Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1244/2023 11.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borc) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17639,23 (on yeddi min altı yüz otuz doqquz manat iyirmi üç qəpik) manat məbləğində qalıq pul vəsaitinin və 196,39 (bir yüz doxsan altı manat otuz doqquz qəpik) manat dövlət rüsumu xərcinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin məzmunu ilə bağlı olan “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən 17639,23 (on yeddi min altı yüz otuz doqquz manat iyirmi üç qəpik) manat məbləğində qalıq pul vəsaitinin və 196,39 (bir yüz doxsan altı manat otuz doqquz qəpik) manat dövlət rüsumu xərcinin İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı MMC arasında İDG2104 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MMC bu müqavilə ilə üzərinə düşən öhdəlikləri zamanında icra etmiş və müqavilə təsdiq olunduqdan sonra müqavilənin 100%-i miqdarında, yəni 25899,23 manat məbləğində 21 mm ölçüdə qara laminə olunmuş faner (Plywood) materialı (bundan sonra ”mallar”) Cavabdeh MMC-yə nisyə satış əsasları ilə təqdim etmişdir. Təqdim edilmiş malların dəyərindən ƏDV daxil 8260,00 (səkkiz min iki yüz altmış) manat ödəniş edilmişdir. Hazırda müqavilə dəyərindən qalan 17639,23 manat məbləğin ödənilməsi ilə bağlı dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, həmin məbləğ ödənilməmişdir. İDG2104 saylı, 13 Aprel 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsinin 3.2.1 .-ci maddəsinə əsasən satıcı müqavilənin 8.1 .-ci maddəsində nəzərdə tutulmuş qaydada malı “Alıcı”nın obyektinə təhvil aktı, qaimə-faktura (“Satıcı” ƏDV ödəyicisidirsə, vergi hesab-fakturası) əsasında “Alıcı”ya və ya səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verməyi öhdəsinə götürmüş və icra etmişdir. Müqavilənin digər 3.4.3-cü maddəsinə əsasən alıcı malın qiymətini müqavilənin 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə üzrə öz öhdəliyini icra etməmiş, aldığı malların qalıq dəyərini ödəməmişdir. Ona görə də iddiaçının qalıq pulun ödənilməsini tələb etmək hüququ yaranmışdır.
4. Eyni zamanda iddiaçı 196,39 (bir yüz doxsan altı) manat 39 qəpik dövlət rüsumu xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 430, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
8. İş materiallarından görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, İDG2104 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı malları Dövlət Standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla, alıcıya təhvil verir, alıcı isə malı qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə satılan malların miqdarı, çeşidi, qiyməti, quraşdırılma xərci bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan və “X1”nu ehtiva edən Əlavələrində göstərilmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən tərəflərin razılığına əsasən bu müqavilədə nəzərdə tutulan malların dəyəri bu müqavilənin ayrılmaz tərkib hissələri olaraq “Qiymət razılaşma protokolu”nu ehtiva edən müqaviləyə əlavə olunmuş Əlavələrə əsasən göstərilmiş məbləğ üzrə satıcının bank hesabına köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən malların ödəniş qaydası bu müqavilənin Əlavələri ilə müəyyən olunur. Müqavilə üzrə ödəniş vaxtı malların hesablanmış məbləğinin satıcının bank hesabına köçürüldüyü andan hesablanır. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən mallara görə avans ödənişi edildiyi təqdirdə, alıcının tələbi ilə satıcı avansa dair bank qarantiya məktubunu öhdəliyin təminatı olaraq satıcıya müqavilə imzalandıqdan sonra 1 gün ərzində təqdim edir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən sifarişçi protokolda nəzərdə tutulan məbləği satıcının müqavilənin 14-cü maddəsi ilə təqdim etdiyi hesaba əsasən ödəməlidir. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən satıcı alıcıya malın dəyərinin üzərinə vergi əlavə edilməklə təqdim edir və X2 müəyyən edilmiş qiymətlərə bütün qeyd olunan bu xərclər daxildir. Həmin müqavilənin 7.6-cı bəndinə əsasən bu müqavilənin 9-cu fəslində nəzərdə tutulmuş hallarda cari müqaviləyə xitam verilərkən, alıcı tərəfindən satıcıya hər hansı bir avans məbləği ödənilmişdirsə və həmin ödənişin qarşılığında satıcı malları alıcıya təqdim etməmişdirsə, ödənilmiş avans məbləği satıcı tərəfindən alıcıya geri qaytarılacaqdır.
9. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İDG2104 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, tərəflər aralarında bağladığı alqı-satqı müqaviləsi üzrə Əlavədə göstərilmiş məhsulun çeşidi, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, İDG2104 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavə üzrə 21 mm-lik 350 ədəd qara laminə olunmuş faner (Plywood) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 441459 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 25899,23 (ƏDV daxil) manat təşkil edir.
12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qeyd olunan məbləğdə malların təhvil verilməsinə dair təhvil-qəbul aktı təqdim olunmuşdur.
13. "xxxx" ASC tərəfindən tərtib edilmiş 113İCT********** nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ16İBAZ******************** nömrəli hesabına 7000 (yeddi min) manat məbləğində pul vəsaiti köçürülmüşdür.
14. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-yə (VÖEN: **********) 1260 (min iki yüz altmış) manat məbləğində pul vəsaiti köçürülmüşdür.
15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli, 001 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
16. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, əşyanı alıcının mülkiyyətinə versə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi
18. İddia tələbi cavabdehdən 17639,23 (on yeddi min altı yüz otuz doqquz manat iyirmi üç qəpik) manat məbləğində qalıq pul vəsaitinin tutulmasından ibarətdirr.
19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 17639,23 manat (25899,23-(7000+1260)=17639,23 manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
20. 196,39 (bir yüz doxsan altı manat otuz doqquz qəpik) manat dövlət rüsumu artıq ödənildiyindən rüsumun iddiaçıya qaytarılması barədə qərardad qəbul olunmuşdur.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehndən 17639,23 manat (on yeddi min altı yüz otuz doqquz manat iyirmi üç qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova