Məhkəmə qərarları › İş №e-2-2(113)-1237/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1237/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1237/2022 26.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə*, Üçüncü şəxsin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh “X2 Limited” Şirkətinə (üçüncü şəxs qismində “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cəlb edilməklə) qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “İddiaçı” Şirkəti cavabdeh “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən *3 may 20*9-cu il tarixli PO000002497 saylı Spesifikasiya üzrə *404*,50 avro əsas borc və *404*,*5 avro cərimə, o cümlədən *0*0 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 200 manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəsatəti əsasında cavabdeh “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı əsl cavabdeh “X2 Limited” Şirkəti ilə əvəz olunmuş, “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı” Şirkəti ilə cavabdeh “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında malların alqı-satqısına dair *5 aprel 20*4-cü il tarixində AOC/SUP/27/*4 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı “İddiaçı” Şirkəti - satıcı, cavabdeh “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə alıcı qismində çıxış etmişdir. Müqaviləyə əsasən Təchizatçı müvafiq spesifikasiyalara əsasən malları təchiz etməyi, alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda mübahisə predmetini *3 may 20*9-cu il tarixli, PO000002497 saylı Spesifikasiya üzrə alıcı tərəfindən ödənilməmiş əsas borc və həmin məbləğin gecikməsinə görə hesablanan cərimə məbləğinin ödənilməsi təşkil edir. *3 may 20*9-cu il tarixli PO000002497 saylı Spesifikasiya ilə bağlı tərəflər arasında imzalanmış *3 may 20*9-cu il tarixli (sənəd tarixi 02.05.20*9 olan) PO000002497 saylı Spesifikasiyaya əsasən alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50%-i əvvəlcədən alıcı tərəfindən *3 may 20*9-cu il tarixli, PO000002497 saylı Spesifikasiya imzalandıqdan sonra, ödəniş üçün hesabın təqdim edildiyi gündən *0 (on) bank günü ərzində, malların dəyərinin qalan 50%-i isə təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən *0 (on) bank günü ərzində həyata keçirilməlidir. Qeyd edilən Spesifikasiya üzrə iddiaçı tərəfindən ümumilikdə 6*05 kg netto, 7025,97 brutto çəkisi olan Dissolvan 44** adlı mal cavabdehə * kg qiyməti 4.60 avro olmaqla, gətirilib satılmışdır. Tərəflərin razılaşmasına uyğun olaraq malın 50%-i öncədən, digər 50%-i sonradan ödənilməli idi. Beləliklə, cavabdeh tərəf bu məbləğin 50%-ni ödəmişdir, yəni 28083 avro - 50% = *404*,50 avro ödənilmiş, *404*,50 avro isə borc məbləği isə qalmışdır. Müqavilə tərəfi olaraq satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesab-faktura ilə birlikdə alıcıya təqdim edilmişdir. Buna baxmayaraq, alıcı tərəfindən qeyd edilən Spesifikasiya üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Qeyd edilən spesifikasiya üzrə ümumi məbləğin 50%-i hələ də ödənilməmişdir. Tərəflər arasında olan müqavilənin 7.2.-ci maddəsinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş alıcı tərəfindən vaxtında ödənilmədikdə, təchizatçı alıcıya hər gecikmə günü üçün ödənilməmiş məbləğin 0,* faizi miqdarında cərimə tətbiq etmək hüququna malikdir, lakin bu məbləğ ödənilməmiş məbləğin *0%-dən çox olmamalıdır”. Beləliklə, qeyd edildiyi kimi, satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla (keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq olmadan) alıcıya təhvil vermişdir, lakin alıcı tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla belə, satıcı tərəfindən *3 yanvar 2020ci il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilmişdir. Lakin hələ də cavabdeh qurum hərəkətsizlik nümayiş etdirdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh “X2 Limited” Şirkətindən *3 may 20*9-cu il tarixli PO000002497 saylı Spesifikasiya üzrə *404*,50 avro əsas borc və *404,*5 avro cərimə məbləğinin, o cümlədən, *0*0 manat həcmində göstərilmiş hüquqi yardım xərci və 200 manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı bildirmişdir ki, satıcı 02 may 20*9-cu il tarixli, PO-000002497 saylı Spesifikasiya üzrə malları alıcıya çatdıraraq müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir, alıcı isə öz növbəsində sözügedən malların dəyərinin 50%-ni əvvəlcədən ödəmiş, qalan 50%-ni isə ödəməmişdir. Aşağıdakı əsaslara görə qeyd edilən iddia rədd edilməlidir: “X2 Limited” Şirkətinin Filialı (“alıcı”) və “İddiaçı” Şirkəti (“satıcı”) arasında *5 aprel 20*4-cü il tarixdə, AOC.SUP/27/*4 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 02 may 20*9-cu il tarixli, PO-000002497 saylı Spesifikasiyasına əsasən satıcı miqdarı 5550 kilogram, ümumi dəyəri 25530 avro olan Dissolvan 44** Demulqator adında malı 3* iyul 20*9-cu il tarixdə alıcıya təhvil verir, alıcı isə öz növbəsində ümumi məbləğin 50%-nin avans ödənişini həyata keçirir, digər 50% isə mal boşaldılmaya hazır olduğu barədə bildiriş göndərildikdən sonra ödənilir. Alıcı Spesifikasiya üzrə öhdəliyini yerinə yetirərək, malın 50% həcmində olan dəyərini, yəni *2765 avro məbləğində pulu 2* may 20*9-cu il tarixdə ödəmişdir. Lakin “İddiaçı” Şirkətinin “X2 Limited” Şirkətinin Filialına Müqavilənin 02 may 20*9-cu il tarixli, PO-000002497 saylı Spesifikasiyası üzrə satdığı Dissolvan 44** Demulqator 26 noyabr 20*9-cu il tarixdə alıcının mərkəzi anbarına mədaxil edilmişdir. Sözügedən Spesifikasiyada “Çatdırılma tarixi” yazılan xanada 3* iyul 202*9-cu il tarixi qeyd olunmuşdur və buna uyğun olaraq satıcı malı 3* iyul 20*9-cu il tarixdə çatdırmalı idi. Beləliklə, göründüyü kimi satıcı malları **8 təqvim günü gecikmə ilə alıcıya çatdırmışdır. Alıcı müqavilənin 7.3-cü bəndinə əsasən malların gecikdirilməsinə görə satıcıdan 2553 avro cərimə tələb etmək hüququ yaranmışdır. Həmçinin çatdırılma sənədindən də göründüyü kimi, mal əksik gələrək 5550 kg deyil, 3700 kilogram miqdarında çatdırılmışdır. Bundan əlavə Spesifikasiya üzrə təchiz edilən Dissolvan 44** Demulqator neftin hazılanmasında istifadə edilir. Alıcının işçiləri tərəfindən neftin hazırlanması prosesində sözügedən kimyəvi reagent istifadə edilən zaman onun keyfiyyətsiz olduğu aşkar edilmişdir və alıcı əmtəə neftini lazımi normativlərə uyğun hazırlaması üçün əlavə kimyəvi reagentlərdən istifadə etmişdir, bu da öz növbəsində alıcı üçün əlavə xərclərə gətirib çıxarmışdır. Qeyd olunan malın keyfiyyət göstəricilərinin aşağı olması yalnız həmin malın istifadəsi zamanı aşkar edilmişdir. Bununla bağlı satıcıya pretenziya məktubu da göndərilmişdir. Malın keyfiyyət göstəricilərinin aşağı olması səbəbindən əmtəə neftinin təkrar emalına zərurət yaranmışdır və emal zamanı yüksək temperatur altında təkrar qızdırıcıdan qovulması nəticəsində bu günədək 45 ton neft itkisi, bu da təqribi *2927 ABŞ dolları məbləğində alıcıya maddi ziyan dəymiş və əlavə enerji sərfiyyatı artmışdır. Həmçinin iddiaçı qeyd etmişdir ki, sözügedən Spesifikasiya üzrə hətta artıq mal gətirilmişdir, lakin ona uyğun heç bir sənəd təqdim olunmamışdır. Əlavə mal gətirildikdə bu barədə əlavə Spesifikasiya imzalanmalı və ya əlavə razılaşma olmalıdır. Bunların isə heç biri mövcud deyildir. Müqavilənin 2.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə təchiz edilən malın keyfiyyəti bu növ mal üzrə standartlara uyğun olmalıdır. Malın keyfiyyəti istehsalçının malın hər partiyası üzrə verdiyi keyfiyyət sertifikatları ilə təsdiq edilir. Müqavilənin 2.3-cü bəndinə əsasən təchiz edilmiş mal çatdırıldığı tarixdən *2 ay ərzində istehsal qüsurlarından azad şəkildə olacaqdır. Müqavilənin 7.3-cü bəndinə əsasən təchizatçı malın vaxtlı-vaxtında çatdırılması üzrə öhdəliklərini yerinə yetirmədikdə, hazırkı müqavilənin şərtlərinə müvafiq olaraq alıcı təchizatçıya hər gecikmə gününə görə vaxtında çatdırılmamış malın dəyərinin 0,*% həcmində cərimə penyanı tətbiq etmək hüququna malikdir, lakin bu məbləğ çatdırılmamış malın dəyərinin *0%-dən artıq ola bilməz. Müqavilənin 7.4-cü bəndinə əsasən alıcı tərəfindən qəbul edildikdən sonra keyfiyyətsiz mal təchizatçıya qaytarılır. Təchizatçı malı keyfiyyətli mal ilə əvəz edir və yaxud qaytarılmış malın tam dəyərini və malın nəqli ilə bağlı alıcı tərəfindən çəkilmiş xərcləri, malın keyfiyyətsizliyi barədə bildiriş aldığı andan 30-40 gün ərzində alıcıya ödəyir. Bu bənddə nəzərdə tutulan şərtlər, malın qəbul edildiyi zaman alıcının malın ayrı xüsusiyyətləri və həmçinin onun qablaşdırılması (hermetikliyinə, məhsulun xarici görünüşünə və s.) səbəblərindən keyfiyyətinə nəzarət etmək imkanına malik olmadığı halda tədbiq edilir. Tərəflər malın əvəz edilməsi üçün təqdim edilməsi müddəti 30-40 gün kimi müəyyənləşdirmişlər. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi yazılı izahatında qeyd olunur ki, iş üzrə məhkəmə iclasında cavabdeh “X2 Limited” Şirkətinin nümayəndəsi israrla bildirirdi ki, mübahisə predmetini təşkil edən mallar hüquqlarını təmsil etdiyi cavabdeh şirkətə çatdırılmamışdır. Həmçinin həmin malların çatıdırılmasının sübutunun təqdim edilməsini iddiaçıdan tələb edirdi. Hazırda aşağıda qeyd etdiyi 4 növ sübütla həm bu sübutların mahiyyətini və məzmunu izah ediləcək, həm də hörmətli cavabdehə malların həqiqətən onlara çatdırıldığı sübuta yetiriləcəkdir. Beləliklə, məhkəməyə təqdim edilən iş üzrə * ədəd spesifikasiya vardır. Tərəflər arasında imzalanmış 02 may 20*9-cu il tarixli olan Spesifikasiya iddiaçı-yəni malın təchizatçısı tərəfindən *3 may 20*9-cu il tarixində imzalanmışdır. Həmin PO000002497 saylı Spesifikasiyaya əsasən alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50%-i əvvəlcədən, alıcı tərəfindən *3 may 20*9-cu il tarixli, PO000002497 saylı Spesifikasiya imzalandıqdan sonra ödəniş üçün hesabın təqdim edildiyi gündən *0 (on) bank günü ərzində, malların dəyərinin qalan 50%-i isə təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən *0 (on) bank günü ərzində həyata keçirilməlidir. Spesifikasiyaya nəzər yetirilsə, ümumi mal məbləğinin 25530 avro olmasını aydın görə bilmək mümkündür. Spesifikasiyaya görə mal 5550 kg gəlməli olduğu halda, həcmindən bir qədər artıq gətirilmişdir. Spesifikasiyanın “data dostavki” adlı birinci qrafasına görə təchizatçı malları 3*.07.20*9-cu il tarixində təhvil verməli idi. Qeyd edilən Spesifikasiya üzrə iddiaçı tərəfindən ümumililkdə 6*05 kg netto, 7025.97 brutto çəkisi olan Dissolvan 44** adlı mal cavabdehə * kg qiyməti 4.60 avro olmaqla, gətirilərək satılmışdır. Tərəflərin razılaşmasına uyğun olaraq malın 50%-i öncədən, digər 50%-i sonradan ödənilməli idi. Beləliklə, cavabdeh tərəf bu məbləğin 50%ni, yəni *404*,50 avro məbləği ödəmiş, *404*,50 avro borc məbləği isə qalmışdır. İş materiallarına əlavə edilmiş X5 (YGB) onu təsdiq edir ki, həqiqətən də dissolvan məhsulu 33 çəllək miqdarında, cəmi 6*05 kg həcmində olmaqla, 23.07.20*9-cu il tarixində AR ərazisinə çatdırılmışdır. “Proforma İnvoice” adlı sənədlərə nəzər yetiriləndə görünür ki, adı çəkilən 2497 saylı Spesifikasiyaya 2 ədəd proforma invoice təqdim edilmişdir. Onlardan birində malın çəkisinin 2405 kg, digərində isə 3700 kg olaraq çatdırılması qeyd edilmişdir. Beləliklə, cəmi 6*05 kg (2405 kg + 3700 kg = 6*05 kg) mal gətirilərək təhvil verilmişdir. Yəni birbaşa X3 qeyd edilmiş çəki birbaşa təsdiqini tapmışdır. “Delivery Note” adlı sənədin mənası təhvil-təslim aktı deməkdir. İş materiallarına təqdim edilmiş bu adda olan sənədə nəzər yetiriləndə görünür ki, cəmi məbləği 7025.97 kg olan mal 24.07.20*9-cu il tarixində iddiaçı tərəfindən cavabdehin anbarına təhvil verilmişdir. Hazırda belə bir sual yarana bilər ki, 7025.97 kg ilə 6*05 kg arasında fərq var və bu ziddiyyətdirmi? Qeyd edilən fərq ziddiyyət deyildir. Malların netto və brutto çəkiləri anlayışı vardır ki, hazırkı iş üzrə malın netto çəkisi 6*05 kg, brutto çəkisi 7025.97 kg təşkil etmişdir. İddia tələbinin izahına gəlincə isə 6*05 kg x 4.60 avro = 28083 avro təşkil edir. Nəzərə alınsa ki, cavabdeh tərəf həmin məbləğdən 50%-ni ödəmişdir. Hazırda iddia tələbi əsas məbləğ olan *404*,50 avro təşkil edir. Bundan əlavə, *276,50 avro isə dəbbə pulunu təşkil edir. Belə ki, tərəflər arasında qüvvədə olan müqavilə şərtlərinə görə ödənişin gecikdirilməsi halında satıcı alıcıdan cərimə məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının nümayəndəsi Nümayəndə* məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin ünvanı barədə məlumatlar cavabehin filialı tərəfindən təqdim edilmiş və filialın rəhbəri tərəfindən təqdim olunan ərizədə cavabdehin ünvanının P.O. qutusu 3*75, Road Taun, Tortola, X4, BVİ. P.O. Box 3*75, Road Town, Tortola, X6, BVİ olduğu qeyd olunmuşdur. Bundan sonra bütün sənədlər, eləcə də məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər tərcümə olunaraq həmin ünvana göndərilmişdir. DHL Express tərəfindən verilən məlumatda qeyd olunmuşdur ki, *388237793 aviaqaimə altında Azərbaycandan Britaniya Vircin Adalarının Tortola şəhərinə göndərilmiş sənədlər “X2” adlı şirkətə təəssüf ki çatdırılmamışdır. Nəzərinizə çatdırırıq ki, çatdırılmanı sifarişiniz üzrə təmin etmək üçün kuryer xidmətimizin əməkdaşları aviaqaimədə qeyd olunan ünvanda alıcının yerləşmədiyi, o adda bir şirkətin qeyd olunan ünvanda olmadığı, ümumiyyətlə həmin ünvanda fəaliyyət olmadığını müəyyən etdik. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və nəzərə almışdır ki, hazırkı mübahisənin yarandığı müqavilə üzrə tərəf olan cavabdehin filialı üçüncü şəxs qismində işə cəlb edilmiş, məhkəmə iclasında iştirak etmiş, hətta ilkin olaraq cavabdeh qismində qoyulmuş filial özünün hazırkı cavabdehlə əvəz olunmasına etiraz etmiş, hazırkı iddiaya dair münasibətini bildirmiş və hazırkı mübahisənin yarandığı müqavilə üzrə bütün əməliyyatlar iddiaçı ilə üçüncü şəxs arasında aparılmışdır. Üçüncü şəxsin şəxsin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində “İddiaçı” Şirkətinin ilə alıcı qismində “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında *5 aprel 20*4-cü il tarixli, AOC/SUP/27/*4 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin *.*-ci bəndinə əsasən satıcı bu müqavilənin şərtlərinə əsasən malları alıcıya təqdim etməyi və alıcı isə öz növbəsində qeyd edilən müqavilə şərtlərinə əsasən malları qəbul etməyi və qeyd edilən mallar üzrə ödəniş etməyi üzərinə götürür. - 02 may 20*9-cu il tarixli, PO-000002497 nömrəli Spesifikasiya adlı sənəddən görünür ki, Dissolvan 44** adlı malın miqdarı 5550, ədədinin qiyməti isə 4,60 manat olmaqla, ümumi dəyəri 25530 avrodur. Spesifikasiyaya əsasən alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50%-i əvvəlcədən, malların dəyərinin qalan 50%-i isə təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldıqdan sonra ödəniləcəkdir. Spesifikasiya hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - “X2 Limited” Şirkəti tərəfindən “İddiaçı” Şirkətinə ünvanlanmış 24.**.20*9-cu il tarixli, 0475 nömrəli məktubdan (ödənişin qalan hissəsinin ödənilməsi üçün zəmanət məktubu) görünür ki, “X2 Limited” Şirkəti *5 aprel 20*4-cü il tarixli, AOC/SUP/27/*4 nömrəli alqı-satqı müqaviləsinə əsasən 02 may 20*9-cu il tarixli, PO-000002497 nömrəli Spesifikasiya üzrə qalan məbləğin 50%-i həcmində ödənilməsi üçün zəmanət vermişdir. - 23.07.20*9-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, “X2 Limited” Şirkəti tərəfindən “İddiaçı” Şirkətinə 33 çəlləkdə, brutto çəkisi 7025,97 kq, netto çəkisi 6*05 kq olmaqla, neft quyularının təmizlənməsi üçün Dissolvan 44** adlı səthi-aktiv maddələr gətirilmişdir. - “Delivery Note” (təhvil-təslim aktı) adlı sənəddən görünür ki, çəkisi 7025,97 kq olan mal (Dissolvan 44** demulqatoru) 24.07.20*9-cu il tarixində mal göndərən - “İddiaçı” Şirkəti tərəfindən mal alan - “X2 Limited” Şirkətinə təhvil verilmişdir. - “Delivery Note” (təhvil-təslim aktı) adlı sənəddən görünür ki, çəkisi 3628,53 kq olan mal (Dissolvan 44** demulqatoru) 25.**.20*9-26.**.20*9-cu il tarixlərdə mal göndərən - “İddiaçı” Şirkəti tərəfindən mal alan - “X2 Limited” Şirkətinə təhvil verilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 2*.05.20*9-cu il tarixli, *7629 nömrəli ödəniş tapşırığından görünür ki, “X2 Limited” Şirkəti tərəfindən “İddiaçı” Şirkətinin AE***********4857845502 nömrəli hesabına 58408,38 avro məbləğində ödəniş həyata keçirilmişdir. - İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, “X2 Limited” Şirkəti tərəfindən “İddiaçı” Şirkətinə ödənilmiş 58408,38 avro məbləğdən *2765 avro məbləğ PO-000002497 nömrəli Spesifikasiya üzrə edilmişdir. - “İddiaçı” Şirkəti tərəfindən “X2 Limited” Şirkətinə ünvanlanmış *8.06.202*-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı hazırkı mübahisə çərçivəsində müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, ona görə də iddiaçının hazırkı tələbi irəli sürmək hüququ yaranmışdır. İlk öncə qeyd olunmalıdır ki, hazırkı mübahisənin irəli gəldiyi, iddiaçı ilə “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış *5 aprel 20*4-cü il tarixli müqavilənin 9-cu bəndində göstərilir ki, tərəflər hazırkı müqavilənin yerinə yetirilməsi ilə əlaqədar yaranan mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyə səy göstərəcəklər, razılıq əldə olunmadıqda mübahisə Azərbaycan Respublikasının yerli iqtisad məhkəməsinin baxışına verilir. Məhkəmənin qənaətinə əsasən hazırkı mübahisənin hazırkı məhkəmədə baxılması üçün bütün əsaslar mövcuddur. Eyni zamanda qeyd olunan Müqavilənin 7-ci bəndinə əsasən tərəflər hazırkı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməyə və ya lazımi qaydada yerinə yetirməməyə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 9-cu maddəsinə əsasən tərəflərin müqavilə ilə tənzimlənməyən qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tənzimlənəcək. Ona görə də hazırkı mübahisəni həll edərkən tərəflər arasında bağlanan müqavilə və Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müvafiq normaları tətbiq olunmalıdır. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış *5 aprel 20*4-cü il tarixli müqavilənin: *.*-ci bəndinə əsasən təchizatçı hazırkı müqavilədə göstərilən şərtlər əsasında malları təchiz etməyi, alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürür. *.2-ci bəndinə əsasən malın adı, çeşidi, sayı, qiyməti, çatdırılma müddətləri, ödəniş və çatdırılma şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan spesifikasiyalarla (Əlavələrlə) müəyyən olunur. 2.*-ci bəndinə əsasən malın keyfiyyəti spesifikasiyalara uyğun olmalıdır. 2.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə təchiz edilən malın keyfiyyəti bu növ mal üzrə standartlara uyğun olmalıdır. Malın keyfiyyəti istehsalçının malın hər partiyası üzrə verdiyi keyfiyyət sertifikatları ilə təsdiq edilir. 2.3-cü bəndinə əsasən təchiz edilmiş mal çatdırıldığı tarixdən *2 ay ərzində istehsal qüsurlarından azad şəkildə olacaqdır. 4.*-ci bəndinə əsasən tədarük olunan mala görə ödəniş spesifikasiyaların şərtlərinə uyğun həyata keçirilir. 4.2-ci bəndinə əsasən tədarükçünün bu müqavilə üzrə bütün invoysları “X2 Limited” Şirkətinin Bakı şəhərində yerləşən ünvanına göndəriləcək. 5.*-ci bəndinə əsasən malın tədarükü Əlavələrdə (spesifikasiyalarda) göstərilən müddətlərdə həyata keçirilir. 5.5-ci bəndinə əsasən əlavələrdə sair hal nəzərdə tutulmayıbsa, mala mülkiyyət hüququ, eləcə də malın təsadüfən məhv olması riski malın təhvil alındığı andan satıcıdan alıcıya keçir. Qeyd olunan bənddə təhvil vermə anlarından biri kimi malın alıcının anbarına təhvil verilməsi göstərilir. Qeyd olunur ki, həmin andan tədarükçünün (satıcını) öhdəlikləri icra olunmuş sayılır. 5.*-ci bəndinə əsasən mal aşağıdakılara münasibətdə satıcı tərəfindən çatdırılmış, alıcı tərəfindən qəbul olunmuş sayılır: - Spesifikayada göstərilən kəmiyyətə uyğun kəmiyyətə münasibətdə; - əgər alıcı malı təhvil alarkən malın kəmiyyəti və/və ya keyfiyyətinə dair pretenziya irəli sürməzsə, keyfiyyət sertifikatına uyğun keyfiyyət və çeşidə münasibətdə; - malın keyfiyyət və/və ya kəmiyyətinin hazırkı müqavilənin şərtləri ilə uyğunsuzluğu aşkara olunduğu hallarda alıcı mütləq satıcının nümayəndəsini çağırmalı və üçüncü müstəqil tərəfin (X*) iştirakı ilə aktın tərtib olunmasını təmin etməlidir. Göstərilən akt malın keyfiyyət və/və ya kəmiyyətinin hazırkı müqavilənin şərtlərinə uyğun olmaması faktının təsdiqi hesab olunur; - mal qəbul olunarkən onun keyfiyyətsiz və ya komplektsiz olması aşkar olunarsa və ya aktla təsdiq olunan tam çatdırılmama halında satıcı pretenziyanı aldığı gündən 30-40 gün ərzində malı keyfiyyyətli malla dəyişməli və ya komplektləşdirməni həyata keçirməlidir. - 7.4-cü bəndinə əsasən alıcı tərəfindən mal qəbul edildikdən sonra keyfiyyətsizliyi aşkar olunarsa, mal təchizatçıya qaytarılır. Təchizatçı malı keyfiyyətli mal ilə əvəz edir və yaxud qaytarılmış malın tam dəyərini və malın nəqli ilə bağlı alıcı tərəfindən çəkilmiş xərcləri malın keyfiyyətsizliyi barədə bildiriş aldığı andan 30-40 gün ərzində alıcıya ödəyir. Bu bənddə nəzərdə tutulan şərtlər, malın qəbul edildiyi zaman alıcının malın xüsusiyyətləri və həmçinin onun qablaşdırılması (hermetikliyi, məhsulun xarici görünüşü və s.) səbəblərindən keyfiyyətini yoxlamaq imkanına malik olmadığı halda tətbiq edilir. Malın əvəz edilməsi üçün təqdim edilməsi müddəti 30-40 gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.*-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.*-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.*-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.*-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.*-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin bir hissəsini cavabdehdən 02 may 20*9-cu il tarixli, PO000002497 saylı spesifikasiya üzrə *404*,50 avro əsas borcun tutulması təşkil edir. Tələbin həmin hissəsi ilə bağlı qeyd etmək olar ki, tərəflər arasında hər partiya üzrə malların alğı-satqısına dair münasibətlərin tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsini təşkil edən spesifikasiyalarla (Əlavələr) tənzimlənməsi qaydası müqavilədə nəzərdə tutulmuşdur. Üçüncü şəxsin nümayəndəsi 20*9-cu ildə iddiaçı ilə aralarında 3 spesifikasiya üzrə əməliyyatların olduğunu bildirmişdir. Digər iki spesifikasiyanın təqdim olunması təklif olunsa da, həmin spesifikasiyalar məhkəməyə təqdim olunmamışdır. 20*9cu il 02 may tarixli (iddiaçı *3 may olaraq qeyd etmişdir, istənilən halda söhbət eyni PO000002497 saylı spesifikasiyadan gedir) spesifikasiyada ümumilikdə qiyməti 25530 avro təşkil edən malların dəyərinin 50%-nin əvvəlcədən, malların dəyərinin qalan 50%-nin isə təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldıqdan sonra ödəniləcəyinə dair alıcı tərəfindən öhdəlik götürülmüşdür. Müqaviləyə uyğun invoys təqdim olunmuş və PO-000002497 nömrəli Spesifikasiya üzrə ümumi məbləğin 50 faizi - *2765 avro məbləğində pul iddiaçıya ilkin avans kimi ödənilmişdir. Qeyd olunan spesifikasiya üzrə mallar filialın anbarına çatdırılmışdır. Təhvil vermə ilə bağlı məhkəməyə “Delivery Note” (təhvil-təslim aktı) adlı sənədin surətləri təqdim olunmuşdur. Çatdırılma ilə bağlı həmin formanı tərəflər mübahisələndirməmişlər. Mübahisəli hallar ondan ibarətdir ki, əvvəla iddiaçı spesifikasiyada göstəriləndən daha artıq çəkidə malın çatdırılmasına istinad edərək, ümumi məbləğin 28083 avro, ödənilməli məbləğin isə həmin məbləğin 50%-ni təşkil edən *404*,50 avro olduğunu bildirmişdir. Üçüncü şəxsin nümayəndəsi etiraz edərək, artıq çəkidə mal gətirilməsi ilə bağlı aralarında hər hansı razılaşmanın olmadığını bildirmiş, ümumi məbləğin 50 faizi - *2765 avro məbləğində pulun iddiaçıya ilkin avans kimi ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim etmişdir. İddiaçının nümayəndəsi əsas borcun tutulmasına dair iddianın qismən - *2765 avro məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı qeyd olunan malların ölkəyə gətirilməsi və onun alıcının anbarına 24.07.20*9-cu il tarixdə təhvil verilməsi ilə bağlı sübutları (gömrük bəyannaməsi, çatdırılma sənədi) məhkəməyə təqdim etmişdir. Üçüncü şəxsin nümayəndəsi etiraz edərək həmin spesifikasiya üzrə malın 20*9cu ilin noyabrında filiala çatdırıldığını qeyd etmiş, bununla bağlı məhkəməyə eyni formada olan təhvil verilmə sənədi təqdim etmişdir. Həmin sənədin üzərində əlyazma ilə PO-2497, çəki olaraq isə 3628,53 kq qeyd olunmuşdur. Məhkəmənin qənaətinə əsasən həmin sənəd məhz PO-000002497 nömrəli Spesifikasiya üzrə olan mötəbər sübut kimi qəbul oluna bilməz. Bundan başqa, həmin sənədə istinadən malın daha az çəkidə filialın anbarına daxil olduğu bildirilərək, iddiaçının öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi vurğulanmışdır. Həmin halla bağlı aşağıdakıları qeyd etmək olar: Məhkəməyə iddiaçı tərəfindən cəmi çəkisi 7025.97 kg olan malın 24.07.20*9-cu il tarixində cavabdehin anbarına təhvil verilməsi ilə bağlı sübutlar təqdim olunmuşdur. Üçüncü şəxsin nümayəndəsi tərəfindən çəkisi 3628,53 kq olan yükün filialın anbarına təhvil verilməsi ilə daha bir təhvil sənədi təqdim olunmuşdur. Filialın anbarına təhvil verilən 7025.97 kg olan malın başqa bir spesifikasiya üzrə olmasını və onun tam (5550 kq hissədə) ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, üçüncü şəxsin nümayəndəsi malın keyfiyyətsizliyi ilə bağlı normalara istinad etmiş (həmin halla bağlı məhkəməyə filialın rəhbəri tərəfindən iddiaçıya ünvanlanmış 05.0*.202*-ci il tarixli pretenziya məktubu təqdim olunmuşdur), lakin cavabdehin müqavilə şərtlərinə uyğun hərəkət etməsi (müqavilənin 5-ci bəndi və s.) ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda malın keyfiyyətsizliyinin mübahisələndirilməsi məhz 3628,53 kq olan yüklə bağlı olmuşdur. Beləliklə məhkəmə işin qeyd olunan faktiki hallarını, qanunvericilik normalarını, müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcla bağlı hissədə qismən təmin edilməli və “X2 Limited” Şirkətindən *2765 avro (02 may 20*9-cu il tarixli, PO000002497 saylı spesifikasiyada qeyd edilmiş 25530 avro məbləğin 50%-i = *2765 avro) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə *404,*5 avro cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.*-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 500 avro məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı vəkilə ödənilmiş *0*0 (min on) manat məbləğin və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. **5.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. *2*.*-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq, hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 200 (iki yüz) manat və mediasiyaya görə *00 (yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X2 Limited” Şirkətindən *2765 (on iki min yeddi yüz altmış beş) avro məbləğində əsas borc, 500 (beş yüz) avro cərimə olmaqla, cəmi *3265 (on üç min iki yüz altmış beş) avro və *00 (yüz) manat mediasiya xərci iddiaçı “İddiaçı” Şirkətinin xeyrinə tutulsun. Cavabdeh “X2 Limited” Şirkətindən 200 (iki yüz) manat hüquqi yardım xərci tutularaq iddiaçı “İddiaçı” Şirkətiniə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar