Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1219/2024 23.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Ərizənin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 71159,63 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3766,01 manat, İşsizlikdən Sığorta Fonduna olan 150,64 manat, İcbari Tibbi Sığorta Fonduna olan 495,52 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023- cü il tarixə vergi ödəyicisi olan "CƏNUB MƏNZİL TİKİNTİ" KOOPERATİVİNİN (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 150,64 manat, Dövlət Sosial Müdafiə Fonduna 3766,01 manat, İcbari Tibbi Sığorta Fonduna 495,52 manat, dövlət büdcəsinə 71159,63 manat məbləğində (o cümlədən, vergilər üzrə 3452,85 manat, faizlər üzrə 1001,26 manat, maliyyə sanksiyası üzrə 120 manat) olmaqla, ümumilikdə 75571,8 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********783300, xx.xx.2023-cü il tarixli **********196100, xx.xx.2023-cü il tarixli **********302000, xx.xx.2023-cü il tarixli **********820400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdi.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs məhkəməyə izahatında vergi orqanı tərəfindən hesablanmış borc məbləğinin "CƏNUB” Mənzil Tikinti Kooperativinin əvvəlki direktoru Muxtar Quliyevin rəhbərliyi dövründə yarandığını, borcun onun direktor olduğu dövrdə yaranmadığını bildirdi və ərizənin təmin olunmamasını xahiş etdi.
III. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. - 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. - Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. - İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. - Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
IV. Məhkəmənin mövqeyi:
9. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
10. Ərizədən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2023- cü il tarixə vergi ödəyicisi olan "CƏNUB” Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 150,64 manat, Dövlət Sosial Müdafiə Fonduna 3.766,01 manat, İcbari Tibbi Sığorta Fonduna 495,52 manat, dövlət büdcəsinə 71.159,63 manat məbləğində olmaqla, ümumilikdə 75.571,8 manat borcu olduğu üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.
11. Məhkəmə qeyd edir ki, e-taxes.gov.az saytından əldə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatlarından və ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş hüquqi şəxs haqqında məlumatdan görünür ki, "CƏNUB” Mənzil Tikinti Kooperativinin icra orqanının rəhbəri həqiqətən də Maraqlı şəxsdur.
12. İş materiallarından görünür ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək "CƏNUB” Mənzil Tikinti Kooperativinin siyahıya alınmış Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20 Ada yerləşən S1 saylı, 5-ci mərtəbədə yerləşən 115 kv.m olan, 46.000 manat dəyərində 3 otaqlı və S2 saylı, 5-ci mərtəbədə yerləşən 110 kv.m olan, 44.000 manat dəyərində 3 otaqlı mənzillərin açıq hərracda satılmasını xahiş etmişdir.
13. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)-399/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "CƏNUB” Mənzil Tikinti Kooperativinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh "CƏNUB” Mənzil Tikinti Kooperativinin 11 yanvar 2019-cu il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 86.597,17 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə AR Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 yanvar 2019-cu il tarixli **********5 nömrəli qərarına əsasən siyahıya alınmış 90.000 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən 86.597,17 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumu vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir.
14. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)-399/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası üzrə xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir.
15. İş materiallarına əlavə olunmuş Lənkəran rayon İcra və Probasiya şöbəsinin rəisi Davud Ağayevin 26 yanvar 2021-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarında qeyd olunmuşdur ki, siyahıya alınmış əmlakların açıq hərrac vasitəsi ilə satılmasından ötrü sifariş tərtib olunaraq xx.xx.2020-ci il tarixdə Hərrac Mərkəzinə göndərilmiş, Hərrac Mərkəzi tərəfindən qanunamüvafiq qaydada hərrac keçirilmiş və açıq hərracda alıcı olmadığından sənədlər Lənkəran rayon icra və probasiya şöbəsinə geri qaytarılmış, həmin əmlaklar tələbkara təklif olunmuş və tələbkar tərəfindən təklifə münasibət bildirilməmiş, Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(086)- 399/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır.
16. Bundan başqa, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20 A ünvanda yerləşən binada 19 saylı mənzil X5, 24 saylı mənzil X2, 29 saylı mənzil X1, 51 saylı mənzil X3 və 52 saylı mənzil X4 adına dövlət qeydiyyatına alınmışdır.
17. Məhkəmə qeyd edir ki, göründüyü kimi, "CƏNUB” Mənzil Tikinti Kooperativinin siyahıya alınmış Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20 A-da yerləşən S1 saylı, 5-ci mərtəbədə yerləşən 115 kv.m olan, 46.000 manat dəyərində 3 otaqlı və S2 saylı, 5-ci mərtəbədə yerləşən 110 kv.m olan, 44.000 manat dəyərində 3 otaqlı mənzillərinin mülkiyyətçiləri artıq başqa şəxsdir və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)- 399/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası mümkün deyildir.
18. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə iclasında "CƏNUB” Mənzil Tikinti Kooperativinin direktoru Maraqlı şəxs, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında MTK-nın adına torpaq sahəsi olduğunu bildirsə də, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında torpaq sahəsi və yaxud başqa daşınmaz əmlak barədə sənədlərin olmadığını, əvvəlki direktor tərəfindən yəqin satıldığını bildirdi.
19. İş materiallarında olan qəbzlərdən görünür ki, hesablanmış borc məbləğləri üzrə məhkəmə icraatı zamanı maraqlı şəxs tərəfindən müəyyən miqdarda ödənişlər edilmiş, lakin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, vergi ödəyicisi olan "CƏNUB” Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə və müvafiq fondlara olan borcu tam həcmdə ödənilməmişdir.
20. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan "CƏNUB” Mənzil Tikinti Kooperativinin dövlət büdcəsi və müvafiq fondlara olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
22. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.
V. Nəticə:
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx xxx 1957-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov