Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1216/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində "xxxx" MMC-nin İddiaçınə cəmi 17.949,96 manat borcun olmasını, lakin indiyə kimi «ANAR FOOD ” MMC tərəfindən həmin müqavilənin 3-cü bəndinin tələbləri pozularaq İddiaçınə borclu olduğu 17949.96 (on yeddi min doqquz yüz qırx doqquz manat doxsan altı qəpik) manat ödəməməsi və bu hərəkətləri ilə üzərinə düşən öhdəliyi icra etməməsini nəzərə alıb, «ANAR FOOD ” MMC-dən 17.949,96 manat və ödənilmiş 143,85 manat dövlət rüsumunun cavavdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ünvan 1 ünvanında fəaliyyət göstərən, Cavabdeh MMC (VÖEN:**********) arasında 01 oktyabr 2022-ci il tarixli, 533 saylı “Alqısatqı müqaviləsi” bağlanılmış və həmin müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən 11 oktyabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək müxtəlif tarixli və nömrəli eqaimələr vasitəsi ilə (xx.xx.2022-ci il tarixli EBCG seriyalı 994756 nömrəli e-qaiməilə 1575 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH seriyalı 359611 nömrəli e-qaimə ilə 1350 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH seriyalı 593603 nömrəlie-qaimə ilə 1350 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 925831 nömrəli e-qaimə ilə 1500 manat məbləğində,xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 298342 nömrəlie-qaimə ilə 1500 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 684167 nömrəlie-qaimə ilə 2250 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 903522 nömrəli e-qaimə ilə 500 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 313190 nömrəli e-qaimə ilə 2449.99 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 621360 nömrəli e-qaimə ilə 1900 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 991692 nömrəli e-qaimə ilə 2774.99 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 323149 nömrəli eqaimə ilə 2149.99 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 516534 nömrəli e-qaimə ilə 2000 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 944349 nömrəli eqaimə ilə 1749.99 manat məbləğində) cəmi 23049.96 (iyirmi üç min qırx doqquz manat doxsan altı qəpik) manat məbləğində müxtəlif növ dondurma məhsulları "xxxx" MMC -yə satılmış,lakin indiyə kimi Cavabdeh MMC tərəfindən həmin müqavilənin 3-cü bəndinin tələbləri pozularaq cəmi 5100 (beş min yüz) manat pul ödəmiş,indiyə kimi dəfələrlə həmin hüquqi şəxsə xəbərdarlıqlar edilməsinə baxmayaraq satılmış dondurma məhsullarına görə "xxxx" Şirkətinə borclu olduğu 17949.96 (on yeddi min doqquz yüz qırx doqquz manat doxsan altı qəpik) manat pulu ödəməmiş və bu hərəkətləri ilə müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli 533 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır.
10. Müqavilələrin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən malı satmağı,alıcı isə onun müqabilində müqavilədə göstərilən malı almağı öz öhdəsinə götürür.
11. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
14. İş materiallarına əlavə edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixinə alıcının İddiaçınə 23.052,54 manat məbləğində borcu vardır.
15. Qeyd edilən aktı tərəflər öz imzası və möhürü ilə təsdiq etmişlər.
16. Bundan başqa iddiaçı tərəfindən cavabdehə EBCİ seriyalı 925831 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 1.500 manat, EBCJ seriyalı, 298342 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 1.500 manat, EBCJ seriyalı, 684167 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 2.250 manat, EBCJ seriyalı, 903522 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 500 manat, EBCG seriyalı, 994756 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 1.575 manat, EBCH seriyalı 359611 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 1.350 manat, EBCH seriyalı, 593603 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1.350 manat, EBCK seriyalı, 313190 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 2.449,99 manat, EBCK seriyalı 621360 nömrəli, xx.xx.2022-ci il tarixlidəyəri 1.900 manat, EBCK seriyalı, 991692 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 2.774,99 manat, EBCL seriyalı, 323149 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 2.149,99 manat, EBCL seriyalı, 516534 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 2.000 manat, EBCL seriyalı, nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 1.749,99 manat olan elektron qaimələr göndərilmişdir.
17. Hazırda iddiaçı cavabdeh tərəfindən ümumilikdə 5.100 manat məbləğində ödəniş edildiyini, nəticədə cavabdehin 17.949,96 manat borcunun qaldığını bildirmişdir.
18. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir
19. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 17.949,96 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və 17.949,96 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 17.949,96 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
21. 09.03.2023-cü il tarixli üzləşmə aktından təxminən 9 ay sonra, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən ödəniş edilyini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 673,12 (17.949,96x5/100=897,498 (1 il üçün), 897,498/12=74,791 (1 ay üçün) 74,791x9=673,12 (9 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə qeyd edir ki, iddia tələbini nəzərə aldıqda ödənilməli dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinin tələbinə (120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) əsasən 145,87 manat təşkil edir.
23. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 143,85 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
24. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 143,85 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir.
25. Məhkəmə iddia tələbini nəzərə alaraq hesab edir ki, ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 2 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 17.949 (on yeddi min doqquz yüz qırx doqquz) manat 96 (doxsan altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 673 (altı yüz yetmiş üç) manat 12 (on iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 143 (bir yüz qırx üç) manat 85 (səksən beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 02 (sıfır iki) manat məbləğində pul Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov