Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1230/2024 02.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (lizinq müqaviləsi üzrə borcun silinməsi ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona hesablanmış 2263 manat ödənilməmiş gecikdirlimiş borc, 500 manat cərimə borcu, 22,8 manat dövlət rüsumundan yaranmış borcun silinməsi (cəmi 2785,8 manat), həmçinin iş üzrə ödənilmiş 60 manat manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun (cəmi 110 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx"-yə məxsus kənd təsərrüfatı texnikasının (traktor) lizinqə götürülməsi ilə əlaqədar cavabdehlə xx.xx.2019-cu il tarixli, 536-GL/18 saylı müqavilə bağlamışdır. Sonradan yaranmış çətinliklərlə əlaqədar üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə icra edə bilməmişdir. Bununla əlaqədar "xxxx" ASC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müqavilə üzrə 10890 manat əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 4091.40 manat borcun ondan tutu lmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-277/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və ondan 10890 manat əsas borc, 500 manat cərimə borcu, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 22,8 manat məbləğini tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və iş icra olunması üçün Sabunçu Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsində qeyd olunan 11.412 manat 80 qəpik məbləğ onun tərəfindən ödənilmiş və xx.xx.2023-cü il tarixli qərarla iş üzrə icraata xitam verilmişdir. Bundan sonra traktorları girovdan azad etmək üçün Aqrar Kredit və İnlişaf Agentliyinə müraciət etmiş və borcunun olmaması barədə sənəd verilməsini istəmişdir. Lakin orada ona bildirmişlər ki, sözügedən iş üzrə hələ də ümumi borcdan 2263 manat ödənilməmiş pul və gecikdirlimiş borcu vardır. Eyni zamanda 500 manat cərimə borcunun, və 22,8 manat dövlət rüsumunun da ondan tələb olunduğunu bildirmişlər. Belə ki, "xxxx" ASC-nin fəaliyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 2.2-ci bəndində və 4.3.2-ci yarımbəndinə uyğun olaraq "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, dazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsi ilə əlaqədər qüvvədə olan lizinq müqavillərinə dair lizinq ödənişləri üzrə borcların yığılması istiqamətində tədbirlər görür. Yuxarıda da qeyd edilənlərdən aydın olur ki, ASC ilə arasında olan borc üzrə məhkəmə araşdırması getmiş, ondan tələb olunan əsas borc, cərimə faizi və digər ödənişlər hesablanaraq məhkəməyə təqdim edilmiş, məhkəmədə araşdırılmış və müvafiq qərar qəbul edilmişdir. Hazırkı halda bu məbləğin nəyin əsasında hesablandığı, ilk iddia zamanı niyə nəzərə alınmadığı ona bildirilmir.
3. xx.xx.2024-cü il tarixdə cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz ərizəsi təqdim etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən irəli sürülən iddia qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ilə "xxxx" ASC arasında 14 mart 2018-ci il tarixli 536-GL/18 nömrəli müqavilə imzalanmış və ümumi dəyəri 22400 manat təşkil edən kənd təsərrüfatına aid texnikalar lizinqə verilmişdir. Gecikdirilmiş borc öhdəliyinin ödənilməsi məqsədi ilə "xxxx" ASC tərəfindən məhkəməyə müraciət edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC tərəfindən müqavilə məbləği tam olaraq tələb edilməmişdir. İddia məbləği xx.xx.2020-ci il tarixə (2-ci rüb daxil olmaqla) olan gecikdirilmiş borc məbləği üzrə tərtib edilmişdir. Məhkəmə qətnaməsində qeyd olunan maliyyə arayışının tərtib edildiyi tarixdən sonrakı qrafik üzrə növbəti rüblərin ödəmələrinin vaxtı da keçmiş, müqavilə üzrə son ödəniş tarixi xx.xx.2022-ci il təşkil etmişdir. 14 mart 2018-ci il tarixli 536-GL/18 nöməli müqavilə məbləğinin 22.400 (iyirmi iki min dörd yüz) manat təşkil etdiyini ve bu müqavilə üzrə iddiaçının 20.137 (iyirmi min bir yüz otuz yeddi) manat əsas borc məbləği üzrə ödəniş etdiyini nəzərə alaraq qalıq borc məbləgi 2263 (iki min iki yüz altmış üç) manat təşkil edir. Həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-277/2021 nömrəli qətnaməsində qeyd olunan 500 (beş yüz) manat cərimə məbləği və 22,8 dövlət rüsumu ödənilməmiş qalmaqdadır. Digər tərəfdən iddianın “Agentlikdən dövlət rüsumu kimi 50 manatın tutulması” hissəsinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azerbaycan Respublikasının Kənd Təsərrüfati Nazirliyi yanında Aqrar Kredit va İnkişaf Agentliyi haqqında Əsasname"nin 1.1-ci bəndində qeyd edilmişdir ki, Agentlik bu əsasnamayə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqar inkişafına investisiyaların cəlb edilmesi, güzəştli kreditlərin, təminatların verilməsi ve innovasiyaların tətbiqi sahəsində faəliyyət göstərən icra hakimiyyəti orqanıdır. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yaninda Aqar Kredit ve İnkişaf Agentliyi haqqında Əsasnamə"nin 1.5-ci bəndinə görə Agentliyin saxlanılması xərcləri ve fealiyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər ve grantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir. II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, tərəfindən lizinq müqaviləsi üzrə bütün ödənişlər həyata keçirilmişdir. Cavabdeh tərəfindən tələb edilən 2263 manat borc məbləğinin qalığınə da ödəmişdir. Lakin həmin məbləğin ödənişi ilə bağlı qəbzlər hal-hazırda onda yoxdur. Odur ki, həmin qəbzləri məhkəməyə təqdim edə bilməyəcək. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-277/2021 nömrəli qətnaməsi üzrə də tələb edilən 500 manat məbləğində cərimə borcunu ödəmiş, icra məmuru tərəfindən iş üzrə icraata xitam verilmişdir.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Bir tərəfdən Aqrolizinq ASC digər tərəfdən İddiaçı arasında bağlanan “Aqrolizinq ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə” xx.xx.2019-cu il tarixli 536- GL/18 saylı müqavilənin 1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 22400 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalan dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
9. "xxxx" ASC-yə məxsus texnikaların təhvil-qəbulu barədə xx.xx.2013-cü il tarixli aktdan görünür ki, aktda göstərilən texnikalar saz, nizamlanmış və komplekt halda İddiaçı tərəfindən təhvil alınmışdır.
10. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli 536-GL/18 nömrəli müqavilə üzrə lizinq alan İddiaçı maliyyə borcu 10890 manat gecikdirilmiş borc, 4091.40 manat cərimə borcu olmaqla ümumilikdə 14981.40 manat təşkil edir.
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-277/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsindən görünür ki, 10890 manat əsas borc, 500 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumundan 22.8 manat məbləği İddiaçı tutularaq Aqroservis ASC-yə ödənilməsi, qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
12. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Firdovsi Vəliyevin xx.xx.2023cü il tarixli “icraata xitam verilməsi haqqında” Qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-277/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir.
13. İddiaçı tərəfindən Aqroservis ASC-nin hesabına ödənilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında 606 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında 606 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında 2200 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında 610 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı əsasında 610 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı əsasında 2300 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı əsasında 1200 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 560 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 610 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 200 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 300 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 700 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 300 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı əsasında 250 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı əsasında 400 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı əsasında 300 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı əsasında 500 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı əsasında 300 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı əsasında 300 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı əsasında 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 299 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 399 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 399 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 399 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1862 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1799 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1164 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 64 manat ödəniş həyata keçirilmişdir.
14. Bakı 1 X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödənilmişdir.
15. ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat rüsum həyata keçirilmişdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 536-GL/18 saylı lizinq müqaviləsinə əsasən iddiaçı, yəni lizinq verən ümumi məbləği 22400 manat təşkil edən kənd təsərrüfatı texnikalarını cavabdehə lizinqə vermişdir. Cavabdeh sözügedən müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmədiyindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (Aqroservis ASC) tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-277/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 10890 manat əsas borc, 500 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumundan 22.8 manat məbləğində pulun tutularaq ASC-yə ödənilməsi qət edilmişdir, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Sonuncunun 07 avqust 2023-cü il tarixli qərarına əsasən İddiaçı tərəfindən ümumilikdə 11390 manat məbləğində ödəniş həyata keçirildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir.
18. Hazırda iddiaçı iddia edir ki, 14 mart 2019-cu il tarixli, 536-GL/18 saylı lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam olaraq icra etdiyindən onun cavabdehə ödənilməli olan borcu mövcud deyildir. Belə ki, cavabdeh tərəfindən tələb edilən 2263 manat gecikdirilmiş borcun, 500 manat məbləğində cərimənin və yuxarıda qeyd edilən qətnamə üzrə 22.80 manat məbləğində dövlət rüsumunun silinməsi tələbi ilə çıxış edir. 19.Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli müqaviləsi bağlandıqdan sonra 22400 manat təşkil edən borc məbləğindən iddiaçı tərəfindən ilkin olaraq 1822 manat ödəniş edilmiş, lakin 20578 manat məbləğində pul ödənilməmiş qalmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-277/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra iddiaçı tərəfindən ümumilikdə qalıq borc məbləğindən 18315 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə də iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə ümumilikdə 20137 manat məbləğində ödəniş edilmişdir. Bununla da ümumi müqavilə məbləğindən, yəni 22400 manat məbləğində borcdan 22400- 20137=2263 manat məbləğində pul ödənilməmiş qalmışdır. İddiaçı özü məhkəmə iclasında verdiyi izahatda həmin məbləği ödədiyini bildirsə də, ödəniş qəbzlərinin saxlandılmadığını, odur ki, onların təqdim edilməsinin mümkün olmayacağını etiraf etmişdir. 20.Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi ilkin hissədə, yəni 2263 manat məbləğində borcun silinməsi hissəsində sübut olunmadığından təmin edilməməlidir. 21.Hesablanmış 500 manat məbləğində cərimə borcunun və 22.80 manat məbləğində dövlət rüsumunun silinməsi hissəsinə münasibətdə isə məhkəmə bildirir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-277/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən 10890 manat əsas borc, 500 manat cərimə borcu və 22.8 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə, 11412.8 manat məbləğində ödəniş həyata keçirilməli idi. Sonuncu, göstərilən məbləğlərdən əsas borc və cərimə borcunun, yəni 10890+500=11390 manat məbləğində ödənişi həyata keçirdiyindən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 11390 manat məbləğində borcun ödənilməsi nəzərə alınmaqla icra sənədi üzrə icraata xitam verilmişdir. 22.Göründüyü kimi, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə əsas və cərimə borcu məbləğində tam ödəmiş, yalnız 22.80 manat təşkil edən dövlət rüsumu ödənilməmiş qalmışdır. Məhkəmə belə olan halda hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 500 manat məbləğində cərimə silinməli olduğundan bu hissədə iddia tələbi təmin edilməlidir. Lakin 22.80 manat dövlət rüsumunun silinməsinə münasibətdə iddia tələbi əsaslı deyildir.
23. Məhkəmə iddiaçının tələbində qeyd edilən 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə bildirir ki, iddia tələbinin qismən, yalnız cərimə borcuna münasibətdə təmin edildiyi nəzərə alınmaqla çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən İddiaçı hesablanmış 500 (beş yüz) manat cərimə borcu silinsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov