Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1241/2020 19.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin cavabdeh «xxxx» ASC-yə qarşı səhmdar cəmiyyətinə aid olan sənədlərin və maliyyə hesablarının verilməsi tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Bakıpolad Burazlar" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2002-ci il tarixdən 2019-cu il tarixədək hər il üçün “xxxx” ASC-nin illik maliyyə vergi, sosial müdafiə və.s) hesabatlarının, mühasibat balanslarının, “xxxx” ASC-nin səhmdarlarının o, cümlədən qiymətli kağız sahiblərinin reyestr məlumatlarının, xx xxxxxx 2002-ci ildən ASC-nin səhmdarlarına divident verilib-verilmədiyi, əgər verilməyibsə hansı səbəbdən verilmədiyi barədə, “xxxx” ASC-nin balansında və inzibati ərazisində mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin hansı şərtlərlə, hansı hüquqi və fiziki şəxslərə verilməsi barədə, xx xxxxxx 2002-ci ildən ASC-nin növbəti və növbədənkənar Ümumi Yığıncaqlarının keçirilməsi barədə protokolların və qəbul edilmiş qərarlarının təsdiq olunmuş surətlərinin, “xxxx” ASCnin səhmdarlarının növbəti və növbədənkənar Ümumi Yığıncaqlarda iştirak etmək üçün çağırılmaları barədə bildiriş məktublarının və həmin məktubların səhmdarlara çatdırılmasını təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərini, xx xxxxxx 2002-ci ildən “xxxx” ASC tərəfindən hər ilin yekunlarına dair Cəmiyyətin maliyyə-təsərrüfat fəyaliyyəti barədə X1 (KİV-də) verilmiş elanların təsdiq edilmiş surətlərinin və dərc olunmasına dair çap materiallarının (qəzet, jurnal və.s) təsdiq olunmuş formada “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilməsinin “xxxx” ASC-yə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx xxxxxx 2002-ci il tarixdə “xxxx” ASC-nin (VÖEN:9900063İ61) 136132 ədəd səhmlərini 27227 manata satın alaraq həmin ASC-nin səhmdarı olmuş və ona rəsmi qaydada xx xxxxxx 2002-ci il tarixli, AA 000937 saylı Səhmlərin Sertifikatı verilmişdir. “xxxx” MMC “xxxx” ASC-nin səhmdarı olmaqla qanunvericiliklə Səhmdara verilmiş bütün hüquqlara malikdir. Lakin, Səhmdar Cəmiyyətin rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində “xxxx” MMC- nin hüquqları kobut şəkildə pozulmuşdur. Beləki, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixlərdə cavabdeh ASC-yə rəsmi qaydada müraciət edərək xx xxxxxx 2002-ci il tarixdən 2019-cu il tarixədək hər il üçün "xxxx” ASC-nin illik maliyyə (vergi, sosial müdafiə və.s) hesabatların,mühasibat balanslarının, “xxxx” ASC-nin səhmdarlanmn o, cümlədən qiymətli kağız sahiblərinin reyestr məlumatlarının, xx xxxxxx 2002-ci ildən ASC-nin səhmdarlarına divident verilib- verilmədİvi, əgər verilməyibsə hansı səbəbdən verilmədiyi barədə, “xxxx” ASC-nin balansında və inzibati ərazisində mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin hansı şərtlərlə, hansı hüquqi və fiziki şəxslərə verilməsi barədə ,xx xxxxxx 2002-ci ildən ASC-nin növbəti və növbədənkənar Ümumi Yığıncaqlarının keçirilməsi barədə protokolların və qəbul edilmiş qərarlarının təsdiq olunmuş surətlərinin, “xxxx” ASC-nin səhmdarlanmn növbəti və növbədənkənar Ümumi Yığıncaqlarda iştirak etmək üçün çağırılmaları barədə bildiriş məktublarının və həmin məktubların səhmdarlara çatdırılmasını təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərini, xx xxxxxx 2002-ci ildən “xxxx” ASC tərəfindən hər ilin yekunlarına dair Cəmiyyətin maliyyətəsərrüfat fəyaliyyəti barədə X2 (KJV-də) verilmiş elanların təsdiq edilmiş surətlərini və dərc olunmasına dair çap materiallarının (qəzet, jurnal və.s) təqdim edilməsini xahiş etmişdir. Lakin, cavabdeh ASC həmin məlumatları bu günə qədər hansısa səbəbdən təqdim etməmişdir. “xxxx” MMC “xxxx” MMC ilə xx xxxx 2019-cu il tarixli, 19/38 saylı auditor xidməti göstərilməsi barədə müqavilə bağlayaraq “xxxx” ASC-nin səhmdarı olan 2002-ci il tarixdən hal-hazırki dövrədək “xxxx” MMC-yə hesablanmış dividentlərin dürüstlüyünü müəyyən etməyi “xxxx” MMC-ə həvalə etmişdir. İlk öncə cavabdeh ASC auditorun müraciətlərinə cavab verməsə də sonradan 2010-cu il tarixdən 2019-cu il tarixədək əldə olnmuş gəlirlər barədə məlumat vermişdir. Dəfələrlə Bakı şəhər X4 rəsmi qaydada müraciət edərək “xxxx” ASC tərəfindən 2002-2018-ci illərdə Vergi orqanlarına təqdim edilmiş bütün növ bəyannamələr, şəxsi vərəqələr və depozit hesabları barədə məlumatların verilməsini xahiş etsələr də, ərizələri təmin olunmamış və onlara həmin məlumatlar Vergi xidməti tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.5-ci maddəsinin tələbinə görə cəmiyyətin Səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək hüququ vardır.Həmin Məcəllənin 106-2.3-cü maddəsinin tələbinə görə səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanı səhmdarmın reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Məcəllənin 107-5.3 və 107-6,3-cü maddələrinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Səhmdarların tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Göründüyü kimi qanunvericilikdə yuxarıda qeyd edilən sənədlərin cəmiyyətin səhmdarı kimi “xxxx” MMC-yə verilməsi nəzərdə tutulsa da “xxxx” ASC-nin rəhbərliyi tərəfindən həmin sənədlər verilməmiş və hesab edir ki, həmin sənədlərin verilməməsinin səbəbi isə cəmiyyətin rəhbərliyinin öz qanunsuz hərəkətlərinin ört-basdır etmək məqsədini daşıyır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi tələb olunan sənədlərin bir çoxunun saxlama müddəti bitdiyindən aktlaşdırılaraq məhv edildyini , qalan sənədlərin isə təqdim edildiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qisməntəmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx xxxxxx 2002-ci il tarixdə “xxxx” ASC-nin (VÖEN:9900063İ61) 27227 ədəd səhmlərini hər biri 2500 manat olmaqla satın alaraq həmin ASC-nin səhmdarı olmuş və ona rəsmi qaydada xx xxxxxx 2002-ci il tarixli, AA 000937 saylı Səhmlərin Sertifikatı verilmişdir. İşmateriallarındaolan 09.12.02-ciiltarixli 225 saylıbrokerxidmətləriningöstərilməsihaqqındamüqavilədəngörünürki, «Broker» adlandırılacaq “xxxx” MMCilə sifarişçi“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətiarasındabroker xidmətlərinin göstərilməsi haqqında müqaviləbağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli Sənədlərin və işlərin məhv edilməsi haqqında aktın surətindən görünür ki, “xxxx” zavodununvaxtı keçmiş tarixi , elmipraktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri 2001-2010-cu illər üzrə 499 iş olmaqla yandırmaqla məhv edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli Sənədlərin və işlərin məhvə ayrılması haqqında aktın surətindən görünür ki, “xxxx” zavodununvaxtı keçmiş tarixi , elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri 2002- 2010-cu illər olmaqla kassa kitabı, çek kitabçasının kötüyü, əmrlərin surəti, anvar kartoçkaları, inventarizasiya aktı, müqavilələr, mühasibat sənədlərinin qeyd jurnalı, vəkalətnamələr, dövriyyə cədvəlləri, ayrı-ayrı təşkilarlarla yazışmalar , yoxlam aktları, 1994-2005-ci illəri əhatə edən illik mühasibat hesabatları, baş kitabı məhvə ayrılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Sənədlərin və işlərin məhv edilməsi haqqında aktın surətindən görünür ki, “xxxx” zavodunun vaxtı keçmiş tarixi , elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri 2011- 2013-cü illər üzrə 150 iş olmaqla yandırmaqla məhv edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Sənədlərin və işlərin məhvə ayrılması haqqında aktın surətindən görünür ki, “xxxx” zavodununvaxtı keçmiş tarixi , elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri - 2011- 2013-cü illər olmaqla kassa kitabı, çek kitabçasının kötüyü, əmrlərin surəti, anvar kartoçkaları, inventarizasiya aktı, müqavilələr, mühasibat sənədlərinin qeyd jurnalı, vəkalətnamələr, dövriyyə cədvəlləri, ayrı-ayrı təşkilarlarla yazışmalar , yoxlam aktları, 2006-2008- ci illəri əhatə edən illik mühasibat hesabatları, baş kitabı məhvə ayrılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Sənədlərin və işlərin məhv edilməsi haqqında aktın surətindən görünür ki, “xxxx” zavodunun vaxtı keçmiş tarixi , elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri 2014-cü il üzrə 65 iş yandırmaqla məhv edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Sənədlərin və işlərin məhvə ayrılması haqqında aktın surətindən görünür ki, “xxxx” zavodununvaxtı keçmiş tarixi , elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri – 2014-cü il üzrə kassa kitabı, çek kitabçasının kötüyü, əmrlərin surəti, anvar kartoçkaları, inventarizasiya aktı, müqavilələr, mühasibat sənədlərinin qeyd jurnalı, vəkalətnamələr, dövriyyə cədvəlləri, ayrı-ayrı təşkilarlarla yazışmalar , yoxlam aktları, 2009-cu il üzrə illik mühasibat hesabatları, baş kitabı məhvə ayrılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99.2-ci maddəsinə əsasən Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri; 99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri; 99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; 99.2.5. idarəetmə strukturu; 99.2.6. inkişaf siyasəti; 99.2.7. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; 99.2.8. idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; 99.2.9. investisiyaların həcmi və mənbəyi; 99.2.10. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; 99.2.11. ictimai layihələr Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. 106-1.4. Səhmdar cəmiyyətinin imtiyazlı səhminin (hər bir növ üzrə) sahibi olan səhmdarının hüquqları bu Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən edilir. 106-1.5. Səhmdar cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər üzrə qərarların qəbul edilməsində imtiyazlı səhm sahibi səs hüququ əldə edir: 106-1.5.1. səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi; 106-1.5.2. səhmdar cəmiyyətinin ləğv edilməsi; 106-1.5.3. səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarmı məhdudlaşdıran dəyişiklik və əlavələrin nizamnamədə edilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki,“xxxx” ASC-nin balansında və inzibati ərazisində mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin hansı şərtlərlə, hansı hüquqi və fiziki şəxslərə verilməsi barədə sənədlərin verilməsini tələb edərkən iddiaçı tələbinin əsaslarını bildirmədiyindən və sübut təqdim etmədiyindən rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və xx xxxxxx 2002-ci il tarixdən 2019-cu il tarixədək hər il üçün «xxxx» ASC-nin illik maliyyə hesablarının, mühasibat balanslarının, «xxxx» ASC-nin səhmdarlarının o, cümlədən qiymətli kağız sahiblərinin reyestr məlumatlarının, xx xxxxxx 2002-ci ildən ASC-nin səhmdarlarına divident verilib-verilməməsi haqqında məlumat, xx xxxxxx 2002-ci ildən ASC-nin növbəti və növbədənkənar Ümumi Yığıncaqlarının keçirilməsi barədə protokolların və qəbul edilmiş qərarlarının təsdiq olunmuş surətlərinin, «xxxx» ASC-nin səhmdarlarının növbəti və növbədənkənar Ümumi Yığıncaqlarda iştirak etmək üçün çağırılmaları barədə bildiriş məktublarının və həmin məktubların səhmdarlara çatdırılmasını təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin, xx xxxxxx 2002-ci ildən «xxxx» ASC tərəfindən hər ilin yekunlarına dair Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə X1 (KİV-də) verilmiş elanların surətlərinin və dərc olunmasına dair çap materiallarının «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etmək «xxxx» ASC-yə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2002-ci il tarixdən 2019-cu il tarixədək hər il üçün «xxxx» ASC-nin illik maliyyə hesabları, mühasibat balansları, «xxxx» ASC-nin səhmdarlarının o, cümlədən qiymətli kağız sahiblərinin reyestr məlumatları, xx xxxxxx 2002-ci ildən ASC-nin səhmdarlarına divident verilib-verilməməsi haqqında məlumat, xx xxxxxx 2002-ci ildən ASC-nin növbəti və növbədənkənar Ümumi Yığıncaqlarının keçirilməsi barədə protokolların və qəbul edilmiş qərarlarının təsdiq olunmuş surətləri, «xxxx» ASC-nin səhmdarlarının növbəti və növbədənkənar Ümumi Yığıncaqlarda iştirak etmək üçün çağırılmaları barədə bildiriş məktublarının və həmin məktubların səhmdarlara çatdırılmasını təsdiq edən sənədlərin təsdiq olunmuş surətləri, xx xxxxxx 2002-ci ildən «xxxx» ASC tərəfindən hər ilin yekunlarına dair Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə X1 (KİV-də) verilmiş elanların surətləri və dərc olunmasına dair çap materiallarını «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etmək «xxxx» ASC-yə həvalə edilsin İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1241/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1241/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver