Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1213/2020 06.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X7 qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 əsas borc olaraq 12820 manat, müqavilə şərtlərini pozaraq iddiaçının mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əldən çıxmasına səbəb olduğuna görə 1152,80 manat, müqavilə şərtlərində nəzərdə tutulan öhdəliyini məqədli şəkildə pozmasına görə 1280 manat məbləğində dəbbə pulu, vəkilə ödənmiş 400 manat və 30 manat dövlət rüsumunun, cəmi 15683,80 manat məbləğində iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı” MMC ilə X10 arasında xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı MMC X8 cəmi 12820 manat dəyəri olan avadanlıq satmışdır. Aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh 1 aydan sonra bütün məbləği ödəməli idi. İddiaçı MMC müqavilədə nəzərdə tutulan öhdəliyi yerinə yetirməyinə baxmayaraq, X10 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. X10 aldığı avadanlığın dəyəri olan 12820 manat pulu xx.xx.2019-cu il tarixinə qədər İddiaçı MMC-yə ödəməli olduğu halda hal-hazıra kimi ödəməmişdir. Cavabdehə dəfələrlə pulun ödənilməsi ilə bağlı işçiləri, hətta şəxsən özu müraciət etmiş, lakin cavabdeh hər dəfə ödənişi ya 1 həftə, ya 10 gündən sonra həyata keçirəcəyinə söz vermişdir. Son dəfə X10 ilə danışıqlar zamanı avadanlığı geri qaytarmaq təklifi irəli sürmüş, lakin sonradan aydın olmuşdur ki, avadanlıq üçüncü şəxslərə satılmışdır. Bundan başqa təhvil-təslim aktına, müqaviləyə və digər bütün sənədlərə Mustafayeva Gövhər Maksim qızı imza etmişdir. Həmin ərəfədə Mustafayeva Gövhər Maksim qızı X7 məxsus “X16” salonunda menecer vəzifəsində işləmiş və etibarnamə əsasında cavabdehin adından çıxış etmişdir. Avadanlıq “X16” salonuna çatdırılmışdır. Həmin vaxt X2 olubolmaması barədə məlumatın olmadığı, kuryer Mustafayeva Gövhər Maksim qızına sənədləri və avadanlığı təqdim etmişdir. Mustafayeva Gövhər Maksim qızına cavabdeh X11 tərəfindən etibarnamə üzrə təmsil etmək, sənədləri qəbul etmək və digər hüquqlar verilmişdir. Buna görə də Mustafayeva Gövhər Maksim qızına etibarnamə üzrə verilən hüquqlar, ona cavabdehin adından çıxış etmək, və müqavilə imzalamaq səlahiyyətləri verir. X3 tərəfindən heç bir sənəd imzalanmamışdır. Təhvil-təslim aktı və müqavilə imzalanarkən Mustafayeva Gövhər Maksim qızı ilə X11 arasında olan etibarnamə qüvvədə olmuşdur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, müqaviləni imzalayan Mustafayeva Gövhər Maksim qızı həqiqətən “X16” salonunda menecer vəzifəsində işləmiş, cavabdeh X11 tərəfindən ona etibarnamə verilmişdir. Lakin Mustafayeva Gövhər Maksim qızı cavabdehin etibarından sui-istifadə etmiş, X5 xəbəri belə olmadan, onun adından digər şəxslərlə müxtəlif əqdlər bağlamışdır. Cavabdeh bunları bildikdən sonra, 2019-cu ilin oktyabr ayında etibarnamə ləğv olunmuşdur. İddiaçı MMC ilə bağlanılan müqavilədən də görünür ki, cavabdehin atasını adı “Arif” deyil, “Akif” kimi qeyd olunmuşdur. Müqavilə bağlanılarkən, həmin müqavilədə tərəf olan X5 həmin müqavilədən məlumatı belə olmamışdır. Eyni zamanda Mustafayeva Gövhər Maksim qızına etibarnamə verilsə belə, ona X5 adından müqavilə bağlamaq hüququ verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mustafayeva Gövhər Maksim qızı ifadəsində göstərdi ki, “X16” salonunda menecer vəzifəsində işləmişdir. xx xxxx 2019-cu il tarixdə X11 ona zəng vuraraq İddiaçı MMC-dən cihaz sifariş etdiyini bildirmiş, özü gələ bilmədiyinə görə cihazın qəbul edilməsini ona tapşırmışdır. Buna görə də o, müvafiq sənədləri imzalayaraq cihazı qəbul etmişdir. Cihaz gətirilərkən Y.A.Zeynalova salonda olmamış, cihazı qəbul etmək üçün etibarnamə əsasında onun səlahiyyəti olmuşdur. Y.A.Zeynalova ilə münasibətləri pozulduğuna görə 2019-cu ilin sentyabr ayında o, işdən çıxmaq qərarına gəlmişdir. Mülki iş materiallarında olan: - xx xxxx 2019-cu il tarixli 482 saylı alqı-satqı müqaviləsinin və 1 saylı əlavəsi olan qiymət razılaşma və ödəmə şərtlərinə dair protokolun surətindən görünür ki, İddiaçı MMC X8 dəyəri 12820 manat olan avadanlıqları satmağı, sonuncu isə həmin məbləği 1 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. - - xx xxxx 2019-cu il tarixli 482 saylı təhvil-təslim aktının surətindən görünür ki, ümumi dəyəri 12820 manat dəyərində olan avadanlıqlar X10 tərəfindən təhvil alınmışdır. - xx xxxxxx 2017-ci il tarixli, AR-İ seriyalı, 472914 saylı etibarnamənin surətindən görünür kii, X1 Gövhər Maksim qızına onu Vergilər Nazirliyində, bütün vergi orqanlarında, X13, Əmək Müfəttişliyi, dövlət və qeyri-dövlət təşkilatlarında və orqanlarında təmsil etməyi, bütün fiziki və hüquqi şəxslər qarşısında nümayəndə qismində çıxış etməyi, adından sənədləşmə işləri aparmağı, lazımı sənədləri toplamağı, təhvil verməyi, ərizə ilə müraciət etməyi, VÖEN, kassa aparatı, kod, post-terminal almağı, quraşdırmağı, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, rüsumları və digər xərcləri ödəməyi, ona çatası sənədləri almağı və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmiş, etibarnamə xx xxxxxx 2019-cu il tarixinə kimi verilmişdir. - “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışın surətindən görünür ki, etibarnaməyə xx xxxxxxxx 2019-cu il tarixdə xitam verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 570.1 və 570.1.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həm alqı – satqı müqaviləsinin və 1 saylı əlavənin, həm də təhvil – təslim aktının X11 tərəfindən deyil, Mustafayeva Gövhər Maksim qızı tərəfindən imzalanması işdə iştirak edən şəxslər tərəfindən mübahisləndirilmədiyindən və işin halları ilə sübuta yetirildiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. İddianın əsasını təşkil edən hal ondan ibarətdir ki, Mustafayeva Gövhər Maksim qızı etibarnamə əsasında X9 təmsil etmiş və həmin müqaviləni bağlamaq üçün səlahiyyətli olmuşdur. Buna görə də hazırkı mübahisə üzrə G.M.Mustafayevanın Y.A.Zeynalovanın adından mübahisə predmeti olan əqdi bağlamaq və həmin əqd üzrə əmlakı qəbul etmək səlahiyyətinin olub olmamasına qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. - 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. - 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Y.A.Zeynalova tərəfindən G.M.Mustafayevaya verilmiş etibarnamənin məzmunundan görünür ki, həmin etibarnamə üzrə sonuncuya onu dövlət orqanları qarşısında təmsil etməkdən başqa “bütün fiziki və hüquqi şəxslər qarşısında nümayəndə qismində çıxış etmək, adından sənədləşmə işləri aparmaq, lazımı sənədləri toplamaq, təhvil vermək, ərizə ilə müraciət etmək, VÖEN, kassa aparatı, kod, post-terminal almaq, quraşdırmaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, rüsumları və digər xərcləri ödəmək, ona çatası sənədləri almaq və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etmək” etibar edilmişdir. Göründüyü kimi etibarnamədə Y.A.Zeynalovanın adından hər hansı müqavilə bağlamaq və ya müqavilə üzrə alınmış əmlakı qəbul etmək səlahiyyətləri qeyd olunmamışdır. Hətta etibarnamədə hansı əmlakların alınmasına (VÖEN, kassa aparatı, kod, post-terminal almaq) səlahiyyət verilməsi, həmçinin yalnız ona çatası sənədləri almaq səlahiyyətinin verilməsi də dəqiq göstərilmişdir. Məhkəmə hesab edir ki, G.M.Mustafayevanın mübahisə predmeti olan əqdi imzalamaq və həmin əqd üzrə verilməli olan əmlakı qəbul etmək səlahiyyəti olmadığından alqı – satqı müqaviləsinin əsas şərtləri olan alınmış əmlakın dəyərinin ödənilməsi barədə öhdəliyini Y.A.Zeynalovanın üzərinə götürməsi və əmlakın sonuncuya çatdırılması halları mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan məbləğin Y.A.Zeynalovadan tutulması barədə iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X7 qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1213/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1213/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver