Məhkəmə qərarları › İş №e-2-2(113)-1236/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1236/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1236/2023 16.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 25364,14 manat məbləğində borcun, illik 5 faizlə hesablanan 317,05 manat məbləğində pulun və 200 manat mediasiya xərcinin, 168,54 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sonuncunun prosessual hüquq varisi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim etmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir (sazişin əsli xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmişdir). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim olunmuş kreditor qismində İddiaçı ilə borclu qismində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Borclu Kreditora 25364,14 (iyirmi beş min üç yüz altmış dörd manat on dörd qəpik) manat məbləğində borclu olduğunu təsdiq edir və həmin borcu 2023-cü ilin iyun ayından başlayaraq bərabər hissələrlə 6 (altı) ay müddətində ödəməyi öhdəsinə götürür. Maliyyə vəziyyətindən asılı olaraq Borclu borcunu 6 (altı) aydan da tez ödəyə bilər;

2. Borclu və Kreditor razılığa gəlirlər ki, məhkəmə xərcləri (mediasiya sessiyası üçün çəkilmiş 200 (iki yüz) manat, dövlət rüsumu və bank xərcləri 168,54 (yüz altmış səkkiz manat əlli dörd qəpik)) manat Borclu və Kretitor arasında bərabər bölünsün;

3. İddia ərizəsində göstərilən “öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 1 illik 5 faiz hesabı ilə 3 ay üçün 317,05 (üç yüz on yeddi manat beş qəpik) manat tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/13 saylı müqavilənin 6-cı bəndində (tərəflərin məsuliyyəti və cərimələr) nəzərdə tutulmadığına görə qəbul edilmir;

4. Bu barışıq sazişi 4 (dörd) bənddən ibarət 3 (üç) nüsxədə tərtib edilmişdir və məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişinin 2-ci bəndi məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığı ifadə etdiyindən, həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı (kreditor kimi) ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (borclu kimi) arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Borclu Kreditora 25364,14 (iyirmi beş min üç yüz altmış dörd manat on dörd qəpik) manat məbləğində borclu olduğunu təsdiq edir və həmin borcu 2023-cü ilin iyun ayından başlayaraq bərabər hissələrlə 6 (altı) ay müddətində ödəməyi öhdəsinə götürür. Maliyyə vəziyyətindən asılı olaraq Borclu borcunu 6 (altı) aydan da tez ödəyə bilər;

2. Borclu və Kreditor razılığa gəlirlər ki, məhkəmə xərcləri (mediasiya sessiyası üçün çəkilmiş 200 (iki yüz) manat, dövlət rüsumu və bank xərcləri 168,54 (yüz altmış səkkiz manat əlli dörd qəpik)) manat Borclu və Kretitor arasında bərabər bölünsün;

3. İddia ərizəsində göstərilən “öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 1 illik 5 faiz hesabı ilə 3 ay üçün 317,05 (üç yüz on yeddi manat beş qəpik) manat tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/13 saylı müqavilənin 6-cı bəndində (tərəflərin məsuliyyəti və cərimələr) nəzərdə tutulmadığına görə qəbul edilmir;

4. Bu barışıq sazişi 4 (dörd) bənddən ibarət 3 (üç) nüsxədə tərtib edilmişdir və məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar