Məhkəmə qərarları › İş №e-2-2(113)-1242/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1242/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1242/2022 06.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəklili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus olmaqla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 825,7 kv/m olan qeyri-yaşayış sahəsinin təmirinə sərf edilən 250.000 (iki yüz əlli min) manat vəsaitin, tərəflər arasında bağlanmış 21.05.2019-cu il tarixli müqavilənin 5-ci bəndinin 3-cü cümləsinin tələbinin pozulmasına görə 108.000 (yüz səkkiz min) manat vəsaitin və iddiaçı müqavilənin şərtlərini pozmasa da, cavabdehə məxsus obyektdən əsassız və qanunsuz hər ay faktiki olaraq qazanılacaq 282.000 (iki yüz səksən iki ) manat vəsaitinin ümumilikdə 640.000 (altı yaz qırx min) manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə aralarında bağlanmış qeyri-rəsmi və notariat tərəfindən təsdiq olunmamış 21.05.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, ilkin mediasiya üçün ödənilən 400 manat və məhkəmə xərcləri üçün dövlət büdcəsinə ödənilən 530 manat, cəmi 930 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehə məxsus olmaqla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 825,7 kv/m olan qeyri-yaşayış sahəsinin təmirinə sərf edilən 250.000 (iki yüz əlli min) manat vəsaitin, tərəflər arasında bağlanmış 21.05.2019-cu il tarixli müqavilənin 5-ci bəndinin 3-cü cümləsinin tələbinin pozulmasına görə 108.000 (yüz səkkiz min) manat vəsaitin və iddiaçı müqavilənin şərtlərini pozmasa da, cavabdehə məxsus obyektdən əsassız və qanunsuz hər ay faktiki olaraq qazanılacaq 282.000 (iki yüz səksən iki ) manat vəsaitinin ümumilikdə 640.000 (altı yaz qırx min) manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə aralarında bağlanmış qeyri-rəsmi və notariat tərəfindən təsdiq olunmamış 21.05.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, ilkin mediasiya üçün ödənilən 400 manat və məhkəmə xərcləri üçün dövlət büdcəsinə ödənilən 530 manat, cəmi 930 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı barəsində Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək aralarında bağlanmış 21 may 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, ona vurulmuş 530.000 manat maddi ziyanın, 30,40 manat dövlət rüsumunun, 10.000 manat mənəvi ziyanın, cəmi 540.030,40 manat həcmində məbləğin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, iddiaçının Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi-1A ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması və s. barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2–2(121)–1004/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin olunmuşdur. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğuna görə bu qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Cavabdeh məxsus olmaqla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən obyekti onunla şifahi razılaşmaya əsasən 02 mart 2019-cu il tarixdən hər ay 10.000 manat, rəsmi müqaviləyə əsasən isə 3000 manat olmaqla icarəyə götürmüş, aylıq icarə pulunu 2019-cu ilin mart ayından 2020ci ilin mart ayınadək bir il ərzində hər ay 10.000 manat, qalan aylarda isə 3000 manat olaraq vaxtlı-vaxtında ödəmiş, 2021-ci ilin aprel-iyul aylarında Cavabdeh icarə pulunu iddiaçıdan 3000 manat olaraq almaqdan imtina etmişdir. Həmçinin Cavabdeh aralarında bağlanmış 21 may 2019-cu il tarixli ikinci müqavilənin şərtlərini kobud surətdə pozaraq biznes fəaliyyətinə ciddi şəkildə mane olmuş, külli miqdarda ziyan vurmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, qarşılıqlı razılaşmaya və notariat qaydada təsdiq olunmuş 02 mart 2019-cu il tarixli müvafiq icarə müqaviləsinə əsasən Cavabdeh məxsus olmaqla Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi-1 A ünvanında yerləşən ümumi sahəsi 825,7 kv/m olan qeyri-yaşayışsahəsini 28 sentyabr 2027-ci il tarixinədək müddət ərzində icarəyə götürmüşdür. Həmin vaxt müqaviləni hüquqi şəxs kimi, yəni "xxxx" MMC-nin direktoru olaraq imzalamışdır. Cavabdehla qarşılıqlı razılaşmışlar ki, ona məxsus obyekti Türkiyə Respublikasının vətəndaşı olan Murad adlı şəxslə şərik işlədəcəklər. Müqaviləyə əsasən hər ay Cavabdeh icarə haqqı kimi 3000 manat ödəməli olduğu halda ona hər ay 10.000 manat ödəmişlər. 02 mart 2019-cu il tarixli həmin müqavilənin 5-ci bəndinə əsasən 3000 manat aylıq icarə vəsaiti ilk 5 il müddətində sabit olaraq qalacaqdı. Həmçinin bu bəndin tələbinə görə tərəflərdən hər hansı biri beş il müddətində icarə müqaviləsinin şərtini pozaraq ləğv edərsə, 3 illik icarə haqqını qarşı tərəfə ödəməyi üzərinə götürmüşdür. Bundan başqa icarə müqaviləsinin 8-ci bəndində qeyd olunmuşdur ki, «icarəçi» «icarəyə verən»in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilər. İcarə müqaviləsinin 8-ci bəndinə əsasən Muradla birlikdə Cavabdeh məxsus olmaqla bundan əvvəl bank kimi istifadə olunmuş həmin obyekti otel kimi işlətmək məqsədilə əsaslı təmir etməyə başlamışlar. Lakin sonradan Murad adlı şəriki bu işdən geri çəkildiyinə görə 21 may 2019cu il tarixdə iddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə notariat qaydada xitam verilməsi ilə bağlı saziş imzalamışlar. Murad adlı şəxs təmirə təxminən 70.000 manat pul sərf etdiyinə görə ona həmin vəsaiti nağd olaraq ödəmişdir. Bu dövrdə artıq iddiaçı, Cavabdeh məxsus obyektin otel kimi istifadə olunması üçün xeyli məbləğdə vəsait sərf etmişdir. Təmir işləri aparılıdığı dövrdə də Cavabdeh iddiaçıdan hər ay 10.000 manat icarə pulunu almışdır. 21 may 2019-cu il tarixdə artıq iddiaçı ilə Cavabdeh arasında 10 il müddətinə yeni icarə müqaviləsi bağlanmış və onun razılığına əsasən başa çatmaqda olan təmir işlərinə təxminən 10 gün də davam etmişdir. Notariat qaydasında təsdiq olunmuş yeni icarə müqaviləsini fiziki şəxs olaraq imzalamış və müqavilənin 5-ci bəndinə əsasən hər ay Cavabdeh 3000 manat icarə haqqı ödəməliydi. Bununla belə yenə də şifahi olaraq razılaşmışlar ki, hər ay Cavabdeh 10000 manat icarə haqqı ödəyir. Bu barədə öz aralarında müqavilə bağlasalar da, həmin müqavilə notariat qaydasında təsdiq olunmamışdır. Buna görə də imzalanmış həmin müqaviləni etibarsız və əsassız hesab edir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Yəni Cavabdeh mülkiyyətində olan daşınmaz obyekti 21 may 2019-cu il tarixdə icarə müqaviləsi əsasında icarəyə götürdüyü zaman iddiaçının həmin obyektdən istifadə hüququ yaranmışdır. Ona görə qeyd edilən müqavilə mütləq notariat qaydasında rəsmi olaraq təsdiq edilməlidir. Göründüyü kimi iddiaçı ilə Cavabdeh tərəfindən formal olaraq imzalanmış və aylıq icarə haqqının 10.000 manat olaraq qeyd olunduğu, eləcə də notariat qaydasında təsdiq olunmayan 21 may 2019-cu il tarixli müqavlənin heç bir hüquqi qüvvəsi yoxdur və məhkəmə göstərilən müqaviləni əsas kimi qəbul etməməlidir. Qeyd etdiyi kimi Cavabdeh mülkiyyətində olan həmin obyekti icarəyə götürdükdən təxminin bir il sonra bütün dünyada olduğu kimi ölkədə də COVİD-19 virusu sürətlə yayılmağa başlamış və nəticədə hər bir sahədə olduğu kimi xidmət sahəsi olan otellərin də fəaliyyətində çətinliklər yaranmışdır. Belə ki, ölkə sərhədləri məcburi qaydada bağlanmış və ölkəyə turistlərin axını dayanmışdır. İddiaçı icarə haqqını artıq yerli turistlərin və təsadüfi qonaqların hesabına ödəməyə məcbur olmuşdur. Yəni Cavabdehla icarə müqaviləsi bağladığı zaman bir ildən sonra pandemiyanın əmələ gəlməsini heç biri görə bilməzdilər. 2020-ci ilin mart ayından sonra Cavabdehla danışıb, yaranmış vəziyyəti müzakirə edərək obyektin icarə pulunun rəsmi müqavilədə göstərildiyi kimi 3000 manat olmaqla ödəyəcəyini bildirmişdir. O, əvvəlcə buna razılıq verməsə də, sonda qarşılıqlı razılaşmışlar. Bundan sonra artıq icarə pulunu 2021-ci ilin mart ayı da daxil olmaqla 3000 manat olaraq ödəmişdir. Bununla bağlı Cavabdehla aralarında notariat qaydada təsdiq olunmuş icarə müqaviləsi olduğuna görə heç bir rəsmi sənədləşmə aparılmamışdır. Cavabdeh məxsus obyektdə apardığı təmir-tikinti zamanı obyektin hər mərtəbəsini otaq kimi istifadə etmək məqsədilə arakəsmə divarlar inşa edərək hissələrə bölmüşdür. Hər otağa hər birinin qiyməti 500 manat olan bir ədəd, cəmi isə 17 ədəd televizor, hər birinin qiyməti 600 manat olan 18 ədəd kondisioner, hər birinin qiyməti 120 manat olan 16 ədəd unitaz, hər birinin qiyməti 100 manat olan 18 ədəd isitmə sisteminin radiatoru, hər birinin qiyməti 250 manat təşkil edən 32 ədəd qapı, otaqlara müxtəlif mebel avadanlıqları, kombi aparatları və sairə alaraq obyektin təmirinə təxminən 250.000 manat pul sərf etmişdir. Təmir işlərində mebel ustası olan Afiq adlı, elektrik ustası Rauf adlı, kondisioner ustası Müşfiq adlı, kombi ustası İlham adlı, şüşə və plastik qapı-pəncərə ustası Səxavət adlı şəxslər iştirak etmişlər. Kondisionerləri «Sədərək» Ticarət Mərkəzində Rəşad adlı şəxsdən, radiatorları Anar Eyniyevdən, sulu və kağız boyaları «Xətai» metrostansiyasının yaxınlığında yerləşən adını unutduğu şirkətdən şəxsi vəsaiti ilə alıb icarəyə götürdüyü obyektə sərf etmişdir. Qonşuluqda yaşayan Zöhrab adlı şəxs də bütün bunlara şahiddir. Bundan başqa obyektin sol tərəfində metal konstruksiyadan ofis, mətbəx və sanitar qovşağının yerləşdiyi 35 kv/metr ölçüdə, sağ tərəfində isə 40 kv/metr ölçüdə resepşion (qəbul otağı) inşa edərək təmir etmişdir. Obyektin qarşı tərəfindəki pilləkənləri və alt hissəsindəki tikilini təmir etmiş, üzərinə «Shaurma» reklam lövhəsi vurmuşdur. Otelin əsas reklam lövhəsinə isə təxminən 2500 manat vəsait sərf etmişdir. Otelin 17 otağına çarpayı və pərdə almış, dəhlizə və otaqlara kavralet döşəmiş, otaqları tam təmir etmiş, hər bir otaqda sanuzel qovşağı yaratmış, istilik sistemi üçün kombi aparatları, hər birinin qiyməti 500 manat olan 2 ədəd böyük, hər birinin qiyməti 250 manat olan 4 ədəd kiçik su nasosları və bu kimi müxtəlif avadanlıqlar almışdır. 2019-cu ilin mart ayından 2020-ci ilin mart ayınadək olan dövr ərzində iddiaçı, Cavabdeh ümumilikdə 120.000 manat icarə haqqı ödəmişdir. Lakin 2020-ci in mart ayından etibarən bütün dünyada olduğu kimi Azərbaycan Respublikasının ərazisində də yeni növ karonavirus infeksiyası (COVİD-19) sürətlə yayıldığına görə ölkə sərhədləri məcburən bağlanmışdır. Buna görə də otelə xarici turistlərin gəlməsi tam halda dayanmışdır. Bir çox hallarda otel işçilərinin əmək haqlarını, kommunal xərcləri və aylıq icarə haqqını şəxsi vəsaiti hesabına ödəmək məcburiyyətində qalmışdır. Bundan başqa 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlanmış, otelin əməkdaşlarından biri, yaxın qohumu bu müharibədə şəhid olmuşdur. İddiaçı və yaxın qohumları bu hadisədən dərin sarsıntı keçirmişlər. Bütün bu səbəblərə görə 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək olan dövr ərzində icarə haqqını Cavabdeh sonradan şifahi razılaşdıqları kimi 10.000 manat deyil, rəsmi müqavilədə olduğu kimi 3000 manat olaraq ödəmişdir. Lakin bir müddət sonra Cavabdeh ödədiyi icarə pulunun məbləği ilə razılaşmamış, hər dəfə ondan 10.000 manat pul tələb etmişdir. Odur ki, obyektin icarə pulu ilə bağlı Cavabdehla aralarında narazılıqlar yaranmışdır. İcarəçi bir neçə dəfə otelin fəaliyyətində iddiaçıya süni maneələr yaratmışdır. Hətta o, otelə gələn qaz xəttini bağlatdırmış, ayrı-ayrı vaxtlarda iddiaçı barəsində, eləcə də oteldəki fəaliyyətinə dair Səbail RPİ-nə və digər orqanlara şikayətlər etmişdir. 2021-ci ilin iyun ayında isə o, obyektə hücum edərək iddiaçını və orada olan digər şəxsləri hədələmiş, nalayiq ifadələrlə təhqir etdiyi üçün barəsində DİN-in 102 XZM-nə məlumat vermişdir. Həmin məlumatla bağlı olaraq Səbail RPİ-nin 8-ci PŞ-də araşdırma da aparılmışdır. 2021-ci ilin aprel-may aylarında Cavabdeh iddiaçıdan obyektin aylıq icarə pulunu qəbul etməkdən imtina etmiş, obyektdən çıxmasını tələb etməyə başlamışdır. 2021-ci ilin iyun ayında Cavabdeh aprelmay aylarının icarə haqqını cəmi 6000 manat olmaqla ödəmək istəsə də, o, onunla razılaşmamış, hər ay üçün iddiaçıdan əvvəlki aylarda olduğu kimi 10.000 manat pul tələb etmişdir. Buna görə də onunla aralarında yaranmış narazılığın məhkəmədən kənar həll olunması və iddiaçıdan qəbul etmədiyi iki ayın icarə haqqını ona ödəməyə hazır olması barədə Cavabdeh 26 iyun 2021-ci il tarixdə rəsmi bildiriş göndərmişdir. Lakin Cavabdeh ona göndərdiyi bildirişə heç bir cavab verməmişdir. Bununla da o, obyekti icarəyə götürməsi ilə bağlı olaraq iddiaçıdan 2021-ci ilin aprel-iyul aylarının icarə pulunu almaqdan bilərəkdən imtina etmişdir. Yəni Cavabdeh aralarında bağlanmış 21 may 2019-cu il tarixli müqavilənin şərtlərini bilərəkdən pozmuşdur. Odur ki, 05 avqust 2021-ci il tarixdə məcbur olub, obyekdən çıxmağa qərar vermişdir. Təmir vaxtı şəxsi vəsaiti ilə aldığı avadanlıq və əşyaların bəzilərini oradan götürmüş, obyekti Cavabdeh təhvil vermək istəmişdir. Belə ki, aralarında bağlanmış 21 may 2019-cu il tarixli icarə müqaviləsinin 8-ci bəndinin 2-ci hissəsində göstərilir ki, «icarəyə götürülən əmlak boş olaraq icarəyə götürülür, təhvil veriləndə boş olaraq təhvil veriləcək». Buna baxmayaraq Cavabdeh özünə məxsus obyektə gəlməmişdir. Bu barədə onun yaşadığı ünvana yenə rəsmi məlumat göndərmişdir. Əşyalarını obyektdən götürərkən çox hissəsi əzilərək istifadəyə tam yararsız vəziyyətə düşmüş, bir çoxu dəyərini tam halda itirmişdir. Qalan əşyaları aldığı dəyərindən dəfələrlə aşağı qiymətə satmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi obyektin sahibi Cavabdeh son dövrlərdə ölkədə yaranmış iqtisadi çətinlikləri nəzərə almadan ona məxsus obyektdən qanunsuz olaraq çıxmasına nail olmuş, aralarında bağlanmış icarə müqaviləsinin tələblərini kobud surətdə pozmuş, nəticədə iddiaçıya külli miqdarda maddi ziyan vurmuşdur. Bundan əlavə Cavabdeh iddiaçını mülkiyyətində olan obyektdən çıxmağa məcbur etməklə aralarında bağlanmış və 21 may 2029-cu il tarixinədək qüvvədə olan 21 may 2019-cu il tarixli müqavilənin 5-ci bəndinin tələblərini qəsdən pozmuşdur. Həmin bəndin tələbinə əsasən Cavabdeh iddiaçıya üç illik icarə haqqı məbləğində maddi təzminat ödəməlidir. Bu da 3 il x 12 ay x 3000 manat=108.000 manat təşkil edir. Eləcə də Cavabdeh aralarında bağlanmış icarə müqaviləsinin tələblərinə zidd olaraq mülkiyyətində olan obyektdən iddiaçını qanunsuz çıxarmaqla gələcəkdə əldə edə biləcəyi faydadan da məhrum etmişdir. Aralarında bağlanmış icarə müqaviləsinin müddəti 21 may 2029-cu il tarixdə bitməli olduğundan 2021-ci ilin avqust ayından müqavilənin bitməsinədək qalan 94 ay ərzində hər ay 3000 manat qazanc əldə edə biləcəyini nəzərə alaraq iddiaçını 94 ay x 3000 manat=282.000 manat məbləğində qazancdan məhrum etmişdir. Cavabdeh məxsus obyektdə apardığı təmir işlərinin qiymətləndirilərək müvafiq rəy verilməsi üçün daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan "xxxx" MMC ilə 12 yanvar 2022-ci il tarixdə müqavilə bağlamış, 2019-cu ilin mart-may aylarını əhatə edən dövrdə obyektin təmir-tikinti işərinə sərf etdiyi vəsaitin ümumi miqdarı barədə MMC-nin qiymətləndiricisi Ruslan Xankişiyev tərəfindən 17 yanvar 2022-ci il tarixli, 01/LBC saylı qiymətləndirmə rəyi tərtib olunmuşdur. Qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi-1 A ünvanında yerləşən qeyri-yaşayış sahəsində görülən təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin hazırki dövrə olan ümumi miqdarı 210.000 manat təşkil edir. Təmir-tikinti işlərinə sərf etdiyi 210.000 manat vəsaitdən başqa həmin obyektin otel kimi istifadə olunması üçün bu obyektə təxminən 40.000 manatdan artıq dəyərdə adlarını qeyd etdiyi müxtəlif avadanlıqlar almışdır. Oteldəki fəaliyyətini dayandırdığı vaxt bu avadanlıqlar söküldüyünə görə hazırda onlardan istifadə olunması mümkün deyildir. Beləliklə, Cavabdeh hərəkətləri ilə iddiaçıya 250.000 + 108.000 + 282.000 = 640.000 manat məbləğində maddi ziyan vurmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı arasında cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən və ümumi sahəsi 825.7 kv. m. olan qeyri-yaşayış sahəsinin aylıq 10000,00 manata icarəyə verilməsi, həmin icarə haqqından gəlir vergisinin ödəmə mənbəyindən İddiaçı tərəfindən ödənilməsi ilə əlaqədar razılıq əldə edilmişdir. Lakin həmin təsərrüfat subyektinin qeydiyyatı üçün notarial qaydada icarə müqaviləsi lazım olduğundan İddiaçı təkidi ilə ödəmə mənbəyindən gəlir vergisinin az ödənilməsi üçün formal olaraq təsdiq ediləcək notarial müqavilədə icarə haqqının aşağı məbləğdə göstərilməsi xahiş edilmiş, buna görə də 21.05.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsində icarə haqqı formal olaraq 3000,00 manat, öz aralarında sadə yazılı qaydada imzalanaraq təsdiq edilmiş icarə müqaviləsində isə icarə haqqı 10000,00 manat olaraq göstərilmiş, həmin notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi vergi orqanında təsərrüfat subyektyini qeydiyyatı və nəzarət kassa aparatının qeydiyyatı zamanı vergi orqanına təqdim edilmişdir. İddiaçı 25.05.2019-cu il tarixdə 01.02.2020-ci il tarixədək icarə haqqını aylıq 10000,00 manat olmaqla ödəmiş, 01.02.2020-ci il tarixdən isə icarə haqqını ödəməmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyindən və 01.02.2020-ci il tarixdən icarə haqqını ödəmədiyindən ona 10.02.2021-ci il tarixdə pretenziya göndərilərək icarə müqaviləsi üzrə 2020-ci ilin fevral ayından pretenziyanın göndərildiyi tarixə kimi, yəni bir il müddətində heç bir icarə haqqı ödənilmədiyindən, aylıq 10000 manat olmaqla 12 ay üçün cəmi 120000 icarə haqqı, eyni zamanda icarə müqaviləsinin 5-ci bəndinə əsasən ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərti pozulduğuna görə, müqavilənin ləğv ediləməsi ilə əlaqədar 3 (üç) illik icarə haqqı olan 360000 manatn təzminat olmaqla, ümumilikdə 480000 manat vəsaiti 1 (bir) ay müddətində ödəyərək, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılaraq təvil verməyi tələb olunmuş, əks halda yuxarıda qeyd edilən vəsaitin, habelə əlavə yaranmış digər zəruri xərclərin ondan tutularaq ona ödənilməsi, müqavilənin ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin İddiaçı tərəfindən həmin vəsait ödənilmədiyindən və icarə obyekti geri qaytarılmadığından 21.05.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, cavabdehə vurulmuş 480000 manat maddi ziyanın, 30.40 dövlət rüsumunun, 10000 manat məbləğində mənəvi ziyanın, cəmi 490030.40 həcmində vəsaitin ona ödənilməsi, cavabdehin ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması barədə iddia tələbi ilə cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Lerik rayon Məhkəməsinə müraciət edilmiş, Lerik rayon Məhkəməsi tərəfindən həmin iddia ərizəsinin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir. Həmin iş Şirvan Kommersiya Məhkəməsinin icraatına qəbul edildikdən sonra 18.08.2021-ci il tarixdə 21.05.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, vurulmuş 530000 manat maddi ziyanın, 30.40 dövlət rüsumunun, 10000 manat məbləğində mənəvi ziyanın, cəmi 540030.40 həcmində məbləğin cavabdehdən tutularaq ödənilməsi, cavabdehin ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması və həmin obyektə quraşdırılmış nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması və təsərrüfat subyektinin ləğv edilməsi üçün vergi xidməti oraqanına müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbinin artırılması barədə ərizə təqdim edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1004/2021 saylı, 28.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 17 ay üzrə aylıq 10000,00 manat olmaqla 170.000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat olmaqla, ümumilikdə 170010,00 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, ünvan 6 ünvanında yerləşən və ümumi sahəsi 825.7 kv.m olan qeyri-yaşayış sahəsinə quraşdırılmış nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması və təsərrüfat subyektinin (obyektinin) uçot kodunun ləğv edilməsi üçün aidiyyəti vergi orqanına müraciət edilməsi öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 1004/2021 saylı, 28.10.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və s. tələbinə dair iş üzrə iddia tələbi “icarə müqaviləsinin ləğv edilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Həmin qərardaddan Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilərək qeyd edilən qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)-266/2021 saylı qərardadı ilə, apellyasiya şikayəti təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 1004/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı tələbi “müqavilənin ləğv edilməsi” hissədə mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşə yenidən baxan Şirvan Kommersiya Məhkəməsi 10 fevral 2022-ci il tarixli 2-2(121)- 1004/2021 nömrəli əlavə qətnamə qəbul etmiş, həmin əlavə qətnamə ilə iddianın “Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 21 may 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissəsində təmin edilmiş, iddia qalan hissədə isə təmin edilməmişdir. Hazırkı iş üzrə İddiaçı qeyd edilən 21 may 2019-cu il tarixli sadə yazılı icarə müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür ki, qeyd edilən icarə müqaviləsi üzrə 17 ay ərzində aylıq 10000,00 manat olmaqla ümumilikdə 170000,00 manat icarə haqqının İddiaçı tutularaq ödənilməsi barədə Şirvan Kommersiya Məhkəməsi 2-2(121)-1004/2021 saylı, 28.10.2021-ci il tarixli qətnamə qəbul etmiş, həmin qətnamə qəbul edilərəkən qeyd edilən müqaviləyə hüquqi qiymət verilmiş, müqavilənin etibarsız olması üçün hər hansı əsas mövcud olmamış, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 icarə obyektinin aylıq 10000,00 manat icarəyə götürlüdüyünü, icarə haqqını həmin razılaşmaya əsasən də aylıq 10000,00 manatdan ödənildiyini təsdiq etmiş və qeyd edilənləri məhkəməyə təqdim etdikləri yazılı məhkəmə çıxışında da qeyd etmişlər. Yəni həmin icarə müqaviləsinə əsasən icarə haqqı məhkəmə tərəfindən tutularaq cavabdehə ödənilməsi qət edilərkən qeyd edilən müqavilənin etbiarlı olub olmamasına qiymət verilmişdir, müqavilənin etibarsızlığı üçün hər hansı əsas mövcud olmamışdır. Bundan əlavə hazırkı iş üzrə İddiaçı icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin təmirinə sərf etdiyi 250000,00 manat vəsaiti tələb etməsinə dair isə qeyd edilməlidir ki, həmin tələb də əsassız olduğundan rədd edilməlidir. Belə ki, birincisi həmin tələbin heç bir hüquqi əsası mövcud deyildir, ikincisi isə İddiaçı təmir xərcləri olsa belə onu tələb etmək üçün subyektiv hüququ yoxdur. 21.05.2019-cu il tarixli həm notarial qaydada təsdiq edilmiş həm də sadə yazılı formada təsdiq edilmiş icarə müqaviləsinin 8-ci bəndində qeyd edilmişdir ki, “İcarəçi”lər “İcarəyə verən”(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İcarəyə götürülmüş əmlak boş olaraq icarəyə götürülür və təhvil veriləndə də, boş olaraq təhvil veriləcək. Göründüyü kimi 21.05.2019-cu il tarixli həm notarial təsdiq edilmiş, həm də sadə yazılı formada təsdiq edilmiş icarə müqaviləsinə əsasən icarəyə götürənə təmir tikinti işlərinin aparılamsı üçün icarəyə verənin yazılı razılığının olması tələbi qoyulmuşdur ki, icarəyə verənin də həmin yazılı razılğı olmamışdır. Bundan başqa qeyd edilən müqavilələri icarəyə götürən qismində fiziki şəxs qismində X2 imzalamışdır. Lakin İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, icarəyə götürülmüş qeyri-yaşayış sahəsində təmir tikinti işlərinin aparılmasına razılıq fiziki şəxs kimi onunla bağlanmış icarə müqaviləsi üzrə deyil, "xxxx" MMC ilə 02.03.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsində qeyd edilmişdir. Qeyd edilən müqavilə isə 21.05.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş saziş ilə ləğv edilmişdir. Həmin sazişin 2-ci bəndində qeyd edilmişdir ki, tərəflər arasında 02.03.2019-cu ildə Bakı şəhəri 38 saylı notariat ofisində 3M/327 reystrdə ünvan 7 ünvanında yerləşən 825.7 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə dair rəsmiləşdirilmiş icarə müqaviləsini gəldikləri razılaşmaya əsasən ləğv edirlər və bununla bağlı hər hansı maddi iddiası o cumlədən tələbi olmayacağı, eləcədə bu məsələ ilə bağlı məhkəkməyə və digər hüquq mühafizə orqanlarına müraciət etməməsi barədə öhdəlik götürülər. Göründüyü kimi icarəyə verən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində tikinti quraşdırma işlərinin həyata keçirilməsini "xxxx" MMC ilə 02.03.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsində göstərmişdir, həmin müqavilə isə qeyd etdiyim kimi 21.05.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş saziş ilə ləğv edilmiş, tərəflərin birbirinə hər hansı iddiasının və ya tələbinin olmadığı təsdiq edilmişdir. X1 ilə bağlanmış həm notarial həm də sadə yazılı icarə müqavilələrinin 8-ci bəndinə əsasən isə icarəyə verənin yazılı razılığı olmadan təmir-tikinti işlərinin aparılması icarəyə götürənə qadağan edilmiş, icarəyə verənin isə İddiaçı təmir-tikinti işlərinin həyata keçirilməsi üçün hər hansı yazılı razılıq verməmişdir. Bu səbəbdən də İddiaçı həmin icarə obyektində hər hansı təmir-tikinti işlərinin aparılamasında səlahiyyəti olmamışdır. İddiaçı iddia ərizəsində özü də təsdiq etmişdir ki, Turkuaz Hotel və Turizim MMC-nin direktoru kimi icarə müqaviləsini imzalamış, təmirə xərci şəriki Murad adlı şəxs çəkmiş, həmin təmirə çəkilmiş 70000,00 manat xərci Murad adlı şəxsə ödəmişdir. Yəni təmirə çəkilmiş xərc Turkuaz Hotel və Turizim MMC tərəfindən çəkilmişdir. İddiaçı Turkuaz Hotel və Turizim MMC-nin direktoru olması, cəmiyyətin adından çəkilmiş xərclərin cəmiyyətin adından deyil fiziki şəxs kimi öz adından tələb etməsinə hüquqi əsas vermir və buna subyektiv hüququ yoxdur. Çünki həm məhdud məsuliyyətli cəmiyyət həm də fiziki şəxslər mülki hüquq münasibətlərində öz adından çıxış edirlər, cəmiyyətin təsisçisinin və ya direktorunun cəmiyyətin tələb etməyə haqqı olduğunu fiziki şəxs kimi öz adlarından tələb etməyə haqları yoxdur. Bundan başqa İddiaçı qeyd edilən icarə obyektini boşaldaraq gedərkən obyektin təmirinə ciddi zərər yetirmiş, obyektin qapılarını yerindən sökərək aparmış, otaqların divar kağızlarını çırmış, istilik sistemlərinin xətlərini yerindən sökmüşdür ki, icarə obyektini boş olaraq təhvil verməli olduğunu səhv dərk etmişdir. Müqavilənin icarə obyektini boş olaraq təhvil verilməlidir müddəasını İddiaçı “icarə obyektini məhv edərək zədələməlidir “kimi başa düşmüşdür. Obyektin İddiaçı tərəfindən hansı hala gətirilməsini bu etirazına əlavə edilmiş fotoşəkillərdən aydın görümək mümkündür. Həmi fotoşəkillərə nəzər salınsa onun obyektə hansı məbləğdə zərə vurmasını aydın görmək mümkündür. Həmin obyekt məhkəmə çəkişməsi davam etdiyindən hazırda da həmin vəziyyətdədir. Lazım gələrsə icarə obyektinə baxış keçirilə bilər. Bu səbəbdən də İddiaçı icarəyə götürülmüş qeyri-yaşayış sahəsində təmir tikinti işlərinin aparılmasına səlahiyyətli olmadığından, obyektin mövcud olan təmirini ciddi şəkildə zədələdiyindən hər hansı təmir xərclərinin tələb edilməsi də əsassızdır. Bundan başqa İddiaçı 21 may 2019-cu il tarixli icarə müqaviləsinin 5-ci bəndinin tələblərini pozduğunu əsas gətirərək 108000,00 manat maddi təzminat tələb etməsi də əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsində 2019-cu ilin 2020-ci ilin mart ayınadək razılaşdırılmış qaydada aylıq 10000,00 icarə haqqını ödədiyini, 2020-ci ilin mart ayından 2021-ci ilin mar ayınadək şifahi qaydada razılaşdığı 10000,00 manatdan deyil, notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən aylıq 3000,00 manatdan ödədiyini, 2021-ci ilin aprel-may aylarının icarə haqlarının cavabdeh tərəfindən qəbul edilməkdən qəsdən imtina edildiyini, ona görə də 2021-ci ilin iyun ayında ona rəsmi qaydada son iki ayın icarə haqqını ödəməyə hazır olması barədə bildiriş verdiyini qeyd edir. Qeyd edilənlər də əsassızdır. İddiaçı 01.02.2020-ci il tarixdən ona heç bir icarə haqqı ödəməmişdir. İkincisi onun 2021-ci ilin iyun ayında son iki ayın icarə haqqının ödənilməsi üçün bildiriş göndərməsi ona pretenziya ilə müraciət etməsindən 4 ay, məhkəməyə müraciət etməsindən isə 3 ay sonra göndərilmişdir. O bildirişin göndərilməsi məqsədi isə Mlükü Məcəllənin 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv etmə hüququnun olmasıdır. İddiaçı həmin bildirişi göndərməklə icarə müqaviləsinin ləğv edilməsinə mane olmağa çalışmışdır. İddiaçı iddia edir ki, 2021-ci ilin mart ayınadək icarə haqqını ödəmişdir. Əgər icarə haqqını ödədiyini qeyd edirsə həmin icarə haqqının ödənilməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməlidir. Lakin məhkəməyə belə bir sübutu təqdim edə bilməmişdir. X9 Məhkəməsi tərəfindən də hüquqi qiymət verilmişdir. Bundan əlavə qeyd edir ki, 2021-ci ilin aprel-may ayları üzrə icarə haqqı cavabdeh tərəfindən qəsdən qəbul edilməmişdir. Mülki Məcəlləyə əsasən borclunun öhdəliyin icrasından azad edilmə halları göstərilmişdir. Mülki Məcəllənin 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma barəsində borclu ləngimədən kreditora bildiriş göndərməlidir. Qeyd edilən qanunvericiliyin normasından da görünür ki, borcu öz öhdəliyini kreditorun təqsiri üzündən icra edə bilmirsə öhdəliyinin icrasına həmin pul vəsaitini notariusun depozit hesabına qoymaqla azad ola bilərdi. Lakin İddiaçı həmin pul vəsaitini notariusun depozit hesabına qoymadan formal olaraq məhkəməyə müraciət etdikdən 4 ay sonra ona bildiriş göndərmişdir. Halbu ki, o, cavabdehə 01.02.2020-ci ildən sonra hər hansı icarə haqqı ödəməmişdir və iddia etdiyi kimi icarə haqqını ödəməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. O sadəcə icarə haqqını ödəməkdən yayınmaq üçün bəhanələr gətirməyə çalışmışdır. Bundan əlavə iddia ərizəsi ilə 2021-ci ilin avqust ayından 21 may 2029-cu il tarixədək 94 ay ərzində aylıq 3000,00 manat olmaqla 282000,00 manat əldə çıxmış fayda tələb etmişdir. İddia tələbi bu hissədə də əsassızdır. Belə ki, həmin icarə müqaviləsi onun öhdəliyini icra etmədiyinə görə Şirvan Kommersiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2-2(121)-1004/2021 nömrəli əlavə qətnaməsi ilə ləğv edilmişdir. Yəni həmin müqavilənin ləğv edilməsi İddiaçı icarə müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi icra etməməsi səbəbindən olmuşdur. Borculunun təqsiri üzündən ləğv edilmiş müqavilə üzrə cavabdehdən əldə çıxmış fayda tələb etməsi əsassızdır. Bundan əlavə əldə etdiyi məlumata görə İddiaçı gəlir əldə etdiyi halda vergi oqranına boş bəyannamələr təqdim etmişdir. Bu səbəbdən də onun cavabdehdən 282000,00 manat dəyərində əldən çıxmış fayda tələb etməsi əsassızdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, qonşu kimi onu tez-tez çağırıblar, usta kimi pulunu alıb işini görmüşdür. Oteldə naves düzəldirdilər, orada svarka işlərini görmüşdür. Sonra ona 40 ədəd kreslo kimi bir şey və hər iki kreslonun arasında jurnalnı sifariş vermişdilər, onları hazırlamışdır. 2019-cu ilin aprel-may aylarında işlər görmüşdür orada. Gördüyü işlərə görə 4000 manat, bir də material pulu kimi 1700 manat almışdır. Orada çox işlər görülüb, kimi deyir 200000 manat, kimi deyir 300000 manat xərc qoyublar. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, 2019-cu ilin mart ayında mübahisəli obyektdə kondisioner quraşdırmışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, orada 2019-cu ilin mart ayında alçipan ustasının, sonra svarka ustasının yanında fəhlə kimi elə vaxt 10 gün, elə vaxt 5 gün işləmişdir. Ona gündəlik 15-20 manat zəhmət haqqı ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 21.05.2019-cu il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, cavabdeh 3000 manat icarə haqqı müqabilində ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə verməyi, iddiaçı isə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.01.2022-ci il tarixli 001/22 saylı Qiymətləndirmə hesabatından görünür ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində görülən təmir-tikinti işlərinə sərf olunan vəsaitin hazırki dövrə olan ümumi miqdarı 210000 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 21.05.2019-cu il tarixli İcarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh 3000 manat icarə haqqı müqabilində ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə verməyi, iddiaçı isə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tələbində ümumilikdə 640.000 manat məbləğin ödənilməsini tələb etsə də, bu məbləğləri, o cümlədən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış 21.05.2019-cu il tarixli müqavilənin 8-ci bəndinə əsasən icarəyə verənin razılığı olmadan təmir-tikinti işlərinin aparılması icarəyə götürənə qadağan edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə 21.05.2019-cu il tarixdə bağlanmış, lakin həmin tarixdən 2 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, müqavilənin etibarsız hesab edilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən tələb olunan mediasiya xərci və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus olmaqla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 825,7 kv/m olan qeyri-yaşayış sahəsinin təmirinə sərf edilən 250.000 (iki yüz əlli min) manat vəsaitin, tərəflər arasında bağlanmış 21.05.2019-cu il tarixli müqavilənin 5-ci bəndinin 3-cü cümləsinin tələbinin pozulmasına görə 108.000 (yüz səkkiz min) manat vəsaitin və iddiaçı müqavilənin şərtlərini pozmasa da, cavabdehə məxsus obyektdən əsassız və qanunsuz hər ay faktiki olaraq qazanılacaq 282.000 (iki yüz səksən iki ) manat vəsaitinin ümumilikdə 640.000 (altı yaz qırx min) manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə aralarında bağlanmış qeyri-rəsmi və notariat tərəfindən təsdiq olunmamış 21.05.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, ilkin mediasiya üçün ödənilən 400 manat və məhkəmə xərcləri üçün dövlət büdcəsinə ödənilən 530 manat, cəmi 930 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar