Məhkəmə qərarları › İş №e-2-2(113)-1227/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1227/2025

03.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1227/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X17rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:pul tələbi) X16 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi Baş İrfan Binyamin oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X17rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh X28 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan yuxarıda göstərilən daşınar əmlakın (konteynerin) cavabdeh X8suz sahibliyindən alınaraq İddiaçı MMC-yə geri qaytarılması, ƏDV ilə birlikdə 16992 (on altı min doqquz yüz doxsan iki) manat əldən çıxmış fayda, X18, Nuri Kurtmandan əl bə əl götürdüyü 20500 (iyirmi min beş yüz) manat nağd pul, yuxarıda qeyd olunan məbləğlərin 5% qanuni faizi 1875 manat olmaqla cəmi 39367 manat (otuz doqquz min üç yüzaltmış yeddi) manat pul vəsatinin və 208,10 manat dövlət rüsumununX19 alınaraq iddiaçıların xəyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X30 arasında müxtəlif növ texnikaların icarəsi barədə biznes münasibətləri vardır. Tərəflər birbirlərini təxminən 15 ildir tanıyırlar. Bu səbəblə aralarında güvən və inam mövcud olmuşdur. İşlərin gədişatı zamanı İddiaçı MMC gördüyü işlərə görə Forma 2 - Forma 3 əsasında ödəniş alıb, həmin aldığı ödənişdən də X19 icarəyə götürdüyü texnikaların, kranların və sair texnikaların icarə haqqlarını ödəyib. Lakin İddiaçı MMC-nin gördüyü işlər dövlət proyektləri olduğundan dövlət büdcəsindən ödəniş gəcikəndə və ya olmayanda İddiaçı MMC-də müəyyən maddi çətinliklər oldu və cavabdeh X24 ödəməli olduğu icarə haqqlarının sonuncularını ödəyə bilmədi. X30 ilə İddiaçı MMC-nin uzun illər dostluq münasibəti olduğundan İddiaçı MMC rəsmi qayda da ödəniş ala bilmədiyindən, təbii olaraq rəsmi qaydada da X24 rəsmi ödəniş edə bilmədi. Ancaq, X18 maddi vəziyyəti pis olmasın diyə ona məcburən rəsmi qayda da yox əlbə əl pul verməli oldu. Pul verildiyini sübut edən kifayət qədər sübut vardır. Həmçinin X18 öz muhasibi Bənövşə Qasımova xanımda bunu vatsap mesajlarında qeyd edir. Daha sonra dövlət tərəfindən İddiaçı MMC-yə ödənilməli olan ödənişlər çox gəcikdiyindən və əldən ödənən pul məbləği mövcud borcun ancaq yarısını təşkiletdiyindən X30 ilə İddiaçı MMC-nin münasibətləri pozuldu. X30 , İddiaçı MMC-ni məhkəməyə verdi. Məhkəmə X18 xeyrinə qətnamə çıxartdı. Təəssüf ki, X30 əldən aldığı pulları inkar etdi. Bu zaman əldən verilib, alınan pullar sübut olunması məqsədi ilə polisə müraciət olundu. 37-ci polis bölməsiaraşdırma apardı və qoşmada təqdim etdiyimiz 01 mart 2024-cü il tarixli, HK-l- 5l8 saylımaterial üzrə qərarı verdi. Tərəflər arasında danışıqlar davam etsədə X30 əldən aldığı pulları inkar etdiyindən və polisin qərarında qeyd edildiyi kimi, “mülki mübahisəli məsələ olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olundu” bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq. Hörmətli hakim, X31, X24 aşağıdakı tarixlərdə nağd şəkildə əl bə əlaşağıda qeyd etydiyim pulları verdim; xx.xx.2021-ci il tarixde 4.000 manat, xx.xx.2021-ci il tarixde 6.500 manat, xx.xx.2022-ci il tarixde 10.000 manat Xətai rayonu, Babək prospektində yerləşən Tarık Usta X1 iştirakı ilə verildi. Cəmi 20.500 (iyirmimin beş yüz) manat pulu əlbə əl verdim. Bundan başqa, təsisçisi və direktoru olduğumİddiaçı MMC öz daşınar əmlakı olan konteyneri X24 2-3 aylıq istifadəyə vermişdir. X30 həmin konteynerixx.xx.2021-ci ildə Bakı şəhəri, Sebail rayonu, Bayıl qəsəbəsində yerləşən X5 məxsus depodan götürmüşdür. Lakin 2-3 aydan sonra qaytarmalı olduğu halda konteyneri qaytarmamışdır. Konteynerin İddiaçı MMC-yə məxsus olması barədə sənədlər ərizəyə qoşmada əlavə olunur. Məsələ ilə bağlı polis orqanına müraciət edildi. 37-ci Polis idarəsinin qərarında aşağıdaki kimi qeyd olunmuşdur; “İzahatı alınan X11 izahatında bildirmişdir ki, 0, 16 ilə yaxındır ki, Nuri Kurtman ilə birlikdə iş görmüşdür. Onun işlədiyi şirkət fasad işləri və tikinti işləri görmüşdür. Həmçinin 5000 kv-lik əlavə olaraq deposu var. Həmin depoda konteynerlər saxlayır. Əlavə qazanc əldə etmədən deponu saxlanc yeri kimi tanışlarının istifadəsinə vermişdir. Asım İlkeri 10 ilə yaxındır ki, tanımışdır. Asım onun işlədiyi şirkətdən texnikalar icarəyə götürmüşdür. Asım ilə münasibəti Nuriyə heç bir aidiyyatı olmamışdır. 2021-ci ildən Nuri özünə məxsus konteyneri onun iş yerində saxlamışdır. xx.xx.2021-ci ildə Nuri onunla əlaqə yaradıb özünə məxsus konteyneri Asımə verməyini xahiş etmişdir. O, Nurinin əmlakını onun razılığı ilə Asimə vermişdir. Asim həmin konteyneri texnika ilə şəxsən özü Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən depodan götürüb aparmışdır. İzahatında göstərmişdir ki, Asimin ondan təhvilaldığı konteynerin Nuriyə məxsus olmasını təsdiq edirəm. Asim yalan danışır. Asim şəxsən özü Səbail rayonu ərazisində yerləşən depoya gəlib oradan texnikanın vasitəsi ilə Nuriyə məxsus konteyneri götürüb aparmışdır.” Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu geri qaytarmaqdan imtina etmişdir. Dəfələrlə gəri qaytarması tələb edilməsinə baxmayaraq gəri qaytarmamışdır. Hesab edirik ki, "xxxx" MMC-nin mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuzsahibliyindən geri qaytarılmalıdır. "xxxx" MMC-yə məxsus olan konteynerin gəri qaytarılması və xx.xx.20021-ci ildən bugünə qədər olan aylıq 400 (dörd yüz) manat olmaqla 36 ay x 400 = 14.400 manat əldən çıxmış faydanı, bunun 2.592 azn ƏDV-si ilə birlikdə cəmi 16.992 manat barədə qətnamə çıxarılmasını xahiş edirik. Həmin konteyner üçün əldən çıxmış fayda hesablanmalıdır. Bu səbəblə ekspertiza təyin edilməlidir. Mən həmin konteyneri gəri götürəcəyimi düşünərək həmin konteynerin icarəyə verilməsi barədə müxtəlif zamanlarda şirkətlərlə icarə müqaviləsi bağladım. Konterneri gəriala bilmədiyimdən həmin icarə haqqlarınıalmaqdan məhrum qaldım. İcarə müqavilələrini qoşmada təqdim edirəm. Konteyner icarə haqqı barədə bazar qiymətini müəyyən etmək üçün respublikada gəniş istifadə olunanwww.tap.az və www.lalafo.az saytlarında olan elanları qoşmada təqdim edirəm. Həmçinin konteynerlərin icarəyə götürülməsi barədə müqavilə və məktubları qoşmada təqdim edirəm.

3. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə cavabdeh X22 arasında xx.xx.2021-ci il tarixində xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X22 mülkiyyətində olan texnika müqavilədə müəyyən edilən şərtlər daxilində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xidmətinə verilmişdir. İddiaçı X33 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən borc və mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərci olmaqla, cəmi 62535,21 (altmış iki min beş yüz otuz beş manat 21 qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X25 ödənilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Lakin hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti daşınar əmlakın qanunsuz sahiblikdən geri alınması, əldən çıxmış fayda və pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, iddia tələbi əsasız olduğundan təmin edilməməli, bir hissədə icraata xitam verilməlidir. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh X22 arasında bağlanmış xidmət müqaviləsinə əsasən X22 mülkiyyətində olan, texniki xarakeristikası və haqqındakı digər məlumatlar xidmət formasında göstərilən texnika müqavilədə müəyyən edilən şərtlər daxilində "xxxx" MMC-nin xidmətinə verilmişdir. "xxxx" MMC X22 hesabına ödəməli olduğu icarə haqqlarının sonuncularını ödəyə bilməyib. İddiaçı "xxxx" MMC iddiasında qeyd edir ki, dövlət proyektləri ilə bağlı işlər olduğundan dövlət büdcəsindən ödəniş edilir və həmin ödəniş gecikdiyi üçün maddi çətinliklər olmuşdur. İddiaçı qeyd edir ki, bu səbəblə rəsmi qaydada ödəniş edə bilməyəcəyi üçün məcburən əldən ələ ödəniş etməli olmuşdur. Lakin X25 müvafiq məbləğdə ödəniş olunmamışdır və ödənişi sübut edən əsaslı dəlillər də yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pul vəsaitinin tutularaq X25 ödənilməsi ilə bağlı göstəriş vermişdir. X14 maddi zərərin müəyyən olunması ilə bağlı Polis Şöbəsinə müraciət etmişdir. PŞ qərarında göstərilmiş X22 ifadəsində qeyd olunduğu kimi tikinti ilə bağlı texnikaları Nuri Kurtmana müvəqqəti icarəyə vermişdir. Sonuncu 62.000 manata yaxın məbləğdə pul ödəməli olduğu halda ödəməmişdir və bununla bağlı artıq Sumqayıt Kommersiya Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi vardır. Bununla belə iddiaçı 20.500 manat ödəməsi barədə məhkəməyə müraciət etmişdir. Sübut qismində isə vatsap yazışmaları xaricində heç bir əsas götürülməmiş, yetərli dəlillərə istinad olunmamışdır. Qeyd olunan iddialarla bağlı faktlar vatsap yazışmaları ilə müəyyən olunmur. İddiaçı rəsmi qaydada ödəniş edə bilməməsi səbəbilə əldən ələ ödəniş etdiyini demiş olsa da, X3 isə şəxsən X33 tərəfindən 10.000 manat pulun təhvil alındığının şahidi olduğunu qeyd etsə də, cavabdehə ödəniş edilməmişdir. 6 ildir ki, X33 ilə çalışan X4 yalnız işlərlə bağlı Nuri Kurtmanla əlaqə saxlamışdır və sonuncu tərəfindən ona sadəcə X25 10.000 manat pulu ödəməsi barədə mesaj yazmışdır. Lakin həmin pulun Asimə təhvil verilib- verilməməsi barədə məlumatı olmayıb. Eyni zamanda "xxxx" MMC tərəfindən X25 62535,21 manat məbləğində ödənişin edilməli olması barədə artıq müvafiq məhkəmənin qəbul etdiyi və qanuni qüvvəyə minmiş qətnamə vardır. Həmçinin Asım İlker Güllünün, Nuri Kurtmandan əlbəəl götürdüyü 20500 (iyirmi min beş yüz) manat nağd pul, yuxarıda qeyd olunan məbləğlərin 5% qanuni faizi 1875 manat olmaqla cəmi 39367 manat ödənilməsi tələbi "xxxx" MMC ilə əlaqəli olmayıb Nuri Kurtman tərəfindən iddia olunur və bu məsələyə məhkəmədə baxılmışdır və bəhs olunan qətnamədə öz əksini tapmışdır. Bu səbəbdən iddia tələbinin “Güllünün, Nuri Kurtmandan əl bə əl götürdüyü 20500 (iyirmi min beş yüz) manat nağd pul, yuxarıda qeyd olunan məbləğlərin 5% qanuni faizi 1875 manat olmaqla cəmi 39367 manat (otuz doqquz min üç yüzaltmış yeddi) manat pul vəsatinin tutulması” hissəsində icraata xitam verilməlidir. Digər məsələ iddiaçı "xxxx" MMC tərəfindən X25 konteynerin verilməsi və göstərilən daşınar əmlakın cavabdeh X9suz sahibliyindən alınaraq "xxxx" MMC-yə qaytarılması barədə olan tələbdir. Belə ki, ilk növbədə konteynerin X22 istifadəyə verməsi faktı sübut olunmalıdır. Dəlillərə və işin hallarına baxdıqda bu iddianın əsassız olduğu və sübut edilmədiyi qənaətinə gəlirik. Bu baxımdan iddiaçının tələbi sübuta yetirilmir. ƏDV ilə birlikdə 16.992 (on altı min doqquz yüz doxsan iki) manat əldən çıxmış faydanın "xxxx" MMC -yə ödənilməsi yuxarıda qeyd edilən tələbdən törəyən iddiadır. Tələb sübuta yetirilmədiyindən, əldən çıxmış faydanın ödənilməsi iddiası da sübuta yetirilmir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC-nin mülkiyyətində olan daşınar əmlakın (konteynerin) cavabdeh X8suz sahibliyindən alınaraq İddiaçı MMC-yə geri qaytarılması, ƏDV ilə birlikdə 16992 (on altı min doqquz yüz doxsan iki) manat əldən çıxmış fayda, yuxarıda qeyd olunan məbləğin 5% qanuni faizi 849,60 manat olmaqla cəmi 17.841,60 manat (on yeddi min səkkiz yüz qırx bir manat altmış qəpik) AZN pul vəsatinin və 208,10 manat dövlət rüsumunun X19 alınaraq iddiaçının xəyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC-nin mülkiyyətində olan daşınar əmlakın (konteynerin) cavabdeh X8suz sahibliyindən alınaraq İddiaçı MMC-yə geri qaytarılması, ƏDV ilə birlikdə 16992 (on altı min doqquz yüz doxsan iki) manat əldən çıxmış fayda, yuxarıda qeyd olunan məbləğin 5% qanuni faizi 849,60 manat olmaqla cəmi 17.841,60 manat (on yeddi min səkkiz yüz qırx bir manat altmış qəpik) AZN pul vəsatinin və 208,10 manat dövlət rüsumunun X19 alınaraq iddiaçının xəyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən Baş İrfan Binyamin oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil izahatında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

11. İddiaçı "xxxx" MMC cavabdeh X29 xx.xx.2022-ci il,xx.xx.2023-cü il,xx.xx.2022-ci il tarixli məktublar ilə müraciət edərək konteynerləri qaytarmağını və ya icarə haqqını ödəməyi,əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.

12. Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə X6 şikayət ərizəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

13. X23 məhkəmə iclasında izahatında bildirmişdir ki, "xxxx" MMC-nin direktoru olan Nuri bəy onların əməkdaşları olub və bir-birlərini 15 ildir ki tanıyırlar.Bildirdi ki,Bakı şəhəri,Bayıl qəsəbəsi ərazisində şirkəti var və Nurinin xahişi ilə konteyneri şirkətin ərazisində yerləşdirdi, müəyyən müddət onun həyətində qaldı, daha sonra Nuriona zəg edərək, ona məxsus konteyneri götürəcəyini bildirdi, o konteyneri Nuri bəyin xahişi ilə həyətində saxlayıb, onun göstərişi ilə də qaytarıb, konteyneri Nurinin kimə verdiyini bilmir, Asım Güllüyə heç bir konteyner verilməyib. V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – AR MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. AR MM-nin 157.2-cimaddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuzsahibliyindən özəmlakını geri tələb edə bilər.

16. AR MM-nin 157.5-ci maddəsin əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.[ - -21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

17. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29) Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X10rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)” Vİ.Məhkəmənin mövqeyi:

19. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

20. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan daşınar əmlakın (konteynerin) cavabdeh X8suz sahibliyindən alınaraq İddiaçı MMC-yə geri qaytarılması, ƏDV ilə birlikdə 16992 (on altı min doqquz yüz doxsan iki) manat əldən çıxmış fayda, yuxarıda qeyd olunan məbləğin 5% qanuni faizi 849,60 manat olmaqla cəmi 17.841,60 manat (on yeddi min səkkiz yüz qırx bir manat altmış qəpik) AZN pul vəsatinin və 208,10 manat dövlət rüsumunun X19 alınaraq iddiaçının xəyrinə ödənilməsini tələb edir.

21. Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

22. Məhkəmə iddia tələbinin cavabdehdən ona məxsus konteynerin alınaraq ona verilməsi hissəsini Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından əsassız hesab edərək qeyd edir ki, mübahisəli konteyner iddiaçıya məxsus olsa belə , həmin konteynerin cavabdehin qanunsuz sahibliyində olması halına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən və konteynerin cavabdehin qanunsuz sahibliyində olması sübuta yetirilmədiyindən, iddiaçı tərəfindən bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin əmlakın cavabdehdən tələb edilməsi barədə iddia əsassızdır. Belə ki məhkəmə iclasında tədqiq edilmiş şahid ifadəsindən göründüyü kimi, iddiaçının özü tərəfndən məhkəmədə şahid kimi dindirilməsi tələb olunan şahid konteynerin iddiaçıya məxsus olmasını və ona məxsus zavodun həyətində saxlanılmasını təsdiq etsə də, həmin konteynerin iddiaçının direktorunun göstərişi ilə onun həyətindən gəlib aparıldığını, cavabdehin na məxsus ərazidən knteyner götürmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edit ki, iddiaçı tərəfindən konteynerin cavabdehin faktiki sahibliyində olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər.

23. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

24. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır.

25. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər.

26. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

27. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır.

28. İddiaçının ikinci tələbi – 16992 manat əldən çıxmış fayda və qeyd olunan məbləğin 5% qanuni faizi 849,60 manat cərimənin ödənilməsi - tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın vurulmuş maddi zərərin əvəzi olaraq pulun tutulmasına dair hissəsinə gəldikdə iddiaçı həmin hissədə iddiasını cavabdehə konteynerin təhvil verilməsini və həmin koteynerin cavabeh tərəfindən qaytarılmamasını, bunun nəticəsində ona maddi zərər vurulması ilə əsaslandırmışdır.

29. Odur ki, işin yuxarıda göstərilən halları ilə mübahisə predmeti olan konteynerin cavabdehin qanunsuz sahibliyində olması faktı öz təsdiqini tapmadığından maddi zərərin əvəzi olaraq pulun tutulması hissəsində də iddia əsassız olmaqla rədd edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı "xxxx" MMC-nin cavabdeh X17rşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar