Məhkəmə qərarları › İş №e-2-2(113)-1241/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1241/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1241/2023 25.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən hal-hazıradək ödənilməmiş 16010 manat pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-ilə Cavabdeh arasında 20 aprel 2020-ci il tarixdə “mərmər və qranit alqı-satqısına” dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən “satıcı” və “alıcı” arasında əlavə razılaşma protokolunda göstərilən malların (mərmər və qranit), satıcı "xxxx" MMC alıcı Cavabdehnə verir, alıcı Cavabdeh isə bu müqavilənin şərtlərinə əsasən həmin mallları razılaşdırılmış məbləğdə müqavilə ilə müəyyən edilmiş məbləğdə satıcıya ödəyir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməyərək, müqavilə üzrə 29326 manat 98 qəpik qalıq borcu qalmışdır və borcunu ödəməkdən qərəzli olaraq yayınır. İddia ərizəsinə əlavə etdiyim 963532 nömrəli qaimədən (fatura) göründüyü kimi "xxxx" MMC xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus malı, Cavabdehnə təqdim etmişdir və malların dəyəri 32286,20 müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə etdiyim 645337 nömrəli qaimədən (fatura) göründüyü kimi "xxxx" MMC xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus malı, Cavabdehnə təqdim etmişdir və malların dəyəri 11800 müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə etdiyim 679834 nömrəli qaimədən (fatura) göründüyü kimi "xxxx" MMC xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus malı Cavabdehnə təqdim etmişdir və malların dəyəri 12883,95 müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə etdiyim 679896 nömrəli qaimədən (fatura) göründüyü kimi "xxxx" MMC xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus malı Cavabdehnə təqdim etmişdir və malların dəyəri 16407,59 müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə etdiyim 174557 nömrəli qaimədən (fatura) göründüyü kimi "xxxx" MMC xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus malı Cavabdehnə təqdim etmişdir və malların dəyəri 8893,94 müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə etdiyim 174867 nömrəli qaimədən (fatura) göründüyü kimi "xxxx" MMC 1.809.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus malı Cavabdehnə təqdim etmişdir və malların dəyəri 6531.06 manat müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə etdiyim 177820 nömrəli qaimədən (fatura) göründüyü kimi "xxxx" MMC 1.809.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus malı Cavabdehnə təqdim etmişdir və malların dəyəri 13489,29 manat müəyyən olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi, vəkil sistemə ərizə yükləyərək işə onun iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20 aprel 2020-ci il tarixli 10/20 nömrəli iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC və Cavabdeh MMC arasında əlavə razılaşma protokolunda göstərilən malları (mərmər və qranit), satıcı "xxxx" MMC alıcı Cavabdehnə verir, alıcı Cavabdeh isə bu müqavilənin şərtlərinə əsasən həmin mallları razılaşdırılmış məbləğdə müqavilə ilə müəyyən edilmiş məbləğdə satıcıya ödəyir. xx.xx.2020-ci il tarixli EBAK seriyalı 963532 nömrəli elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 32286,20 manat məbləğində mal satmışdır. 10 iyun 2020-ci il tarixli 2 nömrəli təhvil-təslim aktından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 32286,22 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2020-ci il tarixli EBAM seriyalı 645337 nömrəli elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 11800 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli 3 nömrəli təhvil-təslim aktından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 11800 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2020-ci il tarixli EBAN seriyalı 679834 nömrəli elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 12883,95 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli 4 nömrəli təhvil-təslim aktından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 12883,95 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2020-ci il tarixli EBAN seriyalı 679896 nömrəli elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 16407,59 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli 5 nömrəli təhvil-təslim aktından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 16407,59 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 174557 nömrəli elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 8893,94 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli 6 nömrəli təhvil-təslim aktından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 8893,94 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 174867 nömrəli elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 6531,06 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli 7 nömrəli təhvil-təslim aktından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 6531,06 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 177820 nömrəli elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 13489,29 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli 8 nömrəli təhvil-təslim aktından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə 13489,29 manat məbləğində mal təhvil vermişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İV.Məhkəmənin gəldiyi nəticə Göründüyü kimi, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC alınan mallara görə borcunun bir hissəsini "xxxx" MMC-yə ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır, belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrdən və təhvil-təslim aktlarından görünür ki, tərəflər arasında davamlı olaraq mal alqı-satqısı olmuş, lakin cavabdeh alınan mallara görə 16010 manat məbləğində borcunu ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 16010 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 16010 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar