Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1249/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASCdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 2296 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 56 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2382 manat tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “BAİC A115” markalı ** PE *** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanaraq MTRC 00550/16/C saylı KASKO SİĞORTA şəhadətnaməsi verilmişdir. “İddiaçı “ MMC-nin mülkiyyətində olan, sığortalı “BAİC A115” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə əsasında yanvar 2020-ci il tarixdən X1 istifadəsində olmuşdur. Həmin nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə təxminən saat 04:30 radələrində Bakı şəhəri H.Əliyev praspektindən Arif Heydərov küçəsi istiqamətinə dönmə maneviri edib yola davam edərkən, sol tərəfdən hərəkət edən “DAEWOO CENTRA“ markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşma baş vermişdir. Hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları araşdırma apardıqdan sonra hadisə üzrə günahkar “DAEWOO CENTRA “ markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edilmişdir. Sürücü ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi olmuş və hadisə nəticəsində sığortalı avtomobilə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Sığortaçıya müraciət edilməsinə baxmayaraq onlara dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında sürücünün müqavilənin 17.1.2-ci bəndinin tələblərini (şərtlərini) pozduğuna görə tələbin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı xx xxxxxx 2020-ci il tarixli protokoldan və inzibati tənbeh vermə haqqında TP saylı ******* nömrəli qərardan görünür ki, Deawoo Gentra minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şahid xx xxxxxx 2020-ci il tarixdə saat 04:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ***-**** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan məlum olur ki, xx.xx.2020-ci il tarixdə saat 04:30-da A.Heydərov küçəsində nəqliyyat vasitələrinin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermişdir. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs (Union Lizinq ASC-yə məxsus) ** PD *** dövlət qeydiyyat nişanlı Deawoo Gentra minik markalı avtomobili hadisə baş verdiyi anda vəkalət əsasında idarə edən Şahid olmuş, zərərçəkmiş avtonəqliyyat vasitəsi olan BAİC minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC, hadisə zamanı nəqliyyat vasitəsini etibarnamə (12933 nömrəli) əsasında idarə edən (şəxs) sürücü X2r. 12933 nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC ona məxsus BAİC minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X3 vermişdir. 12934 nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC ona məxsus BAİC minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X4 vermişdir. Nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, (sığortalı İddiaçı MMC –yə məxsus) buraxılış ili 2014-ci il olan BAİC minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək “xxxx” ASC tərəfindən Kasko sığorta növü ilə sığortalanmış, sığorta haqqı 630 manat, sığorta məbləği 10000 manat, azadolma məbləği 300 manat miqdarında müəyyən edilmişdir. Müstəqil sığorta ekspertinin xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı MMC-yə məxsus buraxılış ili 2014-ci il olan BAİC minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 2645 manat o cümlədən, ehtiyyat hissələrinin dəyəri 1915 manat, avtomobilin təmiri üçün usta pulu 730 manat müəyyən edilmişdir. İddiaçı MMC-nin Servis Mərkəzinin xx.xx.2020-ci il tarixli qiymət cədvəlindən görünür ki, İddiaçı MMC-yə məxsus buraxılış ili 2014-ci il olan BAİC minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər usta və təmir xərcləri ilə birlikdə ümumilikdə 2596 manat müəyyən edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli, 9/3107 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, buraxılış ili 2014-ci il olan BAİC minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2354 manat müəyyən olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. xx.xx.2017-ci il tarixli sığorta müqavilələrinin ötürülməsi üzrə əsas müqavilədən görünür ki, “xxxx” ASC-də sığortalı olan nəqliyyat vasitələrinin sığorta təminatı ilə bağlı öhdəlikləri xx.xx.2017-ci il tarixdən (xx.xx.2017-ci il tarixdən sonra baş verən hadisələr üzrə) “xxxx” ASC-yə ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsixxxxsığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. 889.1-ci maddəsixxxxsığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 903.1-ci maddəsixxxxsığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2-ci maddəsixxxxsığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 922.1-ci maddəsixxxxsığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsixxxxsığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsixxxxsığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 933.1-ci maddəsixxxxsığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1-ci maddəsixxxxsığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2-ci maddəsixxxxsığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsixxxxbu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2-ci maddəsixxxxsığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “İddiaçı “ MMC-nin mülkiyyətində olan, kasko sığortalı “BAİC A115” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə təxminən saat 04:30 radələrində Bakı şəhəri H.Əliyev praspektindən Arif Heydərov küçəsi istiqamətinə dönmə maneviri edib yola davam edərkən, sol tərəfdən hərəkət edən “DAEWOO CENTRA“ markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmçinin, müəyyən olunmuşdur ki, “Nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi”xxxx“xxxx” ASC-də sığortalı olan hesab olunsa da, nəqliyyat vasitələrinin sığorta təminatı ilə bağlı öhdəlikləri xx.xx.2017-ci il tarixdən (xx.xx.2017-ci il tarixdən sonra baş verən hadisələr üzrə) “xxxx” ASC-yə ötürüldüyündən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini və iş üzrə təqdim edilmiş mötəbər sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, qeyd edilən hal sığorta hadisəsi hesab olunduğundan, həmin hadisəsi ilə əlaqədar iddiaçıya dəymiş maddi ziyan sığortaçı, yəni cavabdeh təşkilat tərəfindən ödənilməlidir. Məhkəmə dəymiş zərərlə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən hesabata görə dəymiş ziyanın 2596 manat (300 manat franşiza əlavə edilməklə), cavabdeh tərəf isə dəymiş ziyanın 2360 manat olduğunu qeyd etsə də, məhkəmə xx xxxxxxx 2020-ci il tarixli, 9/3107 nömrəli məhkəmə ekspertizasının rəyini əsas götürərək, dəymiş ziyanı 2354 manat məbləğində müəyyən etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ekspert tərəfindən müəyyən edilmiş 2354 manat məbləğində vəsaitdən azadolma (franşiza-300 manat) çıxılandan sonra qalan 2054 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsində həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 56 manat ödənilməsi tələbi hissəsində qeyd edir ki, iddiaçı sığorta haqqının ödənilməsi barədə cavabdehə müraciət etməsi haqqında mötəbər sübut təqdim edilmədiyindən həmin vəsait cavabdehdən tutula bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, sığorta ödənişi olan 2054 manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 87,33%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 87,33%-i, yəni 26,20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 87,33 manatı “xxxx” ASC-dən, 12,67 manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən 2054 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,20 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 87,33 manatı “xxxx” ASC-dən, 12,67 manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1249/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1249/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver