Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1252/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X4 iddiaçının nümayəndəsi Şükrü Yıldızın, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "X7 Ltd Şti" Firmasının cavabdeh "X15 Ve Ticaret Anonim Şirketi”nə qarşı borcun ödənilməsinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X7 Ltd Şti" Firması cavabdeh "X15 Ve Ticaret Anonim Şirketi”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində “X7 Ltd Şti” firmasına dəymiş 1.600.000 (bir milyon altı yüz min) manat məbləğində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, “X7 Ltd Şti” firması ilə “X15 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış 18.12.2018ci il tarixli, 0119 saylı xidmət müqaviləsinə əsasən “X7 Ltd Şti” firması, xidmət göstərən olaraq Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti 86B ünvanında yerləşən ümumi sahəsi 2536,8 kv.m olan qeyri-yaşayış sahəsinin 1-ci, 3-cü və 5-ci mərtəbələrini və mansardda olan restoranın 1900 kv.m hissəsini, habelə eyni ünvanda yerləşən binanın yarımzirzəmisi, 2-ci, 3-cü, 4-cü mərtəbələri və mansardın da olduğu ümumi sahəsi 2042,3 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə götürərək sifarişçi olan “X15 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə xidmət göstərməyi, sifarişçi isə mehmanxanada yaşayan hər bir işçi üçün müəyyən olunmuş məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmət göstərən bu müqaviləyə əsasən yaşayış üçün nəzərdə tutulmuş binanın otaqlarını və içərisində quraşdırılmış zəruri mebel və digər əşyaları tam yararlı vəziyyətdə Sifarişçinin istifadəsinə verməyi öhdəsinə götürür. Müqaviləyə əsasən xidmət göstərən sifarişçinin sifarişinə uyğun olaraq işçilərin 1,2 və 4 nəfərlik otaqlarda yerləşdirilməsini təmin edir, otaqların təmizlik xidmətini həyata keçirir, işıqlandırma, isitmə, soyutma, isti və soyuq su xidmətlərinin 24 saat ərzində fasiləsiz təmin edir, yeməkxana xidmətlərini, səhər və axşam yeməyini, tətil günləri nahar və axşam yeməyini təşkil edir. Yeməklər Türkiyədən dəvət olunmuş aşbazlar tərəfindən hazırlanması təmin edilir. Mehmanxanada yaşayan işçilərə çamaşırxana xidməti göstərilir, gündəlik, iş geyimlərinin və yataq dəstlərinin yuyulması təşkil olunur, 24 saat limitsiz internet, hər otaqda televizor, mühafizə xidmətini təşkili, tibbi xidmətin təşkili, sifarişçi tərəfindən dəvət olunmuş Türkiyədən gələn qonaqların qarşılanması, onlara xidmət göstərilməsi, mehmanxanada 1 və 2 nəfərlik otaqlarda yerləşdirilməsi, gündə üç dəfə yeməklə təmin olunması, axşam növbəsində olan işçilər üçün yemək xidmətinin təşkili və.s təmin edilir. Bütün bu xidmətlərə görə qiymətlər hər bir işçi üçün 14 manat təşkil edəcəkdir. 7 manat mehmanxanada yaşamaq üçün, 3 manat səhər, 4 manat axşam yeməyi üçün nəzərdə tutulmuşdur. Tətil günləri üçün 3 manat səhər, 4 manat nahar, 4 manat axşam yeməyi üçün nəzərdə tutulmuşdur. Eyni zamanda Türkiyədən gələn qonaqlar üçün hava limanında qarşılama, mehmanxanaya gətirilməsi və üç dəfə yeməklə təmin olunması üçün hər bir nəfərə 50 manat nəzərdə tutulmuşdur. Bildirilir ki, sifarişçi tərəfindən bütün vaxtlarda mehmanxanada ən azı 404 nəfərdən 700 nəfərə qədər işçinin yaşayacağı bildirilmiş, ona görədə belə böyük bir qeyri-yaşayış sahəsi icarəyə götürülmüş və avadanlıqla təmin edilmişdir.Bütün göstərilənlərə əsaslanaraq “X7 Ltd Şti” firması xidmət göstərən olaraq “X15 və Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağlanmış 18.12.2018-ci il tarixli, 0119 saylı xidmət müqaviləsində göstərilən öhdəliklərini yerinə yetirmək üçün ilkin razılaşmaya uyğun olaraq yataqxana kimi istifadə edilməsi məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti 86B ünvanında yerləşən ümumi sahəsi 2536,8 kv.m olan qeyri yaşayış sahəsinin 1-ci, 3-cü və 5-ci mərtəbələrini və mansardda olan restoranın 1900 kv.m hissəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş 08.01.2009-cu il tarixli, **********52- 06101-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olan X6 ilə “X7 Ltd Şti’ firması arasında bağlanılmış 15.12.2018-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı 20000 (iyirmi min) manat olmaqla “X7 Ltd Şti” firması tərəfindən icarəyə götürülmüşdür. Eyni zamanda eyni ünvanda yerləşən binanın yarımzirzəmisi, 2-ci, 3-cü, 4- cü mərtəbələri və mansard da olduğu ümumi sahəsi 2042,3 kv.m olan qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş 07.02.2009-cu il tarixli, **********52-06101-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olan X3 ilə “X7 Ltd Şti” firması arasında bağlanılmış 15.12.2018-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı 15000 (on beş min) manat olmaqla “X7 Ltd Şti” firması tərəfindən icarəyə götürülmüşdür. İcarəyə götürülən sahə təmir edilərək işçilərin yerləşdirilməsi üçün hazır vəziyyətə gətirilmiş, yataqxananın mətbəx avadanlıqları, paltar yuma, qurutma və ütü avadanlıqları, stol-stul dəstlərini təmin etmək üçün Tütkiyədə fəaliyyət göstərən “X16.Mut.Züc.İht.Mad.San.veTie.Ltd.Şti” Şirkəti (Kafkas Mutfak) ilə sözləşmə imzalanmış və qeyd olunan avadanlıqların alınması üçün 100000 (yüz min) ABŞ dolları ödənilmişdir. Həmin avadanlıqlar Bakı şəhərinə gətirilərək icarəyə götürülmüş qeyd olunan ünvanda quraşdırılmışdır. Sonradan avadanlıq alınması üçün “X1 X14 X9 Sanayi ve Ticaret LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə 04.03.2019-cu il tarixli müqavilə bağlayaraq 20000 (iyirmi min) ABŞ dolları ödənilmişdir.Binada aparılan təmir işlərinə, yeməkxananın təmir edilməsinə, elektrik xətlərinin bərpa edilməsinə və yeni elektrik şəbəkəsi üçün tələb olunan avadanlıqların quraşdırılmasma, su sisteminin, kondensioner, kombi və su qızdırıcılarının təmirinə xeyli miqdarda maliyyə vəsaiti xərclənmişdir. Lakin “X15 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi müqavilə əsasında üzərinə düşən öhdəlikləri icra etməmişdir. Bu dövr ərzində yataqxanaya “X15 və Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfındən 3-5 işçi göndərilmiş və hər hansı vəsait ödənilməmişdir. Binanın təyinatı işçilərin yaşaması üçün nəzərdə tutulduğundan başqa heç cür fəaliyyət göstərməmişdir. Ona görə də “X7 Ltd Şti” firmasına ciddi ziyan dəymişdir. Belə ki, yataqxanada yaşayacağı nəzərdə tutulmuş ən az işçinin, yəni 404 nəfərin gündəlik xərci 14 manat müəyyənləşdirildiyi üçün 404 x 14 = 5656 (beş min altı yüz əlli altı) manat təşkil edir. Aylıq xərc 5656 x 30= 169680 (yüz altmış doqquz min altı yüz səksən ) manat təşkil edir. Altı ay ərzində ödənilməmiş məbləğ 169680 x 6 = 1.018.080 (Bir milyon on səkkiz min səksən ) manat təşkil edir. Digər xərcləri və pul ödənilmədiyi üçün dəyən zərəri əlavə etdikdə “X15 və Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “X7 Ltd Şti” firmasına 1.600.000 (bir milyon altı yüz min) manat borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Şükrü Yıldız iddia tələbini müdafiə edərək ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, “X15 və Ticaret Anonim Şirketi” 750 nəfərə yaxın işçinin qalması vədini vermiş, sonradan bu say 200 nəfərə endirildi, lakin Nümayəndəlik tərəfindən 3-5 işçi dəqiq olmasa çox az işçi göndərilmişdir.Mehmanxanada qalan işçi qonaqların xərcləri cavabdeh tərəfindən ödənilmişdir.Amma bu razılaşdıqları sayda olmamaşdır. Çünki ona əvvəlcədən vəd verilməsəydi o bir neçə mərtəbəli bina icarəyə götürməz və ora xərc çəkib bu qədər çarpayı almaz, böyük yeməkxana təşkil etməzdi. Cavabdehin verdiyi vədə əsasən o bu qədər xərc çəkmiş,lakin deyilən sayda işçi gəlmədiyindən qoyduğu məsrəflər nəzərə alındıqda çox böyük zərər çəkmişdir.İddiçının nümayəndəsi əvvəlcə xidmət müqaviləsinə xitam verilməsi protokolundan məlumatı olmadığını,protokol tərtib olunan zaman Türkiyədə olmasını bildirmişdir.Sonradan iddiaçının nümayəndəsi protokoldan məlumatlı olduğunu, lakin imzanın ona aid olmadığını , artıq ziyan çəkdiyindən may ayının sonundan mehmanxana fəaliyyətini dayandırdığını, başqa şəxs tərəfindən cavabdehə xidmət göstərildiyini bildirmişdir.Qeyd edilənlərə əsaslanaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “X7 Ltd Şti” firması ilə “X15 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış 18.12.2018-ci il tarixli, 0119 saylı xidmət müqaviləsinin məqsədi Türkiyədən gələn mütəxəssislərin, qonaqların qarşılanması, onlara xidmət göstərilməsi idi. Müqavilə bağlandıqdan sonra “X7 Ltd Şti” firması hazırlıq işlərinə başlasa da, layihə müddəti ərzində mehmanxanaya bir neçə dəfə baxış keçirilmiş və nəticədə mehmanxananın müasir standartlara cavab vermədiyi nəticəsinə gəlinmişdir. Bundan əlavə müqavilədə qonaqların sayı ilə bağlı bənd yoxdur və gələcək qonaqların sayı barədə qarşı tərəfə məlumat verilməsi nəzərdə tutulmamışdır. Şükrü Yıldızın bu qaydada davam etmək istəmədiyini, gələn işçi sayının az olması və icarə haqqının yüksək olması ilə əlaqədar narazıçılığını əsas götürərək 01 iyul 2019-cu il tarixdə “X7 Ltd Şti” firması tərəfindən qeyd edilən müqaviləyə xitam verilmişdir. Mehmanxanada yerləşdirilmiş bütün işçi və qonaqların xərcləri ödənilmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: -X17 və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasindakı Nümayəndəliyi ilə “X7 Ltd Şti” firması arasında bağlanmış 18.12.2018-ci il tarixli, 0119 saylı xidmət müqaviləsinə əsasən xidmət göstərən icarə müqaviləsi əsasında icarəyə götürdüyü Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti 86B ünvanında yerləşən ümumi sahəsi 2536,8 kv/m olan qeyri-yaşayış sahəsinin 1-ci, 3-cü, 5-ci mərtəbələri və mansardda olan restoran hissəsinin 1900,0 kvm hissəsini həmçinin eyni ünvanda yerləşən binanın yarımzirzəmisi, 2-ci, 3-cü, 4-cü mərtəbələri və mansardında ümumi sahəsi 2042.3 kv/m olan qeyri yaşayış sahəsini icarəyə götürərək “X18 ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə xidmət göstərməyi öhdəliyinə götürür, sifarişçi isə mehmanxanada qalan hər bir işçisinə görə müqavilədə razılaşdırılmış qaydada müəyyən olunmuş məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, Türkiyədən dəvət olunmuş qonaq statuslu şəxslərə göstərilən xidmətlərin qiyməti hər bir nəfər üçün ayrı-ayrılıqda 50 manat təşkil edəcəkdir. Bu xidmətə qonaqların hava limanında qarşılanması, mehmanxanaya gətirilməsi və gündə üç dəfə yeməklə təmin olunması daxildir. -Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, qiymətləndirmə hər işçi üçün ümumilikdə 14 manat təşkil edəcəkdir yəni 7 manat mehmanxanada qalmaq üçün, 3 manat səhər, 4 manat isə axşam yeməyi üçün nəzərdə tutulmuşdur. Bu qiymətlərə ƏDV daxil deyildir. -Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, müqavilədə göstərilməyən əlavə xidmətlər sifarişçi ilə razılaşdırılaraq qiymətləndiriləcəkdir.Ödəmələr xidmət göstərən tərəfindən Sifarişçiyə hər bir işçinin ayrı-ayrılıqda xərcini əks etdirən hesab fakturalar əsasında həyata keçiriləcəkdir. Hesab fakturalar Sifarişçiyə təqdim edildikdən sonra ödəmələr AZN ilə 60 gün ərzində sifarişçi tərəfindən xidmət göstərənin bank hesabına köçürüləcəkdir. -Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, tətil günləri işçilər üçün nəzərdə tutulmuş səhər yeməyi 3 manat, nahar yeməyi 4 manat, axşam yeməyi 4 manat təşkil edəcəkdir, həmçinin ƏDV ödənişlərinə zərurət yaranarsa ƏDV sifarişçi tərəfindən ödəniləcəkdir. -Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, mənfəət vergisi xidmət göstərənə aiddir. -15.12.2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən X3 ona məxsus Baki şəhəri, Nərimanov rayonu, X11 prospekti 86b ünvanında yerləşən binanın yarımzirzəmisi, 2-ci, 3-cü, 4-cü və mansardında ümumi sahəsi 2042.3 kv/m olan qeyri-yaşayış sahəsini "Yıldiz İnternational mərtəbələri X19” Firmasina aylıq icarə haqqı 15000 (on beş min) manat olmaqla icarəyə vermişdir. -0119 saylı 18.12.2019-cu il tarixli Xidmət müqaviləsinin xitamına dair protokoldan görünür ki, “X15 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Ç.Çağlayan və “X7 Ltd Şti” firmasının direktoru Şükrü Yıldız qeyd edilməklə imza və möhürlərlə təsdiq edilərək tərəflər arasında bağlanmış 0119 saylı 18.12.2019-cu il tarixli Xidmət müqaviləsinə tərəflərin qarşılıqlı razılaşmasına əsasən 1 iyul 2019-cu il tarixindən xitam verilməsi barədə razılıqları rəsmiləşdirilmişdir. -“X16.Mut.Züc.İht.Mad.San.veTie.Ltd.Şti” Şirkəti (Kafkas Mutfak) ilə “X7 Ltd Şti” firması arasında bağlanmış Sözləşməyə əsasən mehmanxana avadanlıqlarının alınması üçün 100000 (yüz min) ABŞ dolları ödənilməsi müəyyən edilmişdir. - “X1 X14 X9 Sanayi ve Ticaret LTD ” Şirkətinin Azərbaycan Respublikasındakı Filalı ilə “X7 Ltd Şti” firması arasında bağlanmış 04.03.2019-cu il tarixli müqaviləyə əsasən, “X7 Ltd Şti” firması tərəfindən mehmanxana avandanlıqların alınması üçün 20.000 (iyirmi min) ABŞ dolları ödənilməsi razılaşdırlmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 18.12.2018-ci il tarixli, 0119 saylı xidmət müqaviləsinə əsasən “X7 Ltd Şti” firması, xidmət göstərən olaraq Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti 86B ünvanında yerləşən ümumi sahəsi 2536,8 kv.m olan qeyri yaşayış sahəsinin 1-ci, 3-cü və 5-ci mərtəbələrini və mansardda olan restoranın 1900 kv.m hissəsini, habelə eyni ünvanda yerləşən binanın yarımzirzəmisi, 2-ci, 3-cü, 4-cü mərtəbələri və mansardın da olduğu ümumi sahəsi 2042,3 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə götürərək sifarişçi olan “X15 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə xidmət göstərməyi, sifarişçi isə mehmanxanada yaşayan hər bir işçi üçün müəyyən olunmuş məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Mehmanxanada müqavilə dövründə qalan işçilərin xidmət haqqının cavabdeh tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin müqavilə əsasında üzərinə düşən öhdəlikləri icra etmədiyini, aralarında razılaşdıqları qədər işçi göndərməməsini və bunun nəticəsində maddi ziyan çəkməsini, həmçinin binanın təyinatı işçilərin yaşaması üçün nəzərdə tutulduğundan yeməkxana və çamaşırxananın işlək vəziyyətə gətirilməsi üçün xərclərin çəkildiyini əsas gətirərək,“X7 Ltd Şti” firması dəymiş zərər ilə ümumilikdə 1.600.000 (bir milyon altı yüz min) manat məbləğində pul vəsaitinin “X15 və Ticaret Anonim Şirketi”ndən tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı “X15 və Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən mehamanxanaya yerləşdirilməli olan işçilərin sayı ilə bağlı tərəflər arasında hər hansı bir razılığın olması müəyyən edilməmiş və bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə iddiaçının binada aparılan təmir işlərinə, yeməkxananın təmir edilməsinə, elektrik xətlərinin bərpa edilməsinə və yeni elektrik şəbəkəsi üçün tələb olunan avadanlıqların quraşdırılmasma, su sisteminin, kondensioner, kombi və su qızdırıcılarının təmirinə xərclənmiş vəsaitin digər xərclər olaraq cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmış və tərəflərin bu müqavilədən irəli gələn öhdəliklər üzrə məsuliyyəti yarandığından iddiaçının binada aparılmış yaxşılaşdırma işlərinə görə çəkilmiş xərclərin dəymiş zərər olaraq tələb etməsinin əsası müəyyən edilməmişdir.Tərəflər arasında bağlanmış müqavilədə xidmətlərin göstərilmə qaydası , qiymətlər və hesablaşma qaydası və digər şərtlər müəyyən olunsa da nə işçilərin sayı , nə də xidmət göstərənin binada etdiyi təmir və ya yaxşılaşdırma işlərinə görə sifarişçi tərəfindən hər hansı ödəniş olunması nəzərdə tutulmamışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən, 24 saat ərzində mehmanxananın giriş-çıxışına nəzarət etmək məqsədi ilə mühafizə xidmətinə sifarişçi tərəfindən bir nəfər nəzarətçi təhkim ediləcəkdir, eyni zamanda müqaviləyə edilən bütün əlavə və dəyişliklər yazılı şəkildə tərtib edilməli, hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiq edilməlidir. Əks halda əlavə və dəyişikliklər heç bir hüquqi qüvvəyə malik olmayacaqdır. Göründüyü kimi tərəflər müqaviləyə edilən bütün əlavə və dəyişliklərin yazılı şəkildə tərtib edilməsi, hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması və müəssisənin möhürü ilə təsdiq edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddianın maddi zərərin ödənilməsi tələbinə dair hissəsi rədd edilməlidir. Məhkəmə maddi zərərin tutulması ilə bağlı qeyd edir ki, hazırkı halda iddia ərizəsində istinad olunan halları sübut etmək vəzifəsi qanunvericiliyin tələbinə görə iddiaçının üzərinə düşür. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən həmin zərərin vurulmasına dair sübutlar məhkəməyə təqdim edilməmiş, habelə iddiaçıya zərərin cavabdehin təqsiri ucbatından vurulması da öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı "X7 Ltd Şti" Firmasının cavabdeh "Cavabdeh”nə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "X7 Ltd Şti" Firmasının cavabdeh "X15 Ve Ticaret Anonim Şirketi”nə qarşı zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1252/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1252/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver