Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1234/2022 21.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (direktoru) X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 28.12.2020-ci il tarixli AZ-18/12-20 saylı alqı-satqı müqaviləsinə əsasən 5729,71 manat məbləğində əsas borc və 1718,91 manat məbləğində zərər olmaqla, cəmi 7448,62 manat məbləğində pulun, 100 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 94.49 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 28.12.2020-ci il tarixli AZ-18/12-20 saylı alqısatqı müqaviləsinə əsasən 5729,71 manat məbləğində əsas borc və 1718,91 manat məbləğində zərər olmaqla, cəmi 7448,62 manat məbləğində pulun, 100 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 94.49 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 28.12.2020ci il tarixdə AZ-18/12-20 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 saylı Əlavədə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə uyğun olaraq müvafiq malı cavabdehin mülkiyyətinə vermək, cavabdeh isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 4.3.1-ci bəndinə əsasən, müqavilə üzrə alınması nəzərdə tutulan razılaşdırılmış qiymətinin alıcı tərəfindən ödənilməsini tələb etmək satıcının hüququdur. Müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və lazımınca icra etmədikdə, Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini ödəməlidirlər. İddiaçı tərəfindən 27.01.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvilqəbul aktına və elektron qaiməyə əsasən 4448,71 manat, 27.01.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 4222,05 manat, 30.01.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 523,21 manat, 13.03.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 890,17 manat, 13.03.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 622,80 manat, 18.03.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 3633,48 manat, 29.03.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 122,72 manat, 29.03.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 992,40 manat, 06.04.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 3141,63 manat, 06.04.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 595,95 manat, 06.04.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 899,70 manat, 06.04.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 1830,43 manat, 06.04.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 1184,34 manat, 13.04.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 534,54 manat, 13.04.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 3843,73 manat, 13.04.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 2225,50 manat, 01.05.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 5379,21 manat, 01.05.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 782,05 manat, 19.05.2021-ci il tarixli qiymət razılaşma protokoluna, malların təhvil-qəbul aktına və elektron qaiməyə əsasən 7005,60 manat dəyərində müxtəlif çeşidli malları cavabdehə satmışdır. Cavabdeh elektron qaimə-fakturalar üzrə malların qəbul etməsinə və müvafiq qaydada hesab faktura ilə birgə malı qəbul etməsinə baxmayaraq iddiaçı qarşısında olan öhdəliklərini icra etmir. Cavabdehə pretenziya göndərilmiş, borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. Bundan sonra cavabdeh tərəfindən qismən ödəniş edilmiş, lakin borcun qalan hissəsi qalmışdır. Hər dəfə müxtəlif bəhanələrlə cavabdeh borcunu ödəməkdən yayınır. Nəticədə cavabdehin hazırda iddiaçı qarşısında 4855,69 manat və ƏDV məbləği 874,02 manat da nəzərə alınmaqla 5729,71 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, cavabdeh ödəmənin gecikdirilməsi müddətində dünya bazarında gedən dəyişiklik, qiymət artımı alıcıya təqdim edilmiş malların maya dəyərinin artmasına gətirib çıxarmış, bununla da iddiaçıya 1718,91 manat məbləğində zərər dəymişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru mediatorun ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə verdiyi 24.12.2021-ci il tarixli 2021-002181 saylı arayışla rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə edilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24.12.2021-ci il tarixli 2021-002181 saylı arayışa əsasən, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Kommersiya mübahisəsi üzrə çəkdiyi mediasiya xərcləri məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğundan, eyni zamanda “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyindən ödədiyi mediasiya xərci və dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənməldir. İddiaçının nümayəndəsi (direktoru) X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 28.12.2020-ci il tarixli AZ-18/12-20 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 saylı Əlavədə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə uyğun olaraq müvafiq malı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 19 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 42878,22 manat dəyərində mal satılmışdır. 26 ədəd Malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 42878,22 manat dəyərində mal təhvil verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin (direktoru) izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 28.12.2020-ci il tarixli AZ-18/12-20 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 saylı Əlavədə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə uyğun olaraq müvafiq malı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 42878,22 manat dəyərində mal satılaraq ona təhvil verilmiş, cavabdeh tərəfindən malların dəyərindən əsas borc üzrə 4855,69 manat, ƏDV üzrə 874,02 manat olmaqla 5729,71 manat iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 28.12.2020-ci il tarixli AZ- 18/12-20 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 5729,71 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin zərər hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı həmin əsasa görə cavabdehdən 1718,91 manat məbləğində pul tələb etsə də, tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi zərər hissəsində əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 28.12.2020-ci il tarixli AZ-18/12- 20 saylı alqı-satqı müqaviləsinə əsasən 5729,71 manat məbləğində əsas borc, 100 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 76,92 faizini təşkil etdiyini nəzərə alaraq ödənilmiş 94.49 manat məbləğində dövlət rüsumunun 72,96 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 21,53 manat məbləği iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 28.12.2020-ci il tarixli AZ-18/12-20 saylı alqı-satqı müqaviləsinə əsasən 5729,71 manat məbləğində əsas borc, 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 94.49 manat dövlət rüsumunun 72,96 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 21,53 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1234/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1234/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver