Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1243/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4800 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2025-ci il tarixdə Məhkəməyə aralarında bağlanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. Cavabdeh iddiaçının iddia tələbini tam şəkildə - 4800,00 AZN (dörd min səkkiz yüz manat, 00 qəpik) məbləğində qəbul edir və həmin 4800,00 AZN məbləği aşağıda göstərilən qaydada və müddətdə iddiaçıya ödəyir: 1.1. Cavabdeh 4800,00 AZN (dörd min səkkiz yüz manat, 00 qəpik) məbləğində pulu 10 (on) bərabər hissədə - 480,00 AZN (dörd yüz səksən manat, 00 qəpik) pul ödəməklə ümumilikdə 10 (on) ay ərzində nağdsız hesablaşmalar qaydasında iddiaçıya ödəyir. Ödəniş üçün hər növbəti 15 (on beş) iş günü müddət əvvəlki müddət(lər)in bitdiyi gündən hesablanır. Cavabdeh borc öhdəliyini vaxtından əvvəl və ya nağd qaydada ödəniş etməklə icra edə bilər. Cavabdehin borcu tam və ya hissə-hissə vaxtından əvvəl ödəməsi bu Barışıq sazişi üzrə öhdəliyin icrası vaxtının hesablanması qaydasının dəyişməsinə əsas deyildir. 1.2. Barışıq sazişinin şərtlərinə uyğun olaraq barışıq sazişinin qüvvəyə minməsi tarixədək ödənilmiş vəsaitlər də borc məbləğinin bir hissəsi kimi qəbul edilir.
2. İddiaçı təsdiq edir ki, cavabdehin 01 yanvar 2021-ci il tarixli, 002/21 saylı xidmət müqaviləsi üzrə iddiaçıya cəmi 4800,00 AZN (dörd min səkkiz yüz manat, 00 qəpik) məbləğində borcu mövcuddur. İddiaçının iddia tələbinin həcmi 4800,00 AZN (dörd min səkkiz yüz manat, 00 qəpik) təşkil edir.
3. İddiaçı cavabdehin 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə 01 yanvar 2021-ci il tarixli, 002/21 saylı xidmət müqaviləsi üzrə bütün tələblərinin təmin edildiyini təsdiq edir və cavabdehə qarşı müqavilə münasibətlərindən irəli gələn hər hansı əlavə tələb irəli sürmür.
4. Cavabdehin öhdəliyini iki dəfə ardıcıl icra etməməsi və ya öhdəliyin icrasını 10 (on) ay müddətində yekunlaşdırmaması barışıq sazişi üzrə öhdəliyin icra edilməməsi və ya pozulması kimi qiymətləndirilir və 4800,00 AZN (dörd min səkkiz yüz manat, 00 qəpik) qalıq borc məbləğinə əlavə olaraq gecikdirilmiş hər gün üçün 1 (bir) faiz dəbbə pulu hesablanır.
5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Tərəflərə Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar.
7. Hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən hüquqi qüvvəyə minir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə təqdim olunmuş barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və üzrə icraata xitam verilsin:
1. Cavabdeh iddiaçının iddia tələbini tam şəkildə - 4800,00 AZN (dörd min səkkiz yüz manat, 00 qəpik) məbləğində qəbul edir və həmin 4800,00 AZN məbləği aşağıda göstərilən qaydada və müddətdə iddiaçıya ödəyir: 1.1. Cavabdeh 4800,00 AZN (dörd min səkkiz yüz manat, 00 qəpik) məbləğində pulu 10 (on) bərabər hissədə - 480,00 AZN (dörd yüz səksən manat, 00 qəpik) pul ödəməklə ümumilikdə 10 (on) ay ərzində nağdsız hesablaşmalar qaydasında iddiaçıya ödəyir. Ödəniş üçün hər növbəti 15 (on beş) iş günü müddət əvvəlki müddət(lər)in bitdiyi gündən hesablanır. Cavabdeh borc öhdəliyini vaxtından əvvəl və ya nağd qaydada ödəniş etməklə icra edə bilər. Cavabdehin borcu tam və ya hissə-hissə vaxtından əvvəl ödəməsi bu Barışıq sazişi üzrə öhdəliyin icrası vaxtının hesablanması qaydasının dəyişməsinə əsas deyildir. 1.2. Barışıq sazişinin şərtlərinə uyğun olaraq barışıq sazişinin qüvvəyə minməsi tarixədək ödənilmiş vəsaitlər də borc məbləğinin bir hissəsi kimi qəbul edilir.
2. İddiaçı təsdiq edir ki, cavabdehin 01 yanvar 2021-ci il tarixli, 002/21 saylı xidmət müqaviləsi üzrə iddiaçıya cəmi 4800,00 AZN (dörd min səkkiz yüz manat, 00 qəpik) məbləğində borcu mövcuddur. İddiaçının iddia tələbinin həcmi 4800,00 AZN (dörd min səkkiz yüz manat, 00 qəpik) təşkil edir.
3. İddiaçı cavabdehin 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə 01 yanvar 2021-ci il tarixli, 002/21 saylı xidmət müqaviləsi üzrə bütün tələblərinin təmin edildiyini təsdiq edir və cavabdehə qarşı müqavilə münasibətlərindən irəli gələn hər hansı əlavə tələb irəli sürmür.
4. Cavabdehin öhdəliyini iki dəfə ardıcıl icra etməməsi və ya öhdəliyin icrasını 10 (on) ay müddətində yekunlaşdırmaması barışıq sazişi üzrə öhdəliyin icra edilməməsi və ya pozulması kimi qiymətləndirilir və 4800,00 AZN (dörd min səkkiz yüz manat, 00 qəpik) qalıq borc məbləğinə əlavə olaraq gecikdirilmiş hər gün üçün 1 (bir) faiz dəbbə pulu hesablanır.
5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Tərəflərə Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar.
7. Hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən hüquqi qüvvəyə minir. Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova