Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1247/2025 27.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC, X1, Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC, X1, Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC və "xxxx" ASC arasında bağlanm0ış6.05.2024 tarixli, LM№7xx-xx-2024 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2024 tarixli, LM№7xx-xx-2024-01 saylı Razılaşma müqaviləsi ləğv edilməsini,lizinq müqaviləsi üzrə iddia verilən tarixə lizinq ödənişləri üzrə 17945.98 manat məbləğində borc "xxxx" ASC -dən, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSCnin xeyrinə tutulması,"xxxx" QSC tərəfindən ödənilmiş cəmi 143.84 manat dövlət rüsumu "xxxx" ASC-dən, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSCnin xeyrinə tutulması, aşağıda qeyd olunan lizinq obyekti "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2024 tarixli, LM№7xx-xx-2024 saylı daxili maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2024 tarixli, LM№7xx-xx-2024- 01 saylı Razılaşma müqaviləsinə və bu müqavilələrə edilmiş əlavələrə (bundan sonra “lizinq müqaviləsi) əsasən "xxxx" ASC öhdəliklərini lazımi qaydada icra etmir. Lakin "xxxx" ASC qeyd edilən Lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq ödənişlərini həyata keçirmir. Hazırda "xxxx" ASC-nin gecikdirilmiş cəmi lizinq ödənişləri borcu AZN 17945.98 (on yeddi min doqquz yüz qırx beş manat 98 qəpik) təşkil edir. Lizinq müqaviləsinin 17.1.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdirirsə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq və bununla da bu müqaviləyə xitam vermək hüququ vardır. Həmin müqavilənin 17.4-cü maddəsinə əsasən, Lizinq alan lizinq obyektinin bu Müqavilənin 17.1 və 17.2-ci maddələrinə əsasən qaytarılması barədə Lizinq verənin tələbini aldıqda, Lizinq verənin seçimi ilə lizinq obyektini Lizinq alanın faktiki olduğu yerdə dərhal Lizinq verənin nümayəndələrinə qaytarmalı və yaxud tələbin alındığı andan 3 gün ərzində, əgər Lizinq verənin tələbində başqa ünvan göstərilməyibsə, Lizinq verənin ünvanına öz vəsaiti hesabına çatdırmalıdır.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, lizinq müqaviləsi üzrə iddia verilən tarixə lizinq ödənişləri üzrə 17945.98 manat məbləğində borc "xxxx" ASC -dən, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması,"xxxx" QSC tərəfindən ödənilmiş cəmi 143.84 manat dövlət rüsumu "xxxx" ASC-dən, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSCnin xeyrinə tutulması, aşağıda qeyd olunan lizinq obyekti olan 4 ədəd nəqliyyat vasitəsi (LİUGONG CLG933E tırtıllı ekskavator 110FC982 dövlət qeydiyyat nişanlı, LİUGONG CLG933E tırtıllı ekskavator 110FC983 dövlət qeydiyyat nişanlı, LİUGONG CLG933E tırtıllı ekskavator 110FD140 dövlət qeydiyyat nişanlı, LİUGONG CLG933E tırtıllı ekskavator 110FD141 dövlət qeydiyyat nişanlı) lizinq obyekti "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı “MCB Bank Olmayan Kredit Təşkilatı" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 ASC arasında xx.xx.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən lizinq verən, lizinq alan tərəfindən seçilmiş və onun Ərizəsinə əsasən alınacaq əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür. Lizinq obyektinin təsviri bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavə (spesifikasiya) göstərilir. - 2.2-ci bəndinə əsasən Lizinq alan bu Müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektim lizınqə qəbul etməyi və bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavə №C-yə ("Lizinq ödənişlərinin qrafiki") müvafiq olaraq lızınq ödənişlərim Lızınq verənə mutəmadı olaraq ödəməyi öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən Lizinq alanın bu Müqavilə uzrə Lizinq obyektinə sahiblik və istifadə huququna malik olduğu müddət lızınq müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin Lizinq alana təhvil verildiyi andan hesablanır. Lızınq obyekti Qəbul protokolu əsasında Lizinq verən tərəfindən Lizinq alana təhvil verilir - 17.1.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdirirsə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq və bununla da bu müqaviləyə xitam vermək hüququ vardır. - 17.4-cü maddəsinə əsasən, Lizinq alan lizinq obyektinin bu Müqavilənin 17.1 və 17.2-ci maddələrinə əsasən qaytarılması barədə Lizinq verənin tələbini aldıqda, Lizinq verənin seçimi ilə lizinq obyektini Lizinq alanın faktiki olduğu yerdə dərhal Lizinq verənin nümayəndələrinə qaytarmalı və yaxud tələbin alındığı andan 3 gün ərzində, əgər Lizinq verənin tələbində başqa ünvan göstərilməyibsə, Lizinq verənin ünvanına öz vəsaiti hesabına çatdırmalıdır. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur.
10. İddiaçı “MCB Bank Olmayan Kredit Təşkilatı" Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh3 (ş/v AA*******, TİN: İFCYVAV), Cavabdeh1 (ş/v AZE0*******, FİN: xxxxxxx),Cavabdeh4 (ş/v AA*******, FİN: xxxxxxx) arasında xx.xx.2024-cü il tarixi zaminlik müqaviləsi imzalanmışdır.
11. İddiaçı “MCB Bank Olmayan Kredit Təşkilatı" Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh3 (ş/v AA*******, TİN: İFCYVAV), Cavabdeh1 (ş/v AZE0*******, FİN: xxxxxxx),Cavabdeh4 (ş/v AA*******, FİN: xxxxxxx) arasında xx.xx.2024-cü il tarixi zaminlik müqaviləsi imzalanmışdır
12. "xxxx" QSC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2024 tarixli, LM№7xx-xx-2024 saylı daxili maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2024 tarixli, LM№7xx-xx-2024-01 saylı Razılaşma imzalanmışdır.
13. xx.xx.2024-cü il tarixli 7xx-xx-2024-01 saylı müqaviləyə Əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə aylıq 14732 manat olmaqla 170 000 manat əsaas,6606.67 manat mükafat,5210 manat xidmət haqqı,5834 manat sığorta haqqı cəmi 396400 manat ödənilməlidir.
14. 06.06.2024-cü il tarixli 7xx-xx-2024saylı müqaviləyə Əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə aylıq 17839 manat olmaqla 86400 manat əsas,8000 manat mükafat,6114 manat xidmət haqqı,6814 manat sığorta haqqı cəmi 480 000 manat ödənilməlidir.
15. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən cavabdehin iddiaçıya cəmi 17945.98 manat borcu var.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli 3-16-16/2-9/2493/2025 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən arayış məlumatları, tərəflər arasında bağlanmış 05.Q6.202$ğtarixli. LM№772- 06- 2024 saylı daxili maliyyə lizinqi müqaviləsinə, xx.xx.2024 tarixli^Mfe772~Q6-2024-01 saylı Razılaşma müqaviləsinə və bu müqavilələrə edilmiş əlavələrə əsasəö ekspertiza təywii haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2025-ci il tarixə cavabdeh “Aztimont" ASC tərəfindən iddiaçı "xxxx" QSC-yə cəmi ödənilməli olan cəmi borcu 17945.98 manat təşkil edir.Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
V. Tətbiq edilən hüquq:
17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
18. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Vİ.Məhkəmənin mövqeyi:
20. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" QSC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2024 tarixli, LM№7xx-xx-2024 saylı daxili maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2024 tarixli, LM№7xx-xx-2024-01 saylı Razılaşma müqaviləsinə əsasən lizinq verən " MCB BOKT” QSC lizinq obyekti olan 4 ədəd nəqliyyat vasitələrinin lizinq alan Cavabdeh2 MMC-yə lizinqə vermişdir. Bundan sonra lizinq alan "xxxx" ASC ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə lizinq müqaviləsi üzrə 17945.98 manat məbləğində əsas borcu yaranmışdır.
22. Odur ki, məhkəmə Mülki Məcəllənin 747-ci maddəsinə əsasən mübahisəli öhdəlik hüquq münasibətində kreditor olan lizinq verənin borclu olan lizinq alandan lizinq ödənişlərin edilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, lizinq ödənişlərinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdeh "xxxx" ASC 17945.98 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir.
23. Digər tərəfdən lizinq alan Cavabdeh2 ASC lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq artıq "xxxx" QSC-yə ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini pozduğundan "xxxx" ASC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən həmçinin lizinq obyektinin geri alınması tələb etməkdə haqlıdır.
24. Qeyd olunan halları nəzərə alaraq iddiaçı tərəfindən cavabdehə verilmiş 4 ədəd nəqliyyat vasitəsi (LİUGONG CLG933E tırtıllı ekskavator 110FC982 dövlət qeydiyyat nişanlı, LİUGONG CLG933E tırtıllı ekskavator 110FC983 dövlət qeydiyyat nişanlı, LİUGONG CLG933E tırtıllı ekskavator 110FD140 dövlət qeydiyyat nişanlı, LİUGONG CLG933E tırtıllı ekskavator 110FD141 dövlət qeydiyyat nişanlı) cavabdehdən alınaraq iddiaçıya verilsin.
25. Məhkəmə zaminlər Cavabdeh1,X1, Cavabdeh4 zaminlik müqaviləsi ilə 05.06. 2024-cü il tarixli lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh2 ASC-nin bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə lizinq alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, "xxxx" ASC lizinq müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 143.84 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 143.84 manat təşkil edir.
28. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 143.84 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı "xxxx" QSC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2024 tarixli, LM№7xx-xx- 2024 saylı daxili maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2024 tarixli, LM№7xx-xx-2024-01 saylı Razılaşma müqaviləsi üzrə 17945.98 manat məbləğində borc və ödənilmiş 143.84 manat dövlət rüsumu "xxxx" ASC -dən, Cavabdeh3, Cavabdeh1,Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" QSCnin xeyrinə tutulsun, lizinq obyekti olan 4 ədəd nəqliyyat vasitəsi (LİUGONG CLG933E tırtıllı ekskavator 110FC982 dövlət qeydiyyat nişanlı, LİUGONG CLG933E tırtıllı ekskavator 110FC983 dövlət qeydiyyat nişanlı, LİUGONG CLG933E tırtıllı ekskavator 110FD140 dövlət qeydiyyat nişanlı, LİUGONG CLG933E tırtıllı ekskavator 110FD141 dövlət qeydiyyat nişanlı) "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə işlək vəziyyətdə geri qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləği cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin.
Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova