Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1213/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 İştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 6714,52 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti -podratçı, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət - sifarişçi olaraq aralarında bağlanmış 09.08.2019-cu il tarixli 08/2019 nömrəli Podrat Müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh MMC-nin tələbinə əsasən smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə, sifarişçinin təqdim etdiyi layihəyə uyğun olaraq Bakı şəhəri, Bülbül prospekti 60 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus X2 3 saylı binanın giriş holunda asıqlı sistemlə qranit mərmər işləri yerinə yetirməyi və tam hazır vəziyyətdə təhvil verməyi, Cavabdeh MMC isə “ İddiaçı” ASC-nin yerinə yetirdiyi işlərin müqavilində həmin müqavilədə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC həmin müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş, lakin sifarişçi olaraq Cavabdeh MMC isə müqavilə üzrə öhdəliyinə əməl etməmişdir. Nəticədə, 15.10.2020-ci il tarixli tərtib olunmuş Qarşılıqlı üzləşmə Aktından da görünür ki, işlərin cəmi dəyəri 41300.47 manat olmuş, Cavabdeh MMC 19.08.2020-ci ildə 29865.95 manat, 03.03.2020-ci il tarixdə 4720.00 manat ödəniş etmiş, İddiaçı ASC-yə olan qalıq borcu ƏDV daxil 6714.52 manat təşkil etmişdir. İddiaçı ASC-nin 15.09.2020-ci il və 21.09.2020-ci il tarixlərdə etdiyi müraciətlərinə baxmayaraq Cavabdeh MMC bu günə kimi həmin borcunu ödəməmişdir. İddiaçı ASC 04.01.2021-ci il tarixli 04 saylı məktubla Cavabdeh MMC-yə bildirmişdir ki, “Adı çəkilən müqavilənin (yəni, 09.08.2019-cu il tarixli 08/2019 nömrəli müqavilənin) 9-cu bəndinə əsasən tərəflər arsında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Əks halda mübahisələr məhkəmə vasitəsi ilə həll edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq İddiaçı ASC-yə olan 6714.52 manat borcunuzu 5 iş günü müddətinə ödəməyinizi tələb edilmişdir. Əks halda məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Lakin Cavabdeh MMC bu günə kimi İddiaçıASC-yə cavab verməmiş, beləliklə də borcunu ödəməkdən yayımışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1213/2021 saylı 29 aprel 2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti -podratçı, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət sifarişçi olaraq aralarında bağlanmış 09.08.2019-cu il tarixli 08/2019 nömrəli Podrat Müqaviləsinə əsasən İddiaçı ASC CavabdehMMC-nin tələbinə əsasən smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə, sifarişçinin təqdim etdiyi layihəyə uyğun olaraq Bakı şəhəri, Bülbül prospekti 60 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus X2 3 saylı binanın giriş holunda asıqlı sistemlə qranit mərmər işləri yerinə yetirməyi və tam hazır vəziyyətdə təhvil verməyi, Cavabdeh MMC isə “ İddiaçı” ASC-nin yerinə yetirdiyi işlərin müqavilində həmin müqavilədə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən qeyd edilən işlərin icrası zamanı “Podratçı" qranit-mərmər materiallarını təmin edir, alt konstruksiya sistemini quraşdırır və qranit-mərmər materiallarını asqılı sistemlə montaj edir. “Sifarişçi” isə alt konstruksiya sisteminin quraşdırılması üçün materiallarla və digər tələb olunan əlavə inşaat materialları ilə “Podratçı"nı təmin edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin ümumi məbləği X1 göstərilib və görüləcək işlər üzrə materialların növləri və miqdarları haqqında bilgilər Təklif Detalında göstərilmişdir. Təklif Detalı bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə işlər iki mərhələyə bölünür. Birinci mərhələ divarlarda, ikinci mərhələdə isə döşəmədə işlər icra ediləcək. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Müqavilə üzrə ödəniş bank hesabına köçürmə yolu ilə, iş mərhələləri üzrə aşağıdakı qaydada həyata keçirilir: əvvəlcədən ödəniş, müqavilə məbləğinin 50%-i işin gedişatı zamanı növbəti ödəniş, müqavilə məbləğinın 30%-i işin tam təhvil verilməsindən sonra sonuncu ödəniş, müqavilə məbləğinin-20%-i müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qiymətlərin razılaşdırma protokolundan görünür ki, 09.08.2019-cu il tarixli 08/2019 nömrəli Podrat Müqaviləsinə əsasən görtüləcək işlərin dəyəri ƏDV daxil 59731,91 manat təşkil edir. İş materiallarına əlavə edilmiş yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə ƏDV daxil görülmüş işlərin dəyəri 41300,47 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 15.10.2020-ci il tarixdə tərəflərin tərtib etdiyi qarşılıqlı üzləşmə aktından görünür ki, həmin tarixə cavabdehin iddiaçıya ödənilməmiş 6714,52 manat borcu qalmışdır Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyət ilə Cavabdeh MMC arasında 09.08.2019-cu il tarixli 08/2019 nömrəli Podrat Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı ASC Cavabdeh MMC-nin tələbinə əsasən smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə, sifarişçinin təqdim etdiyi layihəyə uyğun olaraq Bakı şəhəri, Bülbül prospekti 60 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus X2 3 saylı binanın giriş holunda asıqlı sistemlə qranit mərmər işləri yerinə yetirməyi və tam hazır vəziyyətdə təhvil verməyi, Cavabdeh MMC isə “ İddiaçı” ASC-nin yerinə yetirdiyi işlərin müqavilində həmin müqavilədə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini icra etmişdir, lakin Cavabdeh MMC öhdəliklərinin icrasını tam həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən 09.08.2019-cu il tarixli 08/2019 nömrəli müqavilə üzrə 6714,52 manat pul iddiaçıya ödənilməmişdir. Məhkəmə iddiaçının cavabdehdən podrat müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, daha sonra cavabdeh öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsümu cavabdehdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 6714,52 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 6714,52 (altı min yeddi yüz on dörd manat əlli iki qəpik) manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1213/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1213/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver