hesab edilməyəcəkdir. Təqdim edilmiş malların yoxlanılmasından sonra, Tərəflər malların keyfiyyəti və miqdarı barədə məlumatların əks olunduğu Təhvil-təslim aktını imzalayacaqlar. Təhvil-təslim aktının imzalanması və ya bu aktda malların keyfiyyəti ilə bağlı məlumatın yer alması, Alıcının gələcəkdə mallarla bağlı irəli sürə biləcəyi hər hansı iddiaları istisna etmir. 4.2-ci bəndinə əsasən, bu Müqavilə ilə nəzərdə tutulmuş mallar Alıcıya gec çatdırıldıqda, Alıcı bir həftəlik güzəşt müddətindən sonra, hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.1%-i həcmində, lakin ümumi dəyərin 10%-dən artıq olmamaq şərti ilə, cərimə ödənilməsini Satıcıdan tələb edə bilər. Belə tələb olduqda, Satıcı həmin məbləği Alıcıdan müvafiq iddia və ya hesab-fakturanın alınmasından sonra 5 gün müddətində ödəməlidir. Bu cərimələr Alıcının öz mülahizəsinə əsasən, Alıcı tərəfindən Satıcıya ödəniləcək malların dəyərindən də tutula bilər. 4.3-cü bəndinə əsasən, Malın çatdırılma müddəti Müqavilənin əhəmiyyətli şərtlərindən biridir. Əgər Satıcı bu Müqavilənin şərtlərinə əsasən malları vaxtında çatdırmasa və ya mallarda aşkar edilmiş hər hansı qüsurlar Müqavilədə nəzərdə tutulan müddətlər ərzində aradan qaldırılmasa, Alıcı belə hallarda təchiz olunmamış və/və ya qüsurlu malları hər hansı üçüncü tərəfdən satın almaq və bununla əlaqədar dəymiş zərər və çəkilmiş xərclərin Satıcı tərəfindən ödənilməsini tələb etmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən, Satıcı, malların istehsalı, qablaşdırılması və çatdırılması ilə bağlı bütün tətbiq edilə bilən normativ hüquqi tələblərə və standartlara riayət etməlidir. 4.5-ci bəndinə əsasən, Mallar, Alıcının təlimatlarına və/və ya daşıyıcının tətbiq oluna bilən hər hansı normativ sənədlərinə və tələblərinə əsasən düzgün şəkildə nişanlanmalı və Alış Sifarişində göstərilən çatdırılma yerinə zərərsiz şəkildə çatdırılması üçün lazımi qaydada qablaşdırılmalıdır. Alış Sifarişinin nömrəsini əks etdirən qablaşdırma qeydi malın hər bir tədarükündə və ya partiyasında göstərilməlidir. 4.6-cı bəndinə əsasən, Əgər mal hissə-hissə tədarük ediləcəksə, bu Müqaviləyə ayrıca tədarüklər üzrə deyil, vahid (tək) bir müqavilə kimi baxılacaq. 4.7-ci bəndinə əsasən, X11 əsasında Alıcıya çatdırıldıqdan sonra, malın zədələnməsi və ya itirilməsi ilə bağlı risk Alıcıya keçir. Malın mülkiyyət hüququ isə çatdırılma anından etibarən Alıcıya keçir. Lakin əgər malın çatdırılmasına qədər ödəniş edilmişsə, mülkiyyət hüququ həm ödəniş edildiyi, həm də Alış Sifarişində göstərilən çatdırılma anı baş verdiyi andan etibarən Alıcıya keçir. Mülkiyyət hüququ Alıcıya çatdırılmadan əvvəl keçərsə, bu halda belə, mal ilə bağlı risklər, ziyan və əlaqəli xərclər Satıcının məsuliyyəti olaraq qalır. 4.8-ci bəndinə əsasən, Satıcı, bu Müqavilə çərçivəsində verdiyi zəmanətləri pozduğu və bununla bağlı Alıcıya qarşı hər hansı iddia qaldırıldığı halda, Alıcının məruz qaldığı bütün məsuliyyətləri və zərərləri tam şəkildə ödəməlidir. 5.1-ci bəndinə əsasən, hazırkı Müqavilə 01 iyun 2022-ci il tarixindən etibarən qüvvəyə minir və 01 iyun 2023-cü il tarixinədək qüvvədə qalır. X3 yazılı şəkildə təsdiqləməsi, bu Alış Sifarişini və onun şərtlərini qəbul etməsi hesab edilir. 5.2-ci bəndinə əsasən, Alıcı, bu Müqavilənin qüvvədəolma müddətinin başa çatmasından əvvəl istənilən vaxt, Satıcıya azı 10 (on) gün əvvəl yazılı bildiriş göndərməklə, hazırkı Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda, Satıcıya xitamla bağlı bildiriş göndərilməmişdən əvvəl, Alıcı Satıcının bu Müqavilənin şərtlərini icra etmək məqsədilə satın aldığı mallar və xidmətlərlə bağlı çəkdiyi əsaslandırılmış xərclərin əvəzini ödəməlidir. 5.3-cü bəndinə əsasən, Əgər Satıcı malların təhvil verilməsi üçün nəzərdə tutulan tarixdən etibarən 10 (on) təqvim günü ərzində malları təhvil verməzsə, Alıcı 2 (iki) gün əvvəl yazılı bildiriş göndərməklə hazırkı Müqaviləyə xitam vermək hüququna malikdir. Bu halda Satıcı, Alıcının çəkdiyi bütün xərclərin əvəzini ona ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli 143000 məbəğində hesab faktura göndərilmişdir.
12. İddiaçı ilə cavabdeh arasında PO-22-000167 saylı 143 000 məbləğində alış sifarişi imzalanmışdır.
13. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin hesabına 121550 manat köçürülmüşdür.
14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli protokolun məzmunundan görünür ki, alış Sifarişi əsasında hazırlanmaqda olan Mallara baxış keçirilmiş və mühərrik, su radiatorunun yeni olmadığı və kardan val birləşmələrin düz ox bovu tarazlanmadığı aşkar edilmiş və İDS-in rəhbərliyinə irad olaraq bildirilmişdir. Bu Protokol İDS və Bahar Enerji tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.
15. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli protokolun məzmunundan görünür ki, bu Protokola əsasən isə qeyd edilən Mallara baxış keçirilmiş və sınaq edilmişdir. Yenidən aşkar olunmuş nöqsanlarla bağlı qeyd edilmiş nöqsanların aradan qaldırılmasından sonra bir»ə təkrar sınaq edilməsi qərara alınmışdır.
16. İddiaçı ilə cavabdeh arasında imzalanmış 30 dekabr 2023-cü il tarixli Protokola əsasən Mallara yenidən baxış keçirilmiş və sınaq edilmişdir. Sınaq nəticəsində nöqsanlar aşkar edilmişdir. Qeyd edilmiş nöqsanların aradan qaldırılmasından sonra birgə təkrar sınaq edilməsi qərara alınmışdır.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində iddiaçının işçisi olduğunu, 2021-ci ilin dekabr ayında 2 qaldırıcı qurğu ilə bağlı sifariş olmuşdur. 2022-ci ilin yayında 50% ödəniş edilmişdir. Daha sonra tərəflər arasında iclas keçirilərək sifariş verilən dəzgahın necə işləyəcəyi ilə bağlı danışıqlar olmuşdur. müqaviləyə əsasən, 80- 90 gün ərzində nasos təhvil verilməli idi, lakin bu müddətin keçməsinə baxmayaraq, nasos təhvil verilmədi. 2022-ci ildə, daha sonra 2023-cü ilin fevralın 15-də də iclaslar keçirildi, hamısında qüsurlar aşkar olunsa da satıcı həmin nasoslardakı qüsurları aradan qaldırmadı. V. Tətbiq edilən hüquq:
18. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:[444] 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
22. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli və qarşılıqlı iddia rədd edilməlidir.
23. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müqavilə qiymətini yarısını cavabdehin hesabına köçürmüşdür. Cavabdeh isə müqavilə şərtlərinə uyğun lazımı keyfiyyətdə mal ilə iddiaçını təchiz etməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda iddiaçı “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 121550 manat məbləğində avans ödənilsə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini - təqdim edilməsi nəzərdə tutulan nasosların onlara vaxtında və lazımı keyfiyyətdə təqdim edilmədiyini nəzərə alaraq, məhkəmə qeyd edir ki, qeyd edilən halın, yəni Cavabdeh MMC tərəfindən müqavilədə göstərilən müddətdə (80-90 gün)təhvil verilməli olan malların vaxtında və lazımı keyfiyyətdə təqdim edilməməsi məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla, şahid ifadəsi, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış mallara baxış keçirilməsi barədə protokollar ilə tam təsdiqini tapmişdir, iddiaçı “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-nə 121550 manat məbləğində pulun ödənilməsi ödəniş tapşırığı ilə təsdiqini tapmış, həmçinin tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Qeyd edilənlər, həmçinin ilkin iddia üzrə cavabdeh tərəfindən qeyd edilən halları təkzib edəcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini, qanunvericilik normalarını, həmçinin tərəflər arasında mövcud müqavilənin 4.1, 4.2.,4.3-cü bəndlərinin tələblərini, Mülki Məcəllənin 567, 569.2, 581,586, 587-ci maddələrinin tələblərini, müqavilədə malların təhvili ilə bağlı konkret vaxtın müəyyən edildiyini, alıcının alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu üçün alıcının ona marağının itməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir.
24. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-dən 121550 manat əsas borc iddiaçı “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə tutulmalıdır.
25. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 15193 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
26. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
27. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 5000 manat məbləğində müəyyən edilməlidir.
28. Qarşılıqlı iddia tələbi -"xxxx" MMC-nə 121.550 (yüz iyirmi bir min beş yüz əlli) manat borcun ödənilməsi- ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı halda qarşılıqlı cavabdeh tərəfindən mülki hüquq pozuntusuna, eləcə də müqavilə öhdəliklərinin pozulmasına yol verilməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.
29. Hazırkı qətnamə ilə “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iddiası qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 420 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilməlidir.
30. Cavabdeh MMC-nin qarşılıqlı iddiası üzrə məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə 411.55 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən ödənilmişdir.
31. Hazırkı qətnamə ilə Cavabdeh MMC-nin qarşılıqlı iddiası rədd edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-dən 121550 (yüz iyirmi bir min beş yüz əlli) manat əsas borc, 5000 (beş min) manat cərimə və ödənilmiş dövlət rüsumu kimi 420 (dörd yüz iyirmi) manat məbləğ ilkin iddia üzrə iddiaçı “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə ödənilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova