Məhkəmə qərarları › İş №e-2-2(113)-1226/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1226/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1226/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh firmasına qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh firmasına qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2017ci tarixli ********** və ********** nömrəli hesab-fakturalara əsasən ödənilməli olan 27.753,92 AVRO məbləğində vəsaitin, həmin vəsaitin ödənilməsinin gecikdirilməsi ilə bağlı 8948 AVRO məbləğində faizlərin, 4570 AVRO məbləğində hüquqi xidmətlə bağlı xərclərin və 30 manat dövlət rüsumunun Cavabdeh firmasından tutularaq İddiaçınə ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişi təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişinin şərtləri ilə razı olduğunu və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəməyə təqdim edilmiş, xx.xx.2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: - Cavabdeh xx.xx.2017-ci il tarixli ********** və ********** nömrəli hesab- fakturalara əsasən İddiaçıya 27753,92 AVROməbləğində vəsaiti ödəməli olduğunu və onun tərəfindən vəsaitin ödənilməməsi nəticəsində İddiaçıya 8948 AVROməbləğində faiz borcunun yarandığını və İddiaçının 4570 AVROməbləğində hüquqi xidmətlə bağlı xərclər çəkdiyini qəbul edir; - Cavabdeh İddiaçıya 27753,92 AVROməbləğində ödəməli olduğu vəsaiti 2020-ci ilin iyun, iyul və avqust aylarında hər ayın sonuncu təqvim günündən gec olmamaq şərtilə müvafiq olaraq iyun ayı üzrə 9251,31 AVRO, iyul ayı üzrə 9251,31 AVROvə avqust ayı üzrə 9251,30 AVROolmaqla ödəməyi öhdəsinə götürür; - İddiaçı bu barışıq sazişinə əməl edilməsi, yəni ona ödənilməli olan vəsaitin yuxarıda qeyd olunmuş qaydada və tam şəkildə ödəniləcəyi təqdirdə, əsas borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı yaranmış olan 8948 AVROməbləğində faiz borcuna və 4570 AVROməbləğində hüquqi xidmətlə bağlı xərclərə dair tələbindən imtina edir; - X4 üzrə öz öhdəliklərini yerinə yetirmədiyi, yaxud lazımınca yerinə yetirmədiyi halda, Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar; - Cavabdeh X4 ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə (hər hansı ay üçün müəyyən edilmiş ödəniş məbləğini tam və ya qismən ödəməzsə və ya ödənişi gecikdirərsə), İddiaçıya əsas borcla birlikdə əsas vəsaitin ödənilməsinin gecikdirilməsi ilə bağlı yaranmış olan 8948 AVROməbləğində faiz borcunu və 4570 AVROməbləğində hüquqi xidmətlə bağlı xərcləri də ödəməyi öhdəsinə götürür; - Cavabdehin X4 ilə müəyyən edilmiş ödənişləri yuxarıda müəyyən edilmiş müddətlərdə tam və ya qismən həyata keçirmədiyi halda, Cavabdehə ödənişin hər gecikdirildiyi ay üçün 1500 (min beş yüz) AVRO məbləğində cərimə hesablanacaqdır; - X4nin icrası ilə bağlı fikir ayrılıqları ilkin olaraq Tərəflərin danışıqları ilə həll olunur. Danışıqlar 30 gün ərzində (bir tərəfin digər tərəfə mübahisənin həll edilməsi üçün müraciət etdiyi gündən hesablanmaqla) nəticə verməzsə, mübahisənin həll edilməsi üçün Tərəflər Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh firmasına qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Cavabdeh xx.xx.2017-ci il tarixli ********** və ********** nömrəli hesab- fakturalara əsasən İddiaçıya 27753,92 AVROməbləğində vəsaiti ödəməli olduğunu və onun tərəfindən vəsaitin ödənilməməsi nəticəsində İddiaçıya 8948 AVROməbləğində faiz borcunun yarandığını və İddiaçının 4570 AVROməbləğində hüquqi xidmətlə bağlı xərclər çəkdiyini qəbul edir; - Cavabdeh İddiaçıya 27753,92 AVROməbləğində ödəməli olduğu vəsaiti 2020-ci ilin iyun, iyul və avqust aylarında hər ayın sonuncu təqvim günündən gec olmamaq şərtilə müvafiq olaraq iyun ayı üzrə 9251,31 AVRO, iyul ayı üzrə 9251,31 AVROvə avqust ayı üzrə 9251,30 AVROolmaqla ödəməyi öhdəsinə götürür; - İddiaçı bu barışıq sazişinə əməl edilməsi, yəni ona ödənilməli olan vəsaitin yuxarıda qeyd olunmuş qaydada və tam şəkildə ödəniləcəyi təqdirdə, əsas borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı yaranmış olan 8948 AVROməbləğində faiz borcuna və 4570 AVROməbləğində hüquqi xidmətlə bağlı xərclərə dair tələbindən imtina edir; - X4 üzrə öz öhdəliklərini yerinə yetirmədiyi, yaxud lazımınca yerinə yetirmədiyi halda, Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar; - Cavabdeh X4 ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə (hər hansı ay üçün müəyyən edilmiş ödəniş məbləğini tam və ya qismən ödəməzsə və ya ödənişi gecikdirərsə), İddiaçıya əsas borcla birlikdə əsas vəsaitin ödənilməsinin gecikdirilməsi ilə bağlı yaranmış olan 8948 AVROməbləğində faiz borcunu və 4570 AVROməbləğində hüquqi xidmətlə bağlı xərcləri də ödəməyi öhdəsinə götürür; - Cavabdehin X4 ilə müəyyən edilmiş ödənişləri yuxarıda müəyyən edilmiş müddətlərdə tam və ya qismən həyata keçirmədiyi halda, Cavabdehə ödənişin hər gecikdirildiyi ay üçün 1500 (min beş yüz) AVRO məbləğində cərimə hesablanacaqdır; - X4nin icrası ilə bağlı fikir ayrılıqları ilkin olaraq Tərəflərin danışıqları ilə həll olunur. Danışıqlar 30 gün ərzində (bir tərəfin digər tərəfə mübahisənin həll edilməsi üçün müraciət etdiyi gündən hesablanmaqla) nəticə verməzsə, mübahisənin həll edilməsi üçün Tərəflər Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edirlər. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar