Məhkəmə qərarları › İş №e-2-2(113)-1221/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1221/2020

16.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1221/2020 16.04.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 5965,40 manat və Cavabdeh1 13203,60 manat pul vəsaitini iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı Cavabdeh2 5965,40 manat və Cavabdeh1 13203,60 manat pul vəsaitini iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən Zərdab rayonunda qeydiyyatda olan Cavabdeh1 (VÖEN **********) ilə alqı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə, Bakı şəhərində qeydiyyatda olan Cavabdeh2 (VÖEN **********) ilə alqı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi iddiaçı başqa-başqa yerlərdə qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərqli müqavilələrdə alıçı qismində çıxış edən iki cavabdehə (biri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid deyil) qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 5965,40 manat və Cavabdeh1 13203,60 manat pul vəsaitini iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar